Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3821/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X1 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(112)-3782/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********187760 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2024-cü il tarixli **********187760 nömrəli məsuliyyət qərarı çıxarılmışdır. Qərara əsasən 2020, 2021 və 2022-ci illər üzrə 301847,11 manat mənfəət vergisi və ona uyğun olaraq 150931,02 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanları tərəfindən yoxlama zamanı iddiaçının xidmət aldığı şəxslərin riskli vergi ödəyicisi olması səbəbindən həyata keçirilən əməliyyatlar vergidən yayınma sxemi kimi qiymətləndirilmiş və xidmətlərin dəyəri bazar qiyməti çıxarılmaqla həyata keçirilmişdir. Əməliyyatların sxem olması əsası kimi həmin ödəyicilərin təsərrüfat subyektinin olmaması, işçisinin olmaması olmuşdur. İddiaçı tərəfindən iş və xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlər əldə edərkən həmin dövrdə qarşı tərəflərdən hər hansı məlumatın araşdırılması və ya işçilərinin təsərrüfat subyektinin müəyyənləşdirilməsi həmin dövrdə qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçıya iş və xidmət alan şəxs kimi qarşı tərəfin kim vasitəsi ilə hansı qaydada iş və xidmətin göstərilməsi maraqlı olmamışdır. İddiaçı üçün əsas məqsəd iş və xidmətlərin həyata keçirilməsi olmuşdur.
3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, yoxlamaya xx.xx.2023-cü il tarixdə başlanılmış və xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri xx.xx.2024-cü il tarixli **********175870 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İddiaçının rəhbəri X3 aktın nəticələri ilə razı olmamış, onu imzalamaqdan imtina etmiş və bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Yoxlama materiallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli **********960000 nömrəli birgə rəy verilmişdir. Birgə rəydə göstərilən nöqsanlar aradan qaldırılmaqla Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun qərar çıxarılmasının mümkün olması qeyd edilmişdir. Göstərilənlərlə əlaqədar, Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət faktiki olaraq bank olmayan kredit təşkilatı və lombard tərəfindən kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı barədə hesabın yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, ekspert rəyi, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılmışdır. Yoxlama ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), “Universal Satış və Servis" MMC-dən (VÖEN **********), "xxxx" MMCdən (VÖEN **********), Biləsuvar Aqro MMC-dən (VÖEN **********) və "xxxx" ASC-dən (VÖEN **********) alınmış və mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə (232-ci sətirdə digər xərclər və 221.10-cu sətirdə su və kanalizasiya xərclərinə) aid edilmiş cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) təşkil edən mallar və xidmətlər (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) yoxlama ilə Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə müvafiq olaraq qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməmişdir. Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bundan başqa iddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və “Sivas-SS" MMC-dən (VÖEN **********) reklam məqsədli malların və reklam xidmətlərinin alınması ilə əlaqədar ümumi dəyəri 1773130,00 manat təşkil edən elektron qaimə-fakturalar əldə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vergi üstünlüyü əldə etmək məqsədilə qeyd olunan vergi ödəyicilərinin hər biri ilə ayrı-ayrılıqda cəmi dəyəri 200000,00 manatdan artıq olmayan əməliyyatlar həyata keçirilmişdir. Yoxlama ilə qeyd olunan vergi ödəyicilərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vergi ödəyicilərinin təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, iddiaçı ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamışdır. Qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq azadolmadan istifadə etmək yolu ilə iddiaçının xərclərinin əsassız artırılması və nəticədə mənfəət vergisinin azaldılması məqsədilə həyata keçirilmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən vergidən yayınma sxemi yaratmaqla aparılmış həmin əməliyyatlar yoxlama ilə gəlirin əldə edilməsi üçün çəkilən xərclərə 14-cü və 108-ci maddələrinin tələblərinə müvafiq olaraq aid edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(112)-3782/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 2020, 2021 və 2022-ci illər üzrə ümumilikdə 301.772,16 manat mənfəət vergisi və onlara münasibətdə hesablanmış 150.886,09 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə 2020, 2021 və 2022-ci illər üzrə ümumilikdə 301.772,16 manat əlavə mənfəət vergisi və onlara münasibətdə 150.886,09 manat maliyyə sanksiyası, 2021 və 2022-ci illər üzrə 89,85 manat əlavə əmlak vergisi və onlara münasibətdə 44,93 maliyyə sanksiyası hesablanmışdır.
10. İddiaçı tərəfindən cavabdeh inzibati orqanın apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazda vergi orqanın rəsmi internet bazasında təşkilatların riskli vergi ödəyicisi hesab edilməsi statusu barədə məlumatlar əks olunmuşdur.
11. Apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən reklam vasitələri (bukletlər, reklam kataloqları, vizitkalar, kalendar, fincanlar, posterlər və s.) təqdim edilmişdir (fotoları iş materiallarına əlavə edilmişdir).
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia rədd edilməlidir.
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
15. İş materiallarında olan səyyar vergi yoxlaması aktından, mübahis predmeti qərardan və cavabdehin etirazından görünür ki, 2020, 2021 və 2022-ci illər üzrə əlavə mənfəət vergisi hesablanmasının əsası iddiaçının "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və “Sivas-SS" MMC-dən (VÖEN **********) reklam məqsədli malların və reklam xidmətlərinin alınması ilə əlaqədar ümumi dəyəri 1773130,00 manat təşkil edən elektron qaimə-fakturaların həmin vergi ödəyicilərinin təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, iddiaçı ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmaması səbəbindən xərc sənədi kimi nəzərə alınmaması, həmçinin "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), “Universal Satış və Servis" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), Biləsuvar Aqro MMC-dən (VÖEN **********) və "xxxx" ASC-dən (VÖEN **********) alınmış və mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə (232-ci sətirdə digər xərclər və 221.10-cu sətirdə su və kanalizasiya xərclərinə) aid edilmiş cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) təşkil edən mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməməsi olmuşdur.
16. Məhkəmə Kollegiyası iddia tələbinin iddiaçı tərəfindən aparılan əməliyyatların qanuni olmasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyat tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Vergi orqanı tərəfindən həmin əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərc sənədləri nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərin fəaliyyətini araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Sivas-SS" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutubtutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, iddiaçı ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamasını əsas götürərək, iddiaçı tərəfindən mənfəət bəyannaməsində bəyan edilmiş xərcləri nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının əsas götürdüyü hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji mübahisələr üzrə vahid məhkəmə təcrübəsini əks etdirən xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 saylı iş üzrə Qərarında qeyd olunmuşdur ki, “...vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 10/2024 saylı Qərarında qeyd olunmuşdur ki, “...Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir”.
17. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) məbləği “mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər” kimi qəbul edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmır. 18.Belə ki, Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə müvafiq olaraq qeyrikommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməmişdir. Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyrikommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. İş materiallarından müəyyən edilir ki, cəmi dəyəri 8262,90 manat (ƏDV ilə) məbləğ mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərdir (mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə (232-ci sətirdə digər xərclər və 221.10-cu sətirdə su və kanalizasiya xərclərinə)). 19.Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 8262,90 manat (ƏDV ilə) (mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyrikommersiya fəaliyyəti ilə bağlı olan xərclər) məbləğinə münasibətdə mənfəət vergisi (cavabdeh inzibati orqan tərəfindən mənfəət vergisi 8262,90 manata münasibətdə yenidən hesablanmaqla) istisna olmaqla, qərar qalan hissədə ləğv edilməlidir. 20.Həmçinin Məhkəmə Kollegiyası cavabdeh tərəfindən müəyyən edilmiş maliyyə sanksiyasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinin müddəaları (Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir) nəzərə alınarsa, o zaman cavabdehin 8262,90 manat məbləğə münasibətdə tutmalı olduğu 4131,45 manat (8262,90÷2(50%)=4131,45) maliyyə sanksiyası əsaslıdır.
21. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(112)- 3782/2025 saylı qərarı qismən ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasının gəldiyi nəticəyə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı, 8262,90 manat (ƏDV ilə) (mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyrikommersiya fəaliyyəti ilə bağlı olan xərclər) məbləğinə münasibətdə mənfəət vergisi (cavabdeh inzibati orqan tərəfindən mənfəət vergisi 8262,90 manata münasibətdə yenidən hesablanmaqla) və 4131,45 manat maliyyə sanksiyası hissələrində istisna olmaqla, qalan hissədə ləğv edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(112)-3782/2025 saylı qərarı qismən ləğv edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirimədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187760 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı, 8262,90 (səkkiz min iki yüz altmış iki manat doxsan qəpik) manat (ƏDV ilə) (mallar və xidmətlərin (ərzaq malları, içməli su və onun çatdırılması xidmətləri) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər) məbləğinə münasibətdə mənfəət vergisi (cavabdeh inzibati orqan tərəfindən mənfəət vergisi 8262,90 (səkkiz min iki yüz altmış iki manat doxsan qəpik) manata münasibətdə yenidən hesablanmaqla) və 4131,45 (dörd min yüz otuz bir manat qırx beş qəpik) manat maliyyə sanksiyası hissələrində istisna olmaqla, qalan hissədə ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev