Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3827/2025 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2024-cü il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdehlər Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının imtinasının qanunsuz hesab edilməklə, ona Bilateral 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozlu xəstəliklərlə əlliliyin təyin edilməsi, əlilliyinə görə pensiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Doğulduğu vaxtdan sağlamlığı normal olsa da, yaşı artdıqca sağlamlığında problemlər yaranmağa başlamış və sol qulağı tamamilə eşitmək funksiyasını itirmiş, sağ qulağı isə 25 % eşidir. Ona tibbi müayinə zamanı Bilateral ağır 4cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Dəfələrlə ona əlilliyə görə pensiya təyin edilməsi üçün Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekpsert Komissiyasıda müayinədən keçərək, tələb olunan sənədləri təqdim etmişdir. Lakin müxtəlif bəhanələrlə, fərqli-fərqli əsaslarla pensiyasını təyin etməkdən imtina etmişlər. Sonuncu dəfə ##.##.2024-cü il tarixli *-**-*/*-Ə-*****/**** saylı məktubla imtina edilərək bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Frespublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin T********AEJ nömrəli göndərişi əsasında ##.##.2024cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra onun müraciətinə əsasən ##.##.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. Lakin məhkəmənin nəzərinə çatdırılır ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X4 verdiyi çıxarışdan görünür ki, hal-hazırda tam diaqnoz: Bilateral ağır 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Qeyd olunan xəstəlik hər biri əlilliyə əsas verən xəstəliklər olmaqla, əmək qabiliyyətinin tamamilə itirilməsinə səbəb olur. Əlillik təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçirilmişdir və ona müxtəlif səbəblərlə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin qanunsuz və əsassız imtinası isə onun hüquqlarını pozur. Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ilə cavabdeh Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası əsl cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdehlər siyahısından çıxarılmış və iddia tələbi dəqiqləşdirilmiş şəkildə “iddiaçı İddiaçı əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə iddia tələbi “##.##.2024-cü il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni “Eşitmə sinirinin xəstəlikləri, Iki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli lll-IV dərəcəli sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə” müəyyən edilmişdir. Hazırda “Göndərişin natamam doldurulması- Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilən ##.##.2024-cü il tarixli göndərişin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” bölməsindən görünür ki, iddiaçı İddiaçı eşitmə dərəcəsini müəyyənləşdirmək üçün ilk dəfə ##.##.2023-cü il tarixində Bera testindən keçmişdir. Bera testi nəticəsində iddiaçı İddiaçı eşitməsinin sağ qulaqda 90 db, sol qulaqda 50 db olduğu müəyyən edilmişdir. Iddiaçı ##.##.2024-cü il tarixində təkrar Bera testindən keçmiş, sağ qulaqda eşitmə 90 db, sol qulaqda isə 70 db müəyyən edilmişdir. 41-55 db- ikinci dərəcə, 56-70 db- üçüncü dərəcə, 71-90 db- dördüncü dərəcə ağıreşitmə hesab edilir. 8 ay müddətində ağıreşitmənin ikinci dərəcədən üçüncü dərəcəyə keçməsi tibbi cəhətdən mümkün sayılmadığından bu hal şübhəli hal kimi qiymətləndirilmiş və diaqnostik müayinələrin dəqiqləşdirilməsi tövsiyə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı (hakim A.Babayev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müvafiq dərəcəsinin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. Iddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Bundan başqa Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilmişdir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “xxxxnın” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10- Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona ##.##.2024-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının pozulmasının 50 % kimi nəzərə alınmaqla müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Iddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. IPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ##.##.2024-cü il tarixində natamam doldurulması səbəbindən (Səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin) göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra iddiaçının müraciətinə əsasən ##.##.2024-cü il tarixində Agentlikdə qəbulda olmuş və təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkarlanmaması barədə ##.##.2024-cü il tarixdə iddiaçıya məktub ünvanlanmışdır. Həmin məktubda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən imtina barədə inzibati aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Inzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş aktın iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Inzibati Icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla aşağıdakı sənədlərə diqqət yetirir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli *-**-*/*-Ə-*****/**** saylı məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin T********AEJ nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən (Səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilməsi) göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra müraciətinə əsasən ##.##.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. - Respublika Diaqnostika Mərkəzinin L******* nömrəli Bera müayinəsindən görünür ki, ##.##.1966-cı ildə anadan olmuş İddiaçı ##.##.2024-cü il tarixdə müayinə olunmuş və bilateral ağır 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. - İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə müayinə edilərək “Eşitmə sinirinin xəstəlikləri, Iki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli III-IV dərəcəli sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu ilə qiymətləndirilmiş və mərkəzə göndərilmə səbəbi: “Göndərişin natamam doldurulması, əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Bakı Xəzər Tibb Mərkəzi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si T00186864AEJ, göndəriş tarixi ##.##.2024-cü il) göndərişi verən müəssisədə ##.##.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi ##.##.2023-cü il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz H93.3 Eşitmə sinirinin xəstəlikləri, 2 tərəfli koxlear nevrit. Ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli III-IV dərəcəli, sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** saylı vətəndaşın əyani müayinə olunması haqqında məktubundan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinln tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyasının *-**-*/*-*- ***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Bakı Xəzər Tibb Mərkəzi tərəfindən “Iki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli III-IV dərəcəli sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə.” diaqnozu ilə ##.##.2024-cü il tarixli T********AEJ nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. ##.##.2024-cü il tarixində DTSERAda xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ağıreşitmədən olmuşdur. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli ambulator xəstənin 12328 tibbi vərəqinə əsasən diaqnoz “Ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə IV dərəcə.” şəklində göstərilmiş, həmin tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “Bilateral ağır (IV) dərəcəli sensonevral tip eşitmə azlığı.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, ortayüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkimmütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmışdır. ##.##.2024-cü il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq total, sol qulaq 55 (əlli beş) db.” kimi qiymətləndirilmiş, instrumental müayinə aparılan zaman aqrovasiya etdiyi məlum olmuş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli T********AEJ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçı müraciəti əsasında Bakı Xəzər Tibb Mərkəzi tərəfindən “Iki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli III-IV dərəcəli sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə.” diaqnozu ilə ##.##.2024-cü il tarixli T********AEJ nömrəli göndəriş rəsmiləşdirilsə də, X2 Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. ##.##.2024-cü il tarixində DTSERAda xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ağıreşitmədən olmuşdur. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli ambulator xəstənin 12328 tibbi vərəqinə əsasən diaqnoz “Ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə IV dərəcə.” şəklində göstərilmiş, həmin tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “Bilateral ağır (IV) dərəcəli sensonevral tip eşitmə azlığı.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, orta-yüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkimmütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmışdır. ##.##.2024-cü il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq total, sol qulaq 55 (əlli beş) db.” kimi qiymətləndirilmiş, instrumental müayinə aparılan zaman aqrovasiya etdiyi məlum olmuş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli T********AEJ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. - Işin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Xəzər Tibb Mərkəzində ##.##.2025-ci il tarixdə keçirilmiş BERA testinin nəticəsindən müəyyən edilir ki, sağ qulaq (70) dərəcə Treshoid clicklə aparılan müayinədə V dalğa sağ qulaqda db. Sol qulaq (90) dərəcə Treshoid clicklə aparılan müayinədə V dalğa sol qulaqda db əldə olundu. Nəticə H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Işin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz “H93.3 Eşitmə sinirinin xəstəlikləri, 2 tərəfli koxlear nevrit. Ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli III-IV dərəcəli, sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə” qeyd olunmuşdur. Iddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqan tərəfindən baxılmış və diaqnoz kimi müəyyənləşdirilmiş xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olubolmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. Iddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. ##.##.2025-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən məhkəməyə **** nömrəli ##.##.2025-ci il tarixli məktubu ilə ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyi daxil olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X4 ##.##.2025-ci il tarixli **** nömrəli məktubu ilə təqdim edilmiş T***/**** №-li ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən ATU-nun X8 LOR həkimin müayinəsinə göndərilmiş və Bera testi nəticəsində ona “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulmuşdur. İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş ##.##.2024-cü il tarixli T********AEJ saylı forma 088 göndərişində qeyd edilmiş diaqnozda “Eşitmə sinirinin xəstəlikləri. Ikitərəfli koxlear nevrit” əsas xəstəlikdir, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli III-IV dərəcəli, sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə” isə onun ağırlaşmasıdır. Diaqnozda qeyd edilən xəstəliklərlə əlaqədar o, əlavə müalicə olunsa da sağalan deyildir, əksinə insan yaşlaşdıqca ağırlaşandırlar. Əlilliyin təyini ilə əlaqədar olan sualın həlli isə məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01. 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi araşdırmaları zamanı, həm də apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlər arasında ziddiyyətlər olmuşdur. Belə ki, Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş ##.##.2024-cü il tarixli (##.##.2024-cü il tarixində imzalanmış) T********AEJ saylı forma 088 göndərişində qeyd edilmiş diaqnozda göstərilmişdir ki, “Eşitmə sinirinin xəstəlikləri. Ikitərəfli koxlear nevrit” əsas xəstəlikdir, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli III-IV dərəcəli, sağ tərəfli IV dərəcəli neyrosensor ağıreşitmə” isə onun ağırlaşmasıdır, ATU-nun X9 keçirilmiş Bera testi nəticəsində isə iddiaçıya “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulmuşdur. Həmçinin, iş üzrə təyin edilmiş ekspertiza rəyində də şəxsin diaqnozu ATU-nun X9 keçirilmiş Bera testi nəticəsində qoyulan “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu kimi göstərilmişdir. Bu baxımdan apellyasiya baxışı zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması və ziddiyyətli məqamların aradan qaldırılaraq İddiaçı olan əsas diaqnozun - eşitmə sinir xəstəliyinin növü, ağırlaşması, buna uyğun olaraq orqanizmin funksiyalarının pozulma faizi və müddətinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə- tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X4 ##.##.2026-cı il tarixli *** nömrəli məktubu ilə təqdim edilmiş T**/**** №-li ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: “1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT10 kodu ilə: Əsas diaqnoz: H93.3-Eşitmə sinirinin xəstəlikləri. Ikitərəfli koxlear nevrit; Ağırlaşma: H90.3-Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Soltərəfli III-IV dərəcəli, sağtərəfli IV dərəcəli neyrosensor ağıreşitmə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin ##.##.2024-cü il tarixdə DTSERA-da audiometriya müayinəsi zamanı “Sağ qulaq total, sol qulaq 55 (əlli beş) db.” kimi qiymətləndirilmiş, instrumental müayinə aparılan zaman aqrovasiya etdiyi məlum olmuş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Respublika Klinik Xəstəxanasına göndərilmiş və ##.##.2025-ci il tarixdə BERA testi zamanı Treshold clicklə yoxlamada 5-ci dalğa sol qulaqda 9 db, sağ qulaqda 90 db əldə olunmuş, “Sağtərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə. Soltərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə” kimi qiymətləndirilmişdir.”
3. Ümumiyyətlə həmin xəstəliklər reabilitasiya olunmurlar. Ekspert rəyində iddiaçıda Sağtərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə. Soltərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə diaqnozu qoyulmuş lakin ekspert rəyində uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, şəxsdə həmçinin Soltərəfli 4cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə qeyd edilsə də BERA testi zamanı Treshold clicklə yoxlamada 5-ci dalğa sol qulaqda 9 db əldə olunmuş ifadəsi qeyd edilmişdir. Aydındır ki, 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə üçün əldə olunan db 70-dan artıq olmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması, iddiaçıya təyin edilmiş diaqnozun Əlilliyin müəyyən olunması Meyarlarında hansı xəstəliyə uyğun olması və orqanizmin funksiyalarının neçə faiz pozulmasını müəyyən etmək, o cümlədən ekspert rəyində olan anlaşılmazlığa aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 məktub ünvanlanaraq ekspert rəyini tərtib etmiş məhkəmə-tibb ekspertləri Fəxrəddin Abbasov və Təranə Vəlizadənin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş məhkəmə-tibb ekspertləri Fəxrəddin Abbasov və Təranə Vəlizadə ifadələrində qeyd etmişlər ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə BERA testi zamanı Treshold clicklə yoxlamada 5-ci dalğa sol qulaqda 90 db, sağ qulaqda 90 db əldə olunmuş, diaqnozu “Sağtərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə. Soltərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə” kimi qiymətləndirilmişdir. Eyni zamanda izahatlarında tərəflərindən tərtib olunmuş ekspert rəyinin məhkəmə-tibbi müayinə və nəticə hissələrində “5-ci dalğa sol qulaqda 90 db” kimi deyil, texniki səhv olaraq “5-ci dalğa sol qulaqda 9 db” kimi qeyd edildiyini bildirmiş və bu halın texniki səhv olaraq nəzərə alınmasını xahiş etmişdirlər. Iş üzrə ekspert rəyində (keçirilmiş müayinə və testin cavabına əsasən) iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi, hətta bir qədər ağırlaşmanın da olduğu aydın müəyyən olunur. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Birinci instansiya məhkəməsi haqlı olaraq əlillik təyin edilməli olması nəticəsinə gəlməklə əlilliyin təyinat tarixini müəyyən etmiş, lakin orqanizmin funksiyasının pozulma faizini və müddətini müəyyən etməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Apellyasiya baxışı zamanı qeyd edilən məqamların ətraflı araşdırılması həyata keçirilmişdir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək iddiaçının hüquqi marağının nəyə yönəldiyini bir daha dəqiqləşdirmişdir. Iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsində ona ##.##.2024-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının pozulmasının 50 % kimi nəzərə alınmaqla müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvericilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. Inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda IPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox IPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, IPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi minimum 30 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırkı mübahisə üzrə mövcud tibbi sənədlər və ekspert rəyindən aydın olur ki, şəxsdə Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri XBT-10 kodu H60-H95 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (H60-H95) Qiymətləndirmə 9.1.1. 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) - orqanizmin funksiyalarının pozulmasının 60 faizi ilə müddətsiz əlillik təyin edilir. 9.1.2. daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) - orqanizmin funksiyalarının pozulmasının 60 faizi ilə müddətsiz əlillik təyin edilir. 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə III dərəcə, digər tərəf üzrə IV dərəcə - orqanizmin funksiyalarının pozulmasının 40 faizi ilə 5 il müddətinə əlillik təyin edilir. 9.1.4. eşitmə zəifliyi IV dərəcə, ikitərəfli - orqanizmin funksiyalarının pozulmasının 50 faizi ilə müddətsiz əlillik təyin edilir. 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi - orqanizmin funksiyalarının pozulmasının 60 faizi ilə müddətsiz əlillik təyin edilir. 9.1.6. psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması - orqanizmin funksiyalarının pozulmasının 85 faizi ilə müddətsiz əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 9.1-ci bəndə qeyd edilən xəstəlik məhz 9.1.1-9.1.6-cı bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 40 faiz pozuntusu müəyyən edilməlidir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəyində Sağtərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə. Soltərəfli 4-cü dərəcəli xroniki neyrosensor tip ağıreşitmə, yəni Meyarlarda əksini tapan “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri- eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” diaqnozu şəxsdə öz təsdiqini tapmışdır. Iş materiallarına əlavə edilmiş müxtəlif tibb sənədlərindən, ekspert rəyinin nəticə hissəsindən, Forma 88 (tibbi göndərişin) status localis hissəsindən, həmçinin həkimekspertlərin ifadələrindən aydın olur ki, iddiaçıda olan xəstəlik Meyarların 9.1.4-cü bəndinə uyğun gəlir, yəni orqanizmin funksiyalarının 50 % aralığında pozulması halı mövcuddur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, hazırki mübahisə üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, əlillik təyinatı göndərişin tarixi nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq qeyd edir ki, şəxsə əlillik statusunun verilməsinin təmin edilməsi sonuncu ##.##.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən əlilliyin təyinat tarixini inzibati orqan göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə iddiaçı İddiaçı Qürbət oğluna ##.##.2024-cü il tarixdə imzalanmış T00186864AEJ tibbi göndərişi üzrə əliliyinin qiymətləndirildiyi ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 50% pozulmasının müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərar dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı Qürbət oğluna Bakı Xəzər Tibb Mərkəzinin ##.##.2024-cü il tarixdə imzalanmış T00186864AEJ tibbi göndərişi üzrə əliliyinin qiymətləndirildiyi ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 50% pozulmasının müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər Pərviz Hüseynov Fərid Mədətli