Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3828/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8702/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş X7nı pozan, 17 aprel 2024-cü il tarixdə Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-dək, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçiriləcək piketə icazə verilməməsi barədə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında saat 12:00-dan 13:00-dək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi və iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. 2020-ci ildə Koronavirus pandemiyası bütün dünyanı bürümüşdür. Həmin pandemiya Azərbaycanda da, aşkar edilmişdir. Bununla bağlı 27 fevral 2020-ci ildə AR Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bunun qanunvericlik əsası olmasa da, operativ qərargah pandemiya ilə bağlı karantin elan etmiş və bir sıra tədbirlər həyata keçirmişidr. 2023-cü ilin fevral ayında X5 pandemiyanın bitdiyini elan etmişdir. Bütün ölkələr quru sərhədləri açmışlar və karantin qaydalarını Azərbaycan Respublikasından başqa tamamilə ləğv etmişlər. Belə ki, AR Nazirlər Kabineti 11 mart 2024-cü il tarixdə qərar qəbul edərək koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadılmışdır və beləliklə quru sərhədlər bağlı qalmaqda davam etmişdir. Bu da, iddiaçıların quru sərhədlərlə ucuz xətlərlə səyahət etməsinin qarşısını almışdır. Ona görə də, iddiaçılar Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq 17 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-adək piket keçirmək qərarına gəlmişlər. Piketin şüarı “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” olacaqdır. İddiaçılar AR Nazirlər Kabinetinin qarşısında piket keçirmək üçün 04 aprel 2024-cü il tarixdə müraciət etmişlər. Cavabdeh 09 aprel 2024-cü il tarixli məktubla piket keçirməyə icazə verməyib. Cavab məktubunda bildirilmişdir ki, X7 Haqqında Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıların piket keçirməsi məqsədəmüvafiq hesab edilmir. Aşağıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş X7nı pozan, 17 aprel 2024-cü il tarixdə Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-dək, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçiriləcək piketə icazə verilməməsi barədə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında saat 12:00-dan 13:00-adək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi və iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində aşağıdakılar təsbit olunmuşdur: «İ.Hər kəsin başqaları ilə birlikdə X7 vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır». Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21 -ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur. Göründüyü X7na müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. “X7 haqqında” Qanunun 5-ci maddəsinin İ-ci bəndinə əsasən həmin Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Qeyd edilməlidir ki, ərizəçilərin aksiyası dinc aksiya idi və X7 haqqında Qanunun 3-cü maddəsinin əhatəsinə düşmürdü. Həmçinin burada Qanunun 5-ci maddəsi də, hazırkı müraciətə tətbiq edilə bilməzdi. Çünki, ərizəçilərin müraciəti əsasında hər hansı bir tədbir görülməsi (yolların bağlanması, açılması, təhlükəsizliyin təmin olunması və.s.) X7 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Bu məhdudlaşdırılma yuxarıda göstərilən qanunda nəzərdə tutulmuşdur. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq X7nın məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Ona görə də, ərizəçi bildirirlər ki, onların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə edilib. Ərizəçilər bildirirlər ki, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” AR Nazirlər Kabinetinin qarşısında səsləndirilməsinə mane olmaq, ifadə azadlığına müdaxilədir və bu müdaxilə qanunda nəzərdə tutulmayıb, müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib. Eyni zamanda, ərizəçinin Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən X7 hüququna müdaxilə edilib. Bu müdaxilə qanunda nəzərdə tutulmayıb, legitim məqsədə yönəlməyib və müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8702/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş X7nı pozan, 17 aprel 2024-cü il tarixdə Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında, saat 12:00-dan 13:00-ədək, “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçiriləcək piketə icazə verilməməsi barədə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında saat 12:00-dan 13:00-adək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi, iddiaçıların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı, 10-cu, 11- ci, 13-cii maddələri və 4 X13 2-ci maddəsi (hərəkət azadlığı) ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə yeni qərar qəbul edilmэsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə cavabdehin imtina məktubu faktiki olaraq qərardır və iddiaçının hüququnu məhz həmin imtina məktubu pozur. Məhkəmə qərardadda qeyd edir ki, hər kəsin şərbət toplaşmaq hüququ vardır və hər kəsin hüquqları digər şəxslərin hüquqlarının başladığı yerdə bitir. Lakin, məhkəmə müəyyən etməmişdir ki, iddiaçıların Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısında aksiyanın keçirilməsi kimlərin hüququnu pozurdu? Məhkəmə məhz buna aydınlıq gətirməyibdir. Məhkəmə sərəncam verməsinə baxmayaraq cavabdeh imtinaya səbəb olmuş hallar və sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə öz sərəncamının icrasını təmin etmədən qərardad qəbul etmişdir. Ona görə də, cavabdehdən imtina barədə “qərar” və digər sənədlər alınaraq işə əlavə edilməlidir. Məhkəmənin iddianı qeyri-mümkün hesab etməsi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49cu maddəsində aşağıdakılar təsbit olunmuşdur: «l. Hər kəsin başqaları ilə birlikdə X7 vardır.İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır». Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur. Göründüyü X7na müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. “X7 haqqında” Qanunun 5-ci maddəsinin İ-ci bəndinə əsasən həmin Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin qanunun 3-cii maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Qeyd edilməlidir ki, Ərizəçinin aksiyası təkadamlıq aksiya idi və X7 haqqında qanunun 3-cü maddəsinin əhatəsinə düşmürdü. Həmçinin burada qanunun 5-ci maddəsi də hazırkı müraciətə tətbiq edilə bilməzdi. Çünki, Ərizəçinin müraciəti əsasında hər hansı bir tədbir gözrülməsi (yolların bağlanması, açılması, təhlükəsizliyin təmin olunması və.s.) X7 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ‘ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Bu məhdudlaşdırılma yuxarıda göstərilən qanunda nəzərdə tutulubdur. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktii olaraq X7nın məhdudlaşdırılması deyil-qadağan edilməsidir. Ona görə də Ərizəçilər bildirir ki, onun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə edilib. Bu müdaxilə eyni zamanda ifadə azadlığına müdaxilədir və bu müdaxilə qanunda nəzərdə tutulmayıb, müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib. Eyni zamanda Ərizəçinin Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən X7 hüququna müdaxilə edilib. Bu müdaxilə qanunda nəzərdə tutulmayıb, legitim məqsədə yönəlməyib. Və müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib. X7 Haqqında AR Qanununun 11-ci maddəsinə əsasən Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər. Qeyd edilməlidir ki, X7 demokratik cəmiyyətin formalaşmasında o qədər mühüm yer tutur ki, Qanunvericilik bu hallarla bağlı şikayətlərə xüsusi qanunla dərhal baxılmasını tələb edir. Belə ki, bu cür tələblərə gec baxılması toplaşma azadlığını əhəmiyyətini əhəmiyyətli dərəcədə itirə bilər. Hansı ki, hazırkı işdə də bu baş veribdir və nəticədə Saleh Rüstəmli əsassız olaraq uzun müddətli həbsdə qalmağa məcbur olub. Məhkəmə bununla bağlı qeyd edib ki, o yalnız İPM-ə əsasən işə baxır və başqa qanunvericiliyin ona aidiyyəti yoxdur. Lakin, qeyd edilməlidir ki, bu tip iddialara baxılması xüsusi hal kimi qanunvericilikdə nəzərdə tutulması o deməkdir ki, bu tip iddialara baxılması tezliyi həmin qanunda nəzərdə tutulmuş qaydada olmalı idi. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə iddiaçıların hüququ məktub əsasında pozulmuşdu. Cavabdehin məktubu qərar xarakterli idi və həmin qərar isə iddiaçılara piket keçirilməsini qadağan edirdi. Yəni faktiki olaraq iddiaçılar həmin məktub əsasında piket keçrimək hüququndan məhrum olublar. Qeyd edilməlidir ki, hazırkı işdə iddianın mümkün sayılmaması iddiaçıların Konvensiyanın 6(1) maddəsi ilə təminat verən məhkəməyə müraciət hüququnu pozub. Eyni zamanda Konvensiyanın 13-cü maddəsi ilə təminat verilən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnu pozub. İddiaçılar qeyd edir ki, hazırkı işdə məhkəməyə müraciət hüququ formal şəkildə qanunvericilikdə nəzərdə tutulub, bunun məhkəmə müdafiəsi səmərəli deyildir. Və hələ indiyədək məhkəmənin bu tip iddialar üzrə müsbət qərar qəbul etməsi, ümumiyyətlə icraata qəbul etməsi halı baş verməmişdir. Məhkəməyə müraciət etmək hüququ ilə bağlı Avropa Məhkəməsinin uyğun» presedentləri: Məhkəmə qeyd edib ki, 6-cı maddə hər kəs üçün mülki hüquq və vəzifələrinə aid olan hər hansı bir tələbi məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən orqana vermək hüququnu təmin edir. Məhkəmənin düşüncəsinə görə, 6-cı maddənin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu,' yəni məhkəməyə müraciət hüququnu qorumadığını düşünmək ağılasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir (X3rşı, 21 fevral 1975-ci il, 35-ci bənd). Məhkəməyə müraciət hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimlənməli olan hüquqdur, cəmiyyətin və fərdlərin tələbatlarına və resurslarına uyğun olaraq, həmin tənzimləmə vaxt və yer baxımdan fərqli ola bilər, lakin bu tənzimləmə sözügedən hüququn mahiyyətinə təsir etməməlidir (X3rşı, 21 fevral 1975-ci il). Məhkəmə qərara alıb ki, məhkəməyə müraciət hüququ təkcə mövcud olamamlı, həmdə səmərəli olmalıdır (X3rşı, 21 fevral 1975-ci il, Kempell və X8rşı 28 iyun 1984). Məhkəmə öz presedent hüququ vasitəsi ilə qərara alıb ki, bu hüquqa qoyulan istənilən məhdudiyyətlər, yalnız o halda 6-cı maddəyə uyğun ola bilər ki, onlar: qanuni məqsəd daşısın; tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağbatan əlaqə mövcud olsun (X1rşı, 28 may 1987, 57-ci bənd). İddiaçılar qeyd edir ki, hazırkı işdə məhkəməyə müraciət hüququna edilən müdaxilə qanuni məqsəd daşımır və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağılabatan əlaqə mövcud deyildir. Qeyd edilməlidir ki, müdaxilə ölkədə X7nın pozulmasına, dövlət orqanlarının X7na qoyduğu məhdudiyyətlə bağlı hüquqi müdafiənin olmamasına səbəb olub. Həmçinin o da qeyd edilməlidir ki, məhkəmənin mövqeyinə görə hazırkı işdə səmərəli hüquqi müdafiə vasitələri mövcud deyildir. Halbuki, Konvensiyanın 13- cü maddəsinə əsasən Konvensiyada göstərilən hüquqların səmərəli hüquqi müdafiəsini təşkil etmək dövlətin ali vəzifələrindən biridir. Ona görə də, hazırkı qərardad eyni zamanda iddiaçıların Konvensiyanın 13cü maddəsi ilə təminat verilən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnu da pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçılardan İddiaçı1 və İddiaçı2 ərizə ünvanlayaraq apellyasiya şikayətinə onların iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Apellysiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqət çəkir: «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən mümkün sayılmalıdır. (5.3-cü bənd); ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfındən qəbul edilmiş və ünvanlandığı şəxsüçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Hazırki işdən görünür ki, iddiaçılar cavabdeh Bakı ŞİH-ə yazılı xəbərdarlıqla müraciət edərək, Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq 17 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında, saat 12:00-dan 13:00-adək “AR Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə piket keçirmək qərarına gəlmişlər. Bakı ŞİH-in hazırkı iddiaçılara ünvanlanmış 09 aprel 2024-ci il tarixli cavab məktubunda müraciətin «X7 haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələblərinə cavab vermədiyi, həmçinin, həmin Qanunun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq 17 apel 2024-cü il tarixdə AR NK inzibati binası qarşısında planlaşdırılmış piketin keçirilməsini məqsədəuyğun hesab edilmədiyini qeyd etmişdir. «X7 haqqında» Azərbaycan Respublİkasının Qanununun 3- cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən X7 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-ci maddəsinin 1-ci hissəsinə və 10-cü maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi X7na toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda iddiaçıların “X7 haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Lakin qeyd edilən qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçıların nəzərinə çatdırıldığı üçün həmin qərar olmayan məktub ilə iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.(4.1-ci bənd); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2-ci bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. (5.1-cibənd); Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2-ci bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. (5.3-cü bənd) İPM-in 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın . Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Bakı ŞİH-in 09 aprel 2024-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh Bakı ŞİH qaldırılan müvafiq tövsiyə vermiş və piketin keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Həmçinin, piketin keçirilməsi üçün nəzərdə tutulan tarix bir neçə aydır keçmişdir. Belə olan halda, müvafiq mübahisə üzrə iddia “müəyyən etmə və tanınma haqqında” iddia növündə qaldırıla bilər və bu qəbildən olan iddialar qanunun tələbinə görə subsidiar xarakter daşıyır. Hazırkı iddia subsidiar xarakterli olduğu halda, onunla birgə baxılmalı digər iddianın nədən ibarət olması isə, iddia ərizəsində göstərilməmiş, ərizənin məzmunundan da məlum olmur. Məhkəmə Kollegiyası qeyd edir ki, qeyd olunan hallar hazırki mübahisənin inzibati icraat qaydasında baxılmasını mümkünsüz edir. Ona görə də, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından hazırkı iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8702/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Əyyubov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3828/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3828/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver