Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-383/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-383/2023 (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 06 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci ildə doğulmuşdur.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ünvanladığı **********5 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödəniimiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə göründüyü kimi, İddiaçı güzəştli iş stajı 10 ildən az (9 il 4 ay 28 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26765,66 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. "xxxx" ASC tərəfindən verilmiş 62 nömrəli xx.xx.2021-ci il tarixli güzəşt arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən (Əmr № 1. xx.xx.1984) xx.xx.1994cü il tarxinədək (Əmr № 93. xx.xx.1994-cü il) Bakı-Komvol Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq sənayesi 32 səh. 200 Əyiricilər yüngül sənaye istehsalatı adlanan 26-cı bölməsinin səh. 184 Əyirici istehsalatında islatma-külləmə, aşılama-boyama-yağlaşdırma sexlərində (sahələrində) məşğul olan xammalın və yarımfabrikatların nəzarətçiləri. səh. 188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar. Bu peşələr üzrə zərərli əmək stajı 10 il 4 ay 19 gün təşkil edir.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA02324-2021 nömrəli İddiaçı verilən arxiv arayışına əsasən Dövlət Arxivinin Bakı Filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vətəndaş İddiaçı xx.xx.1981-ci il tarixli, 124a saylı əmrlə xx.xx.1981-ci il tarixdən 4 saylı sexə 3-cü dərəcəli tikişçi-motorist vəzifəsinə işə qəbul olunması, xx.xx.1982-ci il tarixli, 15 saylı əmrlə xx.xx.1982-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1981-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalatTrikotaj Birliyinin natamam arxiv sənədlərinin 4 saylı sexinin 1982-ci ilə dair əmək haqqı cədvəllərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA02325-2021 nömrəli İddiaçı verilən arxiv arayışına əsasən Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixli, 1/ok saylı əmrlə xx.xx.1984-cü il tarixdən əyirici şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1994-cü il tarixli, 93/kş saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, 1990, 1991, 1992, 1993, 1994-cü illərə dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur.
6. ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək N.Nərimanov adına Bakı İstehsalatTrikotaj Birliyində 3-cü dərəcəli tikişçi-motorist, xx.xx.1984-cü il tarixdən Bakı Komvol kombinatında əyirici şagirdi, xx.xx.1990-cı il tarixdən əyirici istehsalatına xammalın və yarımfabrikatların nəzarətçisi, xx.xx.1991-ci il tarixdən hamarlayıcı sexində hamarlayıcı maşınların operatorunun şagirdi, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək hamarlayıcı sexində 4-cü dərəcə ilə hamarlayıcı maşınların operatoru vəzifələrində, xx.xx.1994-ci ildən xx.xx.2011-ci il tarixinə qədər “Kommunsənayesutəchizatı” İİB-nin Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satış müəssisəsində (Azərsu ASC) müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinə qədər X7 X1 8-ci dərəcəli komputer operatoru vəzifəsində işləmişdir.
7. İddiaçı **********503 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətini məhkəməyə təqdim etmişdir.
8. Bakı Apellyasiya məhkəməsinin "xxxx"ASC-yə ünvanladığı 1984-cü illərdə əyrici şagirdinin gördüyü iş ilə əyricinin gördüyü işin və 1991-ci illərdə hamarlayıcı sexində hamarlayıcı maşınların operatorunun şagirdinin gördüyü işin hamarlayıcı gördüyü iş ilə eyni xarakterli iş olub-olmaması barədə arayış verilməsinə dair sorğuya 28 aprel 2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx"ASC-də qeyd edilən peşələr üzrə işçilər çalışmır.Lakin digər peşələr üzrə həm usta, həm də şagirdlər işləyirlər.Müəssisəyə şagird qəbul olunmuş işçilərin əmək funksiyası istehsal prosessini öyrənməkdir.Şagirdlər tam olaraq həmin peşəni icra etməsələr də müəyyən vaxtlarda (işin mahiyyətini tam öyrənmək məqsədilə) iş prosessinə cəlb edilirlər.
9. Bakı Apellyasiya məhkəməsinin "xxxx"ASC-yə ünvanladığı eyni məzmunlu sorğu isə sorğuda qeyd edilən peşələr ASC-də olmadığından cavablandırılması mümkün olmamışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “04 yanvar 1984-cü il tarixdən, 23 may 1994- cü ilədək işlədiyi Komvol kombinatında əyrici sexində olan iş stajının tam şəkildə nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəsinə cavab olaraq, cavabdeh tərəfindən 07 sentyabr 2021-ci li tarixli məktubu iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçı ərizəsi ilə birlikdə əmək kitabçasının sürətini təqdim etmişdir. Əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 10 ildən çox təşkil edir, yəni dəqiq olaraq, əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 04 yanvar 1984-cü il tarixdən, 23 may 1994-cü ilə kimi təşkil edir. Buna baxmayaraq 04 yanvar 1984-cü il tarixdən 23 may 1994 -cü ilədək, işlədiyi Komvol kombinatında əyrici sexində olan iş stajı, tam şəkildə güzəştli iş stajına daxil edilməsindən imtina edir. Həmin staj iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı Azərbaycan Respublikası Milli Dövlət arxivinin Bakı filialına etdiyi müraciətinə bildirilirki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixli, 1/ok saylı əmrlə xx.xx.1984-cü il tarixdən əyirici şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1994-cü il tarixli, 93/kş saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, barədə məlumatlar mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazında göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən də göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 4 ay 28 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42648,90 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24796,07 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-ci il tarixinə ümumi iş stajı 20 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi əyirici şagirdi və hamarlayıcı maşınların operatorunun şagirdi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmamasına görə iddiaçının qanunla qüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il güzəştli staj təsdiq edilmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ, İİ, İİİ, İV hissələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.8-ci, 9.1-ci “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 10 ildən çox təşkil edir, yəni dəqiq olaraq, əmək kitabçasında, güzəştli şərtlərlə iş stajı 04 yanvar 1984-cü il tarixdən, 23 may 1994-cü ilə kimi təşkil edir. Bu faktı Azərbaycan Respublikası Milli Dövlət arxivinin Bakı filialına etdiyi müraciətinə əsasən bildirilir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixli, 1/ok saylı əmrlə 04 01.1984-cü il tarixdən əyirici şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.1994-cü il tarixli, 93/kş saylı əmrlə xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, barədə məlumatlar mövcuddur. Əgər 4 aylıq əyrici şagird stajı hesablanmasa belə, iş stajı 10 ildən çox təşkil edir. Bundan başqa əyrici şagirdə və əyricinin özüdə eyni sexdə iş fəaliyyəti ilə məşğuldular və hər ikisi eyni qaydada zərərli və güzəştli iş rejimində işləyirlər. Cavabdeh 07 sentyabr 2021-ci il tarixli ona verilmiş cavab məktubunda güzəştli şərtlərlə pensiyaya çıxmaq ücün güzəştli stajının 10 ildən az olmamasını əsas şərt kimi qeyd edib. Lakın buna baxmayaraq. cavabdeh Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair etirazında göstərmişdir ki, güzəştli iş stajı 12 il 6 ildən az olmamalıdır. İddiaçı hesab edir ki, Bakı inzibati məhkəmənin 2-1(112)-3036/2022 saylı xx.xx.2022 tarixli qərarı ləğv edilməlidir və iddia təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
22. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası: --38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik lduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 57 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyası: - Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişiklik: - 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. İddia tələbi və apellyasiya şikayətinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçının xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir.
32. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox olmasına baxmayaraq onun, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir.
33. Belə ki, həmin siyahıda iddiaçının işlədiyi əyirici şagirdi və hamarlayıcı maşınların operatorunun şagirdi peşələri ümumiyyətlə göstərilməmişdir.
34. Bakı Apellyasiya məhkəməsinin "xxxx"ASC-yə ünvanladığı 1984-cü illərdə əyrici şagirdinin gördüyü iş ilə əyricinin gördüyü işin və 1991-ci illərdə hamarlayıcı sexində hamarlayıcı maşınların operatorunun şagirdinin gördüyü işin hamarlayıcı gördüyü iş ilə eyni xarakterli iş olub-olmaması barədə arayış verilməsinə dair sorğuya 28 aprel 2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx"ASC-də qeyd edilən peşələr üzrə işçilər çalışmır.Lakin digər peşələr üzrə həm usta, həm də şagirdlər işləyirlər.Müəssisəyə şagird qəbul olunmuş işçilərin əmək funksiyası istehsal prosessini öyrənməkdir.Şagirdlər tam olaraq həmin peşəni icra etməsələr də müəyyən vaxtlarda (işin mahiyyətini tam öyrənmək məqsədilə) iş prosessinə cəlb edilirlər.
35. Bakı Apellyasiya məhkəməsinin "xxxx"ASC-yə ünvanladığı eyni məzmunlu sorğu isə sorğuda qeyd edilən peşələr ASC-də olmadığından cavablandırılması mümkün olmamışdır.
36. İşin faktiki hallarının, iş materiallarında olan sənədlərin tədqiqi, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2006ci il tarixinə ümumi iş stajı 20 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi əyirici şagirdi və hamarlayıcı maşınların operatorunun şagirdi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmamasına görə iddiaçının qanunla qüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il güzəştli staj təsdiq edilmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3036/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.