Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3830/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh 7 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ soyad sonluğunun dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) doğumu Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixli 1000 saylı akt qeydi ilə qeydə alınmış və xx.xx.2005-ci il tarixdə soyadının sonluğu “Hacıyev”dən “Hacızadə”yə dəyişdirilmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixli “soyadının sonluğunun “Hacızadə”dən “Hacıyev”ə dəyişdirilməsi barədə” ərizə ilə 7 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir.
3. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “- qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmin Qərara əsasən Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə soyadınızın sonluğu “Hacıyev”dən “Hacızadə”yə dəyişiklik edilmişdir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəki soyadının bərpa olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il təvəllüdlüdür. 1993-cü ildən SSRİ pasportu almışdır. Əvvəlki soyadı Hacıyev olmuşdur. Bu soyadı ilə həm orta məktəbi, həm ali məktəbi, həm hərbi xidməti, həm iş fəaliyyətinə başlamış və bu fəaliyyətlərə uyğun bütün sənədlərdə soyadı Hacıyev keçmişdir. 2005-ci ildə SSRİ pasportlarının milli şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi dövründə soyadında milləşdirilmə aparılmışdır. Belə bir şəraitdə X3, Hacızadə soyadı təklif edilmiş və Cəmil Malik oğlu milli soyada keçidlə əlaqədar bu məsələnin əsas olmasını və həmin dövdə bu sahədə gələcəkdə problemlərinin olacağından xəbərsiz olaraq razılaşmışdır. Bütün fumdamental sənədlər Hacıyev soyadında olduğu halda 2005- ci ildən Hacızadəyə keçid olsada, hətta bu günə kimi bütün fəaliyyətdə Hacıyev adı keçməkdədir. İddaçının əsas fəaliyyət sahəsi beynəlxalq münasibətlər olduğundan və dünyanın bir çox beynəlxalq təşkilatları və xarici səfirliklərlə əlaqələri e-mail üzərindən aparıldığından və e-mailində Hacıyev soyadının keçməsi (Elektron ünvan ) işləri lap çətinə salır. Beləki, bu günə kimi 3 beynəlxlaq konfransa dəvətnamədə Hacıyev Cəmil adının qeyd edilməsi, lakin səndələrdə Hacızadə soyadının olması, təşkilatçı ilə sonrakı yazışmaların əlavə vaxt aparması üzündən səfirliklər tərəfindən viza verilməsi məsələsini yubatmış, son nəticədə Cəmil Malik oğlunun konfranlarda iştirakçılığı baş tutmamışdır. Belə hallar xarici pasportdakı viza ilə dəvətnamədəki uyğunsuzluğa görə Gürcüstanda da bir necə dəfə olmuşdur ki, məsələnin araşırılması üçün vaxt lazım olmuş və sonda təyyarə reysinin buraxılması və səfərin baş tutmaması ilə nəticələnmişdir. Bu yaxınlarda isə Chevening Scholarships beynəlxalq təqaüd proqramının sonuncu mərhələsində sənədlərdəki uyğunsuzluqlara görə imtina alması, verilən 3 günlük möhlətdə universitetdən məzmun soyadının dəyişilməsi olsada, eyni həmin məzun olması məzmunda arayışın verilməməsi nəticəsində beynəlxalq təqaüd itirilmişdir. Qeyd edildiyi kimi, həm atestat, həm diplom, həm əmək kitabçasında Hacıyev soyadının olması Hacızadə soyadının tək şəxsiyyət vəsiqəsində olması ilə problem yaratmaqdadır. Daha bir pressdent, bu yaxınlarda ailəyə məxsus avtomobilin səndləşdirilməsində DYP və notariusda bir qardaşın soyadının Hacıyev, digərinin Hacızadə olması əlavə səndələrin tələb edilməsinə səbəb olmuşdur. Ata adının eyni olmasını əsas kimi qəbul edilməyib ki, eyni ata adına malik eyni soyadlardan olan adamlarda artıq mövcuddur. Soyadın sonluğunun “zadə” olmasıda milli soyad anlamında deyil. Bu sonluqda fars dilindən keçmə sonluqdur.
6. Cavabdeh iddiaya imtinada göstərilənlərə uyğun münasibət bildirərək, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı Qərarının geriyə qüvvəsinin olmadığını göstərmişdir.
7. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-10865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
8. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddaçının əsas fəaliyyət sahəsi beynəlxalq münasibətlər olduğundan və dünyanın bir çox beynəlxalq təşkilatları və xarici səfirliklərlə əlaqələri e-mail üzərindən aparıldığından və e-mailində Hacıyev soyadının keçməsi (Elektron ünvan ) işləri lap çətinə salır. Beləki, bu günə kimi 3 beynəlxlaq konfransa dəvətnamədə Hacıyev Cəmil adının qeyd edilməsi, lakin səndələrdə Hacızadə soyadının olması, təşkilatçı ilə sonrakı yazışmaların əlavə vaxt aparması üzündən səfirliklər tərəfindən viza verilməsi məsələsini yubatmış, son nəticədə Cəmil Malik oğlunun konfranlarda iştirakçılığı baş tutmamışdır. Belə hallar xarici pasportdakı viza ilə dəvətnamədəki uyğunsuzluğa görə Gürcüstanda da bir necə dəfə olmuşdur ki, məsələnin araşırılması üçün vaxt lazım olmuş və sonda təyyarə reysinin buraxılması və səfərin baş tutmaması ilə nəticələnmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
11. Məhkəmə Kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
15. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın:
5. Soyad sonluğuna dəyişiklik edilməsi 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.
....
5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.
5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.
5.5. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir.
5.6. Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir.
5.7. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir.
5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir.
5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X1 Reyestri Xidmətinə bildiriş göndərir.
5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir
-6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir;
-6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir;
-6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir;
-6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur;
-6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar;
-6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, İddiaçı doğumu Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixli 1000 saylı akt qeydi ilə qeydə alınmış və xx.xx.2005-ci il tarixdə soyadının sonluğu “Hacıyev”dən “Hacızadə”yə dəyişdirilmişdir.
23. İddiaçı xx.xx.2023-cü il tarixli “soyadının sonluğunun “Hacızadə”dən “Hacıyev”ə dəyişdirilməsi barədə” ərizə ilə 7 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə müraciət etmişdir.
24. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “- qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmin Qərara əsasən Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə soyadınızın sonluğu “Hacıyev”dən “Hacızadə”yə dəyişiklik edilmişdir.”
25. Beləliklə, hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Hacıyev”dən “Hacızadə”yə dəyişiklik edilmiş soyad sonluğunun yenidən “Hacızadə”dən “Hacıyev”ə dəyişdirilməsinə yönəlmişdir.
26. Qeyd olunmalıdır ki, soyad sonluğuna dəyişiklik edilməsi ilə bağlı yuxarıda istinad olunan normalar qanuni maraq olduğu təqdirdə hər kəsin prinsip olaraq bu hüquqa malik olduğunu təsbit edir. Buna görə, müvafiq qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla soyad sonluğunun dəyişdirilməsini tələb edə bilər. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları bunu istisna edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
27. Soyad sonluğunun dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur.Sözügedən Qaydalarda soyad sonluğunun birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər müəyyən edilir. Başqa sözlə, soyad sonluğunun növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
29. Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 5.10.-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
30. Beləliklə, iddiaçının soyad sonluğunun növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlibyönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır.
31. Bununla bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Avropa Məhkəməsinin oturuşmuş presedent hüququna görə ictimai marağın tələb etdiyi hallarda ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlərin tətbiq olunması mümkündür.
32. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
33. Bu mənada, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında soyad sonluğunun ikinci dəfə dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim maraqlardan irəli gəlir.
34. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında soyad sonluğunu rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özünün bu hüququnu maneəsiz reallaşdırmışdır. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyadı daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, soyad sonluğunun dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında, istinad olunan Qaydalarda soyad sonluğunun ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolverilən sayılmalıdır.
35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddaçının əsas fəaliyyət sahəsi beynəlxalq münasibətlər olduğundan və dünyanın bir çox beynəlxalq təşkilatları və xarici səfirliklərlə əlaqələri email üzərindən aparıldığından və e-mailində Hacıyev soyadının keçməsi (Elektron ünvan ) işləri lap çətinə salır. Beləki, bu günə kimi 3 beynəlxlaq konfransa dəvətnamədə Hacıyev Cəmil adının qeyd edilməsi, lakin səndələrdə Hacızadə soyadının olması, təşkilatçı ilə sonrakı yazışmaların əlavə vaxt aparması üzündən səfirliklər tərəfindən viza verilməsi məsələsini yubatmış, son nəticədə Cəmil Malik oğlunun konfranlarda iştirakçılığı baş tutmamışdır. Belə hallar xarici pasportdakı viza ilə dəvətnamədəki uyğunsuzluğa görə Gürcüstanda da bir necə dəfə olmuşdur ki, məsələnin araşırılması üçün vaxt lazım olmuş və sonda təyyarə reysinin buraxılması və səfərin baş tutmaması ilə nəticələnmişdir.
36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq qeyd edir ki, iddiaçıya məxsus olan hansısa rəsmi sənəddə əvvəlki adının və soyadının göstərilməsinin onun üçün problemlər yarada biləcəyi də ağlabatan görünmür. Çünki iddiaçı soyad sonluğunun dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri asanlıqla həyata keçirə bilər.
37. Mülki Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir.
38. Bundan başqa, iddiaçı məhkəməyə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutları da nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı da təqdim etməmişdir.
39. Məhkəmə Kollegiyası razılaşır ki, iddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün yetərli əsasların mövcudluğu da iş üzrə materiallarla təsdiq olunmur.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
42. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.