Məhkəmə qərarları › İş №2-1(103)-3833/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3833/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3833/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin **********2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi yenidən hesablanmış məbləğin birdəfəlik ödənilməsi hissəsində rədd edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixli məktubla könüllü icra edilməsi üçün cavabdehə 30 gün müddət təyin edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda qərarın icrası ilə əlaqədar tərəflərindən sorğu göndərildiyi, sorğuya cavab veriləndən sonra məhkəmə qərarının icrası məsələsinə baxılacağı bildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə yenidən vəsatət verərək qərarın icra eilməməsinə görə, cavabdehin vəzifəli şəxsləri barədə qanuni tədbirlər görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli məktuba uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. - 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Hazırkı işin hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçının Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi nəzərə alınmadan (qulluq stajına görə əlavənin məbləği azaldılmadan) 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2024-cü il tarixli məktubla könüllü icra edilməsi üçün cavabdehə 30 gün müddət təyin edilmiş, cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda qərarın icrası ilə əlaqədar tərəflərindən sorğu göndərildiyi, sorğuya cavab veriləndən sonra məhkəmə qərarının icrası məsələsinə baxılacağı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin 500 (beş yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən iddiaçının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16769/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qərardan görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona 1784,26 manat əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 nömrəli iş üzrə, xx.xx.2024cü il tarixli qərarı artıq cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 500 (beş yüz) manat məbləğində cərimə edilməsi əsassızdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmamış, apellyasiya şikayəti qərardadın ləğvinə əsas vermiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89 - 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar