Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3834/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncam və kirayə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X20 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X13 və X19 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (bacısı) X5, Üçüncü şəxs X6, onun nümayəndəsi (qızı) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncam və kirayə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7418/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X6 adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı və mənzilə dair bağlanan kirayə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, 39 saylı evin 28 saylı mənzili xx.xx.1984-cü ildə məhrum atasına işlədiyi müəssisə tərəfindən işlədiyi dövr ərzində istifadəyə verilmişdir və müvafiq olaraq kirayə müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.1993-cü ildə mərhum həyat yoldaşının (anasının) ərizəsi ilə kirayə müqaviləsi oğlu İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, 2-1(112)- 5157/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilə dair mülkiyyət hüququnun X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul olunmuşdur. Həmin qətnamə maraqlarına toxunduğu üçün məhkəməyə rəsmi müraciət etməklə qərarın surətini almış və qərardan apellyasiya şikayəti vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə isə mənzilə dair kirayə müqaviləsi X6 adına bağlanılmışdır. Həmin sərəncamın qanunsuz hesab edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəsmi müraciət etmiş və həmin sərəncamın etibarsız hesab olunmasını və X6 adına bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsini istəmişdir. İş materiallarına əlavə olunan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışdan göründüyü kimi, iddiaçı X7 tərəfındən xx.xx.1994-cü ildən 1711 saylı şəxsi hesabı X8 adına keçirilməsi barədə Sərəncam verilmiş və xx.xx.2020-ci ilə qədər Şəxsi hesab X3 məxsus olmuşdur. Mənzilin kirayə haqqı 220- ci ilə qədər X2 adına olmuşdur. İddiaçının adına mənzilin keçməsinə dair sərəncamın arxivi mövcuddur. Mənzil iddiaçının istifadəsində olduğu və kirayə pulu ödənildiyi halda hansı əsasla Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə mənzilə dair kirayə müqaviləsi X6 adına bağlana bilərdi. İddiaçı tərəfindən kirayə müqaviləsinin X6 adına bağlanılmasına dair heç bir razılıq ərizəsi mövcud deyildi. Bu əsasla Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı və mənzilə dair kirayə müqaviləsi X11 adına bağlanılması etibarsız hesab edilməlidir. Bundan başqa, mənzildə onunla bərabər qeydiyyatda olan ailə üzvilərinin də kirayə müqaviləsinin onun adına keçrilməsi barədə məlumatları olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7418/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7418/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və iddia tələbinin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun 2.0.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alsaq ki, cavabdehin imtinasını və inzibati orqan olmasını belə olan halda bu işə İnzibati Məhkəmə baxmalı idi. Bundan başqa bununla bağlı Nərimanov Rayon Məhkəməsinin də çıxardığı qərardad var həmin qərardadı şikayətimə əlavə edirəm. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, q ə b u l edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia tələbinin əsasını Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı Departamentinin 06 aprel 2020-ci il tarixli, 22/2 saylı sərəncamının, yəni inzibati aktın etibarsız hesab edilməsi təşkil edir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Apellyasiya şikayətinə etirazın dəlilləri Üçüncü şəxs X6 apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olan X7 ilə rəsmi nikaha daxil olmuş, xx.xx.2015-ci ildə həyat yoldaşı vəfat edib. Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi, F.Kərimzadə küçəsi ev 39, mənzil 28-də qeydiyyatda olmaqla yaşayır. Bu mənzili xx.xx.1984-cü ildə mərhum həyat yoldaşına işlədiyi müəssisə tərəfindən işlədiyi dövr ərzində istifadəyə verilmişdir və müvafiq olaraq kirayə müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, F.Kərimzadə küçəsi ev 39, mənzil 28 onun adına rəsmiləşdirilmişdir. Xüsusi olaraq qeyd edir ki, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 39, 28 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh müraciətinə xx.xx.2021-ci il tarixli № **********56 JN nömrəli məktubu ilə imtina etmişdir. Bundan sonra isə çıxarış alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli qətnamə ilə iddiası təmin edildi. Məhkəməyə təqdim edilən sənədlərin içərisində iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsi olmuş, həmin ərizədən də açıq aşkar görünürdü ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 39, mənzil 28-ə dair kirayə müqaviləsinin bağlanmasına hansı etiraz olmamışdır. Elə həmin ərizənin özü də təsdiq edir ki, həqiqətən də iddiaçının kirayə müqaviləsinin bağlanmasından məlumatlı olmuş, iddia mahiyyətinə görə mübahisələndirmə barədə iddia olmuş və iddiaçı 4 il sonra sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. Müxtəlif vaxtlarda həmin ərizənin özü tərəfindən imzalandığını iddiaçı inkar etsə də, sözügedən hal da (iddiaçının yalan danışmağı) öz təsdiqini tapmışdır. Bunun da səbəbi övladları İddiaçı və X5 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etməyi, nəticədə iddianın təmin edilməyi olmuşdur. İddiaçı həmin iş üzrə vəsatət verərək hazırki iş üzrə yekun qərar çıxarılanadək icraatın dayandırılmağını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi isə İddiaçı sözügedən vəsatətini təmin etmişdir. İddiaçı xeyli vaxtdır ki (10 ildən artıqdır ki), həmin ünvanda yaşamırdı, qeydiyyatı formal xarakter daşıyırdı. Buna görə də məhkəmədə iddia qaldıraraq onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş və Suraxanı Rayon Məhkəməsi iddianı təmin etdi. İddiaçı ona heç bir zaman baxmamış, yoldaşıma hər zaman problem yaratmış, balta ilə evə hücum edərək pəncərələrin şüşələrini sındırmış, süfrəni (qab qaçaq və yemək olan) üstümə aşırmış, yəni bir valideyn kimi mənə heç vaxt hörmət etməmişdir. İndi isə evin çıxarışını ləğv etdirməyə çalışır ki, müxtəlif iddialar qaldırmağının səbəbi də elə budur. Hər keşirilən məhkəmə iclasında ayrı-ayrı yalan, şər böhtan atmaqla məhkəməni özünə inandırmağa çalışır. Məqsəd sadəcə olaraq işi uzatmaq, onu məhkəmələrdə süründürməkdir. İddiaçı xx.xx.2020-ci il tarixli sərəncamdan elə həmin ildən məlumatlı olmuş, lakin onun ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Buna görə də hesab edirəm ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab etməmişdir. İddiaçı bütün müraciətlərində bildirir ki, guya şəxsi hesab onun adına olmuş, mənzilin kirayə haqqı 2020-ci ilə qədər onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş, qeyd edilən ödənişlər onun tərəfindən edilmiş, qeyd edilən halı təsdiq edən qəbzləri də məhkəməyə təqdim etmişdir. İddiaçının mənzilin onun adına sənədləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizəsi olmuş, həmin ərizənin əsasında onunla kirayə müqaviləsi bağlanılmış, sonra isə çıxarış verilmişdir. İddiaçı kirayə haqqlarının özünün ödədiyini iddia edir, belə olan halda hesab edir ki, həmin halı təsdiq edən süburtları məhkəməyə təqdim etməlidir, əgər əlbəttə ki, onda hər hansı qəbz varsa. Qeyd edilən halları nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (112)-7418/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanmasını, İddiaçı şikayətinin təmin edilməməsini xahiş edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (bacısı) X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X14 və onun nümayəndəsi (qızı) X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, “Qum adası” NQÇi-nin xx.xx.1993-cü il tarixli mənzil kirayə müqaviləsinin dəyişdirilməsi haqqında qərarı ilə Qara Çuxur qəsəbəsi, Kərimzdə küçəsi, ev 39, mənzil 28 ünvanında yerləşən mənzilin ilkin kirayəçisi X2 ərizəsi ilə əlaqədar mənzilin kirayə müqaviləsinin X10 ilə bağlanılması qərara alınmışdır. İddiaçı X11 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilin kirayə müqaviləsinin onun adına bağlanmasına sərəncam verilməsini xahiş etmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilin kirayə müqaviləsinin X6 adına bağlanmasına heç bir etirazı yoxdur, razıdır. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 saylı, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən 39 saylı evin, yaşayış sahəsi 25,0 kv.metr olan 1 otaqlı 28 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, oğlu və 2 qızı) X4 adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 28 saylı mənzilə X6 mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona reyestrdən çıxarış verilmişdir. Hazırkda İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs X11) qarşı tələbi X6 adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı və mənzilə dair bağlanan kirayə müqaviləsinin ləğv edilməsi barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçı inzibati orqanın bundan təxminən 4 ildən çox müddət əvvəl qəbul etdiyi inzibati aktın qanunsuz sayılmasını və bunun nəticəsində hüquqi nəticələrin aradan qaldırılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki işdə iddiaçının tələbi “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Mübahisə predmeti olan qərarların qəbul olunma tarixinə nəzər yetirildikdə isə məlum olur ki, həmin sərəncam və mənzilə dair bağlanan kirayə müqaviləsi bundan təxminən 4 ildən də çox müddət əvvəl qəbul olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi ünvanlayaraq, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilin kirayə müqaviləsinin üçüncü şəxsin adına bağlanmasına razılıq vermiş, etirazının olmadığını bildirmişdir. Bu da iddiaçının mübahisəli 28 saylı mənzilin kirayə müqaviləsinin üçüncü şəxsin (anasının) adına dəyişdirilməsindən xəbərdar olduğunu göstərir. İddiaçı isə daha sonra iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İşin apellyasiya baxışı zamanı iddiaçı mübahisəli mənzilin 3-cü şəxsin, yəni anasının adına özəlləşdirilməsinə də razılıq vermədiyini bildirdiyi üçün iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbi üzrə inzibati işi (2-1(112)-5157/2022 saylı) Bakı İnzibati Məhkəməsindən tələb edilmişdir. Həmin inzibati işin materiallarında olan (i.v. 9) İddiaçı notariat qaydada xx.xx.2020-ci il tarixdə verdiyi ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilin X6 adına özəlləşməsinə və çıxarış alınmasına etiraz etmir və bununla əlaqədar gələcəkdə heç bir iddiası və tələbi olmayacağını bildirmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı hər iki halda- həm mübahisəli mənzilə dair anasının adına kirayə müqaviləsinin bağlanmasına, həm də həmin mənzilin anasının adına özəlləşməsinə 2020-ci ildə razılıq verdiyi və həmin andan da iddia etdiyi hüquqlarının pozulmasından, o cümlədən sonradan hazırki işdə mübahisələndirdiyi sərəncam və kirayə müqaviləsinin mövcudluğundan məlumatlı olmasına baxmayaraq hazırki iddiasını 4 il keçdikdən sonra, 2024-cü ildə vermişdir ki, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hazırki vəziyyətdə iddia müddətinin ötürülməsindən uzun müddət keçməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin müddətin bərpası ilə bağlı ərizə vermək üçün iddiaçıya hüquqi yardım göstərməyə də lüzum görməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəblərdən ötürülməsi qənaətinə gəlir və hesab edir ki, həmin müddətin bərpası üzrlü səbəblərlə əlaqələndirilmədiyi üçün mümkün deyildir. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın qeyrimümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7418/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3834/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3834/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver