Məhkəmə qərarları › İş №2-1(103)-3838/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3838/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3838/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbi barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2801/2017 saylı, 14.04 2017-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2801/2017 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı cavabdehin üzərinə pensiyanın xx.xx.2008-ci ildən həmin dövrdə qüvvədə olmuş hesablama qaydası ilə (son iki ilin əmək haqqısı nəzərə alınmaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2801/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X2 pensiyasının xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş hesablama qaydası ilə (son iki ilin əmək haqqısı nəzərə alınmaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2801/2017 saylı qərarı icra edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftəxanası vasitəsi ilə cavabdeh inzibati orqan ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin saylı işi üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2801/2017 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı (hakim E.Əliyev) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq müddətin ötməsi səbəbilə ərizəni mümkün hesab etməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2801/2017 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadında əsassız olaraq yeni sübutların və ya halların aşkar olunmasına istinad edilmədiyi qeyd olunmuşdur. Bildiririk ki, iş üzrə icraatın təzələnmə əsası kimi Oğuz rayonu, Bucag kəndində yaşayan S.O.Aİəmmədova Binəqədi rayonu ərazisində yaşamamasına (məktub əlavə olunur) və 2002-2004-cü illərdə "xxxx" ASC-nin "Azəryolnəqlivvatlayihə" İnstitutunda işləməməsinə baxmayaraq, pensiyasının hesablanması məqsədilə yeni əmək kitabçası və "Azərnəqliyvatvollayihə" İnstitunun 2002- 2004-cü illərə dair əməkhaqqı arayışını təqdim etdiyi, bunun nəticəsində onun pensiyasının yenidən hesablandığı və 40.796,02 manat artıq vəsait ödənildiyi qöstərilmişdir. Həmin halın müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən müvafiq sorqu qöndərilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departameni Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda S.O.Aİəmmədovanın Azadlıq prospekti, ev 184, mənzil 5 ünvanında qevdiyyatda olmasına dair sənədlərin aşkar olunmadığı qeyd edilmişdir. Həmin məktub məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş saxtalaşdırıldığı ehtimal olunan yaşayış yeri barəsində arayış və əməkhaqqı arayışları əsasında Fondun keçmiş Binəqədi rayon şöbəsi vasitəsilə İddiaçı plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləq 40.796,02 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İPM-in 104.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. İPM-in 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İPM-in 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir: Qanunvericiliyin tələbindən göründüyü kimi yeni açılmış hallara dair ərizənin verilməsi üçün də mümkünlük şərtləri nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mümkünlük şərtləri yalnız iddiaya münasibətdə deyil, həm də yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə münasibətdə də nəzərdə tutulmuşdur və məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, belə ərizənin verilməsi üçün yuxarıda istinad edilən normada müəyyən olunmuş müddət həmin ərizənin mümkünlük şərtlərinə aiddir. Cavabdeh qərarın qüvvəyə mindiyi vaxtdan (25 may 2017-ci il) cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (04 iyul 2022-ci il) qədər isə 3 ildən çox müddət keçmişdir. Bununla belə, məhkəmə kollegiyası həmçinin qeyd edir k, həm ərizədən, həm də apellyasiya şikayətindən aydın göründüyü kimi mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını bildirməmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür. Ərizəçinin istinad etdiyi – iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işinin açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü mövcud olmadığı halda, yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2801/2017 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar