Məhkəmə qərarları › İş №2-1(103)-3840/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3840/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3840/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın qismən ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4493/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarı ləğv etmək və EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 64.000,80 manat məbləğində cavabdeh tərəfindən hesablanmış vergini iddiaçıya geri qaytarmaq vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardad ilə “cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********086700 nömrəli qərarının qismən - 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə ləğv edilməsi və həmin qərarın 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrinin aradan qaldırılması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV-ləri üçün qeydiyyata alınmaqla “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” üzrə fəaliyyət göstərməkdədir. İddiaçı 2022-ci ilin aprel ayı üçün əvəzləşmə aparılması məqsədilə ƏDV bəyannaməsini cavabdehə təqdim etmişdir. Lakin əvəzləşmənin təqdim edilmiş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan cavabdeh tərəfindən əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir və bu barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixli **********086700 nömrəli aktın ləğv edilərək EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 63984,6 manat ƏDV məbləğinin əvəzləşməsini nəzərə almağı hesablanmış vergi məbləğini azaltmağı xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, **********041800 nömrəli qərarı ilə Qapalı Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2022-ci il və 08.2022-ci il tarixli inzibati şikayətlərin təmin edilməməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul lmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli aktının dəyişdirilmədən saxlanılması barədə qərar (bundan sonra “Qərar”) qəbul etmişdir. Cavabdeh qərarında göstərmişdir ki, “İddiaçı "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixli EBBT seriyalı '737 dəyəri 355 470,00 manat (ƏDV-si 63 984,60 manat) olan elektron qaimə-fakturanı əldə etmişdir, həmin fakturada “Malın adı” səsində Calsium Bromide(CaB2) adlı mal qeyd edilmişdir. "xxxx" MMC-nin fəaliyyətinin təhlili zamanı elektron qaimə- tura məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 manat (ƏDV ilə) dəyərində lsium Bromide(C aB2)" adlı malın təqdim edildiyi halda həmin mallar xx.xx.2022-ci il tarixədək müəssisənin alışında və idxalında müəyyən edilməmişdir.” Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul xli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların M eyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə uyğun olaraq "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********100 nömrəli Qərar qəbul edilmişdir. Halbuki iddiaçı tərəfindən 2022-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı "xxxx" MMC ilə bağlı qərarı xx.xx.2022-ci il tarixdə qəbul iş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olubolmadığını vergi orqanı tərəfindən müvafiq məlumatlar daxil edildiyi görür. xx.xx.2022ci il tarixdə isə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumat mövcud olmamışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən iddiaçıya 64.000,80 nat məbləğində əlavə vergi hesablanmasına üçün əsas mövcud olmamış, bununla da Cavabdeh qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən cavabdeh iddiaçının əmtəəsiz, yaxud riskli əməliyyat aparması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, iddiaçının riskli əməliyyat apardığına görə riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul etməmişdir. Digər tərəfdən Cavabdeh səthi araşdırma aparmış, "xxxx" MMC tərəfindən malların istehsal edilmə faktını yoxlamamışdır, olan elektron qaimə-faktura məlumatları əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 nat (ƏDV ilə) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın təqdim edildiyi halda həmin malların xx.xx.2022-ci il tarixədək müəssisənin idxalında müəyyən edilmədiyini aşkarlamış və bununla kifayətlənmişdir. Beləliklə, göstərilənlərə əsasən Cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan hesab edirik ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu Cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də ia təmin edilməli və xx.xx.2022-ci il tarixli, **********041800 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar ləğv lərək,"Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli arın ləğv edilməsi və EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 64.000,80 manat məbləğində Cavabdeh tərəfindən hesablanmış verginin iddiaçıya geri qaytarmaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Həmçinin, qeyd olunan dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşməyə təqdim edilmiş **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 457,22 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 441,02 manat təşkil etdiyi üçün 16,20 manat kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********362900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin aprel ayı üzrə 64 000,80 manat vergi məbləğləri hesablanaraq xx.xx.2022-ci il tarixli **********086700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixli EBBT seriyalı 976737 dəyəri 355 470,00 manat (ƏDVsi 63 984,60 manat) olan elektron qaimə-fakturanın əldə edildiyi müəyyən edilmişdir. Qeyd olunan elektron qaiməfakturanın “Malın adı" hissəsində Calsium Bromide (CaB2) adlı mal qeyd edilmişdir. "xxxx" MMC-nin fəaliyyətinin təhlili zamanı elektron qaimə-faktura məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 manat (ƏDV ilə) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın təqdim edildiyi 2 halda həmin mallar xx.xx.2022-ci il tarixədək müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli 221**********100 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli məktub göndərilməsinə, Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə və qeyd edilən məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022- ci il tarixdə oxunmasına baxmayaraq, vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədlər araşdırmaya təqdim edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC- nin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyatlar apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi əsasında “mikrotomların və ya qaz- və ya tüstü analizatorların" idxal edildiyi müəyyən edilmişdir. Qeyd olunan yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 441,02 manat təşkil etdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə 2 457,22 manat ƏDV məbləği əvəzləşdirilmiş və kameral vergi yoxlaması ilə həmin yük gömrük bəyannaməsi üzrə əvələşdirilən ƏDV məbləği 2 441,02 manat olaraq nəzərə alınmışdır. İnzibati şikayətlərin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Cəmiyyətin rəhbəri X7 Cəmiyyətin müraciətləri üzrə xx.xx.2022-ci il tarixdə araşdırmada iştirak edərək, şikayətlərin məzmununa uyğun izahat vermişdir. Anar Bağırov araşdırmaya təqdim etdiyi izahatında "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə əldə olunmuş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura əsasında Calsium Bromide adlı malın faktiki olaraq Cəmiyyət 3 tərəfindən həmin vergi ödəyicisindən əldə olunduğunu, həmin tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısında olmadığını, "xxxx" MMC-dən 2022- ci ilin aprel ayı ərzində Calsium Bromide adlı malı əldə etdiklərinə baxmayaraq, həmin vergi ödəyicisinin alışında və ya idxalında qeyd olunan malın olmaması barədə məlumatlarının olmadığını və qarşı tərəfdən Cəmiyyətə həmin malın istehsal malı olduğu barədə məlumat verildiyini bildirmiş və yenidən kameral vergi yoxlaması keçirilərək hesablanmış verginin ləğv olunmasını xahiş etmişdir. Beləliklə, uçotbaza məlumatlarına əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 355 470,00 manat (ƏDV-si 63 984,60 manat) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın əldə etdiyini iddia etdiyi və qeyd olunan elektron qaiməfakturanın 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin ("xxxx" MMCnin) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin araşdırmada iştrak etmədiyini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyatlar çərçivəsində əldə olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini və Cəmiyyət tərəfindən idxal edilmiş mallar üzrə tərtib edilən xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləğinin 2 441,02 manat təşkil etdiyini nəzərə alaraq, inzibati şikayət təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3840/2023 saylı, 03 avqust 2023-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə araşdırma apararkən İddiaçı QSC və "xxxx" MMC arasında olan əməliyyatın riskli əməliyyat olması faktını nəzərdən açırmışdır.Belə ki, adıçəkilən vergi ödəyiciləri arasında həyata keçirilən əməliyyatın xx.xx.2022-ci il tarixdə olmasını nəzərə almamış, sırf "xxxx" MMC barəsində çıxarılan qərarın xx.xx.2022-ci il tarixində qəbul olunmasını əsas götürməklə kifayətlənmiş və nəticədə əsassız qərar çıxarmışdır. Həmçinin İddiaçı QSC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Həmçinin, məhkəmə qərara almışdır ki, xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarının 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması qeyd olunmuşdur. Lakin, məhkəmə qərarında izahlı olaraq hansı nəticələrin aradan qaldırılmasını vurğulamamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən qərar üzrə iddiaçı yuxarı inzibati orqana müraciətlər etmiş, yuxarı inzibati orqanın apellyasiya şurasının yekun xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarın iddiaçıya nə vaxt tədim edildiyi barədə cavabdeh sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır . 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.7 vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

İnzibati işdən görünür ki, cavabdehin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 avqust 2022-ci il tarixli, **********086700 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 64.000,80 manat əlavə vergi hesablanmışdır.. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergli ödəyicisi hesab olunması ilə bağlıdır. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki,iddiaçı tərəfindən 2022-ci ilin aprel ayı üçün əvəzləşməyə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir, qeyd olunan elektron qaimə-fakturalar üzrə ƏDV məbləğləri vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin ay üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğlərdə kənarlaşma yaranmışdır. Kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı məhkəmənin bu mövqeyi ilə razılaşmamış, lakin məhkəmənin gəldiyi nəticəni nəyə görə düzgün hesab etmədiyi barədə apellyasiya şikayətində heç bir konkret dəlil irəli sürməmişdir. Vergi orqanı apellyasiya şikayətində yalnız iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturaların nömrə və seriyalarını ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, lakin həmin elektron qaimə- fakturalar üzrə aparılan əməliyyatların nəyə görə riskli (əmtəəsiz) əməliyyatlar hesab olunduğunu və əvəzləşməyə əsas vermədiyini qanunvericiliyə istinad edərək əsaslandırmamışdır. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, vergi orqanı qeyd olunan əməliyyatları riskli (əmtəəsiz) əməliyyat hesab etməsi barədə mövqeyini yalnız iddiaçıya mal satan şəxsin riskli vergi ödəyicisi hesab edilməsi ilə izah edir. Apellyasiya şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı həmin vergi ödəyicisindən mal alarkən o riskli vergi ödəyicisi hesab edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" MMC-dən mal alarkən həmin şəxs riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişdir. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. Bundan başqa, iş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022- ci il tarixli EBBT seriyalı 976737 dəyəri 355470 manat (ƏDV-si 63984,60 manat) elektron qaimə ilə Calsium Bromide (CaB2) adlı mal əldə etmişdir. İş materiallarındakı sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı həmin Calsium Bromide (CaB2) adlı malı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Azneft” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında “Azneft” İstehsalat Birliyi qarşısındakı öhdəliyini icra etmək məqsədilə müntəzəm olaraq tədarük edir. İddiaçı həmin halın təsdiqi olaraq çoxsaylı elektron qaimələr təqdim etmişdir. Həmin elektronqaimələr iş materiallarına əlavə edilmişdir. Odur ki, iddiaçı həmin (CaB2) adlı malı digər şəxslərlə yanaşı, həm də "xxxx" MMC-dən satın almışdır. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adı qeyd olunan şəxsdən mal aldığı dövrlərdə həmin şəxsin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilməsi barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə alqı-satqı əməliyyatlarının aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Apellyasiya şikayətinin digər dəlili münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya aid şəxsi hesab vərəqəsindən görünür ki, həmin cavabdeh tərəfindən həmin qərar faktiki olaraq xx.xx.2022-ci il tarixdə icra olunaraq iddiaçının artıq ödəmə müəyyən edilmiş vergi məbləği 64.000,80 manat azaldılmışdır. Odur ki, iddia tələbinin 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrinin aradan qaldırılması mübahisələndirilən hissədə inzibati aktın icrasının nəticələrinin aradan qaldırılması ilə bağlıdır və cavabdeh qurum həmin artıq ödəmə məbləğini şəxsi hesab vərəqəsində bərpa etməklə qərarın icrasının nəticələrini aradan qaldıra bilər. Bununla bağlı inzibati orqana əlavə izaha ehtiyac yoxdur. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli Qərarları). Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4493/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar