Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3846/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, ”Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə və Bakı şəhəri Cavabdeh6nə qarşı “öhdəliyin qoyulması” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərmemerlayihə” Dövlət Baş Layihə İnstitutun (keçmiş ЮЖГИПРОАГРАПРОМ) Həmkarlar İttifaqı Komitəsi tərəfindən yaranan “Çinar” bağçılıq yoldaşlığı tərəfindən təstiq edilmiş siyahısına və ona təqdim edilmiş bağçılıq kitabçasına əsasən Əzizbəyov (Xəzər) rayonu 2-ci massiv Şimal DRES-də 14-cü sahə, küçə 8-də 600 kv.m. torpaq sahəsin ayrılmasını və Azərbaycan Respublikası Cavabdeh3 (keçmiş ЮЖГИПРОАГРАПРОМ) 27 aprel 2021-ci il tarixli K/01-48 saylı cavab məktubuna əlavə edilmiş siyahı üzrə qeyd edilən İddiaçı qızma 15-ci sahə, X10ma isə 14cü sahənin dəqiqləşdirilməsi ilə bağlı və ona aid Əzizbəyov (Xəzər) rayonu Şimal DRES-də 600 kv.m. torpaq sahəmin koordinatların müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1964-cü ildən 1993-cü ilədək AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh3 işləmişdir. İşlədiyi müddət ərzində Bakı şəhəri X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 №-li qərarı ilə institutun bir qrup əməkdaşlarının hər birinə, o cümlədən iddiaçıya 600 kv.m. bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. İddiaçıya ЮЖГИПРОАГРАПРОМ Layihə institutu tərəfindən Əzizbəyov (Xəzər) rayonu Şimal DRES-də 14-cü sahə, küçə 8-də 600 kv.m. torpaq sahəsi verilməsi ilə bağlı bağçılıq kitabçası təqdim edilmişdir. “Azərmemarlahiyə” Dövlət Baş Layihə İnstitutunun 27 aprel 2021-ci il tarixli K/01-48 saylı cavab məktubu və 90/40k saylı 30 oktyabr 1990-cı il tarixli aktın, plan cizginin, 30 sentyabr 1991-ci il tarixli 02 saylı protokoldan çıxarışın surəti, bağçılıq sahəsinin ayrılmış əməkdaşlarının ümumi siyahısı və 13 iyun 1990-cı il tarixli 4/145 və 10 dekabr 1990-cı il tarixli 7/437 saylı qərarların surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cavabdeh3 Həmkarlar İttifaqı Komitəsinin iclasının 30 sentyabr 1991-ci il 02 №-li protokolundan çıxarışda icraçı direktor M.Babayevin imzası və möhürü qoyulub və əsli ilə düzgünlüyü təsdiqlənib. Torpaq sahələri verilən müddət ərzində Həmkarlar İttifaqının sədri X6 olub. “Azərmemarlahiyə” Dövlət Baş Layihə İnstitutunu tərəfindən ünvanlanan 10 noyabr 2021- ci il tarixli XO-03-B- 56-2021-04188 saylı cavab məktubuna əsasən 90/40k saylı xx.xx.1990-cı il tarixli aktın və plan cizqinin təstiq edilmiş surətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində aşkar edilməməsi bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyətinin 10 may 2022-ci il tarixli Ə-204/2- 112/2 №-li məktubunda Bakı Şəhər İcra Hakimiyyətinin arxivində bu sənədin müəyyən olunmaması bildirilmişdir. İddiaçı X5 Komitəsinin iclasının 30 sentyabr 1991-ci il 02 №-li protokolunun və bağçılıq sahəsi ayrılmış əməkdaşların təstiq edilmiş ümumi siyahısının surətlərini, 30 oktyabr 1990-cı il tarixli 90/40k №-li aktın və cizgi planının, həmçinin İnstitutun 1990-1991-ci illərdə Həmkarlar İttifaqının sədri kim olmağı barədə məlumatın və qeyd edilən sənədlərin arxivdə olan nüsxələrin təqdim edilməsinə göstəriş verməklə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 11 iyul 2023-cü il tarixli ******* №-li ərizə göndərmiş, lakin iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. 19 iyul 2023-cü il tarixli 1054Ə №-li məktubun əsası “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasına göndərilmişdir. Rəsmi cavab olaraq 24 iyul 2023-cü il tarixli 597-3/436-B №-li məktubda 30 oktyabr 1990-cı il tarixli 90/40K №-li akt və plan cizgi arxivlarında aşkarlanmadığı bildirilmişdir. ddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin hakimi Pərviz Hüseynovun 07 iyul 2022-ci il tarixli 2-1(112)-8007/2022 saylı sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 29 iyul 2022 il tarixli BA04713-2022 №-li məktubu ilə direktoru cənab Ağakişi Allahverdiyevin imzası ilə 13 iyul 1990-cı il tarixli 4/145 və 10 dekabr 1990-cı il tarixli 7/437 saylı qərarlarının təsdiq edilmiş surətləri Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 qərarı ilə institutun 40 əməkdaşına Xəzər rayonu (keçmiş Əzizbəyov) Şimal DRES-də bağçılıq təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh3 icraçı direktoru və həmkarlar ittifaqı komitəsinin sədrinin sədrliyi ilə “Çinar” bağçılıq yoldaşlığı yaradılıb. İddiaçı həmin “Çinar” bağçılığa üzv olmaq üçün müraciət etmiş, müraciətə əsasən 40 nəfər üzv ilə sahəyə baxış aparıb sahədə təmizlik işləri aparılmışdır. Layihə İnstitutu tərəfindən verilmiş məlumatlaraa əsasən bağçılıq təsərrüfatı yaratmaq üçün dövlət tərəfindən ayrılan pula hər əməkdaş üçün çəpər və su quyusu tikiləcəyini bildirsələr də, bunların heç biri icra olunmamışdır. Bağçılığa üzv olan X2 iddiaçının sahəsinin yanında olub. Müəyyən səbəblərlə əlaqdar iddiaçı tərəfindən bağ sahəsinə gediş-gəliş olmamış, tikinti işləri aparılmamışdır. Bağçılıq üzvləri olan X8 və X9 tikinti işləri aparmışdılar və iddiaçı onlarla mütəmadi əlaqədə olmuşdur. Lakin bir müddət keçəndən sonra iddiaçının X8 ilə əlaqəsi kəsilmiş, X9 ilə əlaqə saxlayır. İddiaçı bildirir ki, sahənin yerini tapa bilmədiyindən X1 yerinin göstərilməsini xahiş etsə də, ondan imtina cavabı almışdır. İddiaçı torpaq sahəsinin koordinatların müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Sahənin yerini bu günə kimi müəyyən edə bilmədiyindən Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs kimi əlavə edilmişdir. Sahənin yerinin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestrin İdarə Heyətinin cavab məktubunda bağ sahənin yerinin dəqiqləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı qeyri-müəyyən tələblə bir neçə cavabdehə qarşı iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iş üzrə iddia tələbi aydın deyil, tələb qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım haqqında məktub ünvanlanmış və iddia tələbi cavabdeh qismində bir inzibati orqan müəyyən edilməklə konkret müəyyən edilmiş torpaq sahəsi üzərində hüquqların qeydiyyatı tələbi ifadə edilməli olduğu bildirilmiş, lakin iddia həmin tələblərə uyğunlaşdırılmamışdır. İddiaçı apelyasiya şikayətində dəqiqləşmə ərizəsini birinci instansiya məhkəməsinə təqdim etdiyini bildirsə də, həmin ərizəyə baxış zamanı müəyyən edilir ki, iddiaçı tərəfindən bir inzibati orqan cavabdeh olaraq qoyulsa da tələb yenə də aydın ifadə edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının aplyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3846/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3846/2024
18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver