Məhkəmə qərarları › İş №2-1(103)-3847/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3847/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3847/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1519/2023 saylı 17 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 avqust 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus SX № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir. 14-cü qeydə əsasən iddiaçı N №-li hərbi hissənin tərkibində Füzuli və Xocavənd istiqamətindən gedən döyüşlərdə iştirak etmişdir. Qeyd hərbi hissənin imza və möhürü ilə təsdiqlənmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 38 saylı əmrindən çıxarışdan görünür ki, “Səfərbərlik təyinatına müvafiq olaraq aşağıda adları çəkilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilər hərbi hissədə göstərilən vəzifələrə təyin olunduqlarına görə, 04 noyabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilsinlər: - əsgər İddiaçı, 3-cü tamamlama bölüyünün heyət nəfəri atıcısı. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yasamal rayon İdarəsindən. Əsas: Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yasamal rayon İdarəsinin xx.xx.2020- ci il tarixli adlı siyahısı (dax.ol №1430).” N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 42 saylı əmrindən çıxarışdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində tamamlama mərkəzinə təyin edilmiş dəyişən heyət, müdafiə nazirinin N noyabr 2020-ci il tarixli 026 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə, N noyabr 2020-ci il tarixdən aşağıda göstərilən hərbi hissələrə göndərilmiş hesab edilsinlər, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılsınlar: - əsgər İddiaçı N nömrəli hərbi hissəyə. Əsas: müdafiə nazirinin N noyabr 2020-ci il tarixli 026 nömrəli əmri (dax.ol. № 272) və N nömrəli hərbi hissənin adlı siyahısı (dax.ol № 1624).” N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin 1-ci bölüyünün 1-ci tagımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət etdiyi müddət ərzində özünün şəxsi və xidməti keyfiyyətləri ilə müsbət xarakterizə edilərək, Füzuli rayonunun Qacar və Dilağar kəndlərinin mühafizəsi və müdafiəsində yaxından iştirak etmişdir. Ona təhkim olunmuş silaha tam məsuliyyətli olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-43-71/2-736/23 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya məxsus SX №6N276 nömrəli uçot kartasından görünür ki, iddiaçı xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 14/1549 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sertyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissəsinin xx.xx.2023-ci tarixli 14/1549 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irirmiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Vətən müharibəsi” zamanı İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixindən sonrakı N nömrəli hərbi hissədə xidməti barədə N nömrəli hərbi hissədə məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh qurumun iddiaçıya ünvanladığı 2306 saylı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdi ki, iddiaçının müraciəti N saylı hərbi hissədə araşdırılmış, “Vətən müharibəsi” zamanı xidmət keçdiyi N saylı hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əsgər İddiaçı xidmət keçdiyi hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə xx.xx.2021-ci il tarixli 1198 nömrəli (Döyüş əməliyyatlarında iştirak etməmək və silahla təhkim olunmamaq barədə) arayış təqdim olunmuşdur. Ləğv olunmuş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı “44 günlük vətən müharibəsi” zamanı xx.xx.2020-ci il tarixində N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına daxil olmuş saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzində Fizuli rayonunun Qacar kəndinə göndərilmiş və döyüş əməliyyatlarında iştirak etməmişdir. Belə ki, həmin vaxtlar şiddətli döyüşlər getdiyindən və iş həcminin çox olması səbəbindən əsgər İddiaçı heç bir silah, sursat və hər hansı növ təchizat təhkim edilməmişdir. xx.xx.2020-ci il tarixdə Fizuli rayonunun Dilağarda kəndində komplektləşdirmə başlayarkən döyüş əməliyyatları artıq bitmişdir. xx.xx.2020-ci il tarixdə daimi xidmət yerinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş, xx.xx.2020-ci il tarixdə isə daimi xidmət yerində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq əsgər İddiaçı döyüş əməliyyatlarında iştrak etmədiyi üçün döyüş iştirakçılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunmağı məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya “Müharibə veteranı”adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsi başlayan zaman qismən səfərbərlik ilə bağlı döyüşlərdə iştirak etmək üçün AR SHXÇDXnin Yasamal rayon idarəsinə xx.xx.2020-ci il tarixində ərizə ilə könüllü müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı hərbi xidmətə çağırılaraq N №li hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixində 302 №li əmrə əsasən N №li hərbi hissənin tərkibinə verilərək döyüş bölgəsi olan Füzuli rayonunun Qacar kəndinə, bundan sonra isə həmin rayonun Dilağarda kəndinə aparılmış və ön cəbhədə döyüş növbətçiliyində olmuşdur. Həmin vaxt bütün təminat növləri ilə təchiz olunmuşdur. İxtisasca tuşlayıcı olduğu üçün döyüş gedən ərazidə oldugu zaman iddiaçıya silah verilsə də, bununla bağlı təhkim olunma və sənədləşmə işləri aparılmamışdır. Səhlənkarlıq və məsuliyyətsizliyin nəticəsi olaraq N №li hərbi hissənin iddiaçı da daxil olmaqla 84 nəfərlik çoxsaylı şəxsi heyətinin 8,9,N noyabr tarixlərində döyüşlərin getdiyi ərazidə faktiki mövcudluğu, eləcə də hərbi biletlərdə hərbi hissə möhürü ilə "Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib" qeydinin nəzərə alınmaması nəticəsində iddiaçı nə hər-hansı bir təltif, nə də veteran statusu almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020ci il tarixdən N noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-9554 nömrəli məktubunun surətindən görünür ki, “Azərbaycan Ordusunun Vətən Müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli N nömrəli məktubunda ləğv edilmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı “44 günlük vətən müharibəsi” zamanı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına daxil olmuş saat 17:00-da Ağcabədi rayonu 2-ci tamanlama mərkəzində Fizuli rayonunun Qacar kəndinə göndərilmiş və döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilmişdir. Belə ki, həmin vaxtlar şiddətli döyüşlər getdiyindən və iş həcminin çox olmasından əsgər İddiaçı heç bir silah, sursat və hər hansı növ təchizat təhkim edilməmişdir. xx.xx.2020-ci il tarixdə Füzuli rayonunun Dilağarda kəndində komplektləşdirmə başlayarkən döyüş əməliyyatları artıq bitmişdir, iddiaçı xx.xx.2020-ci il tarixdə Şəmkir rayonunda yerləşən xidməti yerinə qaytarılmışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatilqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, "Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Sonda iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1519/2023 saylı 17 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, N nömrəli hərbi hissənin təqdim etdiyi sözügedən məktubla, məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus xidməti xasiyyətnamə və hərbi biletdə aparılan qeydlər arasında ziddiyyətlər yarandığından həmin iddia tələbi üzrə inzibati orqan tərəfindən yenidən araşdırma aparılması zəruridir. Hesab edir ki, N nömrəli hərbi hissənin təqdim etdiyi sözügedən məktubla, məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus xidməti xasiyyətnamə və hərbi biletdə aparılan qeydlər arasında ziddiyyətlər yarandığından Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-1519/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, ilk öncə xidmətə çağırıldığında N №li hərbi hissəyə təhvil verilmiş, həmin hərbi hissə tamamlayıcı hərbi hissə idi, yəni bu hərbi hissədən digər- döyüş əməliyyatlarının aparılmasında iştirak edən hərbi hissələrdə hərbi qulluqçu çatışmazlığı olduqda onun tamamlanması məqsədilə hərbi qulluqçular göndərilirdi. Odur ki, o, xx.xx.2020-ci il tarixində 302 №li əmrə əsasən N №li hərbi hissənin tərkibinə verilərək döyüş bölgəsi olan Füzuli rayonunun Qacar kəndinə, bundan sonra isə həmin rayonun Dilağarda kəndinə aparılmış və ön cəbhədə döyüş növbətçiliyində olmuşdur. Həmin vaxt bütün təminat növləri ilə təchiz olunmuşdur. İxtisasca tuşlayıcı olduğu üçün döyüş gedən ərazidə oldugu zaman ona silah verilsə də, bununla bağlı təhkim olunma və sənədləşmə işləri aparılmamışdır. Səhlənkarlıq və məsuliyyətsizliyin nəticəsi olaraq N №li hərbi hissənin çoxsaylı şəxsi heyətinin 8,9,N noyabr tarixlərində döyüşlərin getdiyi ərazidə faktiki mövcudluğu, eləcə də hərbi biletlərdə hərbi hissə möhürü ilə "Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib" qeydinin nəzərə alınmaması nəticəsində ona və digər hərbi qulluqçulara hər-hansı bir təltifnamə və ya veteran statusu verilməmişdir. Bununla bağlı iddiaçı cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Bu səbəbdən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “İddiaçı döyüş əməliyyatlarında iştirak etməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi və həmin hərbi hissənin N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan İddiaçı döyüş əməliyyatlarında iştirak etməməsinə istinad edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehdən tələb edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 38 saylı əmrindən çıxarışdan görünür ki, səfərbərlik təyinatına müvafiq olaraq ehtiyatdan çağırılmış hərbi vəzifəlilər sırasında iddiaçı da hərbi hissədə göstərilən vəzifələrə təyin olunduguna görə (3-cü tamamlama bölüyünün heyət nəfəri atıcısı) 04 noyabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir (Əsas: Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yasamal rayon İdarəsinin xx.xx.2020-ci il tarixli adlı siyahısı (dax.ol №1430). N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 42 saylı əmrindən çıxarışdan göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində tamamlama mərkəzinə təyin edilmiş dəyişən heyət sırasında müdafiə nazirinin N noyabr 2020-ci il tarixli 026 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə, iddiaçı N noyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmişdir (Əsas: müdafiə nazirinin N noyabr 2020-ci il tarixli 026 nömrəli əmri (dax.ol. № 272) və N nömrəli hərbi hissənin adlı siyahısı (dax.ol № 1624). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 14/1549 nömrəli məktubuna əsasən isə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidməti xasiyyətnamədən isə görünür ki, iddiaçı N nömrəli hərbi hissənin 1-ci bölüyünün 1-ci tagımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət etdiyi müddət ərzində özünün şəxsi və xidməti keyfiyyətləri ilə müsbət xarakterizə edilərək Füzuli rayonunun Qacar və Dilağar kəndlərinin mühafizəsi və müdafiəsində yaxından iştirak etmişdir. Ona təhkim olunmuş silaha tam məsuliyyətli olmuşdur. N nömrəli hərbi hissəsi komandirinin xx.xx.2020-ci tarixli 1594 nömrəli təyinat vərəqəsinə əsasən səfərbərlik üzrə hərbi xidmətdə olan iddiaçıya xx.xx.2020-ci il tarixdə SHXÇDX-nın Yasamal rayon İdarəsinin rəisinin sərəncamına getmək əmr edilmişdir. Gedib çatma vaxtı xx.xx.2020-ci il tarix göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 771 nömrəli arayışına görə iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbəriik haqqında" Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis edilmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla yanaşı iddiaçı tərəfindən təqdim edilmiş SX № ******* nömrəli hərbi biletindən göründüyü kimi, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir. 14-cü qeyddə iddiaçının N №-li hərbi hissənin tərkibində Füzuli və Xocavənd istiqamətindən gedən döyüşlərdə iştirak etdiyi N nömrəli hərbi hissə komandirinin imza və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-43-71/2-736/23 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya məxsus SXN06N276 nömrəli uçot kartasına əsasən iddiaçı xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı xx.xx.2020ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş və həmin hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixləridə Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş, cavabdeh inzibati orqan isə bu halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1519/2023 saylı 17 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1519/2023 saylı 17 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar