Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-385/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-3819/2020 saylı qərardadından iddaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 53A-nın sökülməsi ilə əlaqədar ona ödənilməmiş olan 99.451 manat məbləğində pulun ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3819/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim A.Oruczadə). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, iddianın mahiyyəti cavabdehlə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi deyil. İddianın əsas mahiyyəsi bu alqı-satqı müqaviləsində göstərilən məbləğdən əlavə pul vəsaiti ödənməli olduğu halda, cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Lakin məhkəmənin istinad etdiyi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1798/2019 saylı qərarı ilə hal-hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçıya qarşı qaldırılmış iddia əsassında qəbul edilmişdir. Yəni o, həmin məhkəmənin icraatında cavabdeh qismində iştirak etmişdir. Hazırki inzibati işdə isə o, iddiaçı kimi inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. həmçinin iddiaçı ilə bu cavabdeh orqan arasında bu fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin olması onun hazırki iddiasına baxılması üçün maneə ola bilməz. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün birinci instansiya məhkəməsini göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində İddiaçı göstərmişdir. Həmin iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51549 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti arasında xx xxxx 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci və 4-cü bəndlərinə əsasən satıcı-İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.25 kv.m, yaşayış sahəsi 87.06 kv/m olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (2 otaq) 56.549 manat qiymətinə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə satmışdır. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən kompensasiya məbləği ilə bağlı məhkəmə qərarı olmuş və həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə həmin məbləğ ilə bağlı narazılığını bildirməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 xx xxx 2019cu il tarili qərarından şikayət verməmiş və üstəlik Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti ilə həmin yaşayış evinin satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, eyni tərəflər arasında və eyni mahiyyət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında sözügedən daşınmaz əmlaka dair kompensasiya ödənişi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı qəbul edilmiş, hazırki iddiaçı (digər iş üzrə cavabdeh) tərəfindən məhkəmə qərarı mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunaraq, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, kompensasiya ödənişi həyata keçirilmişdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. İnzibati prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Lakin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsipinlərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasınını Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olunur. Qed edilmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3819/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-385/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-385/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver