Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-385/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə (Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(112)-6496/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 02 sentyabr 2022-ci il tarixli №424 reyestr nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" İİ Qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli RHK 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 14 aprel 1993-cü il tarixdən 1997-cı ilin iyul ayına qədər Füzuli Rayon Hərbi X11 Komandiri vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixili 424 saylı qərarına əsasən Füzuli RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.2022-ci ilə kimi Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizavə Pataloji Anatomiya Mərkəzi xəstəxanasında müayinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Odlu silah mərmi partlayışından sonrakı sol orbitanın yuxarı kənarında sol qaşdan bir qədər yuxarı bir ədəd, basin sağ təpə nahiyyəsində bir ədəd, bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində bir ədəd köhnə çapıq toxumaları» (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 825 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 714 nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6, tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/250 nömrəli canlı şəxsin məhkəmə tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri. MN MHHK-nın həkim - mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) «Hərbi travmadir. Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 424 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar" əlillik təyin olunmalı idi. Lakin iddiaçının cavabdeh Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətinə cavab olaraq xx.xx.2024-ci il məktubu ilə iddiaçının hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə, iddiaçıya "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" əlillik səbəbindən təyinat aparmaq mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir.
3. Cаvаbdеh məhkəməyə iddiа tələbinə еtirаzını təqdim etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6496/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(112)-6496/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı müddətsiz orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini 70 faiz müəyyən edilməklə səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edilir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim edilən şəhadətnamədə göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəlik əlillik təyinatının aparılmasına əsas verdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildirilir ki, iddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur və xx.xx.2023-cü il tarixli əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
12. 30.07.2015-ci il tarixində xronik nefritik sindrom, xroniki pielonefritin kəskinləşməsi diaqnozun mətni ilə ilkin 2.3. üçüncü dərəcə dərəcə əlillik (Digər: xroniki böyrək xəstəliyi İ mərhələ) təyin edilmişdir (Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar).
13. 02.05.2016-cı il tarixində böyrək daşı xəstəliyi. Xroniki pielonefrit tez-tez kəskinləşmələrlə Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİ mərhələ, subkompensasiya diaqnozun mətni ilə təkrar 2.2. ikinci dərəcə əlillik (2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) təyin edilmişdir (Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar).
14. 28.10.2021-ci il tarixində. xx.xx.2022 tarixlərində keçirilən müayinə nəticəsində əlillik təyin edilməsindən imtina edilmişdir.
15. xx.xx.2023-cü il tarixində monokulyar korluq. Sol gözün monokulyar korluğu. Qocalıq kataraktası. Od başlanğıc katarakta diaqnozun mətni ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəbi: ümumi xəstəlik)
16. xx.xx.2023-cü il tarixində digər qlaukoma. OS cərrahi əməliyyat olunmuş 3A qlaukoma. Monokulyar korluq. Sol gözün monokulyar korluğu diaqnozu ilə göndərişin natamam doldurulması, əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsinin düzgün seçilməməsi səbəbi ilə üçüncü dərəcə əlillik təyinindən imtina edilmişdir.
17. xx.xx.2023-cü il tarixində digər qlaukoma. OS cərrahi əməliyyat olunmuş 3A qlaukoma. Monokulyar korluq. Sol gözün monokulyar korluğu diaqnozu ilə göndərişin natamam doldurulması, əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsinin düzgün seçilməməsi səbəbi ilə üçüncü dərəcə əlillik təyinindən imtina edilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6496/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir.
19. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə məhkəmə qərardadına uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixli ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-3686/2023 nömrəli Qərarında qeyd edilmişdir ki, Füzuli rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS: **********1). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 424 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlayışından sonrakı sol orbitanın yuxarı kənarında, sol qaşdan bir qədər yuxarı bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd, bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmamın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində əyani müayinədə iştirak edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 215 nömrəli Qərar təqdim etmişdir. Həmin qərarda “Sidik daşı xəstəliyi, hər iki böyrəyin daşı. Kəskin pieloneiz” diaqnozlu travmamın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Kliniki olaraq əlillik təyinatına xroniki böyrək çatışmazlığı əlamətləri aşkarlanmamışdır. Bu səbəbdən xəstənin təqdim etdiyi Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli “Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Böyrəklərin xroniki pielonefriti” diaqnozlu X12 araşdırılmış və sənədin saxta olması aşkarlanmışdır’’ kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol gözünün görməməsindən, sağ gözündə bulanmalar olmasından, başında səs olmasından, arterial təzyiqin yüksəlməsindən şikayətlənmişdir. Anamnezində 2 dəfə qlaukoma əməliyyatı olunduğunu bildirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm.c.s. müəyyən edilmişdir. Nevroloji və psixi olaraq əlillik təyinatına əsas verə biləcək patologiya aşkar edilməmişdir. Avrasiya Klinikasının xx.xx.2022-ci il tarixli Baş Beyin KT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsinə periventrikulyar lokalizasiyalı, subkortikal ağ maddədə FLAİR rejimdə hiperintens siqnallı rıodulyar ocaqlar və vazogen ödem izlənilir. Üçüncü və van mədəciklər nisbətən geniş izlənilir kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamış, sənədin vətəndaşa aid olması və doğruluğu şübhə doğurmuşdur. X9 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində nəticə “Vis QD=0.8 kJe (onda səkkiz), Vis QS=0.02 k/e (yüzdə iki). ODBuynuz qisa normal, ön kamera. Digər glaukoma. İrıtrakulyar linzanın olması. Xroniki iridosiklif kimi müəyyənləşdirilmişdir. X13 PHŞ Qulaq-Burun-Boğaz şöbəsinin xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Eşitmə hər iki qulaqda orta ağır dərəcəli sensoneyral tip” kimi müəyyənləşdirilmişdir. Tibb müəssisəsinin göndərişində qeyd edilmiş diaqnoza əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Biokimyəvi analizi edilmiş, analiz nəticəsi “Kreatinin (qanda) 115 mkmol/l” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OD-O.8 k/e. Vis QS-0.01 k/e. OD-Presbiopiya, Başlanğıc katarakta. OS-Cərrahi əməliyyat olunmuş 3 A glaukoma. Artifakiya. Xroniki uveit” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən oftalmoloji xəstəliyin etiologiyası və patogenezinə əsasən hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-3650/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin müəyyən olunması meyarlan”nm 8.1.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir (ESDAS: 3-17-4/3-1- 14602/2023). Daha sonra əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün A00116744ASF nömrəli xx.xx.2023- cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir (ESDAS:3-17-4/3-1-14602/2023). Növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün U00130709LTR nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir (ESDAS:3-17-4/3-1- 14602/2023). Vətəndaş 3-17-4/1- 10348/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 6496/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixli 424 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlayışından sonrakı sol orbitarıırı yuxarı kənarında, sol qaşdan bir qədər yuxarı bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd, bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol gözünün görməməsindən, sağ gözündə bulanmalar olmasından, başında səs olmasından, arterial təzyiqin yüksəlməsindən şikayətlənmişdir. Anamnezində 2 dəfə qlaukoma əməliyyatı olunduğunu bildirmişdir. Müavinə zamanı arterial təzyiqi 160/100 mm.c.s. müəyyən edilmişdir. Nevroloii və psixi olaraq əlillik təyinatına əsas verə biləcək patologiya aşkar edilməmişdir.” kimi qeyd olunmuş, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERAda əyani müayinədə olmuş, ‘‘Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol gözünün görməməsindən, sağ gözündə bulanmalar olmasından, başında səs olmasından, arterial təzyiqin yüksəlməsindən şikayətlənmişdir. Anamnezində 2 dəfə qlaukoma əməliyyatı olunduğunu bildirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm.c.s. müəyyən edilmişdir. Nevroloii və psixi olaraq əlillik təyinatına əsas verə biləcək patologiya aşkar edilməmişdir. ” kimi qeyd olunmuş, xx.xx.2023-cü il tarixli Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmə, oynaqlarda ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında iki dəfə gözlərindən cərrahi əməliyyat keçirdiyini, 2015-ci ildə böyrək xəstəliyi ilə əlaqədar əlillik təyinatının olduğunu, 2023-cü ildə isə göz xəstəliyi ilə əlaqədar olduğunu bildirmişdir. Müayinə zamanı sol dizdə, sol bel nahiyəsində, alının sol tərəfində, sağ təpədə çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Görmə orqanı - göz alması və görmə sinirindən, həmçinin köməkçi orqanlardan (göz qapaqları, göz yaşı aparatı, göz almasının əzələləri) ibarətdir. Travmadan sonrakı qlaukomanın etioloji (yaranma) səbəblərinə - kontuzion, yanıq, əməliyyat sonrası vəziyyətlər aiddir. Posttravmatik qlaukoma nəticəsində göz daxili qanaxmalar (hifema, hemoftalm), ön kamera bucağı strukturlarının zədələnməsi, billurun dislokasiyası (çıxığı və ya yarım çıxığı), travmatik ön uverit kimi patologiyalar yarana bilər və bunların nəticəsində göz daxili təzyiqin artması müşahidə edilir ki, bu da qlaukomanın gedişatını daha da ağırlaşdırır. Hərbi şəhadətnamədə qeyd olunmuş “mərmi partlayışından sonrakı sol orbitanın yuxarı kənarında, sol qaşdan bir qədər yuxarı bir ədəd köhnə çapıq toxumaları” diaqnozuna əsasən yaralanma göz almasına nüfuz etməmiş, yalnız göz ətrafı yumşaq toxumalarının çapıqları kimi qeyd edilmişdir ki, bu da patofizioloji olaraq qlaukoma xəstəliyinə səbəb ola bilməz. X10 xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Eşitmə hər iki qulaqda orta ağır dərəcəli sensonevral tip” kimi qeyd edilmişdir. X9 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 10750 Tibbi rəyində nəticə “Vis QD=0.8 k/e (onda səkkiz), Vis QS=0.02 k/e (yüzdə iki). Digər qlaukoma. İntraokulvar linzanın olması. Xroniki iridosiklif kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ QU laq: 35 db. Sol qulaq: 40 db” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OD-0.9 k/etmir. Vis OS-0.01 (eksentrik) k/etmir. OS-Cərrahi əməliyyat olunmuş İİİ-İV A qlaukoma. Artifakiva.” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Vətəndaşın əvvəlki əlillik təyinatına əsas verən xəstəliyinin “Xronik nefritik sindrom, xroniki pielonefritin kəskinləşməsi” olduğu nəzərə alınaraq, göndəriş əsasında ixtisaslaşmış tibb müəssisəsindən (Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana) Tibbi rəyin təqdim edilməsi tələb olunsa da, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir müayinə sənədini təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixli Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
22. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 504 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Füzuli RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı və xx.xx.2022-ci ildə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş “Odlu silah mərmi partlayışından sonrakı sağ orbitanın yuxarı kənarında, sağ qaşdan bir qədər yuxarı bir ədəd, başın sol təpə nahiyəsində 1 ədəd, bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində 1 ədəd köhnə çapıq toxumaları” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi xx.xx.2022-ci il tarixdə MN MHHK-sı tərəfindən “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Əlillik dərəcəsinin təyin edilməsi və bununla əlaqəli digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir.
23. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 424 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Füzuli RHK tərəfindən xx.xx.1993-cu il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı-oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarıxdə aldığı və xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edılmıs yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı sol orbitanın yuxarı kənarında, sol qaşdan bir qədər yuxarı bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd, bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2022-cı il tarixli 825 nömrəli göndərişi xx.xx.2022-ci il tarixli 714 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/250 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri MN MHHK- nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-385/2025 saylı qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin 07 noyabr 2025-ci il tarixli, T822/2025 saylı ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Nəticə: 1967-ci il təvəllüdlü vətəndaş İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı adına tərtib edilmiş ambulator tibbi kartadan görünür ki, o, müalicə həkimi tərəfindən xx.xx.2025-ci il tarixli müayinəsi zamanı müəyyən edilmiş "OD- Başlanğıc katarakta. OS-cərrahi əməliyyat olunmuş 3-4 A terminal İİ-li qlaukoma. Artifakiya. VisOD-0,8; VisOS-əl hərəkətləri" diaqnozdakı xəstəliklərdən hazırda da əziyyət çəkir. Tibbi sənədlərə əsasən o, Akad.Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində İddiaçı 17-xx.xx.2002-ci il tarixlərdə "OS-Fəsadlaşmış katarakta" diaqnozu ilə stasionar müalicə almış, ona OS-Fako+İOL implantasiyası cərrahi əməliyyatı aparılmışdır. xx.xx.2016 və xx.xx.2018-ci il tarixlərdə "OS-STEK qlaukoma cərrahi əməliyyatı" icra olunmuşdur.
2. Xəstəliklərin səbəb əlaqəsininin təyini məhkəmə-tibbi ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №li Qərarı ilə təsdiq edilmiş "Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə"-nin 7.1-ci bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5- ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
31. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 424 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Füzuli RHK tərəfindən xx.xx.1993-cu il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı-oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarıxdə aldığı və xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edılmıs yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı sol orbitanın yuxarı kənarında, sol qaşdan bir qədər yuxarı bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd, bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin 30.08 2022-cı il tarixli 825 nömrəli göndərişi xx.xx.2022-ci il tarixli 714 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/250 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.
32. İddiaçıya xx.xx.2023-cü il tarixində monokulyar korluq. Sol gözün monokulyar korluğu. Qocalıq kataraktası. Od başlanğıc katarakta diaqnozun mətni ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəbi: ümumi xəstəlik)
33. Beləliklə, cavabdehin imtinası iddiaçının əlillik tarixçəsinə əsasən böyrək xəstəliyindən əziyyət çəkməsi, Müdafiə Nazirliyi HHK tərəfindən aparılan şəhadətləndirmədə travmanın böyrək xəstəliyi ilə bağlı olmasına əsaslanmışdır.
34. Lakin məhkəmə cavabdehin bu imtinasını təqdim edilən Müdafiə Nazirliyi HHKnın qərarına uyğun olmadığı qənaətindədir. Belə ki, qərarın mətnindən aşkar görünür ki, iddiaçı odlu silah mərmi partlayışından sonra həm sol orbitanın yuxarı kənarında, sol qaşdan bir qədər yuxarı bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd, həm də bədənin arxa səthində İ bel fəqərəsi səviyyəsində travma almışdır. Yəni iddiaçı odlu silah yaralanması nəticəsində həm baş (sol göz, həm də başın sağ təpə nahiyyəsi), həm də böyrək nahiyyəsindən travma almışdır.
35. Əyani müayinə nəticəsində iddiaçıya “monokulyar korluq, sol gözün monokulyar korluğu. Qocalıq kataraktası, od başlanğıc katarakta” diaqnozu qoyulmuşdur. Bu diaqnoz isə öz növbəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4cü bəndi ilə uyğunluq təşkil etdiyindən ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.
36. Yuxarıda qeyd edilənlərdən görünür ki, Müdafiə Nazirliyi HHK-nın qərarına əsasən iddiaçının böyrək nahiyyəsi ilə yanaşı, həm də baş nahiyyəsindən, sol orbitanın yuxarı kənarından, sol qaşdan bir qədər yuxarı travma alması və həmin travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilmişdir. Belə olan təqdirdə, cavabdeh tərəfindən iddiaçının travmasının (Müdafiə Nazirliyi HHK-nın qərarına əsasən) ancaq böyrək xəstəliyi ilə əlaqələndirilməsi anlaşılan deyil.
37. Odur ki, gözündə olan xəstəliklə əlaqədar iddiaçının ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması müəyyən edildiyindən məhkəmə əlavə araşdırma aparmağa zərurət görmədən həmin xəstəliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar dəyişdirilməli olduğu qənaətindədir.
38. Orqanizmin funksiyalarının pozulmasının faizinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X9 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində nəticə "Vis QD=0.8 k/e (onda səkkiz), Vis QS=0.02 k/e (yüzdə iki). OD-Buynuz qişa normal, ön kamera. Digər qlaukoma. İntrakulyar linzanın olması. Xroniki iridosiklit” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OD-O.8 k/e. Vis QS-0.01 k/e. OD-Presbiopiva, Başlanğıc katarakta. OS-Cərrahi əməliyyat olunmuş 3 A qlaukoma. Artifakiva. Xroniki uverit” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 8.1.4. görmə itiliyi bir gözdə korreksiya ilə 0- 0,05, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı – 50 – müddətsiz 8.1.5. görmə itiliyi bir gözdə korreksiya ilə 0- 0,05, digər gözdə korreksiya ilə 0,21-0,3 - 60 - müddətsiz 8.1.6. görmə itiliyi bir gözdə korreksiya ilə 0- 0,05, digər gözdə korreksiya ilə 0,11-0,2 – 70 - müddətsiz
40. Beləliklə, istər X9 adına Milli Oftalmologiya Mərkəzinin, istərsə də ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsinə əsasən, gözün görmə itiliyinin göstəriciləri korreksiyadan sonra (diaqnoza əsasən iddiaçının göz əməliyyatı olduğu müəyyən edilir) məhz 8.1.4-cü bəndə deyil, 8.1.6- cı bəndə uyğun gəlir ki ("Vis QD=0.8 k/e, Vis QS=0.02 k/e və OD-O.8 k/e. Vis QS-0.01 k/e), bu da orqanizmin funksiyalarının 70 faiz pozulmasını müəyyən edir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda əziyyət çəkdiyi xəstəlik və ona təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin 07 noyabr 2025-ci il tarixli, T822/2025 saylı ekspert rəyi ilə də təsdiq edilmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
44. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(112)-6496/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov