Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3855/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və ərizəçi Maraqlı şəxs, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(112)-9937/2025 nömrəli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Səbail RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail RİH Başçısının xx.xx.2011-ci il tarixli, 09 saylı Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Səbail RİH Başçısının xx.xx.2011-ci il tarixlil 27 saylı Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9704/2024 №-li qərardadı ilə iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmiş, iddia mümkün sayılmamışdır.
4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1030/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi və inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndəriləsi qərara alınmışdır.
6. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati iş üzə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
7. Vəsatət onunla əsaslandırılmışdır ki, onun xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Cavabdehnə etdiyi müraciəti əsasında Bakı şəhəri Səbail RİHB-nın xx.xx.2011-ci il tarixli, 27 saylı sərəncamı ilə X5 qəsəbəsində fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail RİHB-nın xx.xx.1995-ci il tarixli, 1029a saylı sərəncam ləğv edilmişdir. Bakı şəhəri Səbail RİHB-nın xx.xx.2011-ci il tarixli, 27 saylı sərəncamın verilməsinə əsas isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixi i, 2(009)483/2009 saylı qətnaməsi ilə iddiaçı Mövlan Məcidovun ona, Bakı şəhəri Səbail RlH-nə və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı Bakı şəhəri Səbail RİHB-nın xx.xx.1998-ci il tarixli 1384 saylı sərəncamın və xx.xx.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair tələb üzrə məhkəmə iclasında verdiyi izahatında ona Bakı şəhəri Badamdar qəsəbəsində fərdi evin inşa edilməsi üçün torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsinin harda yerləşdiyini bilmədiyini, torpaq sahəsini görmədiyini, istifadə etmədiyini, torpağa görə vergi ödəmədiyini, həmin vaxt o iş icraçısı işlədiyini, işlədiyi briqadada fəhlə işləyən Ədalət adında şəxsin xahişi ilə o, həmin torpaq sahəsinə dair verilmiş sərəncamı ona verərək həmin torpaq sahəsində özünə ev tikə biləcəyini bildirdiyini, sərəncamı Ədalətə verdikdən sonra torpaq sahəsi ilə maraqlanmadığını göstərmişdir. Məhkəmə, iddiaçının bu izahatını və axırıncının adından Bakı şəhəri Səbail RİHB-na ünvanlanmış ona ayrılmış torpaq sahəsinin Maraqlı şəxs adına keçirilməsinə dair xx.xx.1995-ci il tarixli 1029a saylı razılıq ərizəsi əsasında Bakı şəhəri Səbail RİHB-nın 1384 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail RİHB-nın xx.xx.1995-ci il tarixli, 1029a saylı sərəncamı ilə Mövlüd Məcidova fərdi evin inşa edilməsi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin Maraqlı şəxs adına sənədləşdirilməsi qərara alınmasını əsas götürməklə iddianın rədd edilməsi haqda qətnamə qəbul etmişdir. Bakı şəhəri Səbail RİHB-nın 1384 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində 3-cü yaşayış massivi 1666 sahədə yerləşən fərdi evin inşa edilmiş 600 kv.m torpaq sahəsi o vaxtdan da Maraqlı şəxs təhvil verilmiş, axırıncı həmin torpaq sahəsini daş hasara alıb, dəmir darvaza qoymaqla, içində meyvə ağacları əkməklə 26 ildir ki, torpaq vergisi ödəməklə istifadə edir. Həmin torpaq sahəsinin Maraqlı şəxs istifadəsində və sahibliyində olması ərizəyə əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur. xx.xx.2004-cü il tarixdə də Bakı şəhəri Səbail RİHB-nın səlahiyyətli nümayəndələri tərəfindən həmin torpaq sahəsinin cizgisi təsdiq edilərək Maraqlı şəxs təqdim edilmiş xx.xx.2004-cü il tarixdə isə ona JN- 16665D KQD 00400016 saylı torpaq sahəsinin mülkiyyətə verilməsi haqda şəhadətnamə verilmişdir. Belə olduğu halda hesab edir ki, 26 il ərzində Maraqlı şəxs istifadəsində olan xeyli məbləğdə maddi vəsait sərf etməklə daş hasara alıb, dəmir darvaza qoyub, meyvə ağacları əkib qulluq etməklə torpaq vergisi ödəməklə istifadə etdiyi torpaq sahəsinə dair hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9704/2024 saylı inzibati iş birbaşa onun maraqlarına toxunduğundan,o həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə mübahisəyə baxılmalıdır. Qeyd olunanlara əsasən inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizənin (vəsatətin) təmin olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9937/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair 2-1(112)-9937/2025 saylı inzibati iş üzrə Maraqlı şəxs 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir.
9. Qərardaddan Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatətin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin predmeti olan qərardadda istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qətnamə və qərarları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail RİHB-nın xx.xx.2011-ci il tarixli, 27 saylı sərəncamı verilənədək iddiaçının atası Mövlan Məcidovla ərizəçi Maraqlı şəxs aralarında mübahisə edilən torpaq sahəsinə dair məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Səbail Rayon əhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(2009)-483/2009 saylı qətnaməsi ilə iddiaçı X6 Quliyevaya, Bakı şəhəri Səbail RİH-nə və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı Bakı şəhəri Səbail RİHB-nın xx.xx.1998-ci il tarixli 1384 saylı sərəncamının və xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair” tələbi rədd edilmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, AR Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(102)-1274/10 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi iddiaçının atası Mövlan Məcidovla ərizəçi Maraqlı şəxs aralarında mübahisə edilən torpaq sahəsinə dair məhkəmə mübahisələri olmuş, həmin qərarlarla müəyyən edilmişdir ki, 1998-ci ildən torpaq sahəsi Maraqlı şəxs sahibliyində və istifadəsindədir. Belə olduğu halda hesab edir ki, birinci instansiya məhkəməsi AR MPMnin 82.3-cü maddəsinin tələblərini mübahisə ilə bağlı düzgün tətbiq etməmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
11. Məhkəmə iclasında iştirak edən ərizəçi Maraqlı şəxs və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakıını təmin etməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
15. Səbail RİHB-nın “Fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 1029a №-li sərəncamından müəyyən olunur ki, qeyd olunan sərəncamla Cavabdeh tərəfindən 860 saylı 14 mart 1995ci il tarixli sərəncamla ayrılmış hər biri 600 kv. metr olmaqla üç ədəd fərdi ev tikmək üçün torpaq sahəsi 5 №-li İxtisaslaşmış Təmir Tikinti İdarəsinin 03 aprel 1995-ci il tarixli, 26 saylı məktubunda və Həmkarlar təşkilatının 6 saylı protokolunda göstərilən siyahının təsdiq edilməsi qərara alınmışdır.
16. RİHB-nın “Səbail rayon İHB-nın 1029 a saylı xx.xx.1995-ci il tarixli sərəncamına dəyişiklik edilməsi barədə” xx.xx.1998-ci il tarixli 1384 №li sərəncamı ilə Səbail rayon İHBnın 1029 a saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Mövlan Məcidova ayrılmış 600 kv. metr torpaq sahəsinin X1 adına sənədləşdirilməsi qərara alınmışdır.
17. İş materiallarında olan məhkəmə aktlarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Mövlan Məcidovun cavabdehlər Gülşən Vəliyevaya, AR DT və XK Bakı şəhər şöbəsinə və Səbail RİH-yə qarşı Səbail RİHB-nın 1384 saylı xx.xx.1998-ci il tarixli sərəncamının və xx.xx.2004-cü il tarixli torpağın mülkiyyət verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2010-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Səbail RİHB-nın “Səbail rayon İHB-nın 1029 a saylı xx.xx.1995-ci il tarixli sərəncamın İ bəndinin 1.1-ci yarımbəndinin ləğv edilməsi haqqında” 27 №li 31 yanvar 2011-ci il tarixli sərəncamı ilə Səbail RİHB-nın “Fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 1029a №-li sərəncamın İ bəndinin İ.1-ci yarımbəndinin (Mövlan Məcidova aid olan hissədə) ləğv edilməsi qərara alınmışdır.
20. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti İdarəsinin 03 iyun 2025-ci il tarixli, 3-18- 63/2-2433/2025 nömrəli arayışından görünür ki, həqiqətən xx.xx.2025-ci il tarixində ünvan 2 ünvanında 1960-cı il təvəllüdlü Maraqlı şəxs məxsus hasara alınmış 0,8 ha heç bir tikilisi olmayan torpaq sahəsində yaxından keçən hava elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində quru ot yanmışdır. Yanğın haqqında akt və fotoşəkillər məhkəməyə təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 9937/2025 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı vəsatəti təmin edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
22. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, sözügedən torpaq sahəsi hazırda Maraqlı şəxs istifadə və sahibliyində olduğundan, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarının Maraqlı şəxs qanuni maraqlarına toxunma ehtimalı vardır. Bu səbəbdən hazırki məhkəmə icraatına cəlb edilməli və iş üzrə ətraflı araşdırma aparılmalıdır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.
24. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.
25. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair" 5 dekabr 2011-ci il tarixli Qərarı).... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.
26. Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin Maraqlı şəxs maraqlarına toxunma ehtimalı olduğundan, hazırkı inzibati iş üzrə Maraqlı şəxs məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDİ:
Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(112)-9937/2025 qərardadı ləğv edilsin. Ərizəçi Maraqlı şəxs inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilsin. Maraqlı şəxs inzibati iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev