Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-386/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Elmira Eyvaz qızı Nağıyeva (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 TƏBİBƏ qarşı “öhdəliyin qoyulması və hüquqların pozuntusunun tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6052/2020 nömrəli qərardadından (iddia tələbinin qeyri-mümkün sayılması barədə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 TƏBİBƏ qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müraciəti üzrə bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətindən xilas edilməsi və ondan sonrakı zəruri müalicəsinin effektiv təmini məqsədilə ona göstərilməli olan tibbi xidmətin ixtisaslı həkimin cəlbi və müvafiq imkanları olan müəssisəyə köçürülməklə təşkil edilməsi hərəkətlərinin təcili edilməsi öhdəliyinin cavabdehlərin üzərinə müştərək olaraq, bu kompleks öhdəliyin cavabdehlərin səlahiyyətlərinə müvafiq qaydada bölünməklə qoyulmasına dair məcburetmə, bacısının kritik durumdan çıxarılmasına dair təcili tədbirlərin lazımınca və vaxtında görülməməsi hərəkətsizliyi ilə xəstə Ü.X6 hüquqları və azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci, 3-cü, 8-ci, 14-cü maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması və ailə üzvlərindən qardaşı və qanuni nümayəndəsi, İddiaçı həmin Konvensiyanın 3-cü və 1 saylı Protokolun 1-ci maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqları müdafiə olunan İ qrup əlil, hazırda koma vəziyyətində olan X1 qardaşı və qanuni nümayəndəsidir. Məhkəməyə bacısının və özünün hüquqlarının müdafiəsi üçün müraciət edib. Cavabdeh orqana uzun müddətdir ki, müraciətlər edərək bacısının ağır vəziyyəti barədə məlumat vermiş, ölkədə ixtisaslı müalicəsi üçün nə mümkündürsə edilməsini, mümkün deyilsə xaricdə (Türkiyədə) müalicəsinin təşkilinin dövlət hesabına edilməsini xahiş etmişdir. Müxtəlif cavablar almışdır, bəzən heç cavab da almamışdır. Bacısı 2014-cü ildə sağalacağı vədi ilə qaraciyər translantasiyasına salınmışdır, avqust ayında ağırlaşma ilə yenidən xəstəxanaya düşmüşdür. Ona qara ciyər koması diaqnozu ilkin olaraq daxil olandan qoyulmuşdur. Belə ki, iddiaçının bacısı İ qrup əlildir, Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq məzunu, X7 Muzeyi, Diyarşünaslıq muzeyi, işçisi olmuş, maddi imkansızlıq və səhhətinə görə əlavə təhsili və işini davam etdirə bilməmişdir. Hepatit B, qaraciyər sirrozundan uzun illər əziyyət çəkmiş, əvvəlcə yalnış müalicə aldığı üçün daha da ağırlaşmış, sonradan qaraciyərin transplantasiyası ilə nəticələnmişdir. İddiaçı öz ciyərinin yarısını bacısına vermişdir, ona ciyər köçürməsi etmişlər. Köçürmədən sonra sağlam həyat yaşayacağı vəd olunmasına baxmayaraq vəziyyəti mütəmadi ağırlaşmalarla müşayiət olunur. Vəziyyəti 2019-cu ildən bəri ağırdır. 2019-cu ildən bəri müxtəlif diaqnozlar qoyulub. Eyni zamanda iddiaçı iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, xx.xx.2020ci il tarixli müraciəti üzrə iddiaçının bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətindən xilas edilməsi və ondan sonrakı zəruri müalicəsinin effektiv təmini məqsədilə ona göstərilməli olan tibbi xidmətin ixtisaslı həkimlərin (qaraciyər transplantoloqunun) cəlbi və müvafiq imkanları olan müəssisəyə köçürülməklə təşkil edilməsinə dair hərəkətləri təcili etməyi təcili təmin tədbiri kimi cavabdehlərin üzərinə müştərək olaraq, yəni bu kompleks öhdəliyinin cavabdehlərin səlahiyyətlərinə müvafiq qaydada bölünməklə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbində və müvəqqəti xarakterli tədbir barədə ərizəsinin eyni məzmunda olduğundan bu səbəbdən tələbin dəqiqləşdirilməsi zərurəti yarandığı qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6052/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) iddiaçının müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Eyni tarixli qərardadla İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibə qarşı “öhdəliyin qoyulması və hüquqların pozuntusu” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. xx.xx.2020-ci il tarixində iddiaçı qərardaddan (iddia tələbinin qeyri-mümkün sayılması barədə) apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. (Hakim A.Hüseyn) Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, ərizədə hakimlər S.Seyidova, V.Ağayev və A.Nuriyevadan ibarət məhkəmə tərkibinə etiraz etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2116/2020 nömrəli qərardadı ilə (sədr vəzifəsini icra edən E.Rəhimov) hakimlər Hüseyn Aida Əli qızı, Nuriyeva Afaq Bayram qızı və Ağayev Valeh Məmməd oğlundan ibarət məhkəmə tərkibinə edilmiş etirazın təmin edilməsi qərara alınmışdır. Daha sonra inzibati iş hakim E.Nağıyevanın icraatına daxil olmuşdur. İşin apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə ərizələr ünvanlayaraq, icraatda olan işin inzibati orqanlara qarşı iddia olsa da, bir qrup vəzifəli şəxslər tərəfindən əvvəlcədən törədilmiş cinayət olması səbəbindən, cinayət kollegiyasında işə baxılması üçün mümkün tədbir görülməsini, həmin cinayət hadisəsindən dərhal sonra onun işdən çıxarıldığı, bu səbəbdən hazırda işsiz olduğu, bu səbəbdən dövlət hesabına ixtisaslı vəkillə təmin edilməsini və pandemiya ilə əlaqədar olaraq iştirakı olmadan da məhkəmə baxışının keçirilərək, yekun qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətindən xilas edilməsi məqsədi ilə, onun digər tibbi müəssisəyə köçürülməsini, həmçinin təcili tədbirlərinin vaxtında görülməməsi nəticəsində Avropa Konvensiyasının 3-cü və 1 saylı Protokolun 1-ci maddəsi üzrə hüquqularının pozuntusunun tanınmasını tələb edir və bu halı onunla əsaslandırır ki, bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətində yerləşdiyi xəstəxanada qaraciyər transplantasiyası üzrə mütəxəssis yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli , 32 №-li sərəncamına əsasən Yevlax şəhəri C.Məmmədquluzadə küçəsi 4 saylı evdə yaşayan İddiaçı ərizəsi nəzərə alınmış, o, xx.xx.1985-ci ildə anadan olmuş, İ qrup əlil bacısı X2 üzərində himayəçi təyin edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə uyğun olsaydı belə, hətta o halda, iddia tələbinə baxılması mümkün olmazdı. Belə ki, iddiaçı öz bacısı Ü.Sadıqovanın başqa tibb müəssisəsinə köçürülməsini tələb etdiyi halda, Ü.Sadıqovanın bioloji ölümü xx xxxxxx 2020-ci il tarixdə baş vermişdir. Belə olan halda, Ülviyyə Sadıqovanın transplantasiya üzrə mütəxəssis olduğu tibb müəssisəsinə köçürülməsi belə mümkün olmayacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakılar qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci və 25.2-ci maddələrinə görə, Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Şərh olunan maddələrin normalarına görə, hüquq qabiliyyəti fiziki şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xətm olunur. Qanun ölüm anını beyinin fəaliyyətinin dayanması kimi müəyyən edir. “İnsan orqan və (və ya) toxumalarının transplantasiya haqqında” Qanunun 10-cu maddəsində “beyin ölümü” bioloji ölümünün baş verməsi və baş-beyin fəaliyyətinin tam dayanması kimi müəyyən olunur. Şəxs nə qədər ki, sağdır, hüquq qabiliyyəti var və onun ölmüş elan edilməsi də yaşadığı və fəaliyyət göstərdiyi yerdə hüquq qabiliyyətinə təsir etmir. Qanunla nəzərdə tutulan hallarda hüquq qabiliyyəti məhdudlaşdırıla bilər. İş materiallarında olan AZ-İİ №099502 nömrəli, xx.xx.2020-ci il tarixində doldurulmuş ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X3 xx.xx.2020-ci il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020ci ilin 08-ci ayının 29-cu günündə 486 № ilə qeyd edilmişdir, ölümün səbəbi-qaraciyər sirrozu, öldüyü yer- Bakı şəhəri, Yasamal rayonu, qeyd edilən yer-Yevlax rayon Qeydiyyat şöbəsi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz bacısı Ü.Sadıqovanın başqa tibb müəssisəsinə köçürülməsini tələb etdiyi halda, Ü.Sadıqovanın bioloji ölümü xx xxxxxx 2020-ci il tarixdə baş vermişdir. İddiaçının iddia ərizəsində göstərilənlər, iddiaçının həmin ərizə ilə məhkəməyə müraciət edəndə onun bacısının ölümü ilə aradan qalxmışdır. Belə olan halda, Ülviyyə Sadıqovanın transplantasiya üzrə mütəxəssis olduğu tibb müəssisəsinə köçürülməsi mümkün olmayacaqdır. Məhkəmə kollegiyası işin apellyasiya icraatı zamanı daxil olmuş iddiaçının ərizələrinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının cinayət kollegiyasında işə baxılması üçün mümkün tədbir görülməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddia tələbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 TƏBİBƏ yönəlməklə, göstərilən inzibati orqanların hərəkət (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların tanınması olmuş, işə inzibati məhkəmə icraatı qaydasında baxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iş üzrə hazırkı inzibati orqanların hərəkətlərində cinayət tərkibinin olmasını güman etdiyi təqdirdə bu barədə müvafiq ərizə ilə cinayət prosessual fəaliyyəti həyata keçirən inzibati orqanlara müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası iddiaçının dövlət hesabına ixtisaslı vəkillə təmin edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin cinayət hadisəsindən dərhal sonra işdən çıxarıldığını, bu səbəbdən hazırda işsiz olduğunu bildirsə də, işsiz olmasını sübut edən hər hansı sənəd sübutu ərizəyə əlavə etmədiyindən, iddiaçının bu ərizəsi əsassızdır. Həmçinin apellyasiya instansiyası icraatında vəkillə təmsil olunmaq məcburi deyildir. Məhkəmə kollegiyası pandemiya ilə əlaqədar olaraq iştirakı olmadan da məhkəmə baxışının keçirilərək, yekun qərar qəbul edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçının bu xahişi nəzərə alınmış və işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş cavabdehlərə ünvanlanan ərizələrdən görünür ki, iddiaçı Sadıqov X4 Sadıqovanın qanuni nümayəndəsi olaraq onun hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən maraqlı şəxs inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs (2.0.3). 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Hazırkı halda iddiaçı Ülviyyə Sadıqovanın hüquqlarının həyata keçirilməsi ilə bağlı onun nümayəndəsi qismində inzibati orqana müraciət etsə də, Ü.Sadıqovanın hüquqlarının müdafiəsi üçün iddianı öz adından qaldırmışdır. Həmçinin, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilsə də, iş materiallarında iddiaçının dəqiqləşdirilmiş iddia tələbi mövcud deyildir və tələb üç inzibati orqana qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı (iddia tələbinin qeyri-mümkün sayılması barədə) qanunidir, apellyasiya şikayəti əsassızdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6052/2020 nömrəli qərardadı (iddia tələbinin qeyri-mümkün sayılması barədə) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-386/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-386/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver