Məhkəmə qərarları › İş №2-1(103)-386/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-386/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-386/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-1(112)- 4439/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı 15 iyul 2019-cu ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1962-cı ildə anadan olmuş, 15.07.2019-cu ildə 57 yaşım tamam olub. Bu səbəbdən də onun həmin tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranıbdır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının, hərbi biletin təsdiq edilmiş surətlərinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat Xidmətinin 07.11. 2019-cu il tarixli 18\Z-552 saylı arxiv arayışına, SOCAR-ın 19.11.2019-cu il tarixli və 13.11.2019-cu İl tarixli arxiv arayışlarına; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin 17.03.2020-ci il 225 saylı arayışlarına görə ümumi sığorta stajının 26 il, 07 ay, 26 gün təşkil edir, onun da 18 il, 01 ay, 15 günü güzəştli şərtlərlə staj hesab edilir. İddiaçı cavabdehə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfin imtinasını əsassız hesab edir. Çünki 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həmdə xüsusi stajı var. Bakı İnzibati Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-1(112)-4439/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçının ümumi iş stajı Qanunvericiliklə nəzərdə tutulmuş stajdan azdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, notarial qaydada təsdiq edilmiş H3 seriyalı ******* nömrəli Hərbi Biletin surətinə əsasən İddiaçı 21.10.1980-ci il tarixdən 28.12.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş (2 il 2 ay 7 gün), notarial qaydada təsdiq edilmiş 198 nömrəli Attestatın surətinə əsasən İddiaçı 01.09.1979-cu il tarixdən 11.08.1980-ci il tarixədək Azərbaycan SSR Neftçala rayonu 151 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almış, (11 ay 10 gün), notarial qaydada tərcümə edilmiş və təsdiq edilmiş ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı müxtəlif dövrlərdə müxtəlif vəzifələrdə işləmiş və onun iş müddəti aşağıda olan müddətləri əhatə etmişdir. 02.06.1980ci il tarixdən əmək fəaliyyətinə başlamış, 02.06.1980-ci il tarixdən 16.10.1980-ci il tarixədək “Azneft” Birliyi Fəhlə təchizatı şöbəsinin Neftçala bölməsi üzrə 17 saylı stansiyasında 3-cü dərəcəli aşpaz (04 ay 14 gün), 29.03.1983-cü il tarixdən 22.05.1984-cü il tarixədək “Azneft” Birliyinin Kürsəngi Qİİ-də 3-cü və 4-cü dərəcəli qazmaçı köməkçisi; (01 il 01 ay 23 gün), 26.07.1984-cü il tarixdən 30.08.1993-cü il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı (09 il 01 ay 04 gün), 01.09.1993-cü il tarixdən 03.07.1995-ci il tarixədək “Azneft” İB-də X7 Qazma Ekspedisiyasında 5-ci və 6-cı dərəcəli qazmaçı (01 İl 10 ay 02 gün), 03.07.1995-ci il tarixdən 30.09.1999-cu il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı (04 il 02 ay 27 gün), 02.10.2000-ci il tarixdən 17.12.2001ci il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı (01 il 02 ay 15 gün), 01.03.2001-ci il tarixdən 01.01.2006-cı (X2 Qanunun qüvvəyə mindiyi tarixədək (04 il 10 ay). Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının cəmi iş stajı, əsgərlikdə xidmət etdiyi və təhsil aldığı müddət götürülməklə cəmi 24 il 09 ay 28 gündür və Qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən azdır. Məhkəmə qəbul etdiyi qərarının 7-ci səhifəsinin 2-ci abzasında göstərmişdir ki, “SSR-i Nazirlər Sovetinin 13.04.1973-cü il tarixli 252 saylı Qərarı ilə təsdiq edilmiş Dövlət Sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz iş stajının hesablanması qaydalarının” 8-ci bəndinin “A” yarımbəndinə əsasən SSSR silahlı Qüvvələrinin tərkibində SSR Nazirlər Sovetinin nəzdində olan DTK-nin və DİN orqanlarında xalq yığma qoşunu və partizan dəstələrindı qulluq, əgər qulluqdan azad olunma tarixi və işə ... daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir”. Keçmiş SSR-nin Nazirlər Kabinetinin Qeyd edilən Qərarını iddiaçıya şamil edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsi tərəfindən verilmiş 225 saylı 17.03.2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 09.07.1992-ci ildən 13.09.1992-ci ilədək Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir (02 ay 04 gün). İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi iddiaçı həmin dövr (26.07.1984-30.08.1993) Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı vəzifəsində işləyirdi, vəzifədən çıxmamışdır. Həmçinin, iddiaçının verdiyi əmək kitabçasında onun 01.09.1993-cü il tarixdən “Azneft” İB-də X7 Qazma Ekspedisiyasında 5-ci qazmaçı vəzifəsində işləməyə başlaması qeyd edilsə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsi tərəfindən verilmiş 225 saylı 17.03.2020-ci il tarixli arayışda onun, döyüş əməliyyatlarında iştirakının son günü kimi 13.09.1992-ci il tarixi qeyd edilmişdir. Lakin, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsi tərəfindən verilmiş 225 saylı 17.03.2020-ci il tarixli arayışda göstərilən müddəti, artıq onun işlədiyi müəssisələrdə işlədiyi və ümumi iş stajına hesablanan müddəti təkrarən ümumi staja daxil etmiş və nəticədə iddiaçının ümumi iş stajını Qanunvericilikdə qeyd edilən 25 ildən çox olmasını göstərmişdir və əsassız olaraq iddiaçıya münasibətdə “X2“ Qanunun 9.8-ci maddəsini tətbiq etmişdir. İddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və Milli Geologiya Kəşfiyyat xidməti tərəfindən tərtib edilmiş 07.11.2019-cu il tarixli və SOCAR tərəfindən 13.11.2019-cu il tarixdə tərtib edilmiş arxiv arayışını təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası ona 31.01.2020-ci il tarixdə təqdim edilmiş və üzərində Şirvan Drillinq Limited Şirkətinin Azərbaycan Respublikası Filialının Kadrlar üzrə mütəxəssisi tərəfindən “əsli ilə düzdür” möhürü ilə möhürlənmişdir. Lakin, bu zaman həmin əmək kitabçasının hansı əmək kitabçası ilə əslinin düz olmasını müəyyən etmək olmur. Belə ki, iddiaçı onun ilkin əmək kitabçasını nə məhkəməyə nə də ki, cavabdeh orqana təqdim etməmişdir. Həmin əmək kitabçası ilə Milli Geologiya Kəşfiyyat xidməti tərəfindən (onlarda olan əmirlərə əsasən) tərtib edilmiş 07.11.2019-cu il tarixli arayışda iddiaçının işlədiyi peşələrin adlarında fərqlər var və bu da iddiaçının əmək kitabçası kimi təqdim etdiyi ******* saylı əmək kitabçasının içərisində iddiaçının işlədiyi peşələrin qəsdən adlarının digər bir peşələrin adları ilə əvəz edilməsini göstərir. Belə ki, ******* saylı əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçı 03.07.1995-30.09.1999-cu il tarixləri arasında Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsinin 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd edilsə də, Milli Geoloji Kəşfiyyat Xidmətinin 07.11.2019-cu il tarixli 18/Z-552 saylı arayışında həmin dövr ərzində iddiaçının buruq montajçısı vəzifəsində işlədiyi göstərilmişdir. Buruq montajçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda qeyd edilmədiyindən, həmin arayış tərtib edildikdən sonra verilmiş əmək kitabçasında qeyd edilən peşə qəsdən adı başqa peşə ilə dəyişdirilmişdir. Məhz bu səbəbdən iddiaçının həmin dövr üzrə işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. Həmçinin, onu da xüsusilə qeyd edir ki, iddiaçının təqdim etdiyi heç bir arayışda onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilməmişdir. Onu da qeyd etmək istəyir ki, məhz bu səbəbdən iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı cəmi 08 il 02 ay 24 gündür. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndəli Südeyüb oğlu apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona hüququnun yarandığı 15 iyul 2019-cu il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil dövrü də, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 01 ay 25 gün) ümumi iş stajı mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan imtina məktubundan və iddiaya dair yazılı etirazdan göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 25 ildən artıq ümumi iş stajının olması mübahisələndirilmir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, 01 yanvar 2006-cı ilədək iddiaçının 12 il 6 aydan artıq (17 il 04 ay 10 gün) güzəştli iş stajı mövcud olmuşdur Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 oktyabr 1980-cı il tarixli ******* nömrəli əmək kitabçasında 03.07.1995-30.09.1999-cu il tarixləri arasındakı dövr ərzində Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd edildiyi halda, Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya dair 07.11.2019-cu il tarixli 18/Z-552 nömrəli arayışında həmin dövr ərzində buruq montajçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Sənədlərdə uyğunsuzluqların olması və eyni zamanda iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan az (8 il 2 ay 24 gün) təşkil etməsi göstərilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlili il bağlı qeyd etmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi 03.07.1995- 30.09.1999-cu il tarixləri arasındakı dövr nəzərə alınmasa da belə, iddiaçının qanunvericilikdə nəzərdə tutulan 12 il 06 aydan artıq (13 il 01 ay 13 gün) güzəştli iş stajı mövcud olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı 21.10.1980-ci il tarixdən 28.12.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 198 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı 01.09.1979-cu il tarixdən 11.08.1980-ci il tarixədək Azərbaycan SSR Neftçala rayonu 151 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan notarial qaydada tərcümə edilmiş və təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 02.06.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 02.06.1980-ci il tarixdən 16.10.1980-ci il tarixədək “Azneft” Birliyi Fəhlə təchizatı şöbəsinin Neftçala bölməsi üzrə 17 saylı stansiyasında 3-cü dərəcəli aşpaz, 29.03.1983-cü il tarixdən 22.05.1984-cü il tarixədək “Azneft” Birliyinin Kürsəngi Qİİ-də 3-cü və 4-cü dərəcəli qazmaçı köməkçisi, 26.07.1984-cü il tarixdən 30.08.1993-cü il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı, 01.09.1993-cü il tarixdən 03.07.1995-ci il tarixədək “Azneft” İB-də X7 Qazma Ekspedisiyasında 5-ci və 6-cı dərəcəli qazmaçı, 03.07.1995-ci il tarixdən 30.09.1999-cu il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı, 02.10.2000-ci il tarixdən 01.03.2001-ci il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı, 01.03.2001-ci il tarixdən 14.12.2007-ci il tarixədək Caspian SEA LTD MMC-də 6-cı dərəcəli qazmaçı, 09.08.2008-ci il tarixdən 25.12.2008-ci il tarixədək “Binəqədi Oil” Kompani şirkətində əməliyyat şöbəsi Qazma sahəsinə qazmaçı köməkçisi, qazmaçı, 21.08.2009-cu il tarixdən 19.07.2010-cu il tarixədək “Binəqədi Oil” Kompani şirkətində Quyuların yeraltı və əsaslı təmir sexinə qazmaçı, 22.10.2010-cu il tarixdən 01.05.2012-ci il tarixədək X5 FZE şirkətində qazmaçı, 07.06.2012-ci il tarixdən 13.10.2016-cı il tarixədək “Binəqədi Oil” Kompani şirkətində Quyuların yeraltı və əsaslı təmir sexinə yeraltı təmir operatoru, qazmaçı, 14.10.2016-cı il tarixdən 09.12.2019-cu il tarixədək “Binəqədi Oil” Kompani şirkətində Quyuların yeraltı və əsaslı təmir qazmaçı peşəsində, 10.12.2019-cu il tarixdən hal-hazıra kimi Shirvan Drilling Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qazma sahəsində qazma ustası işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/Z-552 nömrəli 07.11.2019-cu il tarixli Arayışında göstərilmişdir: “Verilir, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin işçisi İddiaçı ondan ötrü ki, o həqiqətən 1984- 1993, 1995-1999, 2000-2001-Cİ illərdə aşağıda göstərilən kimi işləmişdir: -26 iyul 1984-cü ildə Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma köməkçisi kimi işə qəbul edilmişdir (Əmr №363k, 26.06.1984-cü il): -11 may 1987-ci ildə 5-ci dərəcəli qazmaçı keçirilmişdir (Əmr №45k,12.05.1987-ci il); -01 avqust 1987-ci ildə Binə-Hövsan hidrogeoloji kəşfiyyat partiyasına 5-ci dərəcəli qazmaçı keçirilmişdir (Əmr №56k. 07.08.1987-ci il); -01 noyabr 1987-cı ildə əməyin ödənilməsinin yeni tarifinə əsasən Binə-Hövsan hidrogeoloji kəşfiyyat partiyasında 5-ci dərəcəli qazmaçı kimi təsdiq edilmişdir (Əmr №263, 03.11.1987-ci il); -13 aprel 1938-ci ildə Dorin qazma ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma köməkçisi keçirilmişdir (Əmr №27k, 29.04.1988-ci il); -01 oktyabr 1988-ci ildə Prikurinsk hidrogeoloji partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №59k, 10.10.1988-ci il); -03 yanvar 1989-cu ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №1k, 05.01.1989-cu il); -01 sentyabr 1992-ci ildə Prikaspiysk hidrogeoloji kəşfiyyat partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №15k, 22.09.1992-ci il); -30 avqust 1993-cü ildə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə ilə işdən əz ad edilmişdir (Əmr №54 30.08.1993-cü il); -03 iyul 1995-ci ildə köçürmə yolu ilə Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsinə 6-cı dərəcəli buruq montajçısı kimi işə qəbul edilmişdir (Əmr №7k, 03.07.1995-ci il); -20 sentyabr 1999cu ildə ixtisarla əlaqədar olaraq işdən azad edilmişdir (əmr №5, 30.09.1999-cu ıl); -02 oktyabr 2000-ci ildə Dərin qazma müəssisəsinin Neftçala qazma dəstəsinə 6-cı dərəcəli qazmaçı kimi işə qəbul edilmişdir (Əmr №13, 02.10.2000-ci il); - 17 dekabr 2001-ci ildə müəssisənin ləğvi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir (Əmr №24, 17.12.2001-ci il).” İş materiallarında olan SOCAR-ın 19.11.2019-cu il tarixli Arayışında göstərilmişdir: “SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 02.06.1980-cı ildə (əmr № 77/k, 02.06.1980-cı il) “Azneft” Birliyi FTŞ-nin Neftçala bölümünün 17 №-li yeməkxanasına 3-cü dərəcəli aşpaz peşəsinə işə qəbul edilmişdir. 16.10.1980-cı ildə (əmr № 122/k, 16.10.1980-cı il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 29.03.1983-cü ildə (əmr № 40/k, 28.03.1983-cü il) X4 İdarəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəlində göstərilən qeydə əsasən 01.02.1984-cü ildən 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, 1984-cü ilin may ayına kimi əmək haqqı alması (may ayında 12 iş günü olmaqla) göstərilmişdir.” İş materiallarında olan SOCAR “Kompleks qazma işləri” trestinin 17.02.2021-ci il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir İddiaçı təvəllüdü xx.xx.1962-ci il ondan ötrü ki, o həqiqətən 0109.1993-cü İldən, (Əmr № 68-k, 01.09.1993-cü il) 03.07.1995-ci ilədək, (Əmr № 26-k, 03.07.1995-ci il) X7 Qazma Ekspedisiyasında işləmişdir. "Azneft" İB-nin 06.08.1996-cı il tarixli 197 saylı əmrinə əsasən Qala Dərin istsmar Qazma Ekspedisiyası ləğv edilərək (Qala DİQE-nın 06.10.1996-cı il 33-k saylı əmri) X6 idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır. Abşeron Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X3 İşləri İdarəsi qazma sexi kimi 03.09.2012-ci il tarixdən X6 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X6 idarəsi ləğv olunaraq trestin Abşeron istehsalat bölümü kimi fəaliyyət göstərir. 01.09.1993-cü ildən 06.12.1993-cü ilədək X7 Qazma Ekspedisiyasına 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib. Əmr № 68-k, 01.09.1993-cü ildə. 06.12.1993-cü ildən 03.07.1995-ci ilədək 6-cı dərəcəli qazmaçı peşəsinə keçirilib. Əmr № 31-k, 06.12.1993-cü ildə. 03.07.1995-ci ildə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən başqa işə götürənlə ƏM-si bağladığı üçün işdən azad edilib. Əmr № 26-k, 03.07.1995-ci ildə. Qeyd: Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qazmaçıköməkçisi peşəsi 2130100a-11297 kodu ilə güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir. Güzəştli iş stajı 1 il, 10 ay, 02 gündür.” İş materiallarında olan “Caspian Sea LTD” müəssisəsinin 25.01.2021-ci il tarixli arayışına əsasən İddiaçı 01.03.2001-ci il 14 nömrəli əmrə əsasən "Caspian Sea" LTD müəssisəsində 6-cı dərəcəli qazmaçı vəzifəsində çalışmışdır. 14.12.2007-ci ildə öz istəyi ilə 38 nömrəli əmrə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02.12.2020-ci il tarixli, 20633/08308 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23.10.1980-cı il tarixli ******* nömrəli əmək kitabçasında 03.07.1995-30.09.1999-cu il tarixləri arasındakı dövr ərzində Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd edildiyi halda, Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya dair 07.11.2019-cu il tarixli 18/Z-552 nömrəli arayışında həmin dövr ərzində buruq montajçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Sənədlərdə uyğunsuzluqların olması və eyni zamanda iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan az (8 il 2 ay 24 gün) təşkil etməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X2” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 15.07.2019-cu il tarixdə tamam olmuşdur və o, 01.09.1979-cu il tarixdən 11.08.1980-ci il tarixədək Azərbaycan SSR Neftçala rayonu 151 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almış (11 ay 10 gün), 21.10.1980-ci il tarixdən 28.12.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş (2 il 2 ay 7 gün), əmək kitabçasına əsasən 02.06.1980-ci il tarixdən 16.10.1980-ci il tarixədək “Azneft” Birliyi Fəhlə təchizatı şöbəsinin Neftçala bölməsi üzrə 17 saylı stansiyasında 3-cü dərəcəli aşpaz (4 ay 14 gün), 29.03.1983-cü il tarixdən 22.05.1984-cü il tarixədək “Azneft” Birliyinin Kürsəngi Qİİ-də 3-cü və 4-cü dərəcəli qazmaçı köməkçisi (1 il 1 ay 23 gün), 26.07.1984-cü il tarixdən 30.08.1993-cü il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı (9 il 1 ay 4 gün), 01.09.1993-cü il tarixdən 03.07.1995-ci il tarixədək “Azneft” İB-də X7 Qazma Ekspedisiyasında 5-ci və 6-cı dərəcəli qazmaçı (1 il 10 ay 2 gün), 03.07.1995-ci il tarixdən 30.09.1999-cu il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı (4 il 2 ay 27 gün), 02.10.2000-ci il tarixdən 01.03.2001-ci il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı (4 ay 29 gün), 01.03.2001-ci il tarixdən 14.12.2007-ci il tarixədək Caspian SEA LTD MMC-də 6-cı dərəcəli qazmaçı (01.01.2006-cı il tarixədək 4 il 10 ay) peşəsində, 10.12.2019-cu il tarixdən hal-hazıra kimi Shirvan Drilling Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qazma sahəsində qazma ustası işləyir. “X2” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən çox, 25 il 24 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı isə aşağıdakıları qeyd edir. Apelyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/47 nömrəli 04.03.2022-ci il tarixli Arayışında göstərilmişdir: Verilir, Bakı Apellyasiya Məhkəməsinə ondan ötrü ki, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin işçisi İddiaçı həqiqətən də 1984-1993,1995-1999, 2000-2001ci illərdə aşağıda göstərilən kimi işləmişdir: 26.07.1984-cü ildə Sənaye və termal suların axtarışı və kəşfiyyatı Ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma köməkçisi kimi işə qəbul edilmişdir (Əmr №363k, 26.06.1984-cü il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli Əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 11.05.1987-ci ildə 5-ci dərəcəli qazmaçı keçirilmişdir (Əmr №45k, 12.05.1987-ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01.08.1987-ci ildə Binə-Hövsan hidrogeoloji kəşfiyyat partiyasına 5-ci dərəcəli qazmaçı keçirilmişdir (Əmr №56k, 07.08.1987-ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01.11.1987-ci ildə əməyin ödənilməsinin yeni tarifinə əsasən Binə-Hövsan hidrogeoloji kəşfiyyat partiyasında 5-ci dərəcəli qazmaçı kimi təsdiq edilmişdir (Əmr №263, 03.11.1987ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 13.04.1988-ci ildə Derin qazma ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma köməkçisi keçirilmişdir (Əmr №27k, 29.04.1988-ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01.10.1988-ci ildə Prikurinsk hidrogeoloji partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №59k, 10.10.1988-ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1.Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 03.01.1989-cu ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №1k, 05.01.1989-cu il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №İi qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01.09.1992-ci ildə Prikaspiysk hidrogeoloji kəşfiyyat partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №15k, 22.09.1992-ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 30.08.1993-cü ildə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə ilə işdən azad edilmişdir (Əmr №54k, 30.08.1993-cü il); 03.07.1995-ci ildə köçürmə yolu ilə Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsinə 6-cı dərəcəli qazmaçı kimi işə qəbul edilmişdir (Əmr №7k, 03.07.1995-ci il)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı(2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 30.09.1999-cu ildə ixtisarla əlaqədar olaraq İşdən azad edilmişdir (əmr №5, 30.09.1999-cu il); 02.10.2000-ci ildə Derin qazma müəssisəsinin Neftçala qazma dəstəsinə 6-cı dərəcəli qazmaçı kimi işə qəbul edilmişdir (Əmr №13, 02.10.2000-cl İİ)- “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100)

1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 17.12.2001-ci ildə müəssisənin ləğvi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏM-nin 70-cı maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir (Əmr №24, 17.12.2001ci il). Qeyd: İddiaçı yuxarıda qeyd edilmiş iş stajı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 №li qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı (2010100) 1. Dağ mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsində 2010100a-11964 (qazmaçılar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. Əsas: 1984-1993, 1995-1999, 2000-2001-ci illər üzrə kadr əmrləri və şəxsi vərəqələr. Apelyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Caspian Sea LTD-nin 012 nömrəli 07.12.2021-ci il tarixli Arayışında göstərilmişdir: Verilir İddiaçı ondan ötrü ki, o həqiqətən 01.03.2001-ci ildən (14 nömrəli əmrə əsasən) 14.12.2007-ci ilədək (38 nömrəli əmrə əsasən)" Caspian Sea" LTD müəssisəsində Neft Qaz quyularının qazılması və istismarı işlərində (karbohidrogen mədənlərində) 6-cı dərəcəli qazmaçı peşəsində işləmişdir. Qeyd: Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı təsdiq edilmiş qazmaçı peşəsi 2130100a-11297 kodu ilə güzəştli şərtlərlə pensiya almaq imkanına malikdir. Güzəştli iş stajı 6 il 9 ay 13 gündür. “X2” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «X2» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 18 il 7 ay güzəştli iş stajına malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə iş stajına malik şəxs kimi «X2» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşı tamam olduğu tarixdən, yəni 15.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2-1(112)-4439/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar