Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3861/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “istehsalat zədəsi ilə əlaqədar peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istesalatda əmək funksiyalarını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində səhhəti pozulmuşdur. xx.xx.2015-ci il tarixdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar TSEK-də ilkin müayinə zamanı ona istesalatda baş vermiş bədbəxt hadisə barədə heç bir sənəd olmadığı üçün əlillik səbəbi ümumi əsaslarla təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə birinci dərəcə əlillik müddətsiz uzadılmışdır. İstesalatda baş vermiş bədbəxt hadisə nəticəsində zədə almağı barədə hüquqi sənəd Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleqiyasının 27 iyul 2018-ci il tarixli qərarı əsasında verilmişdir. Məhkəmə qərarına əsasən 19 noyabr 2018-ci il tarixdə istesalatda bədbəxt hadisə haqqında “İZ” formalı akt işəgötürən tərəfindən tərtib edilərək, İddiaçı təqdim edilmişdir. Məhkəmə qərarı ilə ”İZ” formalı akt istesalat zədəsi nəticəsində əmək qabiliyyəti itirmə faizinin müəyyən edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. TSEK-nin xx.xx.2022-ci il tarixli göndərişinə əsasən 1 saylı X3 başbeyin KT müayinəsindən əmək zədəsi diaqnozu ilə müayinədən keçmişdir. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı aldığı 28 mart 2014-cü il tarixdə əmək zədəsi nəticəsində əmək qabiliyyətinin itirilmə faizini neçə faiz müəyyən edilməsinə bütün sənədlər qaydasındadır. Sadəcə olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Agentlik) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyinin qiymətləndirilməsi” Qaydaların 3.3.1 bəndinə əsasən əlillik müəyyən olıunduğu halda bu Qaydaların 1.5.-ci bəndində nəzərdə tutulmuş digər səbəblər müəyyən edilir. Cavabdeh isə həmin Qaydaların tələblərinə riayət etmək istəmir və iddiaçı X1 əlillik, səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər “İZ” formalı akt, Apellyasiya məhkəməsinin “İZ” formalı aktda göstərilən qərarı Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin göndərişin surəti, Kliniki Tibbi mərkəzin cavabın sürəti nümayəndə X2 ilə göndərilsə də, xx.xx.2024-cü il tarixdə ünvanına göndərdiyi tövsiyə cavab məktubu ilə kifayətlənmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “istehsalat zədəsi ilə əlaqədar peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, həftənin İV günləri saat 13:00-dək Agentliyə dəvət olunur. Müayinəyə gələrkən mövcud xətəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbinin təsdiqe edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehaslat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyi xahiş olunur. Göründüyü kimi iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən imtina verilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3861/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3861/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver