Məhkəmə qərarları › İş №2-1(103)-3863/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3863/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3863/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyası təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)-2443/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işlədiyi illərin, hərbi xidmət dövrünün və peşə məktəbi üzrə ixtisas aldığı müddətlərin nəzərə alınaraq qeyd edilən illərin sosial sığorta stajına daxil edilərək ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən etibarən hesablanmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddia tələbi ərizə ilə “xx.xx.1980-xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2024-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2- 1(112)-2443/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1980-xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2024-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İddiaçı aid xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər olan müddətdə bazaya işə düzəlməzdən əvvəl 6198 saylı peşə məktəbini bitirərək Attestat almışdır. xx.xx.1976-cı ildən 129 nömrəli xx.xx.1976-cı il tarixli əmrə əsasən 3-cü dərəcəli avto çilingər kimi işə düzəlmişdir. xx.xx.1978-ci ildən 54/ok nömrəli xx.xx.1978-ci il tarixli əmrə əsasən Sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün işdən azad olunmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər olan müddətdə Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1980-ci ildən 63 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli avto çilingər kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci ildən 4/ls saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci ildən 193 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən 2ci dərəcəli sürücü köməkçisi vəzifəsinə qəbul olunmuşdur. 12 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən müəssisə “X2” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2014-cü ildən 129 saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunur.

10. İddiaçı tərəfindən НЗ seriyalı ******* nömrəli hərbi bilet məhkəməyə təqdim edilmişdir.

11. İddiaçı tərəfindən xx.xx.1977-ci il tarixli AИ seriyalı 056287 nömrəli orta təhsil haqqında attestatın surəti məhkəməyə təqdim edilmişdir.

12. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2- 1433/2024 saylı məktubundan görünür ki, sorğuda tələb olunan “X2” ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Flialının “X2” ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-216732/2024 saylı məcburi dövlət sosial sığortası üzrə hesabatlar haqqında məktubdan görünür ki, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı müraciətində İddiaçı “X2" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə (xx.xx.1980-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək) xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin araşdırılmasını xahiş etmişdir. Məlumat üçün bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2006 - 2013-cü illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumat, həmçinin 2014-cü il üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabat”ına (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. MEİS-in “Sığorta” (Hesabat) altsistemində 2006 - 2013-cü illər üçün təqdim olunmuş hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunduğunun müəyyənləşdirilməsi və məsələ öz təsdiqini tapdığı təqdirdə MEİS-də müvafiq düzəlişlərin aparılması üçün mümkün qısa müddət ərzində müvafiq təsdiqedici sənədlərlə (İddiaçı və səhvən qeyd edilən işçinin (işçilərin) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larının (06) (Forma B3), əmək kitabçalarının (notarial qaydada təsdiqi), əmək müqavilələrinin, əmək haqqı cədvəllərinin, əmək haqqı aldıqları bank hesabından çıxarışlarının (çıxarış əldə edilməsi ilə bağlı banka edilmiş rəsmi müraciət və bankın müvafiq cavabı), işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri; Filiala müraciət etməyi xahiş olunur. Qeyd edilir ki, tərəfindən 2014-cü il üçün təqdim edilmiş Forma B1 hesabatına uyğun olaraq Forma B3 məlumatlarının MEİS-ə yüklənilməsindən ötrü müşayiətedici məktubla birlikdə sözügedən il üzrə əməkhaqqı cədvəli (hər bir sığortaolunanın ilin hər ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmaqla) möhür və imza ilə təsdiq edilərək Filiala təqdim edildikdən sonra qeyd olunan məsələ ilə bağlı araşdırılma aparılacaqdır.

14. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-27/2-2695/2025 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı işlədiyi Bakı Avtomobil Bazası “Azmaşnəqliyyat” Bakı Avtomobil Nəqliyyat Nazirliyinin və “X2” ASC müəssisələrinin sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışlarının verilməsi mümkün olmamışdır.

15. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinin ünvan 1 ünvanlanmış xx.xx.2003-cü il tarixli 01/01-521 nömrəli məktubundan görünür ki, “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının reyestrinə əsasən buraxılmış 162.283 (yüz altmış iki min iki yüz səksən üç) ədəd adi adlı səhm “X2” ASC-nin səhmdarları arasında tam yerləşdirilmişdir və səhmləri yüz faizi satıldığından müəssisə tam özəlləşdirilmiş hesab edilir.

16. Respublika Auksion Mərkəzinin xx.xx.2001-ci il tarixli 004966 nömrəli bildirişindən görünür ki, İddiaçı “X2” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 4 ədəd özəlləşdirmə çeki təqdim edilmişdir və nəticədə hər birinin dəyəri 10.000 manat olan 76 ədəd səhm almışdır.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli 3-21-3/2-7202/2025 nömrəli məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin Şəhərlərarası və X1 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilmişdir. “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışında İddiaçı iştirak edərək 76 səhm əldə etmişdir. Həmçinin qiymətli kağız mülkiyyətçiləri barədə məlumatların alınması üçün isə aidiyyəti üzrə səhmlərin reyestrini həyata keçirən müvafiq icra orqanına - Milli Depozit Mərkəzinə müraciət etməsi məqsədəuyğun hesab edilir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X4 Şəxsin 3-21-3-03/2-153/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 2000ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə”yə uyğun olaraq “X2” Açıq Səhmdar Cəmiyyətində 13 aprel – 7 may 2001-ci il tarixlərində səhmlərin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı keçirilmişdir. İddiaçı sözügedən ASC-nin səhmlərinin güzəştli satışında iştirak edərək 4 (dörd) ədəd dövlət özəlləşdirmə çeki təqdim etməklə 76 (yetmiş altı) ədəd səhmə sahib olmuşdur.

19. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2025-ci il tarixli 6-1- 1/2-716/2025 saylı məktubundan görünür ki, depozitar sistemdə xx.xx.2025-ci il tarixinə müvafiq olaraq İddiaçı məxsus “X2” ASC üzrə hər birinin nominal dəyəri 2 (iki) manat olmaqla ümumilikdə 76 ədəd adi adlı səhm mövcuddur.

20. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 3-48-1RA/2-452/25 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “X2” ASC-nin sənədləri fond olaraq saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2024 - 30 iyun 2025 kişilər: 65 il qadınlar: 64 il.

25. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 01 iyul 2024 - 30 iyun 2025-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur.

26. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər) 05 il 07 ay 19 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Avtomobil Bazası “Azmaşnəqliyyat” Avtomobil Nəqliyyat Nazirliyində (hazırki adı “X2” ASC) 3-cü dərəcəli avto-çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 3-cü dərəcəli sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X2” ASC-də 2-ci dərəcəli sürücü işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı “X2” ASC-də işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmadığından, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir.

27. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır.

28. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir.

29. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

30. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

31. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci ilə kimi 3-cü dərəcəli avto çilingər vəzifəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci ilə kimi Sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün işdən azad olunmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci ilə kimi 3-cü dərəcəli avto çilingər vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci ilə kimi 3-cü dərəcəli sürücü köməkçisi vəzifəsində, xx.xx.1988-ci il tarixdən 2-ci dərəcəli sürücü köməkçisi vəzifəsində işləməsinə dair qeydlər var. xx.xx.2002-ci il tarixdən müəssisə “X2” ASC adlandırılmışdır.

32. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2- 1433/2024 saylı məktubundan görünür ki, sorğuda tələb olunan “X2” ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli 3-21-3/2-7202/2025 nömrəli məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin Şəhərlərarası və X1 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilmişdir. “X2” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışında İddiaçı iştirak edərək 76 səhm əldə etmişdir. Həmçinin qiymətli kağız mülkiyyətçiləri barədə məlumatların alınması üçün isə aidiyyəti üzrə səhmlərin reyestrini həyata keçirən müvafiq icra orqanına - Milli Depozit Mərkəzinə müraciət etməsi məqsədəuyğun hesab edilir.

34. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir.

35. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

36. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrü sığorta stajına daxil etməklə düzgün nəticəyə gəlmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

39. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1- ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir.

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir.

44. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır.

45. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun.

46. Habelə, Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

47. Göründüyü kimi, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcbur dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir.

48. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı zəruri sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

51. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)-2443/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar