Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-387/2021 12.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyi X1rşı “araşdırma materiallarının iddiaçıya təqdim olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-6097/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə X4 Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2004-cü il tarixli AA ******* saylı bakalavr diplomunun ölkə ərazisində tanınmaması barədə mənfi ekspert rəyinin və mənfi ekspert rəyinin verilməsi üçün əsas olmuş araşdırma materiallarının (sorğuların, arayışların, sorğular əsasında alınmış cavabların) verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6097/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı diplomun tanınması tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6097/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaə ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 6097/2020 saylı qərardadında iddia tələbi kimi diplomun tanınması qeyd olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyi bildirmişdir. Həmçinin qeyd etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən mənfi rəy verilməsinə səbəb olmuş materialların ona təqdim olunmasıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6097/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəmə qeyd etmişdir ki, İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdeh inzibati orqana Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə X4 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli AA ******* saylı bakalavr diplomunun ölkə ərazisində tanınmaması barədə mənfi ekspert rəyinin və mənfi ekspert rəyinin verilməsi üçün əsas olmuş araşdırma materiallarının (sorğuların, arayışların, sorğular əsasında alınmış cavabların) verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Lakin həmin ekspert rəyinin və rəyin verilməsinə əsas olmuş sənədlərin ona təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi və cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, iddiaçının bu günədək cavab inzibati orqana müraciətləri diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) ilə bağlı olmuşdur. Həmçinin məhkəmə araşdırması dövründə cavabdehin nümayəndəsi iddiaçı tərəfindən ona təqdim olunması tələb olunan ekspert rəyi və ekspert qrupunun rəyini məhkəməyə təqdim edərək, həmin sənədlərin iddiaçıya təqdim edildiyini, bununla bağlı mübahisə olmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6097/2020 saylı qərardadında iddia tələbi kimi diplomun tanınmasının qeyd olunduğunu qeyd etsə də iş materiallarına əsasən iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə X4 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli AA ******* saylı bakalavr diplomunun ölkə ərazisində tanınmaması barədə mənfi ekspert rəyinin və mənfi ekspert rəyinin verilməsi üçün əsas olmuş araşdırma materiallarının (sorğuların, arayışların, sorğular əsasında alınmış cavabların) verilməsi öhdəliyinin qoyulmasınının xahiş edildiyi qeyd olunduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin digər dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6097/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-387/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-387/2021
12.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver