Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3875/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “milliyyətin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9815/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “milliyyətin dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verərək iş üzrə dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9815/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9815/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı apellyasiya şikayəti verərək, 06 avqust 2024-cü il tarixli, 2- 1(112)-9815/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3568/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2-1(112)-9815/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Hazırda iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3568/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Xİ fəsli ilə müəyyən edilən qaydaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və kassasiya şikayəti həmin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 90, 94 və 95-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “milliyyətin dəyişdirilməsi” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3875/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3875/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver