Məhkəmə qərarları › İş №2-1(103)-3876/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3876/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3876/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: müavinətin ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və X2 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “birdəfəlik kompensasiya ödənişinin və müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı ona mərhum əri Xudaverdiyev İlqar Eyvaz oğlunun işdən azadolunma əmrinin gecikdirilməsinə görə 42 günlük əlavə əməkhaqqı hesablanması, həm də, sonuncunun istifadə edilməmiş məzuniyyət haqqına daha bir aylıq istifadə edilməmiş məzuniyyət əlavə edilməsi, eləcə də, vəfat edənin vərəsəsi olaraq ona ödənilməyən, ərinin əmək haqqının 3 misli miqdarında müavinət, ərinin həmin hərbi hissədə çalışdığı bütün dövr üçün hərbi qulluqçunun işləməyən arvadı öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda, onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti, ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ailələrinə qanunvericilikdə müəyyən edilən məbləğdə və qaydada maddi yardım məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək ərinin ölümü xidmətdə qəflətən baş verdiyindən ona birdəfəlik kompensasiya ödənişinin və hərbi qulluqçu olmuş mərhum ərinin işləməyən arvadı olaraq ona çalışdığı bütün dövr üçün xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadığından Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə onlar məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. * saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən ## #### 2023-cü il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən Xudaverdiyev İlqar Eyvaz oğlu ##.##.2023-cü il tarixdə, ürək çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 06 ayının 17 günündə 595 nömrə ilə qeyd edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizələr ilə cavabdehə müraciətlər edilmişdir.

11. Cavabdeh tərəfindən iddiaçının mərhum əri Xudaverdiyev İlqar Eyvaz oğlu “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” ** nömrəli, ##.##.2023-cü il tarixli arayış tərtib edilmişdir. Vəfat etməsinə görə ödənilməli olan sığorta məbləği 11000 manat müəyyən edilmişdir.

12. İş materiallarına iddiaçı tərəfindən “Nikah haqqında şəhadətnamə”, “Doğum haqqında şəhadətnamə”lər, medallar və digər sənədlər əlavə edilmişdir.

13. Cavabdeh N nömrəli hərbi hissə komandirinin ## #### 2023-cü il tarixli, **** nömrəli “Şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilməsi” barədə əmrindən çıxarışa əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.6-cı maddəsinin (günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 167-ci maddəsinə (ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimatla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır) müvafiq olaraq R Xudaverdiyev İlqar Eyvaz oğlu maddi-texniki təminat şöbəsinin silah-sursat bölməsinin baş zabiti həlak olması ilə əlaqədar ##.##.2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilmişdir. Şəxsi iş saxlanılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilmiş, R İ.E.Xudaverdiyevin xidmət dövrü üçün pul təminatı növbəti üzrə ödənişlər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunduqdan sonra müvafiq qaydada ödənilmiş, R Xudaverdiyev İlqar Eyvaz oğlu 2023-cü ilin növbəti məzuniyyətində 20 (iyirmi) gün istifadə edib. Maddi yardım və məzuniyyət müavinəti almışdır. ## ###### 2023-cü il tarixdən ## ### 2023-cü il tarixədək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatını 100 % almağa layiq hesab edilmişdir.

14. Cavabdeh N nömrəli hərbi hissə tərəfindən verilmiş * nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən ##.##.2023-cü il tarixdə vəfat etmiş hərbi qulluqçu Xudaverdiyev İlqar Eyvaz oğlunun hüququ olduğu pul təminatı (2023-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı istisna olmaqla) və müvəqqəti mənzilin kirayəsi üçün pul kompensiyası məbləği ##.##.2023-cü il tarixdə hərbi qulluqçunun şəxsi kart hesabına köçürülmüşdür. 2023-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı ##.##.2023-cü il tarixdə (hərbi qulluqçunun vəfatı ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışı və hüquqi varisi tərəfindən zəruri sənədlərin təqdim edilməsinə görə) İddiaçı bank hesabına köçürülmüşdür. Müraciətdə qeyd olunmuş digər təminat növləri hərbi qulluqçunun pul təminatına və qanunvericiliklə nəzərdə tutulmuş təminat növlərinə aid edilmir. Məlumat üçün bildirilmişdir ki, hərbi qulluqçuların pul təminatı Dövlət Sərhəd Xidməti rəsinin ##.##.2018-ci il tarixli **** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdeh hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə məhkəmə icraatı davam etdirilməsi (mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur”.

18. Belə ki, yuxarıda göstərilən müddəaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır, məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyətlər yaradan müddəalar olmamalıdır.

19. İş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı Xudaverdiyev İlqar Eyvaz oğlunun hərbi xidmət dövründə vəfat etməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş birdəfəlik kompensasiya, istifadə edilməmiş məzuniyyətə görə ödəniş, əmək haqqının üç misli miqdarında müavinət, habelə işləməyən hərbi qulluqçu arvadı kimi aylıq pul müavinətinin ödənilməsi barədə inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış, təqdim olunmuş sübutlara qiymət verməmiş, tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etməmişdir.

20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq apellyasiya şikayətini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə görə məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmağa borcludur. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi: - iddia tələblərinin hər biri üzrə hansı normativ aktların tətbiq edilməli olduğunu müəyyən etməmiş; - cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə fərdi inzibati akt qəbul edib-etməməsi, imtinanın əsasları və hüquqi nəticələrini araşdırmamış; - iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verildikdən sonra dəyişmiş tələblərə ayrıca hüquqi qiymət verməmiş; - tələb olunan sosial ödənişlərin bir qisminin diskresion səlahiyyət, digər qisminin isə birbaşa qanundan irəli gələn öhdəlik olub-olmamasını müəyyən etməmişdir. Bundan başqa, işdə olan sübutlar arasında ziddiyyətlər aradan qaldırılmamış, zəruri hallarda əlavə sübutların toplanması təmin edilməmişdir.

21. Məhkəmə Kollegiyası hesab edir ki, qeyd olunan prosessual pozuntular apellyasiya instansiyasında aradan qaldırıla biləcək xarakter daşımır, işin mahiyyəti üzrə düzgün qərar qəbul edilməsinə mane olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən, iş üzrə əhəmiyyətli hallar tam araşdırılmadıqda birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilə bilər. Birinci instansiya məhkəməsinə işə yenidən baxılarkən: - tələb olunan hər bir sosial təminat növünün ayrıca hüquqi əsasının, - cavabdeh inzibati orqanın qəbul etdiyi və ya qəbul etmədiyi inzibati aktların, tam və hərtərəfli araşdırılması, tərəflərin təqdim etdiyi bütün sübutlara Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun hüquqi qiymət verilməsi tövsiyə edilsin.

22. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı tələblərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı irəli sürmüşdür. Lakin iddia predmetini təşkil edən sosial təminat, birdəfəlik kompensasiya, aylıq müavinət, istifadə edilməmiş məzuniyyətə görə ödəniş və digər təminat xarakterli tələblər üzrə qərar qəbul etmək və həmin ödənişlərin təyin olunması səlahiyyətinin konkret olaraq hansı inzibati orqana məxsus olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi: - mübahisəli hüquq münasibətinin subyektlərini tam müəyyən etməmiş; - inzibati aktı qəbul edən və ya qəbul etməli olan səlahiyyətli inzibati orqanı dəqiqləşdirməmiş; - zərurət olduqda iddiaçıya cavabdehin dəyişdirilməsi, əlavə cavabdehin cəlb edilməsi və ya qeyri-münasib cavabdehin əvəz olunması ilə bağlı prosessual hüquqlarını izah etməmiş; -işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki inzibati məhkəmə icraatında məhkəmə işin hallarının araşdırılması prinsipi əsasında mübahisənin düzgün subyekt tərkibini müəyyən etməyə borcludur. İddianın yanlış cavabdehə qarşı verilməsi hallarında məhkəmə formal mövqe tutmamalı, mübahisənin həlli üçün zəruri prosessual tədbirlər görməlidir. İş materiallarından müəyyən edilmir ki: - birdəfəlik kompensasiyanın təyin edilməsi üzrə səlahiyyətli orqanın məhz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, yoxsa digər səlahiyyətli dövlət orqanı olması; - aylıq sosial müavinətlərin təyini üzrə səlahiyyətin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sisteminə aid qurumlara məxsus olub-olmaması; - əmək və pul təminatı xarakterli ödənişlərin isə birbaşa hərbi hissə, maliyyə xidməti və ya digər səlahiyyətli struktur tərəfindən həyata keçirilib-keçirilməməsi. Bu hallar iş üzrə düzgün cavabdehin müəyyən edilmədən mahiyyət üzrə qərar qəbul edildiyini göstərir və işin düzgün həllinə mane olan mühüm prosessual pozuntu hesab olunur. Birinci instansiya məhkəməsinə izah edilsin ki, işə yenidən baxılarkən mübahisəli hüquq münasibətləri üzrə səlahiyyətli inzibati orqanın müəyyən edilməsi, zərurət olduqda cavabdehin dəyişdirilməsi və ya əlavə cavabdehin iştirakının təmin edilməsi məsələsi İnzibati Prosessual qanunvericiliyin tələblərinə uyğun həll edilsin.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, işə yenidən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İşə yenidən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar