Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3879/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X9 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 işə cəlb edilməklə) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)-415/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X5 və X6 işə cəlb edilməklə şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 831 saylı sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı fərdi yaşayayış evinin tikintisi üçün Sabunçu rayon, Maştağa qəsəbəsində 831 nömrəli torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinin ayrılması Sabunçu RİH Maştağa qəsəbəsi üzrə X1 verilmiş 08 oktyabr 1997-ci il tarixli, 10 saylı Çıxarışla təsdiq edilir. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixində tərəflərindən ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Müraciət üzrə DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabla Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsinin ayrılma səlahiyyətinin qanunvericilikdə nəzərdə tutulmaması əsas göstərilərək müraciətdən faktiki imtina edilmişdir. Həmin torpaq sahəsi ilə bağlı bir sıra məsələləri dəqiqləşdirmək üçün tərəflərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli vəkil sorğusuna DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda müvafiq torpaq sahəsi üzərində hər hansı şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilmədiyi və qeydiyyata alınma üçün qanunvericiliyə uyğun sənədlərin tərəflərindən təqdim olunmadığı bildirilmişdir. Daha sonra yenidən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 831 saylı sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliyə uyğun bütün zəruri sənədlər əlavə olunaraq tərəflərindən xx.xx.2023-cü il tarixli ərizə ilə DƏDRX-ə müraciət ünvanlanmışdır. Bu dəfə də müraciətlərinə müsbət cavab verilməyərək xx.xx.2023-cü il tarixli cavabla faktiki olaraq qanuni müraciətlərindən imtina olunmuşdur. Qeyd edilməlidir ki, 2021-ci ildə etdikləri müraciətdən imtina edilərkən səbəb olaraq “Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsinin ayrılma səlahiyyətinin qanunvericilikdə nəzərdə tutulmaması” əsas göstərildiyi halda indiki müraciətlərindən imtina üçün heç bir səbəb qalmamışdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixli ********** nömrəli və xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2021- ci il tarixli, **********52 xaricolma nömrəli və xx.xx.2023 il tarixli, **********34 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən cizgidə heç bir istinad məsəfələri və perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin İdarənin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üstüstə düşür.
4. Məhkəmənin e-2-1(112)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)-415/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
6. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən cavabdeh orqan başqa şəxsin eyni əsaslarla müraciətinə müsbət cavab vermişdir. Belə ki, cavabdeh orqan üçüncü şəxs X3 eyni əsaslarla müraciətinə müsbət cavab vermişdir. Bununla bağlı dəfələrlə məhkəmə iclası təxirə salınandan sonra X3 müraciəti ilə bağlı inzibati icraat materiallarını məhkəməyə təqdim etdiyi zaman aydın oldu ki, üçüncü şəxs də iddiaçıya verilmiş başqa sərəncam əsasında mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Halbuki cavabdeh orqan iddiaçıya imtina məktubu verərkən bildirmişdir ki, guya iddiaçının təqdim etdiyi sənəd hüquqmüəyyənedici sənəd deyil. Halbuki üçüncü şəxs də iddiaçının təqdim etdiyi kimi başqa sərəncamı təqdim etmiş və onun müraciətinə müsbət cavab verilmişdir. Halbuki iddiaçının həmin torpaq sahəsi ilə bağlı Sabunçu rayon İH tərəfindən verilmiş yerləşmə planı olsa da əsassız imtina verilmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. Cavabdehin imtinasının əsaslarının araşdırılması məqsədilə məhkəmənin müraciətinə əsasən cavabdeh tərəfindən 09 aprel 2025-ci il tarixli, 3-21-3-30/2- 13524/2025 nömrəli məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.12 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları əlavə olunur. X Y 1. 412061.653 4485855.479 2. 412030.833 4485880.969 3. 412050.533 4485903.769 4. 412081.273 4485878.169. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlüklə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********12 reyestr nömrəli sahə ilə üst-üstə düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)- 415/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
16. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, əldə edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, mövcud vəziyyətdə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsi üstüstə düşmə halı mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, onun hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olması istisna edilməli və onun iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir.
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
19. Məhkəmə kollegiyası İPM-nin 13-cü maddəsini nəzərə alaraq qeyd edir ki, həmin maddə məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsini müəyyənləşdirir. Məhkəmə proses iştirakçılarına formal çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərməlidir. Tərəflərin bu və ya digər hüquqi vasitələri seçdikləri halda, hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını məhkəmə onlara açıqlamalıdır. Bunun üçün ilk növbədə məhkəmə iddia tələblərinin düzgün yasılmasında, ərizələrin, vəsatətlərin düzgün tərtib edilməsində yardımçı olmalıdır. Məhkəmə bu vəzifəni tək bir tərəfə münasibətdə deyil, prosesin bütün iştirakçılarına münasibətdə həyata keçirməlidir.
20. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.
21. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını diqqətə alaraq hesab edir ki,
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)-415/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev