Məhkəmə qərarları › İş №2-1(103)-388/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-388/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-388/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, X1 ilə, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı(üçüncü şəxs: AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “Qarabağ veteranı vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1724/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Qarabağ veteranı vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli Qırardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə könüllü olaraq 1991-1992-ci illərdə döyüşüb ağır yaralanmışdır. xx.xx.1992-ci ildə Bakı şəhəri Hərbi hospitalında xx.xx.1992-ci ilə qədər müalicə almışdır. Xahiş edir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlər əsasında ona Azərbaycan Respublikası Müdafıyə Nazirliyin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiyanın üzərinə mənə Qarabağ veteranı vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1724/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1724/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3610/2018 saylı xx xxxxxxxx 2020-ci il tarixli Qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilərək İddiaçı xx xxxxxx 1991-ci ildən xx xxxx 1992-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qarabağ Müdafiə Şahinlər Dəstəsində xidmətdə olarkən Qarabağ uğrunda gedən döyüşlərdə sabiq əsgər kimi iştirak etməsi faktı müəyyən edilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1637 saylı xx xxxxxx 2018-ci il tarixli Qərarına əsasən Bərdə RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu müəyyən olunumuşdur. Yaralanma-diaqnoz: “Qarın boşluğunun sağ yarısının dəlib keçən güllə yaralanması. Qalxan çənbər bağırsağın və kor bağırsağın periton arxası sahəsinin zədələnməsi nəciz fistulası ilə fəsadlaşması. Laparotomiya qalxan çənbər bağırsağın yarasının tikilməsi (xx.xx.1992). Periton arxası absesin açılması (xx.xx.1992)” xx.xx.1992-ci ildə MN Mərkəzi Hərbi Hospitalının Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: "Qarın boşluğunun sağ yarısının dəlib keçən güllə yaralanması, qalxan çənbər bağırsağın zədələnməsi (xx.xx.1992). Laparotomiya qalxan çənbər bağırsağın yaralarının tikilməsi, qarın boşluğunun təftişi və drenə olunması. Kor bağırsağın periton arxası hissəsinin absesi və nəciz fistulasının yaranmasına görə aparılmış kor bağırsağın periton arxasının absesinin açılması (xx.xx.1992)" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 1220 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 769 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, xx.xx.1992-ci il tarixli 61 nömrəli, xx.xx.2018-ci il tarixli 4958 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" barəsində verilmişdir. Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqında Əsasnamə”nin 7.2-ci bəndinin a yarımbəndinə əsasən verilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nda Bərdə RHK tərəfindən 1991-ci il tarixdə hərbi xidmətə çağrılmış İddiaçı adının qeyd olunub-olunmaması barədə müvafiq əmrin surəti sorğu əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinndən tələb edilmişdir. Məhkəmə sorğusuna cavabdeh olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət tutulmuş siyahılar Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmədiyi. əlavə olaraq, Xidmətin Bərdə rayon şöbəsinin müvafiq uçot sənədlərində İddiaçı 1991-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə və ya səfərbərliklə əlaqədar çağırılması barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, 1731 saylı məktubla “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahılar Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmədiyi. əlavə olaraq, Xidmətin Bərdə rayon şöbəsinin müvafiq uçot sənədlərində İddiaçı 1991-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə və ya səfərbərliklə əlaqədar çağırılması barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndini, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsini, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə qeyd edir ki, işdə olan sənədlər əsasında İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1637 saylı xx xxxxxx 2018-ci il tarixli Qərarına əsasənan görünür ki, Bərdə RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu və yaralandığı və hərbi travma aldığı, Bərdə rayon Məhkəməsinin 2(021)-3610/2018 saylı xx xxxxxxxx 2020-ci il tarixli Qətnaməsinə əsasən iddiaçının xx xxxxxx 1991-ci ildən xx xxxx 1992-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qarabağ Müdafiə Şahinlər Dəstəsində xidmətdə olarkən Qarabağ uğrunda gedən döyüşlərdə sabiq əsgər kimi iştirak etməsi faktı təsdiq edilsə də, lakin iddiaçının N nömrəli hərbi hissəyə daxil olmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatlar arxiv sənədlərində öz təsdiqini tapmadığı, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahılar Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmədiyi, həmçinin Xidmətin Bərdə rayon şöbəsinin müvafiq uçot sənədlərində İddiaçı 1991-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə və ya səfərbərliklə əlaqədar çağırılması barədə heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1724/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1724/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar