Məhkəmə qərarları › İş №2-1(103)-388/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-388/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-388/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil2 cavabdehin nümayəndəsi X4, "xxxx" MMC-nin vəkili X5 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadından "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə 08-11 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilin ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Z.Tağıyev). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarı qərardan şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. ünvan 2 ünvana dair İddiaçı adına çıxarış (№ **********) hazırlanaraq verilmişdir. 13.02.2020-ci il tarixdə "xxxx" MMC məhkəməyə apelyasiya şikayəti ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)- 4323/2018 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(103)-930/2020 saylı qərardadı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin apelyasiyası mümkün sayılmamışdır. 20.08.2020-ci il tarixdə "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. "xxxx" MMC həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilin üzərinə həbs qoyulması və hər hansı bir təmir-tikinti işlərinin aparılmasının İddiaçı qadağan edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadı ilə "xxxx" MMC-nin 3-cü şəxs qismində işə cəlb edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrinin təmin edilməməsi qərara alınmışdır. (hakim F.Mədətli) Həmin qərardaddan narazı qalan "xxxx" MMC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. "xxxx" MMC apelyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" MMC qətnamənin mövcudluğunu yalnız İddiaçı "xxxx" MMC-yə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edən zaman bilmişdir. Məhkəmənin 2(011)- 5988/2019 saylı 02.09.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş və eyni zamanda 2 saylı İİM-nin 02.11.2018-ci il tarixli 2-1(82)-3761/2018 saylı qərarından da şikayət verilmişdir. Göründüyü kimi "xxxx" MMC məhkəmə qərarlarından hüquqlarına toxunduğu üçün dərhal şikayət vermişdir. Belə ki, İddiaçı çıxarışın alınmasına səbəb olan alqı-satqı müqaviləsinin və maliyyə arayışının həqiqəti əks etdirmədiyini, verilmiş maliyyə arayışının saxta olmasını və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi göstərilmişdir. Bundan əlavə DƏDRX-nin Bakı Ərazi İdarəsinə məktubla müraciət olunaraq konkret 103 və 108 saylı mənzillərə çıxarışın verilməməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)- 694/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Cahangir Yusifov və Aida Hüseyn) şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22.10.2020ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. "xxxx" MMC kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)-694/2021 nömrəli qərardadının ləğv edilməsini və "xxxx" MMC-nin ərizələrinə baxaraq həmin ərizələrin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli 2-1(102)-1414/2021 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər İlqar Hüseynov, Kəmaləddin Bədəlov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)- 694/2021 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı "xxxx" MMC-nin vəkili X5 və nümayəndəsi X3 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 Məhkəmənin qoymuş olduğu sualların araşdırılmasını və əsaslı qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilmə barədə ərizədən görünür ki, həmin ərizə məhkəmənin dəftərxanasına 20.08.2019-cu il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin 3-cü şəxs kimi cəlb edilmə barədə ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən təmin edilə bilməz. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilən normanın tələbindən göründüyü kimi iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iş materialları ilə müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4323/2018 saylı 02.11.2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 9 aya yaxın müddət keçdikdən sonra həmin iş üzrə üçüncü şəxs qismində cəlb olunmaq istəyən şəxs "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4323/2018 saylı, 02.11.2018ci il tarixli qərarının "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər”. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60) Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 02.11.2018-ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarla iddianı təmin edərkən 17.05.2013-cü il tarixli maliyyə arayışına və 11.08.2011-ci il tarixli 176 saylı müqaviləyə istinad etsə də, iş materiallarına həmin maliyyə arayışı və müqavilənin əsli yox, kserosurəti əlavə edilmişdir. "xxxx" MMC-nin də əsas dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi və məhkəmənin iddianı təmin edərkən istinad etdiyi 11.08.2011-ci il tarixli 176 saylı müqavilə üzrə İddiaçı öhdəliklərini yerinə yetirmədiyi halda, ərizəçi tərəfindən inşa olunan yaşayış binasında yerləşən mənzilə dair maliyyə arayışı əldə etmişdir. Halbuki, 17.05.2013-cü il tarixli maliyyə arayışı "xxxx" MMC tərəfindən verilməmişdir. "xxxx" MMC göstərilən hallara istinad edərək həmin sənədlərin saxta olduğunu bildirmiş, birinci instansiyası məhkəməsi isə ərizəçinin qeyd olunan dəlillərinə qiymət verməmişdir. Halbuki, birinci instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Odur ki, təkrar işə baxılarkən "xxxx" MMC-nin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarındakı mövqeyi də nəzərə alınmaqla müzakirə edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar