Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-388/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci qrup əlilliyin qeydə alınması öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq müddətsiz ikinci qrup əlilliyin qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə, əlilliyə görə müddətsiz əmək pensiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı müddətsiz ikinci qrup əlilliyinin qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinin əsasları göstərilmişdir. Buraya aiddir : ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0, 113.0-113.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); dağınıq skleroz (G35); bir budun güdülü (Z89.8); bir əlin olmaması (Q71.2, Z89.1); beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Göründüyü kimi, iddiaçının xəstəliyi adıçəkilən qərardakı meyarlarda təsbit olunmamışdır. Qeyd edilən əsaslara görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1233/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı əsassız və qanunsuzdur. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci İM 6 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-1233/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu, ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2007-ci ildən İİ qrup əlildir, əmək qabiliyyətsizdir, eyni zamanda onun 2013-cü ildə inzibati orqan tərəfindən verilmiş vəsiqəyə əsasən müharibədə əlil olması müəyyən olunur. Mübahisə ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən ona müddətsiz İİ qrup əlilliyin təyin edilməsini tələb edir, cavabdeh isə ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda müddətsiz müəyyən edildiyini bildirərək, tələbin təmin olunmasından imtina edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan : - 0170003AAD8G nömrəli xx.xx.2021-ci il tarixli həkim məsləhət komissiyasının bildirişinə əsasən iddiaçı 7 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. - xxxxxxx0003 nömrəli xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə barədə çıxarışına əsasən iddiaçıya ikinci dərəcəli əlillik təyin olunmuş, səbəbi isə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı olmuşdur. - Xətai rayon ƏSMM tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli vəsiqəyə əsasən Əhmədov X4 müharibəsi əlilidir. - Xətai Rayon RHK tərəfindən verilmiş 035193 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranıdır. - SER TSE-01 saylı 045397 nömrəli arayışdan, SER TSE-01 saylı 588606 nömrəli TSEKdə müayinə aktından çıxarışın kötüyündən, SER TSE-01 saylı 988797 nömrəli arayışdan, SER TSE-02 saylı 153121 nömrəli arayışın, SER TSE-01 saylı 185851 nömrəli arayışdan, SER TSE-01 saylı 185851 nömrəli TSEK-də müayinə aktından çıxarışın surətlərindən görünür ki, iddiaçıya xx.xx.2007-ci ildə ikinci dərəcəli əlillik (ümumi) müəyyən edilmiş, əmək qabiliyyətsiz olması göstərilmişdir, xx.xx.2008-ci ildə yenidən İİ dərəcəli əlillik müəyyən edilmiş, əmək qabiliyyətsiz olması göstərilmişdir, bundan sonra da xx.xx.2010-cu və xx.xx.2011-ci,24.07.13-cü illərdə yenidən onun 2-ci qrup əlil olması müəyyən edilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar olması qeyd edilmiş, əmək qabiliyyətsiz olması göstərilmişdir. - TQS saylı 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı əsas xəstəlik baş beyinin travmatiki xəstəliyi (kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, yaddaş zəiflməsi) müəyyən olunmuşdur. - Azərbaycan Respublkası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 300 nömrəli qərarına əsasən vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin iyul ayında aldığı və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə oldunduğu yaralanmanın nəticəsi diaqnoz: «Sol dirsək oynağı nahiyyəsinin xoralaşmış kelloid çapığı, oynağın kontrakturası ilə» (Bakı ş, Xətai rayon idarəsinin xx.xx.2013-cü il tarixli 656 saylı göndərişi və arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi, Xətai rayon məhkəməsinin 2(011)-61/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi, MN MHHKnın həkim cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» və hərbi xidmət keçərkən xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi 2 nömrəli kliniki psixiatrik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Şizofreniya, paranoid forma» (2 nömrəli klinik psixiatrik xəstəxanasından verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi, MN MHHKnın həkim mütəxəssisi-psixiatrın və hüquq məsləhətçinin rəyləri ilə təsdiq edilir) xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 375 saylı qərarı ləğv edilmişdir. Tətbiq edilən hüquq normaları : “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində göstərilir: “Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir: “1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır... 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir: “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.4.-cü bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ...etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması; qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri; hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması ; epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə; hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə; İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri; lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər; xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır, 2007-ci ildən İİ qrup əlildir, əmək qabiliyyətsizdir, eyni zamanda onun 2013-cü ildə inzibati orqan tərəfindən verilmiş vəsiqədən görünür ki, iddiaçı müharibədə əlil olmuşdur. İddiaçıya xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli göndərişlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Psixi pozğunluqlar və davranış pozğunluqları, Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları Paranoid şizofreniya” diaqnozu ilə hər dəfə bir il müddətinə 2-ci əlillik dərəcəsi verilmişdir. Bundan sonra xx.xx.2016-cı ildə “Psixi pozğunluqlar və davranış pozğunluqları, Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar, Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: Uzvi mənşəli şəxsiyyət pozuntusu.Baş-beyin travmatik xəstəliyi” diaqnozu ilə “Qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə 2- ci əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci ildə “Psixi pozğunluqlar və davranış pozğunluqları. Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar.Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beynin travmatik xəstəliyi (keçirilmiş KBT) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu,yaddaş zəifləməsi ilə” diaqnozu ilə əlilliyin müəyyən edilməsi üçün göndəriş verilmiş, yenidən cavabdeh imtina cavabı vermişdir, imtinanın səbəbi kimi ”Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir”. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya ilk dəfə əlillik 2007-ci ildə təyin edilmiş və 2021ci il tarixədək 2-ci dərəcə əlillik müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçının fasiləsiz olaraq 10 ildən artıq müddətdə İİ dərəcə əlilliyi müəyyən edilmiş və 30 dekabr 2015-ci il tarixli Əsasnamənin tələbinə görə iddiaçıya əlillik müddətsiz müəyyən olunmalı idi. Əlavə olaraq Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı halhazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin etmiş, lakin ekspert rəyində məhkəmə tərəfindən qoyulan suallara konkret cavab verilmədiyindən, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ekspertiza təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin 2-1(112)-7417/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını və 4322 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyini qarşılıqlı olaraq tədqiq edən Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1233/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-388/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-388/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver