Məhkəmə qərarları › İş №2-1(103)-388/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-388/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-388/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqalədə Hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixində fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, xidmət müddəti ərzində nazirliyin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmiş, qulluq keçmə ilə bağlı vəzifələrinin icrasına xələl gətirə biləcək, habelə nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, etik davranış qaydalarına və normalarına, xidmətdənkənar davranışın qaydalarına əməl etmiş,dir. xidməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. Fövqalədə Hallar Nazirliyinin daxili xidmət mayorudur. Azərbaycan Respublikası Fövqalədə hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmri ilə “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci bəndlərinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Lakin fövqalədə hallar orqanlarından xidmətdən azad olunmağı onunla əsaslandırılmışdır ki, guya iddiaçı narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Fövqalədə Hallar Nazirliyinin sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-463/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası İnzibati Kollegiyasının 2-1(102)-1362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2- 1(103)-463/2023 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus ******* saylı əmək kitabçasının və tələb edilmiş əmrlərin surətindən görünür ki, o, Azərbaycan Respublikası Cavabdeh 1065/Ş saylı xx.xx.2007-ci il tarixli əmri ilə xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Cavabdeh 0070/Ş saylı 12 yanvar 2021-ci il tarixli əmri ilə xx.xx.2021- ci il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 31.1.12-ci maddələrinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli “Nazirliyin X12 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrdən çıxarışından görünür ki, 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı Nazirliyin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktikası sektorunun inspektoru, daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlandıgı, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X8” X16 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əsas: Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 7 yanvar 2021-ci il tarixli 31/00218 nömrəli təqriri. - Azərbaycan Respublikası Fövqəladə hallar naziri müavininin Azərbaycan Respublikasının DİN-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 8 dekabr 2020-ci il tarixində tibbi müayinə zamanı Nazirliyin X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 13 nömrəli X5 X2 inspektoru, daxili xidmət mayoru İddiaçı narkotik vasitələri qəbul etdiyi aşkar olunmuşdur. - Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdehndə aparılan araşdırma ilə bağlı Nazirliyin əməkdaşı İddiaçı Bakı şəhər 19 saylı poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli (seriya SN 00006 № 981120) əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2020ci il tarixli 5470-01/8 saylı məktubu ilə Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə bildirilmişdir ki, Cavabdeh əməkdaşı İddiaçı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsinin əsaslı olubolmaması barədə məktubu tibbi sənədlər əsasında mütəxəssislər tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yaşayan 1986-ci il təvəllüdlü, İddiaçı “Böyrək sancısı" diaqnozu ilə 08.12 2020-ci il tarixdən 19 12.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. Aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu məsələ tibb müəssisənin Tibbi Şurasında müzakirə olunmuş və açılmış əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi əsassız hesab olunaraq, onun ləğv edilməsi qərarı verilmişdir. 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevt R.Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. - 981120 saylı xx.xx.2020-ci il tarixli ləgv edilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, İddiaçı “Böyrək sancısı" diaqnozu ilə 08.12 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. - xx.xx.2020-ci il tarixdə Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xüsusi rütbəli əməkdaşlarla iş şöbəsinin baş zabiti, polkovnikleytenant Ramin Əlizadə, X12 Xidmətinin Şəxsi heyətlə iş şöbəsinin rəisi, daxili xidmət polkovniki Rəşid Əliyev, FHN-nin X7 şöbəsinin təxirəsalınmaz yardım bölməsinin feldşeri, gizir Laçın Xudabaxışovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 8 dekabr 2020-ci il tarixində X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 13 nömrəli X5 inspektoru, daxil xidmət mayoru İddiaçı narkoloji müayinədən keçirilməsi məqsədilə Nazirliyin Tibb Mərkəzinin laboratoriyasında müvafiq analiz götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Analizin nəticələri barədə daxili xidmət mayoru İddiaçı məlumat verilmiş, bununla bağlı ondan izahat almaq istədikdə o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. Daxili xidmət mayoru İddiaçı Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X6 yenidən tibbi müayinədən keçirilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək müayinədən yayınmışdır. - xx.xx.2020-ci il tarixdə Cavabdeh X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 rəisi daxili xidmət polkovniki İntiqam Musayev, 13 nömrəli YMH-nin rəisi daxili xidmət polkovnik leytenantı Fuad Seyidov, 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət baş leytenantı Bəhruz Muradovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci il tarixində hissənin X2 inspektoru daxili xidmət mayoru X3 saat 08:00-da xidmətə gəlməmişdir. Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmışdır. Xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayonu 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir.Təkrar FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsinə çağırılmasına ona bildirilmişdir, lakin getməkdən imtina etmişdir. - xx.xx.2020-ci il tarixdə Cavabdeh X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 rəisi daxili xidmət polkovniki İntiqam Musayev, 13 nömrəli YMH-nin rəisi daxili xidmət polkovnik leytenantı Fuad Seyidov, 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət baş leytenantı Bəhruz Muradovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 16:00-da FHNnin Daxili Təhlükəsizlik Baş İdarəsinin şifahi göstərişinə əsasən hissənin X2 inspektoru daxili xidmət mayoru İddiaçı Daxili Nəzarət İdarəsinə göndərilməsi tapşırılmışdır. Saat 16:15-da daxili xidmət mayoru İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq Cavabdehnə çağırıldığını bildirdikdə məlum olmuşdur ki, o saat 16.00-da xidmət yerini icazəsiz tərk edərək evə getmişdir. İddiaçıa dərhal FHNnə getməyi tapşırıldı, lakin o, getməkdən imtina etdi. - Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli iddiaçının sidikdə narkotestlərin təyini analizinin nəticəsindən görünür ki, iddiaçıya məxsus nümunədə “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh DYMX Neftayırma Müəssisələri üzrə X4 xx.xx.2021-ci il tarixli 37/39-548 saylı arayışından görünür ki, dəstənin 13 nömrəli X5 sabiq əməkdaşı daxili xidmət mayoru X1 Nazirliyinin xx.xx.2021-ci il tarixli 0070/ş saylı əmrinə əsasən xidmətdən xaric olunmuşdur. Əməkdaşın xidmətdən xaric olunduğu tarixədək ona qanunvericiliklə nəzərdə tutulan qaydada əmək haqqı, məzuniyyət müavinəti, maddi yardım və sair ödənişlər tərəfimizdən tam qaydada ödənilmişdir. - xx.xx.2021-ci il tarixdə 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət kapitanı X13, 13 nömrəli YMH-nin yanğın profilaktikası üzrə rəis müavini daxili xidmət mayoru X9, 13 nömrəli YMHnin yanğın profilaktikası üzrə böyük inspektoru daxili xidmət mayoru X10 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə telefonla əlaqə saxlanılaraq Azərbaycan Respublikası FHN DYMX NM üzrə YMD-nin 13 nömrəli X5 Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində xidmət edən İddiaçı xidmətkeçməsinə xitam verilməsi barədə FHNnin 2.01.2021-ci il tarixli, 070/ş nömrəli əmri ilə tanış olması üçün 13 nömrəli Yanğından Mühafizə hissəsinə dəvət olunmuş, o isə əmr barədə əvvəldən məlumatlı olduğunu bildirməklə imza üçün işə gəlməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, iddiaçı həmin tarixdə əmək kitabçasını təhvil almışdır. - Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisinin xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyə daxil olmuş təqriri ilə bildirilmişdir ki, Nazirliyin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə əməliyyat məlumatı Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuşdur. 8 dekabr 2020-ci il tarixində daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmış, müayinənin nəticəsi ilə razı olmadığına görə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 təkrar tibbi müayinədən keçməyi təklif olunmasına baxmayaraq İddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Təkrar müayinədən keçməkdən yayınması və Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin İddiaçı xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. İddiaçı 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli (seriya SN 00006 № 981120 ) əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilibverilməməsi barədə məlumat əldə etmək üçün (qeydiyyat nömrəsi: 12/xx-xx/04147 29 12.2020) Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, (qeydiyyat nömrəsi: 5471-01/8, xx.xx.2020) aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək İddiaçı açılmış (seriya SN 00006 № 981120) əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevti R Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçı müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. Beləliklə, araşdırma zamanı X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru, daxili xidmət mayoru İddiaçı narkotik vasitələr qəbul edilməsi və 8-19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı haqqında intizam tənbehinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab ediilmişdir. - Bakı şəhər Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 443 saylı arayışından görünür ki, ünvan 3 ünvanında olan xx.xx.1986-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Narkoliji Mərkəzində qeydiyyatda yoxdur. - Bakı şəhər Narkoloji Mərkəzinin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 saylı aktdan görünür ki, iddiaçıya məxsus sidik nümusənin analizinin nəticəsində narkotik tərkibli maddəyə rast gəlinməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 008-943-1222 saylı məktubundan görünür ki, narkotik vasitə qəbul etməsi ilə bağlı barəsində məlumat daxil olmuş İddiaçı ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Qısa müddətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İddiaçı narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Vət.İddiaçı sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilməmişdir. - Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər Poliklinikasının 518 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatsız yaşayan xx.xx.1986-cı il təvvəlüdlü İddiaçı “Lyumbaqo” diaqnozu ilə açılmış SN 00006 N° 981120 əmək qabiliyyətinin olmaması vərəqəsi əsaslı olduğu üçün ləğv edilməmiş və xəstəlik vərəqəsi İddiaçı özünə təqdim edilmişdir. - Bakı şəhər Baş Səhiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli PHŞ/1.1.1-2-2022- 1528 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş X11 xx.xx.2020-cı il tarixində 19 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş (SN00006N981120) əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı əməkdaşı olduğu Cavabdeh tərəfindən həmin sənədin əsaslı olub olmaması barədə şübhə yarandığından araşdırılması tələb olunmuşdur. Bu məsələ 19 nömrəli Şəhər poliklinikası tərəfindən araşdırılmış, əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi zamanı nöqsanlar aşkar edilmiş və həmin müəsssisənin tibbi şurasında müzakirə olunmuşdur. Tibbi şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq məsələ ilə bağlı həkim terapevt R.Qasımovaya tibbi sənədləşmənin tərtibatında yol verdiyi nöqsanlara görə intizam tənbehi tədbiri görülmüşdür. - Tibbi Ərazi Bölmələr İdarəetmə Birliyi” X18 19 nömrəli Şəhər Poliklinikası tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 196 №-li məktubda qeyd edilmişdir ki, “ünvan 6 ünvanında qeydiyyatsız yaşayan xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək “böyrək sancısı lyumbaqo” diaqnozu ilə SN 00006 № 981120 əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və xx.xx.2020-ci il tarixində göstərilən xəstəlik vərəqəsi bağlanılaraq, xx.xx.2020-ci il tarixindən işə yazılmışdır. “Böyrək sancısı. Lyumbaqo”. Məlumat olaraq bildiririk ki, İddiaçı göstərilən tarixdəki əmək qabiliyyətinin olmaması vərəqəsi əsaslı olduğu üçün ləğv edilməmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X8” X18 xx.xx.2023-cü il tarixli, 3222/K saylı məhkəmə-kimyəvi aktında qeyd edilmişdir ki; “ 1. Nazik təbəqəli xronıatoqrafiya metodıı ilə qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı. Müayinə üçün götürülmüş qan nümunəsinin üzərinə Keldal kolbasında 10 ml distillə suyu əlavə olundu, oksalat turşusu ilə universal indiqator kağızına görə pfh-2-yə qədər turşulaşdırıldı və üzərinə 30 ml xloroform əlavə olunaraq qarışdırıldı. Sakit halda 2 saat saxlandıqdan sonra 2000 dövr dəqiqə sürətilə 15 dəqiqə müddətində sentrafuqalaşdırıldı. Hazır məhlulun həlledici təbəqəsi ayrıldıqdan sonra, ayrılmış üzvi təbəqənin bir hissəsi şüşə flakona, qalan hissəsi isə Pelri kasasına süzüldü. Kolbada qalan turş su mayesi 25%-li ammonyak məhlulu ilə universal indiqator kağızına görə pH= 9-a qədər qələviləşdirildi. Üzərinə 30 ml xloroform əlavə edilib qarışdırıldı və 4 saat müddətində sakit vəziyyətdə saxlandıqdan sonra 2000 dövr/dəqiqə sürətilə 15 dəqiqə müddətində sentrafuqalaşdırıldı. Həlledici təbəqəsi ayrılandan sonra ayrılmış üzvi təbəqənin bir hissəsi şüşə flakona, qalan hissəsi isə Petri kasasına süzüldü. Ayrılan turşu və qələvi xassəli çıxarışlar 0.5 rnlyə qədər buxarlandırıldıqdan sonra ayrı-ayrı «silifol» nazik təbəqəli xromatoqrafiya lövhələrində tədqiqata başlanıldı. 1-ci lövhəyə qan nümunəsindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı- ayrılıqda iki müxtəlif nöqtədə start xəttinə yeridildi. Müqayisə məqsədilə üçüncü «şahid» zonasına morfınin standart məhlulu bir nöqtədə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada qurudularaq tədqiq olunan maddənin aşkarlanması üçün «Dragendorf» reaktivi (bismutsubnitratın kalium yodiddəki məhlulu) ilə işlənildi. Tədqiq olunan zonada heç bir ləkə müşahidə olunmadı. «Şahid» zonasında isə sarı fonda narıncı ləkə müşahidə olundu. 2- ci lövhəyə qan nümunəsindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı- ayrılıqda iki müxtəlif nöqtədə start xəttinə yeridildi. Üçüncü nöqtədə «şahid» məqsədilə amfetaminin standart məhlulu start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «Ninhidrin»in etil spirtindəki KV’ö-li məhlulu ilə işlənildi, dərhal 125 C temperaturda termostatda saxlanıldı. 15 dəqiqə sonra lövhə termostatdan çıxarıldı. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayı-bənövşəyi ləkə müşahidə olundu. 3-cü lövhəyə qan nümunəsindən alınmış qələvi xassəli çıxarış bir nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə kannabinoidlərin standart məhlulu digər nöqtədə start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqəsi 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «Fast Blııe B» reaktivinin natrium karbonatın 10%-li məhlulunda olan 0.1%-li məhlulu ilə işlənildi. Tədqiq olunan zonada heç bir ləkə müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayı-qırmızı rəng müşahidə olundu. 4-cü lövhəyə qan nümunəsindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı- ayrılıqda iki müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə aminazinin standart məhlulu üçüncü nöqtədə start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «FNP» reaktivi ilə işlənildi. Bu zaman tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayıqırmızı rəng müşahidə olundu. 5-ci lövhəyə qan nümunəsindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı- ayrılıqda iki müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə üçüncü nöqtədə fenobarbitalın spirtli məhlulu start xəttinə yeridildi. Sonra lövhə içərisində xlorolbrm : aseton (0:1) sistemi olan kameraya yerləşdirildi. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün ilkin olaraq difenil-karbazonun 0.02%-li xloroformlu. sonra isə civə sulfat məhlulu ilə işlənildi. Bu zaman tədqiq zonada rəng dəyişikliyi müşahidə olunmadı. «Şahid» zonasında isə bənövşəyi-göy və qırmızı-bənövşəyi rəngli ləkə müşahidə olundu. Çıxarışların qalan hissəsi rəngli reaksiyalar üçün istifadə olundu. Bunun üçün 10 ədəd çini kasa götürülüb ayrı-ayrılıqda turşu və qələvi xassəli çıxarışlar kasalara tökülərək quru qalıq alınana qədər buxarlandırıldı. Bundan sonra müvafiq olaraq həm turş, həm də qələvi xassəli kasalara qatı sulfat turşusu, qatı nitrat turşusu. Marki reaktivi. FeCh 3%-li məhlulu. Frede reaktivi əlavə olundu. Heç bir dəyişiklik müşahidə olunmadı. Məhkəmə-kimyəvi ekspertizanın nəticələri: İddiaçı götürülmüş qan nümunəsinin məhkəmə-kiıməvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirik: İddiaçı götürülmüş qan nümunəsində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amletamin və metamfetamin, fenotiazin, pirazalon. 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkarlanmadı.” İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının narkotik vasitədən istifadə edilməməsi ilə bağlı dəlilini əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Bakı şəhər Narkoloji Mərkəzi”nin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 saylı aktda nümunələrin analizi zamanı onda hərhansı narkotik tərkibli maddənin aşkar edilməməsi göstərilsə də, həmin aktın ümumiyyətlə hansı tarixdə tərtib edilməsi barədə heç bir qeyd edilmədiyindən müayinənin hansı tarixə olan nəticələri əks etdirdiyini müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də həmin akt, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022- ci il tarixli 008-943-1222 saylı məktubunda göstərilənlər, yəni iddiaçının ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının müəyyən edilməməsi, iddiaçının sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilmədiyindən məhz 8 dekabr 2020-ci il tarixində iddiaçının iş yerində narkoloji müayinədən keçirilərək Tibb Mərkəzinin laboratoriyasında ondan müvafiq analizlər götürülərkən sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələrin aşkar edildiyini təkzib edə bilməz. Bunun əksinə olaraq cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan da göründüyü kimi analizin nəticələri barədə iddiaçıya məlumat verilərkən izahat verməkdən imtina etməsi və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirsə də, əlavə olaraq Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X6 yenidən tibbi müayinədən keçməkdən yayınması, həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması iddiaçının qərəzli olaraq məsuliyyətdən yayınması halına dəlalət edir və onun dəlillərini təkzib edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə iddiaçıya 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsi halı da iddiaçının heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozduğu faktını təsdiq edir. Belə ki, həmin Qanunun tələbinə görə fövqəladə hallar orqanları əməkdaşları qanunvericiliyin tələblərinə riayət etməyə və etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. Cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarına riayət edilməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilməmişdir. Cavabdehin mübahisələndirilən əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qəbul edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun: 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. ... 10.Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri: 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: ... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; ... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; .... 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9- cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: .... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; ... 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. .... 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: .... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; ... 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. AR Əmək Məcəlləsinin:

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: … b) alkoqollu içkilər,narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması.

“Narkoloji xidmət və nəzarət haqqında” Qanunun: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olanvə ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkimməsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir. 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26 aprel 2022-ci il tarixli, 514-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 24.3cü maddəyə “məşğul olan şəxslər” sözlərindən sonra “(bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla)” sözləri əlavə edilmişdir. (26 aprel 2022-ci il tarixdə qanuna əlavə edilmişdir) 24.4. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram: Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində: ... (7-ci abzas) həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; ... (17-ci abzas) həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd 1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd 2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd 3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd 5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd 6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd 1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd 2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd 3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd 21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrin Siyahısı Bənd 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr. Bənd 13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarında xidmətə başlamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli əmri ilə Fövqalədə Hallar Nazirliyinin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru vəzifəsindən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı barəsində inzibati araşdırmaya əsas isə onun tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə əməliyyat məlumatının Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə daxil olması olmuşdur. Bununla baglı 8 dekabr 2020-ci il tarixində iddiaçı iş yerində narkoloji müayinədən keçirilərək Tibb Mərkəzinin laboratoriyasında ondan müvafiq analizlər götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan göründüyü kimi analizin nəticələri barədə iddiaçıya məlumat verilmiş, bununla bağlı o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. O həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Təkrar müayinədən keçməkdən yayınması və Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin iddiaçı xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. İddiaçıya 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat əldə etmək üçün cavabdehin müvafiq qurumu tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək iddiaçıya açılmış əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə həkiminə qarşı intizam tənbeh tədbiri görülmüşdür. Bu araşdırmanın nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli əmri ilə 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlandıgı, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X8” X16 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutularaq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Göründüyü kimi iddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması və təkrar müayinədən keçməkdən yayınaraq xx.xx.2020-xx.xx.2020 tarixlərdə heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması olmuşdur. Əmr verilərkən əsas olaraq 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanması və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X8” X16 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması təşkil etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işə çıxmadığı müddətlə bağlı Tibbi şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə sahə həkimi terapevt Rəna Qasımova FHN-nin əməkdaşı İddiaçı “Lyumbaqo” diaqnozu ilə xəstəlik vərəqəsi açmış, lakin təlimat üzrə diaqnoza uyğun müayinələrin aparılmadığı məlum olmuş, ona töhmət verilməsi və xəstəlik vərəqələrinin ləğv edilməsi qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişlərini nəzərə alan məhkəmə kollegiyası bu halla bağlı müvafiq araşdırma aparılmışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələr İdarəetmə Birliyi” X18 19 nömrəli Şəhər Poliklinikası tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 196 №-li məktubda qeyd edilmişdir ki, “ünvan 6 ünvanında qeydiyyatsız yaşayan xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək “böyrək sancısı lyumbaqo” diaqnozu ilə SN 00006 № 981120 əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və xx.xx.2020-ci il tarixində göstərilən xəstəlik vərəqəsi bağlanılaraq, xx.xx.2020-ci il tarixindən işə yazılmışdır. “Böyrək sancısı. Lyumbaqo”. Məlumat olaraq bildiririk ki, İddiaçı göstərilən tarixdəki əmək qabiliyyətinin olmaması vərəqəsi əsaslı olduğu üçün ləğv edilməmişdir. Digər tərəfdən işin birinci instansiya icraatı zamanı “Tibbi Ərazi Bölmələr İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/1.1.1-2-2022-1528 №-li məktubda isə Tibbi Şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edildiyi öz əksini tapmışdır. Göründüyü kimi xx.xx.2020- xx.xx.2020 tarixləri arasında bülletenin qüvvədə olub-olmaması ilə bağlı ziddiyyətlər mövcud olmuş, lakin cavabdeh orqan tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş və birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamışdır. AR İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu ilə bağlı qeyd edir ki, göstərilən fakt qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydalarına əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur. Həmçinin hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, mübahisə olunan dövrdə şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırkı işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Hazırkı iş üzrə cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli iddiaçının sidiyində ona məxsus nümunənin narkotestlərin təyini üzrə analizini mötəbər və aidiyyəti sübut kimi qəbul etmiş, narkotik vasitədən istifadə faktını təsdiq edən sənədin rəy olmadığını, eləcə də onun ekspertkimyaçı tərəfindən tərtib olunduğunu müvafiq qaydada müzakirə etməmiş və qiymətləndirməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X22 tərəfindən keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticəsinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiqinin konkret əsasları: - vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, - habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmrinin qəbul edilməsinə əsas olmuş halların mövcudluğu iş materialları ilə müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi mübahisələndirilən inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri gözlənilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmri ləğv edilsin. İddiaçı işə bərpa edilsin, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar