Məhkəmə qərarları › İş №2-1(103)-388/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-388/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-388/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı2 nümayəndəsi Vəkil6 iştirakı ilə, İddiaçı1 cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “bələdiyyənin İddiaçı2 torpaq sahəsi ayrılması barədə qərarının ləğv edilməsi”; İddiaçı2 cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı “İddiaçı1 torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” – barədə iddia tələblərinə dair bir icraatda birləşdirilmiş inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq m ü ə y y ə n e t d i: İ. İşin halları

1. İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2007-ci il tarixli 828/a saylı qərarının ləğv edilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehin xx.xx.2005-ci il tarixli 11a nömrəli qərarı ilə 3000 kv. metr və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarı ilə 3300 kv metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, torpağın dəyəri tam həcmdə ödənilmişdir. Hal-hazırda da torpaq sahəsi onun tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Lakin, Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli cavab məktubuna və Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ona məlum olmuşdur ki, sonradan, ona məxsus həmin ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında) Biləcəri bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə İddiaçı2 ayrılmış 7350 kv m torpaq ilə üst-üstə düşür...”

2. Eyni zamanda, İddiaçı2 da Bakı İnzibati Məhkəməsində cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq bələdiyyənin xx.xx.2005-ci il tarixli 11/a saylı və xx.xx.2005-ci il tarixli 858 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. M. Möhsümov tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında 2,33912 ha ölçüdə torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahələri vardır. Həmin torpaq sahəsinin üzərində İddiaçı2 tərəfndən qeyri-yaşayış obyektləri inşa edilib və o, qeyd edilən ərazidə 2007-ci ildən sahibkarlıq fəaliyyəti göstərir. Həmin torpaq sahəsinə bitikşik ərazidə Biləcəri bələdiyyəsi tərəfindən ona xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə 7350 kv. m torpaq sahəsi ayrılmışdır. İddiaçı1 tərəfindən Biləcəri bələdiyyəsinə qarşı iddia olunur ki, Biləcəri bələdiyyənin xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli qərarları ilə ona ayrılmış 3000 kv.m və 3300 kv. m torpaq sahələri, həmin bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə İddiaçı2 ayrılmış eyni torpaq sahəsidir...”

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ayrı-ayrı icraatda aparılan həmin işlər bir icraatda birləşdirilmişdir.

4. Daha sonra, Məhkəmənin 2-1(112)-3280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı1 iddia tələbi təmin edilərək, cavabdeh Bakı şəhəri Binəqədi rayonu X3 Məmməd Kazım oğluna torpaq ayrılması barədə xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçı M.Mövsümovun iddia tələbi isə rədd edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin həmin qərarından narazı qalan iddiaçı M.Mövsümov apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və İddiaçı1 iddia tələbinin rədd edilməsi, M.Mövsümovun iddia tələbinin isə təmin olunmasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür.

6. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Hakim tutarlı əsaslar gətirməyərək və bəzi faktları təhrif edərək qərar qəbul etmişdir. Belə ki, hakim Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a saylı qərarı inzibati aktın qanuni inzibati akt xüsusiyyətinə malik olmamasını bildirdiyi halda, İddiaçı2 tərəfindən mübahisələndirilən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11/a saylı və xx.xx.2005-ci il tarixli 858 saylı qərarlarınının qanuni inzibati akt olmaları barədə fikir bildirməmişdir. Halbuki, hər üç Qərar eyni bələdiyyə tərəfindən verilmiş və hər üç X15 Bakı filialında mövcuddur. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X12nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 A nömrəli, xx.xx.2005-ci il tarixli 858 nömrəli, xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarları X10 qeydiyyatdan keçmədiyi göstərilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair bir sənədi olduğu təqdirdə, İddiaçı1 iki sənəd mövcuddur. Lakin hakim öz qərarında yenə də İddiaçı1 mövgeyini üstün tutmuşdur. Belə ki, hakim yalnız İddiaçı1 gətirdiyi sübut və dəlilləri mötəbər saymış və bildirmişdir ki, mübahisiləndirilən torpaq sahəsi faktiki olaraq İddiaçı1 istifadəsindədir. Bununla bağlı bildirilir ki, mübahisələndirilən torpaq sahəsinə bitişik və onun arxa hissəsində yerləşən ərazidə torpaq və üzərində tikililərə dair İddiaçı2 çıxarışı və digər sənədləri mövcuddur. Hal-hazırda mübahisiləndirilən torpaq sahəsi Əmlak kompleksi kimi müəssisəyə bitişik torpaq sahəsidir və mübahisiriləndirilən torpaq sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli 828/a saylı qərarına əsasən İddiaçı2 Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, daha dəqiq desək, çıxarışı olan torpaq sahəsinə bitişik olan 7350,0 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə adına rəsmləşdirilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş sənədə əsasən Çıxarışı olan və mübahisiriləndirilən bələdiyyə qərarı əsasında İddiaçı2 məxsus Daşınmaz əmlakının yerləşdiyi dövlət torpaq sahəsinin planı mövcuddur. Bu da onu sübut edir ki, Çıxarışı olan və Biləcəri bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli 828/a saylı Qərarı İddiaçı2 ayrılmış torpaq sahəsi və onun üzərində tikilmiş qeyri-yaşayış sahələri İddiaçı2 məxsusdur və onun istifadəsindədir. Həmçinin həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektlərinin icarədarları İddiaçı2 ilə rəsmi icarə müqavilələri bağlayıblar. Həmin icarə müqavilələrində qeyri-yaşayış sahələrinin hansı ərazidə yerləşdiyi qeyd olunmuşdur. Eyni zamanda, icarədarların bəziləri hüquqi şəxslərdir və onlar vergi ödəyiciləridir. Bütün yuxarıda qeyd olunanları və mübahisiriləndirilən torpaq sahəsinin İddiaçı2 məxsus olmasına və onun istifadəsində olmasını sübut edən sənədlərin məhkəməyə təqdim olunmasına baxmayaraq, Bakı İnzibati Məhkəməsinin hakimi təqdim etdiyimiz sübutları nəzərə almamışdır. Mübahisiləndirilən torpaq sahəsinin arxa tərəfində əmlak kompleksi kimi müəssisəyə daxil olmaq yalnız iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin önündə olan hissədən mümkündür, çünki kompleks hər tərəfdən qeyri-yaşayış sahələri ilə əhatə olunmuşdur və həmin ərazidə böyük yük maşınları (TİR) üçün təmir sexləri və dayanacaqlar mövcuddur. Məhkəmə tərəfindən ekspertizaya təqdim olunan sənədlərdə bələdiyyə sədrinin adı yazılsa da imzalar onun deyil, cünki həmin sənədlər əsldən çıxarışdır və onları başqa səlahiyyətli şəxs imzalayıb. Lakin bunlara baxmayaraq hakim qərəzli olaraq bələdiyyə sədrinin əsl imzaları olan, yəni sənədlərin əslindən olan surətləri ekspertizaya təqdim etməmiş, tərəflərindən Milli Arxiv İdarəsinin Bakı filialına verilən sorğuların cavabını gözləməmiş və 05 iyul 2024-cü ildə keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən, daha dəqiq desək, ölkə xaricində olmasını və bunu sübut edən aviabileti təqdim etməyinə baxmayaraq işin baxılmasını təxirə salmamış və bilə-bilə ki, arxiv idarəsindən daha dəqiq nümunəli sənədlər almalıyıq qəstlə işi yekunlaşdırmışdır. Məlumata görə İddiaçı1 verilmiş sənədlərdə imzalar saxtadır və bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahələri ilə bağlı iki Qərar arxiv idarəsinə sonradan verilmiş, yəni əgər həmin qərarlar 2005-ci ildə verilmişdirsə elə həmin dövrdə də arxivə təqdim olunmalı idi. Bunları sübut etmək üçün vəkil sorğusu ilə Milli arxiv idarəsinin Dövlət arxivinin Bakı filialına müraciət edilərək sənədlərin arxivə hansı tarixdə təqdim olunmaları ilə bağlı məlumatın verilməsi xahiş olunsa da, arxiv idarəsi bizə sorğumuzla bağlı cavab məktubunda qeyd olunan məsələ ilə bağlı məlumat verməmişdir. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmçinin qeyd olunmalıdır ki, əgər hakim ədalətli Qərar vermək istəyirdisə ekspert rəyinin dəqiq olmadığını görərək təkrar ekspertiza təyin etməli idi və yaxud bunun üçün İddiaçı2 şərait yaratmalı idi, lakin o, vəkilin prossesdə üzürlü səbəbdən iştirak etmədiyindən istifadə edərək tələsik Qərar qəbul etmişdir. Bununla da, mübahisiriləndirilən torpaq sahəsinin 2007-ci ildən İddiaçı2 məxsus olması və onun istifadəsində olmasını sübut edən kifayət qədər sübutlara, daha dəqiq desək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş plan və mübahisiriləndirilən torpaq sahəsində tikilmiş qeyri-yaşayış obyektlərinin icarədarlarının İddiaçı2 ilə bağladığı rəsmi icarə müqavilələrinin olmasına baxmayaraq məhkəmə iddia tələbini rədd etmiş, yalnız söz əsasında İddiaçı1 istifadəsində olmasını sübut kimi qəbul edərək və ona məxsus qərarların həqiqliyini araşdırmadan iddia tələbini təmin etmişdir...”

Apellyasiya mərhələsində məhkəmənin xx.xx.2025-ci il tarixli və 29 aprel 2025-ci il tarixli qərardadları ilə müvafiq olaraq Abasova (Bağırova) Səriyyə Tofiq qızı və «X16» Şirkətinin Azərbaycan Respubliksındakı filalı üçüncü şəxslər qismində işə cəlb olunmuşlar. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs S.Bağırovanın nümayəndəsi Vəkil5 mübahisəli ərazi ilə S.Bağırovaya ayrılmış ərazidə ikimərtəbəli qeyri-yaşayış binası tiklib istifadə olunduğunu və həmin vaxtdan icarəyə verildiyini və mübahisələndirilən qərarın onun maraqlarına toxunduğunu, digər üçüncü şəxsin nümayəndəsi V.Niftiyev isə mübahisəli torpaq sahəsinin «X16» Şirkətinin fəaliyyət dairəsinə aid kontrakt sahəsinin hüduduları daxilində yerləşdiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil2 üçüncü şəxslərin hüquqlarının pozulmadığını qeyd etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarının etibarsız hesab edilməsi tələbinə dəqiqləşdirdiyini bildirərək icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. Ərizədə göstərilən əsaslar ondan ibarətdir ki, İddiaçı2 ona torpaq sahəsi ayrılması barədə bələdiyyəyə ünvanlanmış ərizəsində dərkənarda qoyulmuş imzanın bələdiyyə sədri İ.M.Xəlilov tərəfindən, İddiaçı1 barəsində qərarların isə başqa şəxs tərəfindən imzalandığı müəyyən olunub. Bundan əlavə M.Mövsümova aid qərar xx.xx.2019-cu il tarixli 1 nömrəli təhvil-təslim aktı ilə, İddiaçı1 aid qərarlar isə bundan sonra xx.xx.2023-cü il tarixli 5 saylı aktla arxivə təhvil verilmişdir ki, bu inandırıcı deyil. Hazırkı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması, digər İddiaçı1 iddia tələbinin isə rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş digər proses iştirakçıları (nümayəndələri) hazırkı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İİ. Əsalandırıcı hissə

1. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və İddiaçı1 iddia tələbinin qismən təmin edilməsi, digər İddiaçı2 isə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İş materialları üzrə işin aşağıdakı faktiki halları müəyyən olunur:

2. İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Biləcəri Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 11a nömrəli qərarı ilə Biləcəri qəsəbəsi ərazisində 3000 kv. metr, xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarı ilə 3300 kv metr torpaq sahəsi ayrılmış,hər iki qərar üzrə ayrılmış torpaq sahələrinin plan-cizgisi tərtib olunmuş və hər iki torpaq sahəsi üzrə onunla bələdiyyə arasında alqı-satqı müqavilələri bağlanmış, torpağın dəyəri ödənilib ona ödəmə qəbzləri verilmişdir.

3. Eyni zamanda, xx.xx.2008-ci il tarixdə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət şəhadətnaməsinə əsasən İddiaçı1 atası X13 tərəfindən - Binəqədi rayonu ərazisində Sulutəpə qəs.1 ünanında 23391,2 kv.m torpaq sahəsi özəlləşdirilmiş, lakin o, sonradan həmin torpaq sahəsini (üzərindəki özəlləşdirilmiş müəssisə ilə birlikdə) İddiaçı2 satmış və sonuncu həmin əmlaka mülkiyyət hüququnu xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, ona çıxarış verilmişdir.

4. Həmçinin işdən görünür ki, İddiaçı2 adına, Biləcəri bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə iddiaçı Eyusubovun atası X1 aldığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən 2,33912 ha ölçüdə torpaq sahəsinə bitişik ərazidə 7350 kv. m torpaq sahəsinin sənədləşdirilməsi qərara alınmışdır.

5. Konkret halda, İddiaçı1, Biləcəri bələdiyyəsinin qeyd olunan hər iki qərarı ilə ona ayrılmış torpaq sahəsinin İddiaçı2 adına rəsmiləşdirilməsi qərara alınmış həmin 7350 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyünü mübahisələndirərək, bələdiyyənin sözügedən xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmiş, bundan sonra, İddiaçı2 da həmçinin, bələdiyəyə qarşı iddia qaldıraraq İddiaçı1 barəsində xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarların ləğv edilməsini məhkəmədən tələb etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi, İddiaçı1 iddia tələbi təmin olunaraq, Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı2 iddia tələbi isə rədd edilmişdir ki, konkret halda da, həmin qərardan narazı qalan İddiaçı2 apellyasiya şikayəti vermişdir.

6. Öncə, qeyd olunmalıdır ki, hər iki iddianın inzibati məhkəmə icraatının mümkün sayılılıb baxılması üçün prosessual qanunvericiliyin müəyyən etdiyi şərtləri ödənilir.

7. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, ... qaldırıla bilər.

8. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı M.Yusubovun 18-HA/23 saylı xx.xx.2023-cü il tarixli Biləcəri bələdiyyəsinə ünvanlanmış müvafiq ərizəsinə bələdiyyə 18 oktyabr tarixində 03/220 saylı cavab məktubunda bildirmişdir ki,xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlara əsasən İddiaçı1 ayrılmış torpaq sahələri ilə xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarla ayrılan torpaq sahələri üst-üstə düşür. Bələdiyyənin həmin cavab məktubundan 6 gün sonra, yəni, 18 otyabr 2023-cü il tarixdə İddiaçı1, bələdiyyənin M.Mövsumova aid olan həmin qərarının ləğv edilməsi tələbinə dair mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, işə əlavə olunmuş Binəqədi rayon prokurorluğunun 29 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qeyd edilən hadisələrdən xəbər tutan İddiaçı2, Biləcəri Bələdiyyəsinin qanunsuz əməlləri nəticəsində bələdiyyənin qərarı ilə ilə ona ayrılmış torpaqdan istifadə hüqunundan məhrum olması barədə prokurorluğa müraciət etmiş, lakin prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmiş və İddiaçı2 həmin (29 dekabr 2023-cü il) tarixdə bələdiyyənin İddiaçı1 aid hər iki qərarının ləğv edilməsini məhkəmədən tələb etmişdir (Apellyasiya mərhələsində 02.045.2025-ci il tarixli iclasında ərizə verərək iddia tələbini həmin qərarların etibarsız hesab edilməsi tələbinə dəqiqləşdirmişdir). Digər tərəfdən, iddiaçıların bir-birinə münasibətdə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaları ondan irəli gəlir ki, birincisi, cavabdeh bələdiyyənin qeyd edilən məktubundan göründüyü kimi, torpaq sahələri üst-üstə düşür, iddiaçılar tərəfindən bu onlara ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olduğu qəbul edilir. Hər bir halda, məhkəmə tərəfindən də həmin torpaq sahələrinin eyni torpaq sahəsi olub-olmadığını müəyyən etmək üçün hazırkı mərhələdə məhkəmə mühəndis ekspertizaları keçirilmiş, mütəxəssis rəyələri alınaraq aşağıdakılar müəyyən edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki: -İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələri qismən üst-üstə düşür (Torpaq sahələrinin döngə koordinatları, həmçinin, tərpənməz dayaq nöqtəsində məsafəsi mövcud olmadığından nə qədər hissəsinin üst-üstə düşdüynü dəqiq müəyyən etmək mümkün olmamışdır.) - İddiaçı1 bələdiyyənin xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarları ilə ayrılmış torpaq sahələri plan sxemlərinə uyğundur. - İddiaçı2 bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi isə tərtib olunmuş sxeminə uyğun gəlmir. Torpaq sahələrinin üst-üstə düşən hissələrinin müəyyən edilməsi üçün məhkəmənin mütəxəssis köməyinə ehtiyacı yaranmış, bu məqsədlə, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə, habelə, “X8” MMC-nin müvafiq rəyləri alınmışdır. X2 alınmış 18 mart 2025-ci il tarixli 16 saylı rəyə əsasən müəyyən olunmuşdur ki, cavabdeh Bələdiyyənin iki qərarı ilə İddiaçı1 ayrılmış 6300 (3000+3300) kv.m İddiaçı2 ayrılmış 7350 kv.m torpaq sahəsi torpaq sahəsinin 6574 (2773+2801) kv.metri ilə üst-üstə düşür (Eyni zamanda,həmin rəyə əsasən Abasova (Bağırova) Səriyyə Tofiq qızı adında başqa şəxsin də Biləcəri Bələdiyyəsinin 02 dekabr 2005-ci il tarixli 817 nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahəsinin həmin Bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə iddiaçı M.Mövsümova ayrılmış 7350 kv.m torpaq sahəsi ilə tam üst-üstə düşdüyü qeyd edildmişdir). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2025-ci il və 06.05.205-ci il tarixlərdə məhkəməyə daxil olmuş yerquruluşu mütəxəsisinin rəyinə əsasən isə müəyyən edilmişdir ki, Biləcəri bələdiyyəsinin qeyd ounan qararları ilə ayrılmış İddiaçı1 tərəfindən göstərilən torpaq sahəsi” – iki hissəli olmaqla, bir hissəsi 2435,0 kv.m, digəri isə 2757,0 kv.m təşkil edir. Vahid elektron kadastr məlumatlarına əsasən iki hissəli həmin sahə, faktiki olaraq, bütövlükdə, İddiaçı2 barəsində müraciəti etdiyi ərazi ilə üst-üstə düşür. Beləliklə, yerquruluşu sahəsində mütəxəssis tərəfindən Biləcəri Bələdiyyəsinin 2005-ci ildə iki qərarı ilə İddiaçı1 ayrılmış cəmi, 6300 (3000+3300) kv.m torpaq sahəsinin yerində faktiki ölçüsü 5192 (2435+2757) kv.m təşkil etməklə, bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə digər İddiaçı2 adına sənədələşdirilməsi qərara alınan 7350 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur ki, bu da onların bir-birinə münasibətdə bələdiyyəyə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olduqlarını ehtva edir. Odur ki, qeyd olunanlar onu deməyə əsas verir ki, hər iki iddiaçıya münasibətdə iddianın inzibati məhkəmə icraatı mümkündür.

9. İddiaçı2 apellyasiya şikayətində, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində və nümayəndəsinin məhkəməyə verdiyi izahatlarında mübahisələndirilir ki, bələdiyyənin ona aid qərarı və həmin qərarın qəbul olunmasına əsas olan ərizəsi üzərindəki dərkənardakı imzalar bələdiyyə sədri İ.M.Xəliova məxsus olduğu halda, digər İddiaçı1 barəsində bələdiyyə qərarlarında sədr İ.M.Xəlilov qarşısındakı imzalar başqa şəxs tərəfindən imzalanmışdır, saxtadır.

10. Hazırkı mərhələdə İddiaçı2 qeyd olunan dəlilləri əsasında aparılan araşdırma zamanı məhkəmə kollegiyası tərəfindən aşağıdakılar müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən icraat zamanı mübahisələndirilən qərarlarda bələdiyyə sədri “İ.M.Xəlilov” qarşısındakı imzaların onun tərfindən icra olunubolunmadığını müəyyən etmək üçün ilkin məhkəmə xəttşünaslıq ekspertizasıları təyin edilərkən Məhkəmə Eekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən imzalar tədqiqata yararsız hesab olunmuşdur. İşin hazırkı apellyasiya mərhələsində işin mübahisələndirilən hallarına aydınlıq gətirilməsi istiqamətində dövlət arxivinə və cavabdeh bələdiyyəyə sorğular verilmiş, mübahisələndirilən qərarların əsilləri və digər qərarları da əldə olunaraq əlavə olaraq ekspert və mütəxəssis rəyləri alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində - İddiaçı1 barəsində olan bələdiyə qərarlarınında sədr “İ.M.Xəlilov” qarşısındakı imzalar tədqiqata yararsız hesab edilmişdir. Eyni zamanda, həmin rəydə ekspert həm də belə nəticəyə gəlmişdir ki, İddiaçı1 barəsində olan torpağın alqı-satqı aktlarında, İddiaçı2 Bələdiyəyə ünvanlanmış ərizəsindəki dərkənarda, habelə, Bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarındakı imzalar - Biləcəri Bələdiyyəsinin sədri - İ.M.Xəlilov tərəfindən icra olunmuşdur. Rəy aydın olmadığından məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə əlavə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Mərkəzin eksperti (Nəsimi Əfəndiyev) tərəfindən 17 mart 2025-ci il tarixli 4/471 saylı rəydə M.X6 ünanlanmış ərizəsi üzərinə qoyulmuş dərkənarda mövcud olan və ona torpaq sahəsi ayrılması barədə Biləcəri Bələdiyyəsinin qərarında olan sədr qarşısındakı imzaların eyni şəxs – İ.M.Xəliov tərəfindən icra edildiyi göstərilmişdir. Halbuki, həmin tədqiq olunan sənədlərdə bələdiyyə sədri “İ.M.Xəlilov”un imzalarının qrafik yazılışı aşağıdakı vizual görünüşə malikdir:

Odur ki, imzalar arasındakı fərqli əlamətlərin aşkar görünməsi, həmin hissədə rəyin doğruluğuna əsaslı şübhələr yaratmış və məhkəmə tərəfindən bu şübhələrin aradan qaldırılması məqsədilə, məhkəmənin öz təşəbbüsü ilə 02 aprel 2025-ci il tarixli qərardadı ilə başqa ekspertə tapşırılmaqla, Məhkəmə Ekspertizası Mərkəzinə təkrar məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin həmin qərardadı Mərkəzin məhkəmə eksperti (Mətanət Muradova) tərəfindən icra olunaraq 4/532 saylı xx.xx.2025-ci il tarixli rəy verilsə də, ekspert əvvəlki rəyə uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: -İddiaçı2 ərizəsi üzərinə qoyulmuş dərkənarda və onun Biləcəri bələdiyyəsinin barəsində olan xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarında sədr qarşısında qeyd edilən imzaların eyni şəxs - İ.M Xəlilov tərəfindən icra olunmuşdur. -digər İddiaçı1 barəsində xx.xx.2005-ci il tarixli 11a saylı qərarı və bələdiyyəyə ünvanlanmış ərizəsi üzərindəki dərkənarda, habelə, barəsində olan mübahisələndirilən xx.xx.2005-ci il tarixli 858 və başqa bir 853 nömrəli qərarlarda eyni zamanda, üçüncü şəxs S.Abasova barəsində xx.xx.2005-ci il tarixli 817 nömrəli qərarda müvafiq plan-cizgidə sədr qarşısındakı imzaların eyni şəxs tərəfindən icra edildiyi qeyd olunsa da, bu halda, imzaların İ.M.Xəlilov tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Göründüyü kimi, birinci halda, sədr “İ.M.Xəlilov”un hər hansı təkzibolunmaz şəxsi sənədləri ilə ehtiva olunan istər sərbəst (şəxsi ərizəsi, şəxsiyyətinə aid sənədlər və s.), istər eksperimental imza nümunələri mövcud olmadığı halda, ekspert tərəfindən İddiaçı2 barəsində bələdiyyə sənədlərində iki müxtəlif əlamətlərə malik imzanın eyni şəxs, məhz sədr “İ.M Xəlilov” tərəfindən icra edildiyi barədə rəy verilmiş, ikinci halda isə İddiaçı1 və S.Abbasova barəsində sənədlərdə sədr “İ.M.Xəlilov” qarşısındakı imzaların öz aralarında eyni şəxs, lakin başqa şəxs tərəfindən icra edildiyi göstərilmişdir (Nə işdə iştirak edən şəxslər, nə də məhkəmə tərəfindən İ.M.Xəlilova aid şəxsi sənədləri ekspertizaya təqdim edilməmiş, belə sənədlərin əldə olunması mümkünsüz olmuşdur. 2010-cu ildən Respublikanı tərk ediyi, daha sonra, vəfat etdyi və barəsində başqa məlumat mövcud olmadığı işin mübahisələndirilməyən halıdır). Ümumiyyətlə, əlavə və təkrar məhkəmə-xəttşünaslıq ekspertizalarını keçirən ekspertlər (Nəsimi Əfəndiyev, Mətənat Muradova) tərəfindən tədqiq olunan imzaların tərkibi və ümumi əlamətləri üzrə detallı araşdırma aparılmamışdır. Baxmayraq ki, məhkəmə tərəfindən ekspert qarşısnda müvafiq sual qoyulmuş, həm də tədqiq edilən imzaların xarakterik əlamətlərinin detallı xarakterizə edilməsi ekspertin elmi metodikalardan və vəzifəsindən irəli gələn xidməti borcu hesab edilir. Qeyd olunmalıdır ki, ekspert M.Muradova rəylə bağlı məhkəmədə dindirilərkən, tədqiq edilən mübahisəli sənədlərdəki imzaların xarakterik xüsusiyyətləri ilə bağlı detallı müqayisəsini verə bilməmiş, fərqlilik əlamətlərinə aydınlıq gətirməkdə və istinad etdiyi əlamətləri nizamlı şəkildə təsvirini verməkdə çətinlik çəkmişdir.

11. Beləliklə, mübahisələndirilən sənədlərdə imzaların bələdiyyə sədri “İ.M.Xəlilov tərəfindən imzalanmasına bir daha aydınlıq gətirilməsi üçün həmin sahədə təcrübəsi olan müstəqil ekspertiza qurumlarının ekspertlərinin (mütəxəssislərinin) də rəyinin alınmasını zəruri etmiş və bununla bağlı məhkəmə kollegiyası tərəfindən “X7” MMC-yə və “X11”-nə müvafiq sorğular göndərilmiş müstəqil ekspertlərin (mütəxəssislərin) də rəyləri alınmışdır. Belə ki, “X7” MMC-nin eksperti, hüquq üzrə fəlsəfə doktoru, “Xətt və imzaların tədqiqi” ekspert ixtisası üzrə 1998-ci ildən 2019-cu ilə kimi ekspert-xəttşünas kimi Məhkəmə Ekspertiza Mərkəzinin sabiq əməkdaşı olmuş və hal-hazırda qeyd olunan qurumda həmin ixtisası üzrə öz fəaliyyətini davam etdirən Elçin İsmayılov tərəfindən verilmiş rəydə, - İddiaçı2 barəsində xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarda və onun ərizəsindəki imzaların tərkibi və ümumi əlamətlərinə görə bir-birindən fərqləndiyi qeyd olunmaqla, son nəticədə ekspert, müqayisəli tədqiqat nümunələri mövcud olmadığından həmin imzaların eyni şəxs, o cümlədən, bələdiyyə sədri İ.M.Xəlilov tərəfindən imzalanıb-imzanmadığının müəyyən edilməsinin mümkün olmadığı qənaətinə gəlmiş, digər İddiaçı1 barəsində qərarlarda və onun ərizəsi (habelə üçüncü şəxs S.Abasova barəsində sənədlər) üzərindəki imzaların eyni şəxs tərəfindən icra edildiyi, lakin həmin halda da müqayisəli tədqiqat nümunələri (şəxsiyyətinə aid rəsmi sənədlər, eksperimental nümunələr) mövcud olmadığı səbəbindən onların bələdiyyə sədri İ.M.Xəlilov tərəfindən imzalanıbimzalanmadığının müəyyən edilməsinin mümkünsüz olduğu göstərilmişdir. Digər “X11” MMC-nin eksperti, hüquq üzrə fəlsəfə doktoru, “Sənədlərin rekvizitlərinin tədqiqatı”, “Xətt və imzaların tədqiqi”, Riyazi metodların və EHM-in tədqiqi ilə tədqiqatlar” ixtisası üzrə 23 il iş stajına malik olan və hal-hazırda qeyd olunan qurumda müstəqil ekspert kimi öz fəaliyyətini davam etdirən Ülvi Mayılov tərəfindən verilmiş rəydə də, - İddiaçı2 barəsində xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarda və onun ərizəsindəki yuxarıda qeyd olunan imzaların tərkib və əlaqələri, habelə, ümumi əlamətlərinə görə birbirindən fərqlilik əlamətləri sadalanmış və burada ekspert həmin imzaların müxtəlif şəxslər tərəfindən icra olunduğu, digər İddiaçı1 barəsində qərarlarda və sonuncunun ərizəsi üzərində imzaların (habelə üçüncü şəxs S.Abasovaya aid) eyni şəxs tərəfindən icra edildiyi göstərilmiş, lakin konkret olaraq “bələdiyyə sədri İ.M.Xəlilovun xətt və imza (sərbəst və eksperimental) nümunələri olmadan, imzaların ona məxsus olması barədə rəyin verilməsini qanunvericiliyin və xəttşünaslıq metodikasına uyğun hesab edilməmişdir (Ekspert Ü.Mayılov məhkəmə prosessində rəylə bağlı verdiyi izahatında sənədləri imzaların tərkibinə və ümumi əlamətlərinə görə qruplaşdırıb, detallı şəkildə imzalar tədqiq edildikdən sonra müvafiq rəyə gəldiyini bildirmişdir).

12. Beləliklə də, istər İddiaçı2, istərsə də İddiaçı1 barəsində mübahisələndirilən sənədlərdə sədr İ.M.Xəlilov qarşısındakı imzalarda əhəmiyyətli dərəcədə gözəçarpan fərqli əlamətlərin mövcudluğu, mötəbər sərbəst eksperimental imza nümunələrinin də yoxluğu, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə və təkrar məhkəmə xəttşünaslıq ekspertizaları üzrə rəylərdə ekspertlərin gəldiyi nəticələr üzrə hər hansı bir sənəddə olan imzanın “İ.M.Xəlilova məxsus olması kimi sübut əhmiyyətli məlumat kimi qiymətləndirilməsini istisna etmişdir. Eyni zamanda, müstəqil ekspertlər tərəfindən verilən rəylərdə mübahisələndirilən bələdiyyə sənədlərindəki imzaların, “Biləcəri Bələdiyyəsinin sədri “İ.M.Xəlilov”a məxsus mötəbər sərbəst və eksperimental nümunələri mövcud olmadığından, konkret olaraq sonuncu tərəfindən icra edilib-edilməməsi ilə bağlı rəy verilməsini mümkünsüz etmişdir.

13. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bələ qənaətə gəlir ki, İddiaçı2 apellyasiya şikayətinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunan məhkəmə ekspertinin rəylərinə istinadən, İddiaçı2 barəsində bələdiyyə qərarında və onun ərizəsi üzərindəki imzaların sədr “İ.M.Xəlilov” tərfindən icra edildiyini, digər İddiaçı1 barəsində olan mübahisələndirilən qərarlarda və onun ərizəsindəki imzaların isə saxta olduğunu mübahisələndirən dəlilləri əsassız hesab edilməlidir.

14. Hər bir halda, işdə olan digər sübutetmə vasitələrinin köməyi ilə daha konkret və inandırıcılığı ilə işin əhəmiyyət kəsb edən həqiqi hallarının müəyyən edilməsi mümkün olmuşdur. Həmin hallar isə aşağıdakılardan ibarətdir.

15. Birincisi, mübahisələndirilən bələdiyyə qərarlarında sədr “İ.M.Xəlilov” sözü qarşısında qoyulmuş imzaların sonuncuya məxsus olması istər cavabdeh Biləcəri Bələdiyyəsinin özü, istərsə də AR ƏN X12 tərəfindən mübahisələndirilməmiş, həmin qərarlar ləğv edilməmişdir. İkincisi, cavabdeh Biləcəri Bələdiyysinin hər iki iddiaçıya münasibətdə mübahisələndirilən qərarlarının hər biri bələdiyyənin dairəvi möhürü ilə də təsdiq olunmuşdur. Üçüncüsü, mübahisələndirilən qərarların məzmunu və üzərindəki rekvizitlər, onların həqiqliyini müəyyən etməyə kifayət qədər imkan verir. Belə ki, Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarının mətnindən aydın görünür ki, həmin qərarla onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu əraziyə bitişik olan 7350 kv.m torpaq sahəsinin İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı2 sahibkarlıq fəaliyyəti göstərdiyi torpaq sahəsi və üzərində yerləşən obyekt isə xx.xx.2008-ci il tarixdə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət şəhadətnaməsinə əsasən əvvəlcə İddiaçı1 atası “Rizvan Yusubov” tərəfindən öz adına özəlləşdirilmiş, daha sonra onun tərəfindən İddiaçı2 satılmış və sonuncu xx.xx.2008-ci il tarixdə həmin əmlaka mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Belə olan halda, Biləcəri bələdiyyəsi tərəfindən İddiaçı2 adına 7350 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə qərarın arxa tarixlə, yəni, xx.xx.2007-ci il tarixdə rəsmiləşdirildiyini görməmək mümkün deyil. Qeyd edilən bu halların doğruluğu, həm də işə əlavə olunmuş təhqiqat materialları ilə müəyyən edilən hallarla da təsdiq olunur. Belə ki, işə əlavə olunmuş Binəqədi Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, M.X4 sədri Ehtibar Cabbarovun qanunsuz əməlləri barədə prokurorluğa müraciət etmiş və onun müraciəti üzrə aparılmış araşdırma zamanı X14 adında şəxs, izahatında aşağıdakıları göstərmişdir: “...O, Bakı ş., Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında “Rizvan” adlı (İddiaçı1 atası) şəxsin xüsusi mülkiyyətində olan 2,33912 ha ölçüdə torpaq sahəsini 2008-ci ildə “Nazim” (iddiaçı Möhsümovun oğlu) ilə şərikli qaydada almış, formal olaraq alqı-satqı müqaviləsi “Nazim”in atası İddiaçı2la bağlanmışdır. Bundan sonra, o, “Nazim”lə birlikdə həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, bir müddət sonra isə həmin əraziyə bitişik olan ayrı-ayrı şəxslərin mülkiyyətindəki torpaq sahələrini və qeyriyaşayış sahələrini icarəyə götürərək sahibkalıq fəaliyyətini genişləndirmişdir...” Apellyasiya mərhələsində məhkəmə kollegiyasının 07 noyabr 2024-cü il tarixdə keçirilən iclasında şahid qismində dindirilən X14 məhkəməyə verdiyi ifadəsində də həmçinin təsdiq etmişdir ki, - ...“Nazim Möhsümovla” yer axtarırdılar. Bələdiyyənin sədri İlham Xəlilovun yanına getdilər. ...2 yer var idi. Biri boş torpaq idi, biri çıxarışlı idi. Çıxarış olan torpağı biz aldıq. Bu tərəfi isə satmadı. 2008-ci ilin mart ayı idi. Bir az keçəndən sonra biz dedik ki, o biri torpağı da satın bizə, satmadılar. Vergi gəlirdi, sənəd istəyirdi. İlham Xəlilov 2008-2009-cu ildə 2007ci il tarixinə bir dənə sənəd verdi (Ona verilən sualları cavablandırılarkən E.Yaqubov qeyd etmişdir ki, İddiaçı2 adına torpaq 2008-ci ilin mart ayında almışlır.) Bələdiyyəyə məxsus torpaqla bağlı danışıqlar 2009-cu ildə olub, lakin “Rizvan”la (İddiaçı1 atası) razılığa gələ bilmədilər, satmıram dedi. Bələdiyyə sədri onlara sənədi 2009-cu ildə 2007-ci ilin adına verdi. ...bələdiyyə sədri oraya gəlib. Söhbət “Rizvaın”ın otağında olub. Rizvan dedi ki, satdığı torpağın qabağı onundur, satmır. Bələdiyyə sədri isə özü dedi ki, özü bilər, torpağı alıb verəcək...” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh bələdiyyənin İddiaçı2 barəsində xx.xx.2007-ci il tarixli qərarı arxa tarixlə, 2007-ci ildə, sonradan qəbul olunmuşdur.

16. Bununla yanayşı, xx.xx.2007-ci il tarixdə qəbul olunan həmin qərar qəbul olunsa da icra olunmamış vəziyyətdə qalmışdır. Yəni, əvvəlcədən, bələdiyyə ilə torpağın alqı-satqısı həyata keçirilməmiş, müvafiq alqı-satqı aktı tərtib olunmamış, satılmış torpaq sahəsinə görə dəyəri bələdiyyənin bank hesabına ödənilməmişdir. Başqa sözlə, torpağın alqı-satqısı baş verməmişdır. Əslində, məhkəməyə ödəmə qəbzinin təqdim olunmasının mümkünlüyü də istisna olunur. Çünki, torpağın əvvəlcədən bələdiyyənin bank hesabına ödənilməli olan dəyəri 2009-cu ildə arxa (xx.xx.2007) tarixlə həyata keçiriləcəyi təqdirdə, ödəmə sənədində (qəbzin rekvizitlərində) ödəmənin həmin tarixi də öz əksini tapmış olur ki, belə olan halda da, faktiki olaraq qərarın sonradan çıxarıldığı aşkar görünmüş olardu. Qərarın 2009-cu ildə çıxarılmasını və torpağın alqı-satqısının rəsmiləşdirilməsini əngəlləyən səbəb isə ondan irəli gələ bilərdi ki, 2007-ci ilin dekabrından artıq “Ədliyyə Nazirliyinin bələdəiyyələrə göndərdiyi müvafiq məktubuna əsasən bələdiyyə torpaqlarının alqı-satqı prosesi dayandırılmış, daha sonra, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinə 28 oktyabr 2008-ci il 709-İİİQD №-di Qanunla edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi mümkünlüyü nəzərdə tutulmuşdur. Dolayısı ilə, qeyd olunan səbəblərin - xx.xx.2007-ci il tarixli qərarın icrasını və torpaq sahəsinin alqı-satqısının İddiaçı2 adına rəsmiləşdirilməsinin qeyri-mümkün etdiyi aydın görünür. Məhz, həmin səbəblər üzündən gələcəkdə İddiaçı2 tərəfindən həmin torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirə biləcəyi də sual altında qalmış olur. Çünki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci hissəsinin imperativ tələbinə görə “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Eyni zamanda, həmin Qanunun 66-cı maddəsinin 1-ci hissəsi nəzərdə tutur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a saylı qərarı qəbul olunsa da, faktiki olaraq heç bir hüquqi nəticə doğurmamışdır ki, belə olan halda həmin qərar qeyd olunan faktiki səbəblər üzündən icrası mümkün olmayan qərar kimi öz-özlyündə əhəmiyyətsizdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci və 65.1.5-ci maddələri isə onu nəzərdə tutur ki, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

17. İddiaçı E.X5 Biləcəri qəsəbəsi ərazisində 3000 kv. m torpaq sahəsi ayrılmasına dair xx.xx.2005-ci il tarixli 11a nömrəli və 3300 kv.m torpaq sahəsi ayrılması haqqında xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarına gəldikdə isə bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birincisi, həmin qərarlar daha əvvəl, 2005-ci ildə qəbul olunmuş və hər iki icrasından irəli gələn bütün zəruri hərəkətlər yerinə yetirlərək, İddiaçı1 ilə Biləcəri Bələdiyyəsi arasında alqı-satqı aktları bağlanmış, alıcı torpağın dəyərini əvvəlcədən ödənilmiş və ödəmə qəbzləri (xx.xx.2005-ci il tarixli 04 N-li ödəniş qəbzi üzrə 33600000 manat, xx.xx.2005-ci il tarixli 59 N-li ödəmə qəbzi üzrə 36960000 manat) ona verilmiş, torpaq onun qanuni sahibliyində və istifadəsində olmuş, bələdiyyə tərəfindən İddiaçı1 həmin sahələrinin vergi ödəyicisi kimi tanınınmış və tam həcmdə vergilər onun tərəfindən ödənilmişdir (Bələdiyyənin 19 iyul 2023-cü il tarixli 04/633 saylı arayışı və birinci instansiya məhkəməsinə ünvanlanmış 01./79 saylı 04 mart 2024-cü il tarixli məktubu ilə təsdiq olunur). Başqa sözlə, Biləcəri bələdiyyəsinin, İddiaçı2 tərəfindən etibarsızlığı mübahisələndirilən həmin qərarlar artıq icra olunmuşdur. Bundan əlavə, həmin bələdiyyə tərəfindən həmin torpaq sahələri torpaq qanunvericiliyinin tələblərinə müvafiq olan səlahiyyəti çərçivəsində, həm də kimə ünvanlandığı məlum olan rəsmi sənəd formasında, yəni qərar formasında verilmişdir. Yəni, cavabdeh bələdiyyənin İddiaçı1 barəsində qərarlarının etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində göstərilən əsasların mövcudluğu müəyyən edilmir.

18. İddiaçı2 iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizəsində adına olan mübahisələndirilən bələdiyyə sənədlərinin 2019-cu ildə, M.Yusubov barəsində olan sənədlərin isə 2023-cü ildə dövlət arxivinə təhvil verildiyini əsas tutan dəlilləri də İddiaçı1 barəsində mübahisləndirilən qərarların istər ləğv edilməsinə, istərsə də etibarsız sayılmasına əsas ola bilməz. Çünki, hazırkı mərhələdə məhkəmənin müvafiq sorğuları üzrə Dövlət Arxivinin Bakı Filialı tərəfindən, son nəticədə məhkəməyə daxil olmuş 10 mart 2025-ci il tarixli 3-48-2f/2- 521/2025 saylı məktubuna və ona əlavə olunmuş təhvil aktlarına əsasən müəyyən olunur ki: - Biləcəri Bələdiyyəsinin İddiaçı1 barəsində olan xx.xx.2005-ci il tarixli 11a saylı və xx.xx.2005-ci il tarixli 853 saylı qərar- xx.xx.2023-cü il tarixli 5 saylı təhvil-qəbul aktı ilə; - İddiaçı2 barəsində olan xx.xx.2007-ci il tarixli 828/a saylı qərarı isə xx.xx.2019-cu il tarixli 1 saylı təhvil-qəbul aktı ilə Dövlət Arxivinin Bakı Filialına - digər vətəndaşlar haqqında olan qərarlarla birlikdə dövlət mühafizəsinə qəbul edilmişdir. Adıçəkilən qərarların hansı səbəblərdən Filiala bu qədər fasilə verilməklə, həm də 2005-ci ilin qərarlarının 2007-ci il tarixli qərarların 2007-ci il tarixli qərardan gec təhvil verillmə səbəbləri barədə məlumat verilməsi ilə bağlı məhkəmə tərəfindən Biləcəri Bələdiyysinə ünvanlanmış sorğu sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu ilə aşağıdakı kimi cavab verilmişdir: - “...Biləcəri bələdiyyəsinin arxivində mövcud olan sənədlərin Dövlət Arxivinin Bakı Filialına təhvil proseduru sonuncunun təşəbbüsü ilə müxtəlif vaxtda həyata keçirilməkdədir. Dövlət Arxivinin əməkdaşları müxtəlif vaxtlarda bələdiyyəyə gələrək bir neçə gün ərzində Bələdiyyənin arxivində mövcud sənədlərdən hissə-hissə təhvil alır və bu barədə bələdiyyədə hər hansı protokol tərtib olunmur. O da nəzərə alınmalıdır ki, Bələdiyyənin arxivində mövcud olan sənədlərin hansı məntiqi və ya xronoloji ardıcıllıqla Dövlət Arxivi tərəfindən təhvil alınması bizə məlum deyil, sənədlərin təhvil alınması Dövlət Arxivi əməkdaşlarının işidir. Məlumat üçün hal-hazırda bələdiyyənin arxivində müxtəlif illərə, hətta 2001-ci ilə aid sənədlər saxlanılmaqla, Dövlət Arxivi tərəfindən təhvil alınmaqdadır...” Qeyd edilənlərdən aydın görünür ki, mübahisələndirilən arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına dal-qabaq bələdiyyənin təşəbbüsü ilə göndərilməmiş, həmin sənədlər Dövlət Arxivinin Bakı Filialının öz təşəbbüsü ilə və müxtəlif vaxtlarda, həm də digər vətəndaşlar haqqında olan sənədlərlə birlikdə qəbul edilmişdir. Başqa sözlə, burada nə bələdiyyənin, nə də ki, İddiaçı1 təqsirinə yozula bilən, habelə onun barəsində olan bələdiyyə qərarlarına və digər sənədlərinə kölgə sala bilən halların mövcudluğu müəyyən edilmir. Odur ki, konkret halda, İddiaçı2 apellyasiya şikayətinin İddiaçı1 barəsində bələdiyyə qərarların saxtalığını mübahisələndirən həmin dəlillərinin əsassız olduğu sübuta yetirilir.

19. İddiaçı2 mübahisəli ərazidə müxətəlif obyekt sahibləri ilə icarə müqavilələri bağlamaqla, sahibkarlıq fəaliyyəti göstərdiyini əsas tutan dəlillərinə gəldikdə, istinad olunan həmin hallar mübahisələndirilən bələdiyyə qərarları ilə İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair hüququndan məhrum edə bilməz və həmin qərarların etibarsız saylıması üçün əsas kimi çıxış etməsi istisna olunur.

20. Məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2025-ci il və 06.05.205-ci il tarixlərdə məhkəməyə daxil olmuş mütəxəsis rəyində - Biləcəri bələdiyyəsinin mübahisələndirilən qərarları ilə İddiaçı1 məxsus faktiki sahələri 2435,0 kv.m və 2757,0 kv.m (cəmi, 5192 kv m) təşkil edən və vahid elektron kadastr məlumatlarına əsasən bütövlükdə, həmin sahənin İddiaçı2 müraciət etdiyi ərazi ilə üst-üstə düşən torpaq sahəsi «X16» Şirkətinə aid “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyi qeyd edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Birincisi, adıçəkilən “Kontrakt” ərazisinin rəyə əlavə olunmuş plan-sxemində konkret olaraq Biləcəri bələdiyyəsinin mübahisələndirilən qərarları ilə ayrılan torpaq sahəsinin yerləşdiyi yer müəyyən deyil. İkincisi, həmin rəyin özündə qeyd olunur ki, göstərilən sahənin hər hansı dövlət təsisatının balansında olması barədə bazada məlumat yoxdur. Üçüncüsü, «X16» Şirkəti tərəfindən bələdiyyə qərarları mübahisələndirilməməişdir. Dördüncüsü, həmin ərazidə hər tərəfdə qeyri-yaşayış sahələrinin fəaliyyət göstərdiyi müəyyən olunur və ən azından, mübahisəli torpaq sahəsinə bitişik olan 2,33912 ha ölçüdə torpaq sahəsinə və onun üzərində yerləşən obyekt artıq 2008-ci ildə əvvəlcə iddiaçı E.Yusbovun atası Rizvan Yusubovun adına mülkiyyət hüququ ilə qeydə alınmış, sonuncu tərəfindən satıldıqdan sonra isə İddiaçı2 adına mülkiyət hüququ ilə qeydiyyatdan keçmişdir.

21. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallarla, cavabdeh tərəfindən sonradan qəbul edilmiş xx.xx.2007-ci il tarixli 828/a saylı İddiaçı2 barəsində qərarın qanunsuz olduğu və İddiaçı1 hüquqularını pozduğu, xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarının isə əsaslı olduğu sübuta yetirilir. Dolayısı ilə İddiaçı2 dəqiqləşdirilmiş iddia ərizəsinin və apellyasiya şikayətinin cavabdeh bələdiyyənin İddiaçı1 barəsində olan qərarlarının qanunsuz və saxta olduğunu mübahisələndirilən dəlillərinin əsassız olduğu öz təsdiqini tapır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.

22. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, iş üçün əhəmiyyətli olan bütün faktiki hallara aydınlıq gətirilməmiş, məhkəmənin gəldiyi nəticənin dürüstlüyünə təsir edən əhəmiyyətli hallar sübut edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı2 apellyasyia şikayətinin, iş üzrə hərtərəfli araşdırılmadığını və əhəmiyyət kəsb edən halların sübut edilmədiyini mübahisələndirən və qərarın ləğvini tələb edən dəlilləri hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı1 iddia tələbinin qismən təmin edilməsi, Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarının İddiaçı2 adına 5192 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə münasibətdə hissəsində ləğv edilməsi və qalan hissədə onun iddia tələbinin, habelə, İddiaçı2 Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarının etibarsız hesab edilməsi haqqında iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası belə hesab edir ki, həmin qərarla ekspertiza xərcləri İddiaçı2 aid edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan ekspertiza tədqiqatların dəyəri ilkin məhkəmə ekspertizası üzrə 124 manat, iki əlavə məhkəmə ekspertizası üzrə 254 (127x2) manat, təkrar məhkəmə ekspertizası üzrə 138 manat (cəmi: 516 manat), müstəqil ekspertza qurumları – “X8” MMC tərəfindən aparılan tədqiqatın dəyəri 1200 manat, “X7” MMC tərəfindən aparılan tədqiqatın dəyəri 250 manat və “X11” MMC tərəfindən aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İPM-in 110.1-ci madəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı1 iddia tələbi qismən təmin edilsin. Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı İddiaçı2 adına 5192 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə münasibətdə hissəsində ləğv edilsin. Qalan hissədə İddiaçı1 iddia tələbi təmin edilməsin. İddiaçı2 Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarının etibarsız hesab edilməsi haqqında iddia tələbi təmin edilməsin. Ekspertiza və mütəxəssis rəyləri üzrə çəkilmiş xərcələrə görə İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına 516 (beş yüz on altı) manat, “X8” MMC-nin bank hesabına 1200 (bir min iki yüz) manat, “X7” MMC-nin bank hesabına 250 (iki yüz əlli) manat, “X11” MMC-nin bank hesabına 300 (üç yüz) manat ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar