Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3881/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının bərpa edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6404/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyə görə əvvəllər prokurorluq kimi təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçıya ikinci qrup əlilliyi ilə əlaqədar prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. Onun əlilliyi dayandırıldıqdan sonra yenidən müayinə keçmişdir. 17 iyun 2021-ci il tarixdə ikinci qrup əlilliyi təkrar bərpa olunmuşdur. İddiaçının ikinci qrup dərəcəli əliliyi bərpa olunmasına baxmayaraq prokurorluq işçisi kimi əmək pensiyamın ödənilməsi bərpa edilməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh qanunsuz olaraq əlilliyinin bərpa olunması barədə məlumatları dəqiqləşdirmək üçün sorğu verildiyini billdirərək 12 oktyabr 2022-cı il tarixli və 27 yanvar 2023-cü il tarixli məktubları imtina təqdim etmişdir. Bu səbəbdən də prokurorluq işçisi kimi əmək pensiyasının dayandırıldığı vaxtdan 2021-ci ilin dekabr ayından ödənilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş və imtina edilərək müraciəti həllini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Qanunvericiliyn tələbindən görünür ki, iddiaçıya əlilliyə görə əvvəllər prokurorluq işçisi kimi təyin edilmiş əmək pensiyasını cavabdeh bərpa etməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, X1 Sisteminin X12 əldə olunan məlumata əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi səbəbindən ona prokurorluq işçisi kimi əlilliyə görə pensiyanın ödənişi dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda İddiaçı əlillik vəziyyətinin araşdırılması ilə əlaqədar vətəndaşın Agentliyə əyani müayinəyə dəvət ediləcəyi, müavinə nəticəsinə əsasən əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi bildirilmişdir. Agentlik tərəfindən iddiaçı İ.Qulivevə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********1 nömrəli məktuba əsasən İddiaçı əlillik vəziyyətinin araşdırılması məqsədilə 12 yanvar 2023-cü il tarixdə saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və is üzrə icraat materiallarından məlum olduğu kimi İddiaçı əlilliyinin bərpa edildiyini və bu səbəbdən ona təyin edilmiş pensiyanın bərpa edilməli olduğunu iddia etsə də isin faktiki nalları ilə müəyyən olunur ki, iddiaçının əlilliyi etibarsız hesab edildiyi üçün onun prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “prokurorluq işçisi kimi təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbinə dair e-2- 1(112)-6404/2023 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı əlilliyə görə prokurorluq işçisi kimi təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, 04 iyul 2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6404/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı əlilliyinin bərpa edildiyini və bu səbəbdən ona təyin edilmiş pensiyanın bərpa edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının əlilliyi etibarsız hesab edildiyi üçün onun prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə verilmiş iddia İPMnin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi “əmək pensiyasının dayandırılması haqqında qərar” xx.xx.2021-ci il tarixli olsa da, iddiaçıya həmin qərarın cavabdeh tərəfindən təqdim edilməsi iş materialları ilə sübut olunmur. Həmçinin cavabdeh inzibati orqan da iddiaçıya mübahisələndirilən qərarın nə vaxt təqdim edilməsini sübut edə bilməmişdir. Əksinə iddiaçı qeyd edilən qərar barədə məlumatın digər inzibati iş üzrə -artıq ödənilmiş əmək pensiyasının qaytarılması barədə qərarın ləğvi ilə bağlı inzibati işə baxılan zamanı əldə edildiyini və dərhal iddia qaldırdığını bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab edərək, mahiyyəti üzrə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: İnzibati iş materiallarında olan pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2012-ci il tarixli, 270 nömrəli Qərarı ilə İddiaçı ikinci qrup əlilliyə görə xx.xx.2012-ci il tarixdən pensiya təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7757/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə “ümumi xəstəlik” səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə vətəndaşın ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdə Nazirliyin X1 sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021ci il tarixdən sonra şəxsin əlillik vəziyyəti 16 nömrəliı Şəhər Poliklinikasının 0085003AADNF nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və xəstəliyin ağırlıq dərəcəsi, funksional pozuntusu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilmədiyindən “Göndərişin natamam doldurulması” səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Sonuncu dəfə İddiaçı 16 nömrəli Şəhər Poliklinikasının 0085003AADTT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Həmin məktubla göndərilmiş əlillik alt sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi Əlillik haqqında xx.xx.2021-ci il tarixli, 0085003AADTT forma 88 nömrəli qiymətləndirməyə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə müayinədən keçmiş, Xəstəliklərin Beynəlxalq təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri = > 120-125 - Ürəyin işemik xəstəlikləri = > 120 - Stenokardiya (döş inağı) = > 120.8 Təsnifatı: Stenokardiyanın digər formaları, diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, X3 İV X18 mədəcik çatmamazlığı, Ürək Çatmamazliğı İİİ F.S Əvvəllər keçirilən miokard İnfarktı, X9 İnfarktı, X4 (2016) Bronxların və ağciyərin bədxəssəli yenitöraməsi, X17 X2 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsəsən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik (-yi), Hipertonıya Xəstəliyi İİİ mərhələ infeksion perikardit, X11 Ağ Ciyər 2 -ci Seqmentinin Rezeksiyası. Meyar: 2.2 ikinci dərəcə əllilik> 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ0M09,111.0,113-113.2,120-125,... səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı **********6 nömrəli İ.N.Quiyevin əlillik vəziyyəti haqqında məktubda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, vətəndaş Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Müayinə nəticəsinə əsasən əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Pensiya təyinatı alt sistemindən çıxarışa əsasən iddiaçının pensiyasının dayandırılma tarixi xx.xx.2022-ci il, qeyd: əlilliyin etibarsız hesab edilməsi xx.xx.2022-ci il tarixli mail, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il. Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2-1(103)-3881/2023 nömrəli sorğusuna Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş cavab məktubunda İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə (xx.xx.2026-cı ilədək) ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatının aparıldığı qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normaları diqqətə çatdırır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən normaların tələbləri işin faktiki halları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. İddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqanın iddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2012-ci il tarixli qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olarq qeyd etmişdir ki, inzibati orqanın pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətləri inzibati icraat qanunvericiliyinin prosessual tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda maddi hüquq normalarının pozulması ilə də nəticələnmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Hazırkı iş üzrə cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılmasının əsası kimi X1 Sisteminin X12 əldə olunan məlumata əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi səbəbinə istinad etmişdir. Halbuki, iş üzrə əlilliyə görə əmək pensiyasının təyin edilməsinə əsas olan hüquqi fakt qismində iddiaçı barəsində əlillik təyinatını aparan orqanın əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktı çıxış edir. İş üzrə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə baxılmış və ona həmin tarixdən “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və əlillik dərəcəsi xx.xx.2026-cı il tarixədək qüvvədədir. Cavabdehin də çıxışının olduğu əlillik təyinatı alt sistemində iddiaçıya təyin edilmiş əlillik dərəcəsi təyinatının qüvvədə olması barədə məlumat mövcuddur, sistem üzrə əlillik dərəcəsi təyinatının etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə qərar yerləşdirilməmişdir. Cavabdeh pensiya dayandırılmasına əsas kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda İddiaçı əlillik vəziyyətinin araşdırılması ilə əlaqədar Agentliyə əyani müayinəyə dəvət ediləcəyi, müayinə nəticəsinə əsasən əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi barədə məktubuna istinad etmişdir. Hazırda iddiaçının xx.xx.2021-xx.xx.2026-cı ilədək qüvvədə olan əlillik dərəcəsi təyinatı var, TSERA-nın məhkəməyə ünvanladığı cavab məktubunda da iddiaçının əlillik dərəcəsinin etibarlı olmaqla statusunda hər hansı dəyişiklik edilmədiyi, əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar təqdim edildiyi müəyyən olunmur. İş üzrə cavabdehin qeyd etdiyi və pensiya alt sistemində sonuncu dəfə pensiya ödənişi ilə bağlı məlumata əsasən müəyyən olunur ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi axırıncı dəfə xx.xx.2022-ci il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixdən isə pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, dinlənilmə hüququnu təmin etmədən, tələb olunan yazılı şəkildə əsaslandırılmış inzibati akt qəbul etmədən, eləcə də pensiyanın dayandırılma əsası kimi çıxış edən maddi hüquqi əsas olmadan, yəni “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğunu sübut etmədən faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmışdır.İşin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq əmək pensiyası dayandırılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6404/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3881/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3881/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver