Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3885/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı “qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş çıxarış və topaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 259 L saylı bağ sahəsinə dair X4 adına dövlət reyestrində **********21 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən iddiaçının anası X8 Goradil bağlar sahəsindəki 89 saylı kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, ümumilikdə 0.12 hektar ölçüdə 260V (260в) saylı bağ sahəsi ayrılmış və 23 saylı order verilmişdir. Dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək, həmin bağ sahəsinə çıxarış verilməsi xahiş edilsə də, hər dəfə müxtəlif səbəblərdən iddiaçının anasına çıxarış verilməsindən imtina edilmişdir. 2017-ci ildə iddiaçının anası Əmlak Məsələləri Dövlət Xidmətini məhkəməyə versə də, məhkəmə işi artıq 6 ildir ki, davam edir və hal-hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Bu müddət ərzində iddiaçının anası vəfat etmiş və vərəsə olaraq məhkəmə proseslərinə iddiaçı qoşulmuşdur. Məhkəmə proseslərinə qoşulduqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir sıra saxtakarlıqlara və korrupsiya əməllərinə yol verildiyi müəyyən edilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının anasına ayrılmış 260V (260в) saylı bağ sahəsinə guya X9 və onun oğlu X4 da 259L saylı bağ sahəsi adı altında iddia etdiyi və həmin şəxslərə Torpağın Mülkiyyətə verilməsinə dair JN – 27589D saylı (KOD ********) şəhadətnamə verildiyini bildirərək, çıxarış verilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müvafiq ekspertizalar keçirilmiş və sonda müəyyən edilmişdir ki, iddiaçının anasına ayrılmış 260V (260в) saylı bağ sahəsi ilə X9 və onun oğlu X6 məxsus 259L saylı bağ sahəsi arasında 225 metr məsafə vardır. Bundan başqa hələ 2013-cü ildə X9 və onun oğlu X6 Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məktubu ilə bildirilmişdir ki, 259L saylı bağ sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN – 27589D saylı (KOD ********) şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki göstərilən torpaq sahəsi arasında 258 metr fərq mövcuddur və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Bu cür mötəbər sübutlara və hal-hazırda da Əmlak Məsələləri Dövlət Xidmətinin özünün də tərəf kimi iştirak etdiyi məhkəmə prosesinin davam etməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları X1 oğlu X4 adına 259 L saylı bağ sahəsinə dair gizlin şəkildə 05 dekabr 2022-ci il tarixdə “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarış və X17 və Ölçüsü verilmişdir. Həmin sənədlərdə isə 259L saylı bağ sahəsinin koordinatları kimi saxtakarlığa yol verilərək və məhkəmə araşdırmasının başa çatmamasına baxmayaraq, 259L saylı bağ sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN – 27589D saylı (KOD ********) şəhadətnamədəki koordinatlar deyil, əksinə ekspert rəyində iddiaçının anasına ayrılmış 260V (260в) saylı bağ sahəsinin koordinatları kimi göstərilmiş koordinatlar əks edilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək, Bakı Şəhəri Binəqədi rayonu, Goradil Bağ massivi, 259L saylı bağ sahəsinə dair X9 və X4 adına dövlət reyestrində aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında ərizəni imzalayan şəxs haqqında məlumat: verilmiş çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi xahiş edilmişdir. Lakin cavabdeh 10 may 2023cü il tarixli məktubla müraciət edərək, aparılmış qeydiyyatın yalnız məhkəmə qaydasında ləğv edilə biləcəyini göstərərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10629/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə icraatın İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9 və X10) "mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 24/2021 saylı 2-1(112)-24/2021 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın qanunsuz və əsassız olduğunu və ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü ildə X9 və onun oğlu X6 Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məktubu ilə bildirilmişdirki, 259L saylı bağ sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN –27589D saylı (KOD ********) şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki göstərilən torpaq sahəsi arasında 258 metr fərq mövcuddur və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Bu cür mötəbər sübutlara və hal-hazırda da Əmlak Məsələləri Dövlət Xidmətinin özünün də tərəf kimi iştirak etdiyi məhkəmə prosesinin davam etməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları X1 oğlu X4 adına 259 L saylı bağ sahəsinə dair gizlin şəkildə 05 dekabr 2022-ci il tarixdə “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarış və X17 və Ölçüsü verilmişdir. Həmin sənədlərdə isə 259L saylı bağ sahəsinin koordinatları kimi saxtakarlığa yol verilərək və məhkəmə araşdırmasının başa çatmamasına baxmayaraq, 259L saylı bağ sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN – 27589D saylı (KOD ********) şəhadətnamədəki koordinatlar deyil, əksinə ekspert rəyində iddiaçının anasına ayrılmış 260V (260в) saylı bağ sahəsinin koordinatları kimi göstərilmiş koordinatlar əks edilmişdir. Həmçinin qeyd edilmişdir ki, hazırki iddianın əsasını üçüncü şəxsə məxsus 259L saylı bağ sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair JN – 27589D saylı (KOD ********) şəhadətnamədəki koordinatların başqa, cavabdeh inzibati orqan tərəfindən 259L saylı bağ sahəsinə dair iş üzrə üçüncü şəxsin adına reyestrdə aparılmış qeydiyyatda isə tamamiilə başqa (iddiaçının bağ sahəsinə aid) koordinatların əks edilməsi təşkil edir. İddiaçının cavabdeh orqana qarşı mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbi ilə məhkəməyə müraciət edib-etməməsindən asılı olmayaraq, məhkəmə hazırki iddiaya baxmalı və işi dayandırmamalı idi. Bu tələblər arasında əlaqə olsa da, bu tələb digər tələbdən deyil, əksinə digər tələb bu tələbdən asılıdır. Belə olan halda isə hazırki iddia predmeti digər inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı deyildir və ola da bilməz Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs və cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçı tərəf isə apellyasiya şikayətlərini müdafiə etdiklərini, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən iddiaçının anası X8 Goradil bağlar sahəsindəki 89 saylı kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, ümumilikdə 0.12 hektar ölçüdə 260V (260в) saylı bağ sahəsi ayrılmış və 23 saylı order verilmişdir. Daha sonra X12 vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçı olan sonuncunun oğlu Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 259 L saylı bağ sahəsinə dair X4 adına dövlət reyestrində **********21 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə tələbinin təmin olunmasından imtina olunaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən icraatın dayandırılması qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmır və işin baxılmalı olduğunu hesab edir. İPM-in 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, məhkəmə müvafiq iş yekunlaşana qədər hazırkı işin dayandırılması ilə bağlı qərardad qəbul etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 259 L saylı bağ sahəsinə dair X4 adına dövlət reyestrində **********21 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçı X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 259 L saylı bağ sahəsinə dair verilmiş çıxarışın əsassız olduğunu bildirərək onu mübahisələndirir. Mübahisənin kökündə dayanan məsələ odur ki, iddiaçı 259L saylı bağ sahəsinə verilmiş plan-ölçüdə iddiaçının anasının adına ayrılmış 260V saylı bağ sahəsinin koordinatlarının göstərildiyini hesab edir. İş materiallarından görünür ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına istinad edərək Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0,12 ha ölçüdə 260 v (kiril əlifbası ilə “В”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası X8 məxsus olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, hazırkı mübahisənin obyektiv araşdırılaraq həll edilməsi üçün ilk öncə mübahisəli torpaq sahəsinin iddiaçının anasına məxsus olub-olmamasına dair iş yekunlaşmalıdır. Kollegiya əlavə olaraq onuda qeyd edir ki, həmin işin nəticəsi hazırkı iş üzrə mübahisəli məsələlərin həll edilməsinə böyük ölçüdə təsir edə bilər. Çünki, iddiaçının hesab etdiyinə görə 259L saylı bağ sahəsinə verilmiş plan-ölçüdə iddiaçının anasının adına ayrılmış 260V saylı bağ sahəsinin koordinatları göstərilib. Mübahisəli bağ sahələrinin yeri və koordinatlarının, həmin torpaq sahələrinin üstüstə düşüb-düşməməsinin, 260v nömrəli bağ sahəsinin iddiaçının göstərdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin, X11 məxsus olan və ümumi sahəsi 0.12 ha olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi 259L saylı bağ sahəsinin yeri və koordinatlarının müəyyən edilməsi hazırkı iş üzrə də mühüm əhəmiyyət kəsb edir. İş materiallarından da görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9 və X10) “mülkiyyət hüququnun vəfat eymiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 24/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1481/2023 saylı qərardadı ilə həmin iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və Ekspertiza Mərkəzinə yuxarda qeyd olunan məsələlərin müəyyənləşdirilməsi tapşırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan “mülkiyyət hüququnun vəfat eymiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 saylı inzibati işin nəticəsi ilə hazırkı inzibati işin nəticəsi arasında bilavasitə qarşılıqlı asılılıq olduğundan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 24/2021 saylı iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək hazırkı inzibati iş üzrə icraat dayandırılmalıdır. Apelyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, mübahisələndirilən məhkəmə qərardadının ləğvinə əsas vermir. AR İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3885/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3885/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver