Məhkəmə qərarları › İş №2-1(103)-3887/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3887/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3887/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. HZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı (bundan sonra – iddiaçı) 31 mart 1993-cü il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 31 yanvar 1997-ci il tarixdə hərbi xidmətdən təxris olunaraq, xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığında qeydiyyata alınmışdır.

2. 799 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 32 №-li əmrindən çıxarışdan (surəti) müəyyən olunur ki, İddiaçı Seyfəlli ərazisində döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş hesab olunmuşdur (Qeyd: əmrdə atasının adı göstərilməmişdir və əmr olduğu kimi köçürülmüşdür.).

3. 799 saylı hərbi hissə komandirinin “799 saylı hərbi hissədən şəxsi heyətin sonrakı xidmət üçün N saylı hərbi hissəyə keçirilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 35 №-li əmrinin surətindən müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissəyə keçirilmişdir (Qeyd: əmr olduğu kimi köçürülmüşdür).

4. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 1 №-li əmrindən çıxarışda (surəti) göstərilmişdir ki, 1995-ci il tarixdən 470, 475, N və N saylı hərbi hissələrdən növbəti həqiqi hərbi xidmətlərini davam etdirmək üçün gəlmiş aşağıdakı hərbi qulluqçılar bölmənin, şəxsi heyətinin bütün növ təminatlara daxil edilmiş və aşağıdakı vəzilərə təyin edilmişlər:

58. sıravi İddiaçı – İİİ kəşfiyyat bölüyünün sürücüsü. Əsas: Azərbaycan Silahlı Qüvvələrin Milli Baş Qərargahının əmri. Respublika. xx.xx.1995-ci il tarixli, № 3/4 – N (Qeyd: Əmrdə hərbi hissənin adı “Milabad” yox, “İlabad” göstərilmişdir və əmr olduğu kimi köçürülmüşdür.).

5. N №-li hərbi hissə tərəfindən İddiaçı verilmiş xx.xx.199N-cı il tarixli, 193 №-li arayışda (surəti) qeyd olunmuşdur ki, o, döyüş bölgəsində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət etmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli. 3N7-17704 4İ-3222 №-li arayışında göstərilmişdir ki, AR Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumatlara əsasən xx xxxx 1975-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuş İddiaçı məhkumluğu yoxdur.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8373 saylı məktubunda qeyd olunmuşdur ki; - Səbail RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3 №-li əmrilə (əsas: §-2, sıra-330, səh-47) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək təsərrüfat tağımının avtomobil manqasında sürücü-yanacaqdolduran vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrində (əsas: §- 1, sıra-8, səh-21, əmrdə atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3N №-li əmrində (əsas: §- 1, sıra-N5, səh-28) xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, Sabail RHK-nın çağırışçısı İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin iyul 1993-cu il tarixdən may 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 1 №-li əmrində (əsas: §-4, sıra- 58, səh-3) həqiqi xidmətlərini davam etdirmək üçün 470, 475, 47N, 77N №-!i hərbi hissələrdən gəlmiş və xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, kəşfiyyat bölüyündə bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuş, sıravi İddiaçı adı qeyd edilmişdir - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir.

8. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – cavabdeh) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 2/2-1045, № 2/2-1048, № 2/2-1079 cavab məktublarında qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8N82 nömrəli arayışına əsasən N və 7NN nömrəli hərbi hissədə xidməti barədə məlumatlar var, lakin N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü, may 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitabından çıxarışda xidməti barədə məlumat aşkar olunmadığına, 77N nömrəli hərbi hissədə hərbi xidməti Atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyinə, həmçinin 799, 44N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən Arxiv sənədlərinə və hərbi biletində aparılan qeydlərlə 31 mart 1993-cü il tarixindən 31 yanvar 1997-ci il tarixinə qədər olan 3 il 10 ay hərbi xidmətdə olduğu dövrdə xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər, yəni 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər 4 ay 7 gün müddətində Tərtər bölgəsinin ən təhlükəli mövqelərindən biri olan Çaylı kəndi istiqamətində N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunduğu üçün ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona, yəni İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi biletinin surətindən və Müdafiə Nazirliyinin arxiv sənədlərindən də göründüyü kimi, İ Qarabağ Müharibəsi zamanı torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtlarında, yəni 31 mart 1993cü il tarixində 18 yaşı tamam olan kimi Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Məhz həmin məqsədlə çağırış məntəqəsində də bildirmişdir ki, o, cəbhə bölgəsində döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etmək istəyir. Ona görə də öz arsuzu ilə onu Yaşma qəsəbəsində olan Xüsusi Təynatlı kəşfiyyat hərbi hisəsinə göndərmişdirlər. Yaşma qəsəbəsində ilk döyüş hazırlıqlarını keçib 14 may 1993-cü il tarixində hərbi andı qəbul etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin 0N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün Şəmkir rayonunda olan Seyfəlli dövüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissə tərəfindən N iyul 1993-cü il tarixli 35 №li başqa bir əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün digər hərbi hissəyə keçirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin 0N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün döyüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra digər hərbi hissəyə keçirilmişdir. Hərbi biletinin 4cü səhifəsində aparılan qeydlərə əsasən xx.xx.1993- cü il tarixində Müdafiə Nazirliyinin hərbi hissə komandiri tərəfindən verilən 133 saylı əmri ilə şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.1994-cü il tarixində hərbi hissə komandiri tərəfindən verilən N9 saylı əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarlılmışdır. xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinə qədər hərbi biletində xidməti barəsində məlumat olmasa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N may 1995-ci il tarixli 1 №li əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün 470, 475, N və N saylı hərbi hissələrdən xeyli sayda hərbi qulluqçuların yeni yaradılmış N saylı hərbi hissəyə göndərilinəsi barəsində əmrdə onun adı 58-ci şəxs kimi qeyd olunaraq göstərilmişdir ki, o, N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi biletinin 3cü səhifəsində göstərilmişdir ki, 31 yanvar 1997-ci il tarixində Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 3 №li əmrinə əsasən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığına göndərilmişdir.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 2021-ci il tarixli arayışına əsasən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, 77N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonra olduğundan, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 21N №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətindən imtinanın əsası kimi cavabdeh inzibati orqan tərəfindən Arxiv arayışına əsasən iddiaçının N və 7NN nömrəli hərbi hissədə xidməti barədə məlumatların olması, lakin N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü, may 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitabından çıxarışda xidməti barədə məlumatın aşkar olunmadığ, 77N nömrəli hərbi hissədə hərbi xidmətinin Atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyi, həmçinin 799, 44N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması qeyd olunmuşdur.

16. Lakin məhz istinad olunan Arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrinə (əsas: §-1, sıra-8, səh-21, əmrdə atasının adı yazılmamışdır) əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3N №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, onun adı qeyd olunmuşdur.

17. Belə olan halda məhkəmə hesab etmişdir ki, N №-li hərbi hissə komandirinin iyul 1993-cu il tarixdən may 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz.

18. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olunan şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır.

19. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdə görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-!i hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir.

20. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirmişdir ki, işin araşdırması zamanı Bakı İnzibati Məhkəməsinin apardığı araşdırma obyektiv olmuş və heç bir qeyri qanunu hərəkət işin gedişatında müəyyən edilməmişdir. Nəzərinizə çatdırıram ki, cavabdeh öz işini özü araşdırmaq əvəzinə Məhkəmələrin araşdırmasına buraxmış, İPM 85.2 rəhbər tutmaqla heç bir vətəndaş haqqında şikayət ərizəsini təqdim etməmişdir. Bu halların Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmasını xahiş edirəm. Müsbət həllini tapan Bakı İnzibatı Məhkəməsinin qərarına şübhə ilə yanaşan icraçılar öz xidməti vəzifələri yetərincə yerinə yetirməmiş və bu işləri illərcə uzatmışdırlar. d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

2N. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 21N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa,Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

28. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə N8.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə N8.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.N Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 31.Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

35. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

38. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində mötəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştirakı barədə qeydlər olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır.

41. Bununla belə, hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır.

42. Arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrinə (əsas: §-1, sıra-8, səh-21, əmrdə atasının adı yazılmamışdır) əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 35 №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında onun adı qeyd olunmuşdur.

43. Göründüyü kimi iddiaçının 1993-cü ilin iyul-dekabr aylarında Tərtər rayonunun döyüş bölgəsində döyüş əməliyyatlarını yerinə yetirdiyi sübut olunur.

44. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3083 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. 45.Göründüyü kimi, İddiaçı N N-li hərbi hissədə olduğu dövrlədə həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi mübahisəsiz haldır.

46. Belə olan halda kollegiya hesab edir ki, N №-li hərbi hissə komandirinin iyul 1993cu il tarixdən may 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz.

47. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

48. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21N №li 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.

49. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-!i hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra- 1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir.

50. Beləliklə, müharibə veteranı adının verilməsi üçün zəruri olan və qanunla nəzərdə tutulan dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma (tərxis olunma) şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilir.

51. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

52. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.

53. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin N8.1-ci, N8.2ci, N8.3-cü, 87.N-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar