Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3888/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- *****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2007-ci il tarixdə anadan olmuşdur. Iddiaçının atası və qanuni nümayəndəsi Qanuni nümayəndə ##.##.1976-cı il tarixdə anadan olmuşdur. Qanuni nümayəndə 1993-cü il tarixdə Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunan zaman məcburi köçkün düşmüşdür. Hal-hazırda Qanuni nümayəndə ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır və qeydiyyatdadır, məcburi köçkün vəsiqəsi vardır. Qanuni nümayəndə ##.##.2006-cı il tarixdə ##.##.1984-cü il təvəllüdlü Bədəlova Vüsalə Müzəffər qızı ilə rəsmi nikaha daxil olmuşdur. Qanuni nümayəndə Cavabdeh müraciət edərək, oğlu İddiaçı məcburi köçkün statusu və statusu təsdiq edən vəsiqə verilməsini xahiş etmişdir. Komitənin ##.##.2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi Qaydalarının 4.1.6-cı bəndinə istinad edilərək, məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilir ki, ##.##.2007-ci il təvəllüdlü İddiaçı anası Bədəlova Vüsalə Müzəffər qızının qeydiyyatı ünvan 2 ünvanında olduğundan istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavbdehin imtinası əsassızdır. Iddiaçı İddiaçı atası Qanuni nümayəndə məcburi köçkündür, ona məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsi verilmişdir, həmin vəsiqə qüvvədədir və hazırda məcburi köçkün statusundadır. Iddiaçı İddiaçı anasının Bakı şəhərində qeydiyyatda olması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Ona məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyi Komitənin üzərinə qoyulmalıdır. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə əsasən "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Belə ki, İddiaçı atası Qanuni nümayəndə adına ##.##.2004-cü il tarixdə adına qeydiyyatdan keçirdiyi “ünvan * saylı” ünvanında ##.##.2006-cı ildən ##.##.2008-ci ilədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur və fərdi yaşayış evi hazırda mülkiyyətindədir. İddiaçı ##.##.2007-ci ildə doğulmuşdu. Göründüyü kimi, İddiaçı atası Qanuni nümayəndə onun doğulmasından əvvəl 2004-cü il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, həmin ünvanda 2006-cı ildən 2008ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə əsasən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla). Hazırkı işdən görünür ki, iddiaçının atasına yuxarıda adı çəkilən Qaydasının 2.1-ci bəndinə əsasən vahid aylıq aylıq müavinət verilmir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, iddiaçı dövlətin təyin etdiyi məcburi köçkün statusundan irəli gələ biləcək yardımları almaq təminatlarının hüquqi əsası aradan qalxmışdır. Başqa sözlə, məcburi köçkün statusunun verilməsi dövlət tərəfindən müvafiq təminat və güzəştlərin verilməsini təmin etdiyi halda, iddiaçının belə bir təminatlardan yararlana bilməsinin əsaslarının aradan qalxması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini də əhəmiyyətsiz edir və bu statusa olan hüquqi zərurəti aradan qaldırır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Iş materiallarında olan cavabdeh tərəfindən Qanuni nümayəndə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir: Cavabdeh daxil olmuş övladınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. ##.##.2007-ci il təvəllüdlü İddiaçı anası Bədəlova Vüsalə Müzəffər qızının qeydiyyatı ünvan 2 ünvanında olduğundan istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli *- **-*-**/*-*****/**** nömrəli məktubda qeyd edilir: Qanuni nümayəndə adına ##.##.2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 160A, ** saylı mənzil, ##.##.2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının "B" tikilisindən- 104.3kv.m, ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, **k saylı torpaq sahəsi, ##.##.2004-cü il tarixdə ünvan * saylı fərdi yaşayış evi, ##.##.2021-ci il tarixdə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ***A saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0695 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qanuni nümayəndə adına ##.##.2007-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivi, **** saylı bağ evi və evin yerləşdiyi 0.18 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri ** saylı DNK-nın 4Ə-*** reyestr nömrəli ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bağ evinin yerləşdiyi 0.18 ha torpaq sahəsindən 0.09 ha özgəninkiləşdirilmişdir, digər 0.09 ha isə Bakı şəhəri ** saylı DNK-nın ##.##.2024-cü il tarixli 4Ə-*** reyestr nömrəli alqı satqı müqavioləsinə əsasən özgəninkiləşdirilmişdir. Bədəlova Vüsalə Müzəffər qızının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" # #### 1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Cavabdeh ## ### 2013-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona, yəni ##.##.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə nail olmaqdan ibarətdir. Bununla əlaqədar cavabdehə müraciət edilsə də, cavabdeh iddiaçının anası Bədəlova Vüsalə Müzəffər qızının ünvan 2 ünvanında qeydiyyatda olması əsası ilə müraciətin təmin olunmasından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbinə əsasən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Lakin iş materiallarından görünür ki, iddiaçının anası Bədəlova Vüsalə Müzəffər qızı ünvan 2 ünvanında qeydiyyatdadır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının atası Qanuni nümayəndə adına ##.##.2004-cü il tarixdə ünvan * saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, iddiaçı isə ##.##.2007-ci ildə doğulmuşdur. Göründüyü kimi, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericiliklə tələb olunan şərt ödənilmir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3888/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3888/2025
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver