Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3889/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının, ərizəçinin nümayəndələri X19 və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb vahid çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə işdə iştirak etməyə cəlb edilməyən X7 üçüncü şəxs qismində işə cəlb olunması barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2617/2019 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)- 2617/2019 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha. torpaq sahəsindən ibarət 2058 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2019-cu il tarixli məktubla icra olunması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********78 nömrəli cavab məktubunda bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2617/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının icrası təmin edilərək ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. Bundan 4 il sonra, xx.xx.2023-ci il tarixdə, işdə iştirak etməyə cəlb edilməyən vət. X15 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs qismində inzibati işə cəlb edilməsini və İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 2058 saylı, 1200 kvadrat metr torpaq sahəsinin qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlərin və 28 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğu müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2617/2019 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən X7 ərizəsi təmin edilməmişdir. Ərizəçi həmin qərrdaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin 23 avqust 2024-cü il tarixli qərardadı elan edilsə də bu günə kimi ona təqdim edilməmişdir. Hesab edir ki, 23 avqust 2024- cü il tarixli 2-1(82)-2617/2019- 017 N-li qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir. 2058 saylı bağ torpaq sahəsinin (1339A N-li hal-hazırda faktiki sxem üzrə 6982 N-li ) bağ torpaq sahəsindən 3655 metr kənarda yerləşməsinə baxmayaraq 1339A N-li (hal-hazırda faktiki sxem üzrə 6982 N-li ) bağ torpaq sahəsinə məxsus əraziyə dair üçüncü şəxs İddiaçı 28 sentyabr 2019-cu İl tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış almışdır (“X20 və Ekspertiza” MMC-nin 07 iyun 2022-ci il tarixli 142 N-li mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli,10/2297 N-li ekspert rəyi iddia ərizəsinə əlavə edilmişdir.) ünvan 4 ünvanda yaşayan üçüncü şəxs - X2 alqı-satqı qaydasında sataraq özgəninkiləşdirmiş və üçüncü şəxs - X5 17 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış almışdır. (Əsas: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin 24 iyul 2023-cü il tarixli ********** N-İi imtina məktubu əlavə edilir). Sənədlərin əslini məhkəməyə təqdim etməklə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın qanunsuz və əsassız olmasını və bu imtinanın onun mülkiyyət hüquqlarını pozmasını bildirsə də, məhkəmə qanunsuz və əsassız olaraq 23 avqust 2024cü il tarixli Qərardadı elan edərək iddianın mümükün sayılmaması barədə nəticəyə gəlmiş və hansı əsasa və sübuta əsaslandığını bu günə kimi ona bildirməmişdir. Məhkəmənin 23 avqust 2024-cü il tarixli qərardadı elan edildikdən 10/on/ dəqiqə sonra, məhkəmə binasına gəlmiş İddiaçı onunla söhbət əsnasında bildirmişdir ki, 2058 saylı Bağ sahəsinə Çıxarış alınması üçün dəfələrlə 1 Saylı Bakı Ərazi İdarəsinə müraciətlər etmiş və hər dəfə də imtina məktubları almış və 2058 saylı Bağ sahəsinin yerləşmə yerini tanımamış və bu gün də hansı ərazidə olmasını bilmir. Həmin 2058 saylı bağ sahəsini o, özəlləşdirməmiş, X3 tanımır və Bandurina- X12 alqı-satqı müqaviləsi ilə 2058 saylı Bağ sahəsini satmamışdır...” Məhkəmə kollegiyasının iclasına gəlmiş işdə iştirak etməyə cəlb edilməyən ərizəçinin nümayəndələri ərizədə göstərilənlərə uyğun izahat verərək, mübahisəli torpaq sahəsinin 2007-ci ildə Kürdəxanı bələdiyyəsinin qərarı ilə və onunla bağlanmış icarə müqaviləsi əsasında ərizəçinin icarəsinə verildyini və 2019-cu ilə kimi onun sahibliyində olduğunu bildirərək, daha sonra çıxıb getdiyini, buralarda olmadığını, 2023-cü ildə isə ona həmin torpaq sahəsinin başqasının adına özəlləşdirildiyinin məlum oluduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında və ona verilmiş suallara cavabında bildirmidir ki, ona məxsus bağ sahəsini özəlləşdirməyə çalışmış, lakin buna nail ola bilməmiş, məcbur qalıb torpağı etibarnamə ilə satmış, halhazırda bağ sahəsinin kimə satıldığı barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, yalnız iş üzrə icraat təzələnməklə, onların üçüncü şəxs qismində işə cəlb edilmələri mümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunan hallara əsasən isə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birıliyi ilə bağlanmış 2058 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 36514 saylı müqaviləyə əsasən - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahəsi olan 2058 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********65 nömrəli məktubu ilə təqdim olunmuş sənədlər isə aşağıdakıları ehtiva edir: -Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş ərazisindəki 6813 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 36514 saylı müqaviləsindən görünür ki, “Birlik” adlandırılacaq Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 2058 nömrəli bağ massivini istifadəçi İddiaçı istifadəsinə verir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ölçüsü 0.12 ha olan 2058 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış; - xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən satıcı İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ ilə ona məxsus hissəsini alıcı X1 mülkiyyətinə verir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan 2058 saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə X1 adına xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ölçüsü 0.12 ha olan 2058 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.” Konkret halda, işin qeyd olunan hallarından göründüyü kimi, ərizəçi H.Əhmədova mübahəisələndirir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması cavabdeh qeydiyyat orqanına həvalə edilmiş həmin bağ sahəsinin yerləşdiyi yer 2007-ci ildə Gürdəxanı Bələdəiyyəsinin qərarı və icarə müqaviləsi əsasında onun icarəsinə verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı onun qanunla qorunan maraqlarına toxunduğuna görə, iş təzələnərək üçüncü şəxs qismində işə cəlb edilməli və onun iştirakı ilə baxılmalıdır. Belə ki, işdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1339 A nömrəli qərarı ilə vət. X16 müraciəti nəzərə alınaraq Kürdəxanı qəsəbəsi Şimal hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi onun icarəsinə verilməsi və aralarında icarə müqaviləsi bağlanması qərara alınmış və eyni tarixdə də onlar arasında 27 May 2027-ci il tarixə qədər 20 il müddətinə imzalanmışdır. Ərzəçi bu mövqeyini onunla əsaslandırır ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 113 nömrəli rəyinə istinad edərək bağ torpaq sahələrinin sxeminə əsasən 2058 saylı bağ sahəsi kimi qeydiyyata alınmış, əslində isə bələdiyyə tərəfindən ona ayrılmış naturada göstərdiyi mübahisələndirilən ərazidən 3655 metr kənarda yerləşdiyini, lakin 2058 saylı bağ torpaq sahəsinin çıxarışı öz yerinə deyil, mübahisəli əraziyə işləndiyindən X2 məxsus çıxarışda qeyd edilən torpaq sahələri üst-üstə düşür. Lakin iş materialları üzrə araşdırma aparıldıqda, ərizəçinin birinci instansiya məhkəməsinin qərarı ilə onun qanunla qorunan maraqlarına toxunduğunu şərtləndirilən halların mövcüdlüğü sübuta yetirilmir. Belə ki, iş materialları üzrə araşdırma aparldıqda müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü tarixli 10/2297 nömrəli ekspert rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İmran Bahadovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: “ - göstərilən torpaq sahəsi faktiki olaraq daxili 1200,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur: XY 411035.989 4492266.853 411041.050 4492236.985 411001.547 4492230.543 410996.686 4492259.983 -vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi 2058 saylı bağ sahəsi kimi qeydiyyata alınıb. Qeyd olunan ərazilər bağçılıq-yoldaşlıq birliyinə ayrılan ərazilərdir. Hazırda Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2058 saylı bağ sahəsi və üzərində yerləşən bağ evi (vahid əmlak kimi) **********57-11301 reyestr nömrəsilə X1 xüsusi mülkiyyətindədir. -vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi **********57-11301 reyestr nömrəli X2 məxsus torpaq sahəsi ilə tamamilə üst-üstə düşür...” Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən verilmiş məhkəmə sorğularına aşağıdakı cavablar alınmışdır: “.Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3- 48-2F/2-08869/2023 nömrəli məktubunda isə məhkəmənin müvafiq sorğusuna cavabında bildirilmişdir ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1339 A saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 134 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: “ -vət. X18ma, Kürdəxanı Bələdiyyəsinin 27 may 2007-ci il tarixli "Qərar"ı ilə Ləhiş bağ massivində 1200 kv.metr torpaq sahəsi ayrılaraq, 1339A nömrəli müqavilə sabiq Bələdiyyənin sədr əvəzi B.B.Babayevin imzası ilə möhür vurulmuşdur və torpaq İcarəsi müqaviləsində qeyd olunan xx.xx.2007-ci il tarixli 07 saylı protokol, bizə məlum olmayan obyektiv səbəbdən bələdiyyənin sənədlər arxivində mövcud deyil. -bundan başqa, vət. H.H.Əhmədovaya ayrılmış torpaq sahəsi Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi daxlində olsa da, mülkiyyətində deyil və həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq İcra Hakimiyyətinə Dövlət və Xəritəçəkmə komitəsinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunmamışdır. -vət. X15 xx.xx.2017-ci il tarixli ərizə ilə Kürdəxanı Bələdiyyəsinə müraciət edərək, istifadəsində olan xx.xx.2007-ci il tarixli 1339A saylı müqaviləsi əsasında verilmiş 1200,0 kv.metr torpaq sahəsinin ölçüləri və bağ nömrəsi bələdiyyə sənədlərinə əlavə olunmuş sxemdə göstərilməməsi səbəbindən, məsələyə aydınlıq gətirilməsi ilə bağlı ərizə ilə əlaqədar qonşu bağ sahiblərinin iştirakı ilə yoxlama və ölşü işləri aparılaraq, istifadəçilərin bağ sahələrinin nömrələri və ölçüləri təsdiq olunmuş sxematik xəritəyə uyğun akt tərtib olunmuşdur.” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-9/2-56160-3-273/2023 məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1339 A saylı qərarının X14 qeydiyyata alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə məktubunuza baxılmışdır. Qeyd olunan qərar X14 qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2959/2023 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1339A nömrəli Qərarı ilə X10 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2- 140/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********02 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2058 saylı bağ sahəsinin ortofoto görüntüsündən görünür ki, ətraf qonşu bağ nömrələri bunlardır 6813,6848, 3928/6889v, 3928/6890v. Cavabdeh İdarə məhkəmənin digər bir sorğusuna xx.xx.2024-cü il tarixli **********02 nömrəli məktubunda isə aşağıdakıları bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları sənədlər toplusuna əlavə edilmiş torpaq sahəsinin ətrafında Ləhiş bağ sahəsində yerləşən **********33 reyestr nömrəli 6813 saylı, **********68 reyestr nömrəli 3928a/6890v saylı, **********75 reyestr nömrəli 3928/6889v saylı və **********31 reyestr nömrəli 6848 saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş ərazisindəki 6813 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 28492 saylı müqaviləsinə əsasən “Birlik” adlandırılacaq Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 6813 nömrəli bağ massivini istifadəçi X11 istifadəsinə verir. -“Bağın icarəyə verilməsi haqqında” xx.xx.1993-cü il tarixli 25238 nömrəli müqaviləsinə əsasən X6 inkişafı və istismarı Birliyi Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsində yerləşən 17.16 kv.m olan 1 otaqdan ibarət bağ evi ilə birlikdə icarəçi X4 istifadəsinə verir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-22137 nömrəli digər bir məktubunda bildirilmişdir ki: - vahid elektron kadastr baza məlumatlarına əsasən 2058 saylı torpaq (bağ) sahəsi Ləhiş bağ massivi bağçılıq yoldaşdıqlar üçün ayrılmış ərazilərdir. Sözügedən sahə **********57-11301 reyestr nömrəsi ilə BandurinaX8 mülkiyyətindədir. Həmçinin ətrafında qeydiyyata alınan sahələr Ləhiş bağ massivinə aiddir.” Beləliklə də tədqiq edilən sənədlərlə müəyyən edilən hallardan göründyü kimi: -Kürdəxanı bələdiyyəsinin torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli 1339A saylı qərarı, müqavilə, qərarın tərkib hissəsi olan cizgi dövlət arxivinə təhvil verilməmiş, qərarın qəbul edildiyi xx.xx.2007-ci il tarixli 07 saylı protokolu dövlət arxivi, bələdiyyə fəaliyyətinə nəzarət edən X14 qeydiyyata alınmamış, -bələdiyyənin özündə belə aşkar olunmamış, torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmadığı bildirilmiş, eyni zamanda torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq İcra Hakimiyyətinə Dövlət və Xəritəçəkmə komitəsinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunmadığını vurğulamış; -ümumiyyətlə, 2058 saylı bağ sahəsinin ətrafında olan bağ nömrələri 6813, 6848, 3928/6889v, 3928a/6890v nömrəli bağlar olmaqla, həmin bağ sahələrinə dair reyestrdə aparılmış qeydlərin əsasında Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə vətəndaşlar arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” müqavilələr çıxış edir; -elektron kadastr baza məlumatlarına əsasən naturada göstərilən ərizəçinin iddia etdiyi bağ torpaq sahəsi bağ massivi olmaqla bilavasitə dövlət mülkiyyətində olan torpaq sahələrinə aiddir. - ərizəçinin istinad etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 113 nömrəli rəyində də - Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi ilə icarəçi X15 arasında imzalanmış xx.xx.2007-ci il tarixli 1339A saylı torpaq icarə müqaviləsinə əsasən ona icarəyə verilmiş, ümumi sahəsi 1200 kv.m torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaqlar olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 aprel 2017-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər...” Qeyd olunanlar onu göstərir ki, ərizəçinin istinad etdiyi torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən qərarı ilə cavabdehə iddiaçınin adına rəsmiləşdirilməsi həvalə edilmiş - Ləhiş bağ massivində yerləşən, 0.12 ha sahəsi olan 2058 saylı bağ sahəsinin yerləşiyi yerə aidiyyəti müəyyən oluna bilməz. Çünki, tədqiq olunan sənədlərələ müəyyən olunan hallardan göründüyü kimi, Ləhiş bağ massivinə aid torpaqlar dövlətin mülkiyyətində olmuş torpaqlardır. Odur ki, mübahisələndirilən qərarla ərizəçinin qanunla qorunan hüquqlarının pozulması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 aprel 2017-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarında da qeyd etmişdir ki, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər...” Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə onun ərizəsinin təmin edilməsindən imtina olunması ilə razılaşaraq hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə işdə olan sənədlərlə müəyyən olunan hallara, maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən və folmal xarakterli prosessual qaydaların pozulduğunu bildirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2617/2019 nömrəli xx.xx.2024-cü-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2617/2019 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3889/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3889/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver