Məhkəmə qərarları › İş №2-1(103)-389/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-389/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-389/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri Vəkil, X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(112)-6648/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********7619 №-li qərarına əsasən İddiaçı MMC-yə 2018-ci ilin 4-cü rübü üçün sadələşdilmiş vergi üzrə kameral qaydada 17.673,85 manat məbləğində vergi hesablanmışdır. Həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9tinə şikayət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9tinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 №-li qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibat şikayəti təmin edilməmiş, X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 №-li qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9tinin İnzibati şikayətlərə baxılması Baş İdarəsi “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 №-li qərarında qeyd edilmişdir ki, uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növü kimi mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsindən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Bundan başqa, MMC-nin direktoru olaraq inzibati araşdırma zamanı izahatında cəmiyyətin faktiki olaraq gəlirlərinin olmadığnı, hazırda hər hansı fəaliyyət növü ilə məşğul olmadığını, həyat yoldaşı X2 (VÖEN 1005399) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin MMC-nin təmirinə xərcləndiyini, yaxın ətrafında o şəxslər tərəfindən təmir işlərinin təmənnasız aparıldığını, götürülmüş kredit məbləğinin yalnız 20%-nin təsisçi tərəfindən ödənildiyi pandemiyadan zərər çəkən sahə olduqları üçün kredit borcunu ödəyə bilmədiyini, hazırda bank tərəfindən məhkəməyə verildiyini bildirmiş, sənəd üzərində hər hansı öhdəliklərinin görünməsinə baxmayaraq MMC-nin heç bir gəlir əldə etmədiyini, alınan malların təqdimetmə kimi qiymətləndirilsə belə hər hansı hasilatın olmadığını, nəzərə alaraq hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Lakin qeyd olunan xüsusatlar şikayətə baxarkən nəzərə alınmamış, əsassız olaraq şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.1. maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlr görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) hər vergitutma obyektidir. Qeyd edir ki, həmin dövr ərzində İddiaçı MMC sadələşdirilmiş vergi ödəyicisi olmuş, bu müddətdə MMC-nin heç bir kassası olmamasına və bank hesablarına satışdan heç bir məbləğ daxil olmamasına baxmayaraq MMC-yə hasilatdan vergi hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.1. maddəsinə əsasən hesabat dövrü üçün sadələşdirilmiş vergi məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. İddiaçı MMC-də heç bir hasilatın olmadığı və yuxarda qeyd etdiyi kimi sadələşdirilmiş vergi təqdimetmədən deyil hasilatdan hesablandığından MMC-yə vergi borcunun hesablanması tamamilə qanunsuzdur. Bundan başqa, İddiaçı MMC-nin bank hesablarına daxil olan bütün məbləğlər yalnız götürülmüş kreditlərdir. Bu barədə MM nin bütün bank hesablarına sorğu verərək ətraflı məlumat əldə etmək mümkündür. İddiaçı MMC tərəfindən götürülmüş kredit vəsaitləri hesabına MMC-nin təmiri üçün tikinti materialları alınmışdır. Sonra isə həmin materiallar illər üzrə 12 aylıq dövriyyədə 200.1 manatı keçməmək şərti ilə təqdim edilmiş və əvəzində heç bir hasilat olmamışdır. İddiaçı MMC tərəfindən 2018-ci ilin 4-cü rübü üçün boş hesabat verilməsinə baxmayaraq X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən dekabr üzrə heç bir əsas olmadan 441.846,19 manat dövriyyə hesablanmış və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Halbuki, məbləğ heç bir sənəddə öz əksini tapmır. Eyni zamanda, MMCnin 12 aylıq dövriyyəsinin 200.000 manatı keçdiyi göstərilərək ƏDV mükəlləfiyyəti aktiv edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda elektron sənədin istifadəsi dövriyyəsinin Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, inzibati orqanla (cavabdeh) vergi ödəyicisi (iddiaçı) arasında elektron sənəd dövriyyəsi haqqında hər hansı bir müqavilə mövcud deyildir. Belə olan halda iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən prosessual müddəti ötürməmişdir. Belə ki, qərar həm qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron imza ilə imzalanmamış, həm də iddiaçı ilə cavabdeh arasında elektron sənəd dövriyyəsinə dair hər hansı bir müqavilə mövcud deyildir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2018-ci il ərzində 441846,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2018-ci ilin 4-cü rübü üzrə cari sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2021-ci il tarixli **********504100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə məbləğinin bəyan edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********099300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin mallar sətrində 428398,08 manat dövr ərzində mədaxil, 170000,0 manat təqdim etmə bəyan edilmiş, sair debitor borcları sətrində 170000,0 manat mədaxil və ilin sonuna qalıq məbləğinin bəyan edilməsinə baxmayaraq, təsdiqedici sənədlər təqdim və ya əsaslandırılmış izahat məktubu təqdim olunmadığı üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********761900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 2 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti” adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X2 (VÖEN **********-15001) fəaliyyət göstərdiyi, həmçinin İddiaçı MMC-nin təsisçisinin də X2 olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı Cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər-hansı elektron qaimə-fakturaların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq araşdırma zamanı müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2019-cu ilin 1-ci rübü üzrə 66070,0 manat, 2020-ci ilin 2-ci rübü üzrə 197540,0 manat vergiyə cəlb olunan dövriyyə məbləğlərinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilmiş, lakin cəmiyyət tərəfindən hər hansı təsdiqedici sənədlər nə inzibati icraata təqdim edilməmiş, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, cəmiyyət tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin təsisçinin mülkiyyətində olan təsərrüfat subyektində istifadə edildiyini, təmir-tikinti və təchizat işlərinin cəmiyyət tərəfindən aparılmasına baxmayaraq, həmin təsərrüfat subyektində sahibkarlıq fəaliyyətinin həyata keçirmədiyini, təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podrat müqavilələrinin bağlanmadığını, təmir işlərin görülməsi üçün cəlb edilmiş fiziki şəxslərdən ödəmə mənbəyində vergilərin tutulmadığını, sosial sığorta haqlarının hesablanmadığını, Cəmiyyətin təsisçisi ilə əmlakın mülkiyyətçisinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğunu, Mülki Məcəlləyə əsasən hüquqi şəxsin öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olduğunu, bununla da vergi ödəyicisinin iddiasının hüquqi əsaslarının müəyyən edilmədiyini nəzərə alaraq iddianın tamamilə əsassız olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(112)-6648/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin direktoru olaraq inzibati araşdırma zamanı izahatında xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək cəmiyyətin fəaliyyətinin dayandırıldığını, faktiki olaraq gəlirlərinin olmadığını, hazırda hər hansı fəaliyyət növü ilə məşğul olmadığını, həyat yoldaşı X2 (VÖEN **********) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və İddiaçı MMC ilə arasında icarə müqaviləsi olan İddiaçı (obyektinin) təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin obyektin təmirinə xərcləndiyini, yaxın ətrafımda olan şəxslər tərəfindən təmir işlərinin təmənnasız aparıldığını, götürülmüş kredit məbləğinin yalnız 20%-nin təsisçi tərəfindən ödənildiyini, pandemiyadan zərərçəkən sahə olduğumuz üçün kredit borcunu ödəyə bilmədiyini, hazırda bank tərəfindən məhkəməyə verildiyini, sənəd üzərində hər hansı öhdəliklərinin görünməsinə baxmayaraq MMC-nin heç bir gəlir əldə etmədiyini, alınan mallar təqdimetmə kimi qiymətləndirilsə belə hər-hansı hasilatın olmadığını bildirmiş və bu barədə zəruri sənədləri təqdim etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.1. maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Qeyd edilən maddəyə əsaslanaraq hesab edir ki, İddiaçı MMC-də heç bir hasilatın olmadığı və sadələşdirilmiş vergi təqdim etmədən deyil, hasilatdan hesablandığından MMC-yə vergi borcunun hesablanması tamamilə qanunsuzdur. Bundan başqa, İddiaçı MMC-nin bank hesablarına daxil olan bütün məbləğlər yalnız götürülmüş kreditlərdir. Bu barədə MMC-nin bütün bank hesablarına sorğu verərək ətraflı məlumat əldə etmək mümkündür. İddiaçı MMC tərəfindən götürülmüş kredit vəsaitləri hesabına obyektin təmiri üçün tikinti materialları alınmışdır. Sonra isə həmin materiallar illər üzrə 12 aylıq dövriyyədə 200.000 manatı keçməmək şərti ilə təqdimedilmiş və əvəzində heç bir hasilat olmamışdır. İddiaçı MMC tərəfindən 2018-ci ilin 4-cü rübünə boş hesabat verilməsinə baxmayaraq X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441.846,19 manat dövriyyə hesablanmış və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Halbuki, həmin məbləğ heç bir sənəddə öz əksini tapmır. Eyni zamanda, MMC-nin 12 aylıq dövriyyəsinin 200.000 manatı keçdiyi göstərilərək ƏDV mükəlləfiyyəti aktiv edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********7619 №-li qərarına əsasən İddiaçı MMC-yə 2018-ci ilin 4-cü rübü üçün sadələşdilmiş vergi üzrə kameral qaydada 17.673,85 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9tinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 №-li qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9tinin İnzibati şikayətlərə baxılması Baş İdarəsi “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 №-li qərarında qeyd etmişdir ki, uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növü kimi “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsindən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.1. maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. İddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materialları alınmış, İddiaçı (obyektinin) təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin obyektin təmirinə xərcləndiyini bildirmişdir. Hazırda iş materialları ilə alınan mallardan hər hansı hasilatın əldə olunması müəyyən edilmir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi ilə vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilməsinə baxmayaraq X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən dekabr üzrə heç bir əsas olmadan 441.846,19 manat dövriyyə müəyyən edilmiş və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi təqdimetmədən deyil hasilatdan hesablandığından İddiaçı MMC-də heç bir hasilatın olmadığı iş materialları ilə təsdiqləndiyindən iddiaçıya vergi borcunun hesablanması qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 №-li qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 №-li qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(112)-6648/2022 saylı qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9tinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 №-li qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar