Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-389/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 oktyabr 2014-cü il tarixdən 25 noyabr 2017-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı gözlərində zəifliyin yaranması səbəbindən ona “binokulyar, ağır görmə pozğunluğu, şüşəvari cismin destruksiyası makulopatiya VİSOD=0,07” diaqnozu qoyulmuş və 24 avqust 2018-ci il tarixdə həmin diaqnozla İİ dərəcə əlillik təyin edilmişdir. Ailəlidir, bir uşağı var. Ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qohumuna məxsus olan mənzildə pasport qeydiyyatındadır və orada yaşayır. Hərbi xidmət əlili kimi qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil növbəsinə alınması üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli 98- 068 saylı məktubu ilə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul eldiyi qərarı "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı (ümumi birgə pay) adına Tərtər rayonu, Köçərli kəndində 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-242 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi ilə ” əsaslandırıb. Məhkəmə nəzərə almamışdır ki, qeyd edilən 0,20 ha torpaq sahəsi atası X1 ayrılmış, torpaq ayrılarkən onu ailə üzvlərinin adı torpaq ayırma sənədlərinə daxil edilmiş, həmin torpaq sahəsi atasına ayrılarkən onun 11 yaşı olmuşdur. Hazırda həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evində atası, anası və qardaşı yaşayır və torpaq sahəsi mülkiyyət hüququ ilə atasına məxsusdur. Məhkəmə nəzərə almamışdır ki, 20 il əvvəl ailə başçısı olaraq atasına ayrılmış torpaq sahəsi bu gün onun əlilliyə görə mənzil növbəsinə götürülməyinndən imtina üçün əsas ola bilməz. Belə ki, o 14 ilə yaxın müddətdir ki, faktiki olaraq Bakı şəhərində yaşayır, 5 ildən artıq müddətdir ki, Bakı şəhərində rəsmi olaraq işləyir. Tərəflərin izahatları: Əvvəlki Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı gözdən əlili kimi mənzil növbəsinə qəbul edilməsi üçün cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. (Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir.) Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”:
1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.
2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər; Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”:
8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Apelyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı 14 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. İş materiallarında olan Veysəloğlu MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Veysəloğlu MMC-də işləyir. Beləliklə, yuxarda qeyd edilən hüquq normaları və işin faktiki halları nəzərə alındıqda Kollegiya belə qənaətə gəlir ki, iddiaçı mənzil növbəsinə götürülməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçının və onun ailə üzvlərinin adına fərdi yaşayış evinin tikintisinə icazə verən 0,20 ha torpaq sahəsinin olması müəyyən olunur. Bu hal da iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının atasına torpaq iddiaçı əlil olmamışdan öncə ayrılmış və həmin vaxt iddiaçı azyaşlı olmuşdur. Hazırda isə həmin torpaq sahəsi iddiaçının atasının xüsusi mülkiyyətindədir. Kollegiya qeyd edir ki, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı Bakı şəhərində yaşayır və işləyir. Belə olan halda iddiaçı 11 yaşında olarkən Tərtər rayonunda iddiaçının atasına ayrılmış torpaq sahəsinin olması iddiaçının Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi Bakı şəhərində qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilməsi və iddiaçının mülkiyyətində hər hansı daşınmaz əmlakın olmaması nəzərə alındıqda belə qənaətə gəlmək olar ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir və cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktlarıilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzilfondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.5. dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçotnorması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması. 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayəmüqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-cimaddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onlarınyaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanıhəyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina . 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinayaaşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdimedilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaqhüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsindənəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günümüddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəliFərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: ...... 3.9.6-cı bənd. yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış vəqeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.6.8-ci bənd. yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət vəya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İnzibati Prosessual Məcəlləsinin: 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin imtinası qanunsuz hesab edilməklə İddiaçı mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.