Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-389/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əlillik dərəcəsinin verilməsindən imtinasının qanunsuz hesab edilməsi və ona 2-ci dərəcə əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… 1993-1997-ci illərdə 1-ci Qarabağ müharibəsi iştirakçısı kimi hərbi xidməti döyüş bölgəsində keçmiş və Füzuli rayonunda ağır döyüşlərdə iştirak etmiş, döyüşlərdən birində yaxınlığında partlayan “qrad partlaşyışında beyninə qəlpə girmişdir. Hospitala aparılmış və 1993-cü il dekabrında 7 gün komada yatmış, sonra, hospitaldan çıxmış və dəfələrlə müalicələr almışdır. 1997-ci ildə isə təxris olunmuşdur. Bundan başqa qeyd edir ki, dəfələrlə müxtəlif klinikalarda müalicələr almışdır: 2 dəfə Maştağa 7 saylı psixoloji klinikada, 3 dəfə Nəsimi rayon Polis İdarəsinin yanında yerləşən 2 nömrəli psixiatrik klinikada yataraq müalicələr almışdır. Bundan başqa, dəfələrlə qeydiyyata düşməsə belə özəl klinikalarda müalicələr almış, ekspertizadan keçirilən zaman ona qoyulan diaqnozda qeyd edilmişdir ki, “üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə); baş beyin xəstəliyi, travması disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davranış tipli nəzərəçarpan davamlı psixopata bənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutulmaları ilə (ayda 8 dəfə); Miopiya, OUmiopiya.” Uzun illər bu xəstəlikdən əziyyət çəkir. Məhkəmənin qərarı ilə müharibə veteranı adı verilmişdir. Hazırda xəstəliyi çox kəskinləşib və artıq heç bir işdə işləyə bilmir. Yaşı ilə əlaqədar xəstəliyi ilə mübarizə aparmaq ona çox çətinləşib. Yanında bir adam olmasa xəstəliyi tutan zaman hər an ölə bilər. Əlilliyi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona əlillik dərəcəsinin verilməsindən imtina olunmuşdur. İmtina barədə sistemdən çıxarış ona 18 avqust 2022-ci il tarixdə verilmişdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Başbeyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OU-miopiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0170003AAENU saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin avqust ayında, yəni təxminən 9 ay sonra imtina qərarından məhkəməyə şikayət etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkmənin qərarı əsassızdır. Belə ki, işə əlavə olunmuş sənədlərdən də göründüyü kimi, ona üzvü mənşəli şəxsiyyət pozuntusu baş beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişilikliyi, emosional davamız tipli nəzərəçarpan davamlı psixobatabənzər davranış pozuntuları, dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları diaqnozu qoyulub. Bu xəsarəti Hərbi xidmət zamanı almışdır. Ekspertin yanında qıcolma prosessinin baş verməməsi həmin travmanın onda olmaması anlamına gəlmir. Həmin xəstəliklər nəticəsində heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Hər hansı bir gəliri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ-ci bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Avropa Məhkəməsi 'Kastravet Moldovaya qarşı ” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmələr tərəfindən təsdiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı onun müəyyən edilən xəstəlik diaqnozundan uzun müddət əziyyət çəkdiyini, aldığı müalicələrin köməyinə gəlmədiyini vurğulayaraq, bununla bağlı tibb sənədləri məhkəməyə təqdim etmiş və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi S.V.Nəsibov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etiraza uyğun olaraq iddiaçının xəstəlik diaqnozunun əlillik əlamti təyin etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. (Məhkəmə kollegiyasının hazırki iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.) İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmalıdır. Öncə məhkəmə kollegiyası, cavabdeh tərəfindən iddia ərizəsinə etirazında mübahisələndirilən, iddiaçının xx.xx.2022-ci il tarixdə ona təqdim olunan imtina qərarından İPM-in 38.2-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddətin buraxılması məsələyə münasibət bildirərək qeyd edir ki, birincisi,işə əlavə olunmuş həmin qərardan və iddiaçının özünün də iddia ərizəsində qeyd etdiklərindən görünür ki, ona imtina qərarı hətta qeyd edilən tarixdən də əvvəl, xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İkincisi, həmin qərarda iddiaçıya həmin qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddətinin iddiaçıya izah edildiyi də görünmür. Üçüncüsü, işə əlavə olunmuş iddia ərizəsindən aydın olur ki, xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə də qeyd olunanlar nəzərə alınmaqla, “İnzibati icraat haqqında” Qanunun 73..2-ci və İPM-in 38.2-ci maddələrinin tələbləri baxımından, iddia müddətinin ötürüldüyü müəyyən olunmur. Başşqa sözlə, birinci instansiya məhkəmsi tərəfindən iddianın icraata götürülərək işə mahiyyəti üzrə baxılması əsaslıdır. İşin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. “Qaydalar”ın qeyd olunan tələbləri nəzərə alınmaqla isə iş materialları araşdırıldıqda xronoloji işin ardıcıllıqla müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 1561 nömrəli qərarına əsasən 1993-cü ildə Xətai RHK tərəfindən hərbi xidmətə çaığrılmış iddiaçı döyüş zonısında hərbi xidmət keçərkən1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri üzrə diaqnozu: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ təpə nahiyəsində bir ədəd, ənsə nahiyəsinin sol yarısında bir ədəd, sağ budun bayır-arxa səthində iki ədəd köhnə çapıq toxumalar” - “Hərbi tavmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Bundan sonra, iddiaçının müraciətinə əsasən Bakı 7 nömrəli Şəhər Poliklinikasının göndərişləri əsasında TSEK tərəfindən baxılaraq aşağıdakı qərarlar qəbul edilmişdir : - xx.xx.2019-cu il tarixli göndərişi əsasında əlillik vəziyyətinə onda müəyyən edilmiş ““X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Başbeyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları.” - diaqonuz üzrə xəstəliyinə əlillik təyn edilməsindən, göndərişin natamam doldurulması (Diaqnoz və ağırlaşmaları təstiq edən müxtəlif diaqnostik və laborator müayinələrin olmaması səthi yazılışı və təstiq etməməsi ixtisaslı həkim müayinələrin qeyd edilməməsi.”) səbəbi ilə, imtina verilmiş; -xx.xx.2019-cu il tarixli göndərişi əsasında əlillik vəziyyətinə baxılaraq “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları.” - diaqnozu üzrə də göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 1993-cü il qeyd olunmuşdur.Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir.)” səbəbi ilə imtina verilmiş; -xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnoz - Baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi.emosional davamsız tipli nəzərəçarpan davamlı tipli psixopata bənzər davranış və tez-tez dekompensasiyalarla. Anamnezində qıcolma tutmaları.” Olmaqla, qiymətləndirmə aparılaraq göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 12.1993-cü ildə göstərilsə də,son illərə qədər ambulator və stasionar müalicələr qeyd edilməyib.)” səbəbi ilə imtina verilmiş; - xx.xx.2020-ci il tarixli göndərişinə də baxılaraq “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; “ Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, BBT-ı nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıcolma tutmaları (ayda 8 dəfə). – diaqnozu üzrə də göndərişin natamam doldurulması (Xəstələndiyi 1993-cü ildən 2019-cu ilədək olunan müayinə və müalicələr barədə məlumat verilmir.)” səbəbi ilə imtina verilmişdir. - xx.xx.2020-ci il tarixli göndərişi əsasında da “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları.”- diaqnozu üzrə xəstəliyi isə əlavə müalicəyə ehtiyacın olması, müalicəsinin davam etdirilməsi səbəbi ilə imtina qərarı qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OU-miopiya.” – xəstəliyi üzrə əlillik vəziyyəti də qiymətləndirilərək, bu dəfə artıq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının müharibə dövrü aldığı mərmi partlaması nəticəsində başından aldığı aldığı travma şəhadətləndirilməsindən sonra, onun müraciəti əsasında Bakı 7 nömrəli Şəhər Poliklinika tərəfindən müayinəsi aparılaraq 2019-2021-ci illərdə cavabdeh orqana 0878 formalı tibbi göndərişlər verilmiş, 5 dəfə eyni diaqozla iddiaçıya, göndərişin natamam doldurılması səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuş, sonuncu, yəni 6-cı dəfə isə sözügedən diaqnozun əlillik əlaməti təyiin etməməsi səbəbi ilə, ona əlillik təyinindən imtina olunmuşdur. Halbuki, ən azından, iddiaçının poliklinikada müalicə və müayinələrdən keçərək ardıcıl olaraq barəsində tibbi göndərişlərin verilməsi onda, “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə) və Miopiya, OU-miopiya.” xəstəliyinin davam etdiyini göstəricisiidir. İş materiallarına əsasən və iddiaçının hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi xəstəlik sənədlərinə əsasən də müəyyən olunur ki, iddiaçı həmin xəstəlikdən bu günə qədər əziyyət çəkir. İşdən görünür ki, birinci instansiya mhkəməsində icraat zamanı məhkəmə tərəfindən iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə təyin olunmuş məhkəmə tibbi ekspertizası üzrə sözügedən qürum tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş rəydə ekspertlər tərəfindən tibbi sənədlərə əsasən və ekspertlər tərəfindən iddiaçının müəyinəsi nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıda: -“(F07.0) Üzvi mənşəli şəxsiyyət pozğunluğu(),Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). (H- 52).1Miopiya, OU-miopiya.” Diaqnozundan əziyyət çəkdiyi, bununla yanaşı onda “onda F07.8” -baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş baş beynin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davranış “ kimi ağırlaşma müəyyən olunmumuşdur (Qeyd olunmalıdır ki, iddiaçının məhkəmə prosesləri zamanı onun danışığınnda, hərəkətlərində aşkar surətdə hiss olunur və görünürdu.) Lakin rəydə bu qeyd ounanlara rəğmən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən qiymətələndirmənin bir qayda olaraq, onların sələahiyyətinə aid olmadğını əsas gətirərək, bu qəbildən olan həmin suallara cavab verməkdnn çəkinən ekspertlər, bu rəydə iddiaçıda aşkar edilən həmin diaqnozun Meyarlaın hər hansı maddsinə şamil edilməsinə əsas vermədiyi qeyd edilmişdir. Halbuki, bununla razılaşmaq qəti mümkün deyil. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”da (əlavəsində) 7.6.2-ci bəndinə əsasən: - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8) xəstəlikləri - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətini yaradan - İİ dərəcə (orqanizmin funksiyasının 61-80 faiz pozulması) əlillik təyinatına əsas verən meyar kimi müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Poliklinika tərəfindən iddiaçıya alillik təyinatı aparılması üçün 088 forma göndərişin verilməsi "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci tələbləinə uyğun olduğu və ona İİ dərəcə əlillik təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli göndərişi sonuncu göndəriş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı ilə - “əlillik əlaməti təyin etmir” əsası ilə ona əlillik təyin olunmasından imtina etməsi tamamilə əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin onda əlillik təyinatına əsas verən xəstəlyin mövcud olduğu halda, məhkəmə tərəfindən iddia tələbinin əsassız olaraq rədd olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, cavabdehin ona əlillik dərəcəsinin verilməsindən imtinasının qanunsuz hesab edilərək, iddiaçıya İİ dərəcə (orqanizmin funksiyasının 61-80 faiz pozulması) əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Cavabdehin iddiaçıya əlillik dərəcəsi təyin edilməsindən imtina etməsi qanunsuz hesab edilsin. İddiaçı, İİ dərəcə (orqanizmin funksiyasının 61-80 faiz pozulması ilə) əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-389/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-389/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver