Məhkəmə qərarları › İş №2-1(103)-3890/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3890/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3890/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi-vəkili X3, cavabdehin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyinin” cavadehlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına üzərinə öhdəliyin qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən zərərli işdə işləməsi bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiya almasına dair ərizə ilə müraciət etmişdir. 2006-cı ildən artıq hesablamağa başlayıblar və o, həmin işlədiyi müddətdə də, 2023-cü ilin avqust ayına kimi güzəştli pensiyanı almışdır. Artıq 2023-cu il avqust ayında onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlikxxxxtabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin çağıraraq bildirmişlər ki, ona güzəştli pensiya düşmür, indiyə kimi isə səhv hesablanıb. ## ######## 2023-cü il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktubla imtina gəlmişdir. Onun dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlikxxxxtabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzində və Bakı DOST Mərkəzinə müraciətləri olub. Xüsusi Şərtlərlə pensiyanın verilməsinə müraciəti olub və onlar ondan daha əvvələ müraciət edərək onun kapitalında 97000 olduğu halda ona 66000 kapital hesablanmışdır. O, dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlikxxxxtabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyininə müraciət etsə də, ona düzgün informasiya verilmir. Məktuba əsasən məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Iddiaçı İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2024-cü il tarixli 3-17- */*-C-******/**** nömrəli məktubla imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının ## ######## 2023-cü il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktubundan görünür ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən məlum olmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, iddiaçı 2008-ci il tarixdən ##.##.2023-cü il tarixədək əmək pensiyası təyin edilərək ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 sentiyabr 2023-cü il tarixli, 3-17- */*-C-******/**** nömrəli “Iddiaçı əmək pensiyasının dayandırılması haqqında” məktubundan görünür ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3- cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Iddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqlaxxxxyenidən hesablanır. Qeyd olunanlara əsasən bildirirlər ki, yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Iddiaçı (bundan sonra - “iddiaçı”xxxxcavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra birlikdə - “cavabdehlər”xxxxqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Iddiaçıya 2008-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ## ######## 2023-cü il tarixli məktublar təqdim edilmişdir. Iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin rəsmi səhfəsindən görünür ki, dövlət reyestrində "Xırdalan Pivə" Zavodu adlı kommersiya qurumu aşkar edilməmişdir. Qeyd edilmişdir ki, Carlsberg Azerbajan" Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 1 "xxxx" MMC hüquqi şəxsinin hüquqi varisləri sayılan, “Azeri-BGI”/”xxxx” MMC/“xxxx” MMC davam etdirmişdir. Bildirilmişdir ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı səhvə yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunmuş vəzifələrə müvafiq vəzifələrdəki iş stajı nəzərə alınmamışdır. Belə ki, "Xırdalan pivə zavodunda (indiki xxxx"xxxx" MMC ilə birgə hazırlanmış akt əsasında iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (8 il 7 ay 16 günxxxxolaraq hesablanmışdır. Iddiaçı 1969-cu il ildən 2022-ci ilə kimi Xırdalan pivə zavodunda (indiki xxxx" MMC dəxxxxişlədiyi sahələr 1. 1969-1970-ci illər pivə gicqırma sexində usta (zərərlixxxx2. 1970 -1972-ci il tarixdə hərbi xitmət 3. 1972-1974-ci il tarixdə Arpa sexində Texnoloq (torlu-zərərlixxxx4. 1974-1975-ci il tarixdə Arpa sexində V dərəcəli maşinist (torlu-zərərlixxxx5. 1975-1977-ci il tarixdə III dərəcili transparttivşik (tozluzərərlixxxx6. 1977-1981-ci il tarixdə Arpa sexində rəis əvəzedicisi 7. 1981-1986- ci il tarixdə Arpa sexində rəis 8. 1986-1987-ci il tarixdə V dərəcəli maşinist (zərərli işxxxx9. 1987- 1989ci il tarixdə III dərəcəli maşinist+Karbon gazı sexi (Zərərlixxxx10. 1989-1991-ci il tarixdə Arpa cücərtmə sexində usta rəis 11. 1991-1993-cü il tarixdə III dərəcəli Şüşə qəbul edici (Zərərlixxxx12. 1993-1996-cü il tarixdə Boş şuşə qabları sexində usta (Zərərlixxxx13. 1996- 1997-cü il tarixdə Boş şuşə qabları sexində rəis müavini (Zərərlixxxx14. 1997-1999-cü il tarixdə Pivə gabalaşdırma sexində paddan yükləyici (zərərli işxxxx15. 1999-2006-cü il tarixdə Butulka sexində fəhlə -X2 Fəhlə (zərərli işxxxx2006-2021-ci illərdə Pivə Bişirmə sexində pivə bişirən -D-50 -60 C (zərərli işxxxxtarixlərdə muxtəlif vəzifələrində işləmişdir. Bütün illər ərzində zərərli maddələrlə işlədiyi üçün (sovet vaxtı)-süd verirdilər Pivənin qıcqırılması vaxt-karbon gazı xaric olunur, Sexlərdə -2,-3 C Soyuqluq, nəmişlik qabların yuyulması vaxtı kaustik soda və kislatalardan istifadə olunurdu ki, bunlar hamsi insan orqanizmə zərərlidir (Sovet vaxtı zavodda şərait yox). Lakin cavabdeh tərəfindən tərtib olunan Aktda qeyd edilən dövrlərdəki iş stajı nəzərə alınmamışdır. Bu səbəbdən də ona olunan pensiya ödənişi əsassız olaraq dayandırılmışdır. Qeyd edilən məzmunda müraciətə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ## ######## 2023-cü il tarixdə eyni məzmunlu cavab məktubu ilə münasibət bildirilmişdir. Lakin müraciətdə əks olunmuş iddiaçının nəzərə alınmamış iş stajlarının hansı səbəbdən “xxxx” MMC ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında tərtib edilmiş yuxarıda qeyd edilən birgə Akta hansı səbəbdən daxil edilməməsinə münasibət bildirilməmişdir. Həmçinin iddiaçıya son üç il üzrə 97000 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi qeyd edilmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16, 38-ci maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Gashi Xorvatiyaya qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli və “Stolyarova Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2015-ci il tarixli Qərarlarına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.8, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8, 13.5, 67.5, 67.6, 72.1ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli “X.Mustafayevanın şikayəti ilə bağlı” Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra - “IPM”xxxx2.2, 8.1, 32, 33, 38-ci maddələrinə istinad olunmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi-vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** saylı, ##.##.2023-cü il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” qərarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ##.##.2023, ##.##.2024 və ##.##.2024-cü il tarixli “Ümumi əsaslarla əmək pensiyasını yenidən hesablanması barədə” qərarlarının ləğv edilməsi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2023-cü il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmişxxxxpul məbləğinin ödənilməsi cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Cavabdehlər məhkəməyə iddia tələbinə qarşı yazılı etirazlar ünvanlamışlar.

5. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 3-17- */*-*-*****/**** saylı, ##.##.2023-cü il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023, ##.##.2024 və ##.##.2024-cü il tarixli “Ümumi əsaslarla əmək pensiyasını yenidən hesablanması barədə” qərarı ləğv edilmişdir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2023-cü il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmişxxxxpul məbləğinin ödənilməsi öhdəliyi cavabdehlər Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

6. Cavabdehlər həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI:

7. Cavabdehlərin apellyasiya şikayətləri etirazlara uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI:

8. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri E.Əlvəndov və M.Qurbanova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçının vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR

10. Azərbaycan Respublikası vətəndaşının AA******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı ##.##.1949-cu il tarixdə anadan olmuşdur.

11. Iş materiallarına iddiaçının əmək kitabçası, “Əmək pensiyasının dayandırılması barədə” cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub, “Yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” məktub, “xxxx” MMC tərəfindən verilmiş əmək fəaliyyəti barədə arayış, “xxxx” ASC tərəfindən verilmiş “Güzəştli arayış”, “xxxx” MMC tərəfindən verilmiş “Güzəştli arayış” əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ## ###### 2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla İddiaçı pensiya işinin surəti və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarış təqdim olunmuşdur.

13. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarlar və tərtib olunmuş aktlar məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən “xxxx” MMC tərəfindən ** nömrəli, ##.##.2025-ci il tarixli məktubla iddiaçının əmək fəaliyyəti barədə “güzəştli arayış” məhkəməyə təqdim edilmişdir.

15. Apellyasiya baxışı zamanı soröuya cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*- ******/**** nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 1000052331xxxx##.##.1997-ci il tarixdə D-2284 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Cəmiyyətin fəaliyyəti hazırkı dövrdə aktivdir. ##.##.1997-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət “Bakı Pivə” Icarə Birliyinin bazasında yaradılıb və onun hüquqi varisidir.

TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI

16. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallarxxxxəsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. “Inzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilindəxxxxhəyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

20. Hazırda iddiaçının əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır ki, həmin hüquqi nəticələr, həmçinin də digər cavabdeh tərəfindən qəbul edilmiş qərarların da qüvvədən salınmasını ehtiva edir.

21. Məhkəmə qeyd edir ki, cavabdeh əmək pensiyasının ləğv edilməmişdən öncə, inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

22. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “Inzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

23. “Inzibati icraat haqqında” Qanunun: 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati aktxxxxqəbul etməyə haqlıdır.

25. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etsə də, həmin qərar “Inzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ lazımi qaydada təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etsə də, onun tərəfindən sübutların təqdim edilməsi ilə bağlı vaxt verilməmiş, lazımi şərait yaradılmamış, əlavə olaraq, inzibati orqan özü də, öz təşəbbüsü ilə bununla bağlı zəruri addımlar atmamışdır. Bu səbəbdən əmək pensiyasının ləğv edilməsi haqqında qərar prosessual baxımından əsassız olduğundan və eləcə də, iddiaçının etimad hüququnun pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması və əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsinə əsas onun güzəştli iş stajının olmaması olmuşdur. Bununla bağlı məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrə ünvanlanmış sorğulara daxil olmuş cavab məktubları ilə də, bir daha təsdiq edilmişdir ki, iddiaçının “xxxx” ATSC-də və “xxxx” MMC-də işlədiyi peşələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələrdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq Siyahılarda öz əksini tapmışdır. Sözügedən arayışlar həmin müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən məhkəmə tərəfindən mötəbər qiymətləndirilmişdir.

28. Yuxarıda göstərilən qiymətləndirmə və məhkəmənin hüquqi mövqeyi digər cavabdehin ümumi əsaslarla pensiya təyinatı və yenidən hesablamaları barədə qərarların ləğvi üçün də əsasdır. Nə qədər ki, “Əmək pensiyasının dayandırılması barədə” qərar ləğv edilmişdir, deməli ümumi əsaslarla pensiya təyinatının da düzgünlüyündən söhbət gedə bilməz. Bu səbəbdən də, “Əmək pensiyasının dayandırılması barədə” qərar ləğv edilərək şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpası onun hüquqi marağına xidmət etdiyindən, sonradan ümumi əsaslarla aparılmış pensiya təyinatı da, qanunsuz və əsassız hesab edilməli, qərarlar ləğv edilməlidir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 30.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 31.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismənxxxxyeni qərar qəbul edə bilər. 32.Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 33.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (birxxxxay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar