Məhkəmə qərarları › İş №2-1(103)-3895/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3895/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3895/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinə qarşı “artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğini də faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47300 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğinin də faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı 08 fevral 2023-cü il tarixdə icra olunması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş, icrasını 15 gün müddətinə təmin edərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Həmin məktub 09 mart 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, uzun müddət ötməsinə və qərarların qanuni qüvəsini almasına baxmayaraq, vergi orqanı tərəfindən hər hansı tədbir görülməmiş və ya qərarın icrası həyata keçirilməmişdir. İddiaçı tərəfindən vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərar vergi orqanı tərəfindən icra olunmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı (VÖEN: **********) iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1040/2022-ci il tarixli qərarının icrası Baş İdarə tərəfindən təmin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli vəsatətdə qeyd olunur ki, İddiaçı (VÖEN: **********) tərəfindən geri istənilən 12156,10 (on iki min yüz əlli altı manat on qəpik) manat faiz məbləğinin qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixdə A **********342400 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş və xx.xx.2022-ci il tarixli 2- 1(112)-1040/2022 nömrəli qərar tam şəkildə icra olunmuşdur. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh orqan 2-1(112)- 1040/2022 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarı tam icra olunmadığından vəsatət təmin olunmamışdır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunan (elektron məhkəmə vasitəsilə) ərizədə qeyd olunur ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən tələb edilmiş 47300 manat artıq ödənilmiş vergilərin geri qaytarılması barədə rəy təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərar tam icra edilməmişdir. İddiaçı tərəfindən vergi orqanına ödənilmiş artıq ödəmələrin geri qaytarılması barədə müraciətdən 45 gün sonra vergi orqanı tərəfindən iddiaçının tələbi təmin edilməli olmasına baxmayaraq, uzun bir müddət ötmüş və bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Buradan da aydın olur ki, həmin müddətdən sonra rəyin verildiyi xx.xx.2023-cü il tarixədək vergi orqanı tərəfindən rəyin verilməsi gecikdirilmişdir. Həmin rəyin verilməsindən uzun bir müddət ötmüş, lakin vergi orqanı tərəfindən artıq ödəmənin gecikdirilməsi barədə faizlərin ödənilməsi barədə rəy onlara təqdim edilməmişdir. İddiaçı bu barədə qeyd etmişdir ki, vergi orqanına artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Həmin zamandan uzun bir müddət ötdükdən sonra əsas məbləğ olan 47300 manatın geri qaytarılması barədə rəy iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Yəni iddiaçı tərəfindən ərizə ilə müraciət edilən tarixdən 689 gün ötdükdən sonra iddiaçıya artıq ödənilmiş məbləğin qaytarılması barədə rəy təqdim edilmişdir. 689 gün isə gecikdirlən günlərin sayı hesab edilir. Bu səbəbdən gecikdirilən günlərə əsas məbləğin 0,1 faiz nisbəti tapılaraq iddiaçıya ödənilməsi barədə rəy verilməli idi. Yəni həmin ödənilməli məbləğ aşağıda göstərilən düstura əsasən müəyyən edilməlidir: Gecikdirlən günlər × 0.1% × artıq ödənilmiş məbləğ = gecikdirilən günlərə əsasən ödənilməli olan məbləğ 689 × 0.1% × 47300,0 = 32.589,7. Göstərilənlərdən də müəyyən etmək olur ki, vergi orqanı tərəfindən gecikdirilən hər bir gün üçün hesablanmalı və rəy verilməli faiz məbləği 32.589,70 manat olmasına baxmayaraq, bu barədə rəy verilməmişdir. Qərar qismən icra edilmiş 47300 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəy verilmiş, lakin, qalan faiz məbləğinin, yəni 32.589,70 manat faizin geri qaytarılması barədə rəyin verilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan **********563900 nömrəli, xx.xx.2023-cü il tarixli “Məlumatın təqdim edilməsi barədə Xidməti Məktub”un surətində qeyd olunur ki, İddiaçı (VÖEN: **********) iqtisadi göstəriciləri araşdırılır və nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 12 sentyabr 2023-cü il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 200 (iki yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(112)-1040/2022 saylı qərardadının qismən - təmin edilən hissədə ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əsas məbləğ geri qaytarılmış və əlavə olaraq məhkəmə qərarının təmin tədbiri kimi 12156,10 (on iki min yüz əlli altı manat on qəpik) manat faiz məbləğinin qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixdə A **********342400 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi təmin edilmiş və iddiaçıya 12156,10 manat qaytarılmışdır. Eyni zamanda, məhkəmə prosesində məhkəməyə yazılı şəkildə xidməti məktub təqdim edilərək məhkəmədən cavabdehə vaxt verilməsi və işin araşdırıldığı və nəticəsi barədə qısa müddətdə məlumat veriləcəyi məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə cavabdehin bu xahişini təmin etməmişdir. Həmçinin, məhkəmə öz qərardadında faktiki olaraq, hər hansı riyazi hesablama aparmadan, faktiki qaytarılmalı olan məbləği müəyyən etmədən, sadəcə iddiaçının ərizəsində göstərilən məbləği göstərməklə, cavabdehin hüquqlarını pozmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə baxışı ərəfəsində cavabdehin niyyəti məhkəmə qərarının icrasından yayınmaq deyil, əksinə ədalətli şəkildə qaytarılmalı olan faiz məbləğinin müəyyən edilməsində maraqlı olmasıdır. Lakin, məhkəmə qeyd olunanları nəzərə almayaraq, cavabdehi cərimələmişdir. Məhz buna görə də, həmin qərardad ləğv olunmalıdır. Məhkəmə kollegiyasının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1040/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsində yaranmış 47300 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğinin faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı yuxarı instansiya məhkəməsində mübahisələndirilmiş, lakin qeyd olunan qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iş materiallarından müəyyən edilir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmə qərarının icra edildiyi qeyd olunur. Lakin cavabdeh orqan tərəfindən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə rəy təqdim edilsə də, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğinin faiz olaraq əlavə ödənilməsi vəzifəsi həyata keçirilməmişdir. Odur ki, məhkəmə qərarı tam icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanunazidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində, həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 200 (iki yüz) manat miqdarında cərimə tətbiq olunmasına dair gəldiyi nəticə qanuni və əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1040/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(112)-1040/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar