Məhkəmə qərarları › İş №2-1(103)-39/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-39/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-39/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdeh rəhbəri- X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakının satılması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8859/2023 saylı 11 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh .TÜRK.DENTAL” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2019-cu il tarixdən ********** nömrəli VÖEN verilmişdir. Həmin məlumata əsasən əsas fəaliyyət növü stomatologiya sahəsində olan fəaliyyətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə ünvanlanan vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********3 nömrəli bildirişlə bildirmişdir ki, onun xx/xx/2022-ci il tarixə ümumilikdə 5,692.33 manat, o cümlədən Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4,537.00 manat və məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə faizlər üzrə inzibati cərimə üzrə digər üzrə 1,155.33 manat borcu vardır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərara əsasən cavabdehin əmlakı siyahıya alınmışdır. İş materiallarına vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akt, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokol və cavabdehin xx.xx.2022-ci il tarixli izahatının surətləri əlavə olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq məktubuna əsasən bildirilir ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx/xx/2022 tarixli **********1 nömrəli qərarına əsasən xx/xx/2022 tarixdə 6250 AZN manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2ci maddəsinə əsasən siyahıya alınmış əmlaklar barəsində sərəncam vermək hüququna malik olmadığınız üçün həmin əmlaklara sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bununla əlaqədar olaraq siyahıya alınmış bu əmlaklara dair bağladığınız əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyiniz təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu və Cinayət Məcəlləsinin 303-cü maddələrinə əsasən ona xəbərdarliq edilir. Əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx/xx/2022 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4410.33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6250 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022 tarixə yaranan 5692.33 manat borcuna görə 6250 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 4410.33 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8859/2023 saylı 11 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh MMC-nin xx/xx/2022 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4410.33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6250 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmaması haqqında yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, 1-ci instansiya məhkəməsində onların iştirakı təmin edilməmişdir. Məhkəmənin yeri və vaxtı barədə heç bir qaydada məlumatlandırmamışlar. Bu isə AR İnzibati Prosessual Məcəlləsinin 12 maddəsinin (İnzibati Məhkəmə İcraatının Prinsipləri) – “...Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarınıvə vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur...” pozulmasıdır. Cavabdehə məxsus əmlak siyahıya alınaraq əmlakın dəyəri 6250 manat müəyyən olunmuşdur. Bu isə açıq-aşkar həmin aşyaların müvafiq dəyərinə adekvat deyil. Sadəcə bir misal çəkək ki, əşyalardan təkcə birinin (stomotoloji avadanlığın) yenisinin bazar dəyəri 12000 (on iki min) euro’dur. Həmin avadanlığın işlənmişinin bazar dəyəri isə ən azı 6-7 min manat təşkil edir. Lakin Məhkəmə bu xüsusatlara fikir verməmiş və işi səthi araşdıraraq və ya ümumiyyətlə araşdırmayaraq ədalətsiz, əsassız qərar vermişdir. Məhkəmədə onların iştirakı təmin olunmadığına görə ən azından 1-ci instansiya məhkəməsi işin ədalətli həlli və onların hüquqlarının pozulmaması üçün həmin siyahıya alınmış əmlakın mövcud real bazar dəyərini müəyyənləşdirmək üçün ekspertiza təyin etməli idi. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh rəhbəri- X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək iddiaçının iddiasının rədd edilməsi bardə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər; 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir; 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh vergi ödəyicisi olan Cavabdeh MMC-nin ümumilikdə 5,692.33 manat vergi borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2022-ci il tarixli **********3 nömrəli bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarla Cavabdeh MMC vergi borcunu Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş borcuna görə vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 4 ünvanında yerləşən əmlaklar (siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmış və iş materiallarına əlavə edilmişdir, ümumilikdə 6250 manat məbləğində əmlakları) siyahıya alınmışdır. Tərtib edilmiş protokol əsasında vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinə elan edilmiş və vergi ödəyicisi olan cavabdehin nümayəndəsi tərəfindən həmin sənədlər imzalanmışdır. Cavabdehin nümayəndəsinin xx.xx.2022-ci il tarixli izahatından görünür ki, cavabdehin nümayəndəsi siyahıya alınmış əmlakın Cavabdeh MMC-yə məxsus olduğunu təsdiq etmişdir. Apelyant işin birinci instansiya məhkəməsində araşdırılması zamanı siyahıya alınmış əmlakın həqiqi bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilmədiyinə istinad edir. Bununla bağlı işin apellyasiya baxışı zamanı müvafiq məhkəmə qərardadı ilə Cavabdeh MMC-yə məxsus siyahıya alınmış 4 ədəd diş boru kreslosunun hər birinin ayrı-ayrılıqda hazırki dövrə bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Əmlak Ekspert Mərkəzinin 10 aprel 2025-ci il tarixli ƏEM/A 21-158/25 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyininin nəticə hissəsində qeyd olunmuşdur ki, Cavabdeh MMC-yə məxsus siyahıya alınmış 4 ədəd diş boru kreslosunun hər birinin ayrı-ayrılıqda 2022-ci il tarixə bazar dəyəri 1 170,0 (bir min yüz yetmiş) AZN və 10 aprel 2025-ci il tarixə bazar dəyəri 1 500,0 (bir min beş yüz) AZN təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh AZ.TÜRK.DENTAL” MMC-nin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus daşınmaz əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçı qurum tərəfindən cavabdehin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsi məqsədilə siyahıya alınmış əmlakının siyahıya alınması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və vergi orqanının cavabdehə məxsus əmlakı siyahıya alınarkən onların qiyməti apelyasiya baxışı zamanı verilmiş müvafiq rəyə sasən ağlabatan miqdarda qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə görə birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8859/2023 saylı 11 iyul 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalı,iddiaçının iddiası təmin edildiyi üçün cavabdehdən əmlakın qiymətləndirilməsi ilə bağlı təyin edilmiş ekspertizaya görə xidmət haqqı olaraq 250 manat tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına (VÖEN: **********, hesab No AZN: AZ681BAZ********************, Bank: ABB ASC, VÖEN **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711, SWİFT: İBAZAZ2X) keçirilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8859/2023 saylı 11 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli manat) məbləğində ekspert xərci cavabdeh "AZ.TÜRK.DENTAL” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab No AZN: AZ681BAZ********************, Bank: ABB ASC, VÖEN **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar