Məhkəmə qərarları › İş №2-1(103)-390/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-390/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-390/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində göstərilməklə “çıxarış və texniki sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 avqust - 02 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli, 276 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 16.000 manat, ümumi məbləğ 16.000.000 manat ödəmək şərtilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 4 manat 16 qəpik ödəmək şərtilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin ərazidə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə üzrə qeyri-yaşayış sahəsi tikilmişdir. İddiaçı ona məxsus olan, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv.m torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqları ilə qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubunda imtinanın əsası kimi qeyd olunmuşdur ki, poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-757/2018 saylı qərardadı daxil olub, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı idarəyə ünvanladığı ərizəyə əlavə olunan torpağın alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası ilə bağlı idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin qərardadın qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********23 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.(hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qeyd edir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən torpağın iddiaçıya satılması barədə 04 avqust 2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli “Torpağın alqı-satqısına dair aktlarının” müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş olsa da həmin dövrdə qanunvericiliyin bu tələbi icra edilməmiş, torpaq şöbəsi tərəfindən iddiaçının istinad etdiyi aktlar imzalanmamışlar və qeydiyyata alınmamışlar. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılma qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Göründüyü kimi, bu bənd bələdiyyə ilə İcra Hakimiyyəti orqanı arasında olan münasibətləri təmzimləyən bir normadır. Bu hərəkətlər bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşın mülkiyyətinə ayrılmasından əvvəl görülməli və vətəndaşın İcra Hakimiyyətindən rəyin alınması barədə göstəriş yoxdur. Bəndə əsasən bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Yəni, İcra Hakimiyyətindən rəyin alınması imperativ norma deyil, sadəcə müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mülkiyyətin üç elementi var: sahiblik, istifadə və sərəncam vermək hüququndan ibarətdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarlarına və alqı-satqı aktlarına əsasən onun sahiblik, istifadə və mülkiyyətinə (reyestrdə qeydə alınmamış) verilmişdir. X1 öz daşınmaz əmlakı barəsində potensial mülkiyyətçiyə çevrilmişdir. İkincisi, bildirir ki, torpaq sahəsinə cavabdehin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmış və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış №**********9, xx.xx.2017ci il tarixli məktubda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən qeyri yaşayış sahəsi yaxınlıqdan keçən Böyükşor gölünün, neft kəməri və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin bildiririk ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid deyil və bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün deyil. Bununla bağlı qeyd edir ki, “X2” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (ölçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan- Böyükşor” neft boru kəmərinin 50 metrlik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün mühafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəmərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi və qeyri yaşayış sahəsi dövlət mülkiyyəti deyil və “Böyük Şor” gölünün, Böyükşor” neft borunun və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında kənarda yerləşir. Üçüncüsü, cavabdeh qeyd edir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid deyil. Buda həqiqətə uyğun deyil. Belə ki, əgər cavabdehin qeyd etdiyi həqiqətə uyğun olmuş olsaydı, onda həmin torpaq sahəsində tikilmiş qeyri yaşayış sahəsinin layihəsinin razılaşdırılması zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti imtina etmiş olardı və bələdiyyənin vəzifə səlahiyyətlərini aşaraq qanunsuz olaraq müqavilə bağlaması ilə əlaqədar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat vermiş olardı. Digər tərəfdən isə belə məlumatı cavabdeh orqanda verə bilərdi ki, bunu da etməmişdir. Xüsusi ilə qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmayan torpaq sahəsi olsaydı, onda həmin torpaq dövlət mülkiyyəti olmaqla həmin torpaq sahəsinin ayrılması səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olardı və bu zaman həmin torpaq sahəsində bələdiyyə ilə müqavilə əsasında torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin tikilməsi ilə əlaqədar razılaşma zamanı bu məsələyə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən münasibət bildirilmiş olardı. Göründüyü kimi bu hal mövcud deyil. Buda ona dəlalət edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə olan halda iddiaçının iddiası əsaslı olmaqla təmin olunmalıdır. Qeyd olunanlar onu ehtiva edir ki, məhkəmə iddia tələbi üzrə qərəzli olaraq tam və hərtərəfli araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən, ünvan 1-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən və faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin yerlı büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir (hər kv.m üçün 16.000 AZM, ümumi məbləğ 16 000 000 AZM ödəmək şərtilə). İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” xx.xx.2004-cü il tarixli akta əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı, xx.xx.2004-cü ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,1 ha torpaq sahəsinin satılması barədə 276 nömrəli, xx.xx.2004-cü il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı Bəxtiyar oğlu tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********101 saylı hesabına əvvəlcədən 16 000 000 AZM haqq ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 169 nömrəli, 09 avqust 2006-cı il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən, ünvan 2-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli ərizəsinə, bələdiyyənin yerlı büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2006-cı il tarixli, 05 saylı iclas protokolunun qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. (hər kv.m üçün 4,16 manat ödəmək şərtilə). İş materiallarında olan Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akta əsasən, ünvan 2 ünvanında yaşayan İddiaçı, xx.xx.2006-cı ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,02 ha torpaq sahəsi satılması barədə 169 nömrəli, xx.xx.2006-cı il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı Bəxtiyar oğlu tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********101 saylı hesabına əvvəlcədən 832,00 manat haqq ödənilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə əsasən iddiaçının Baksol y/massivi ev 56 ünvanında inşa edəcək “A” və “B” tikililərinin layihələri təsdiq edilmişdir. İş materiallarında olan TV-100xx-xx-7536 nömrəli tədiyyə bildirişinə əsasən, İddiaçı Bəxtiyar oğlunun Baksol massivində əmlak, torpaq və torpaqdan istifadə olaraq 2012-ci il üçün 153,7 manat vergi borcu hesablanmışdır. İş materiallarında olan 030368 nömrəli, 008786 nömrəli, 101148 nömrəli, 030368 nömrəli, 144314 nömrəli, 101147 nömrəli, 082303 nömrəli, 085700 nömrəli, 236461 nömrəli, 031632 nömrəli, 586764 nömrəli, 725359 nömrəli, 009616 nömrəli, 012631 nömrəli, 591680 nömrəli qəbzlərdən görünür ki, iddiaçı torpaq vergisini Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə ödəmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********23 məktubunda bildirilmişdir ki, poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən təqdim etdiyi alqı-satqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir, bələdiyyə qərarı ilə ayrılan torpaq sahələri 1000,0 kv metr və 200,0 kv m olsa da faktiki sahəsi 1235,8 kv metrdir. Torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin yaxınlığından 500 mm-lik neft kəməri və 150 kV-lıq yüksək gərginlik elektrik xətti keçir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 nömrəli Qərarı ilə təsdiqlənmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Bundan əlavə olaraq yaxınlığından keçən neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır. İş materiallarında olan “X2” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (olçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərinin 50 metrlik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün muhafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəmərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016cı il tarixli fərmanı imzalanana qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarında göstərilirdi: “5. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir...8. Torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir:... - Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. - Rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.a) satılacaq torpaq sahəsinin faktiki ölçüsü barədə arayış;b) satılacaq torpaq sahəsinin qayiməsindən (sertifikatından) çıxarış;v) ərazi üzrə adambaşına düşən orta torpaq norması barədə arayış;q) satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış. Həmin qaydaların əlavəsi olan “Torpaqların alqı-satqısına dair” Aktın 3-cü bəndində aktın bələdiyyənin nümayəndəsinin, torpaq alanın imzalaması ilə yanaşı rayon, şəhər torpaq şöbəsinin müdiri tərəfindən imzalanması, habelə həmin aktın rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınması da məcburi tələb kimi qanunverici tərəfindən nəzərdə tutulurdu. Lakin Binəqədi rayonu M.Ə.Rəsuzadə bələdiyyəsi tərəfindən torpağın iddiaçıya satılması barədə xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli “Torpağın alqı-satqısına dair aktlarının” müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş olsa da həmin dövrdə qanunvericiliyin bu tələbi icra edilməmiş, torpaq şöbəsi tərəfindən iddiaçının istinad etdiyi aktlar imzalanmamışlar və qeydiyyata alınmamışlar. Beləliklə, işin faktiki hallarına əsasən torpaq sahələrinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən təqdim edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermirlər və bu səbəbdən də torpaq sahələrinin və üzərlərində olan tikililərin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas deyildirlər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:..15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;.. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli qərarı əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir, bundan başqa Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 169 nömrəli, 09 avqust 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahələrinin alqı-satqısı qanunvericiliyin tələblərinə əməl olunmadan aparılmışdır. Belə ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən torpağın iddiaçıya satılması barədə 04 avqust 2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli “Torpağın alqı-satqısına dair aktlar” aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanmamış və qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar