Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-390/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi bаrədə iddiası üzrə QƏRAR (İş № 2-1(103)-390/2023) Bakı şəhəri 13 fevral 2023-cü il GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi bаrədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5934/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçının əsaslandırması: İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.N1-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyət siyahısına könüllü olaraq qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində xx.xx.N2-cu ildən xx.xx.N2-cu ilədək Laçın-Şuşa-Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hissədə xidmət etməyi hərbi biletinin 6-cı səhifəsində, həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi isə hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir. “Müharibə veteranı” adı və vəsiqəsini almaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Bu səbəbdən də iddiaçı xx.xx.20N-cu ildə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, iddiası qismən təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayət vermiş və onun şikayəti təmin edilmişdir. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və işə baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə yenidən baxılmış və Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Lakin həmin qərar icra edilməmişdir. İddiaçının hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanılması və digər məsələlər barədə əmrlər verilmişdir. Bu da onu göstərir ki, o həqiqətən də hərbi biletində qeyd edilən vaxtda hərbi xidmətdə olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Mərkəzi Arxivin arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr – dekabr N2-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin 10-24 mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İsbəndiyər oğlunun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5934/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 4/2-2571 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr N2-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin 10-24 mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Digər tərəfdən “Hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin “20 sentyabr N7-ci il tarixli 634 nömrəli Fərmanı ilə N4-cü il iyunun 30-na qədər ordu sırlarına çağrılmış əsgərlər, matroslar və çavuşlar, ali təhsilli olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışlar. İddiaçı hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5934/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi bаrədə iddiasının rədd edilməsini xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Sübutlar: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli əmrilə şəxsi heyətin bütün növ təminatlarına salınmışdır, xx.xx.N4xx.xx.N4-cü illərdə Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmişdir, xx.xx.N4-cü ildə ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir, N nömrəli hərbi hissə komandirinin mart-may N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdehin xx.xx.20N-cu il tarixli məktubuna əsasən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əsas kimi qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmaması göstərilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N2-ci il tarixli əmrinin 4-cü paraqrafına əsasən iddiaçının xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə qədər hərbi qulluqda olmasının nəzərə alınması əmr edilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N4-cü il tarixli əmrinin 1-ci paraqrafına əsasən iddiaçının N №li hərbi hissənin arayışına əsasən xx.xx.N4-cü ildən həmin hərbi hissədə xidmətdə olmasının nəzərə alınması əmr edilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N4-cü il tarixli əmrinin 4-cü paraqrafına əsasən iddiaçının hərbi qulluqdan qayıtması nəzərə alınaraq xx.xx.N4-cü ildən öz iş yerinə bərpa edilməsi əmr edilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N4-cü il tarixli əmrinin 1-ci paraqrafına əsasən iddiaçının hərbi qulluqda olduğu dövrdə əmək haqqının saxlanılması əmr edilmişdir. İddiaçıya aid ******* nömrəli hərbi biletin 17-ci bəndindəki qeydə əsasən iddiaçı N2ci ilin mart ayından oktyabr ayına qədər N nömrəli hərbi hissədə xidmət etmişdir, N nömrəli qeydə əsasən həmin ildə Şuşa, Füzuli, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir, hərbi biletin İİİ hissəsinə əsasən xx.xx.N2-ci il (tərxis olunan il) AKM-ll1298 markalı döyüş silahını xidmət etdiyi hərbi hissədə təhvil vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının iddiası qismən təmin edilərək iddiaçının “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur, qərar ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsindən hərbi xidmətə getmiş, xx.xx.N2- xx.xx.N2-ci il tarixlərdə Laçın-Şuşa-Füzuli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 4 №-li əmrilə (əsas: səh.16, §1, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N4-xx.xx.N4-cü il tarixədək Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmiş, xx.xx.N4-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N4-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış, N nömrəli hərbi hissənin arayışına əsasən xx.xx.N4-cü il tarixdən öz iş yerinə bərpa edilmişdir. İddiaçı N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması, həmçinin Laçın-Şuşa-Füzuli uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hərbi biletinə qeydləri həmin dövrdə hərbi hissənin qərargah rəisi X4 tərəfindən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-422/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)- N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)- 1109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının verdiyi kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-422/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-422/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublarına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N4-cü ildən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin etirazına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 1№li, xx.xx.N2-ci il tarixli əmrinə əsasən iddiaçı bütün təminat növlərinə və hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir, 7 nömrəli, xx.xx.N2-ci il tarixli əmrinə əsasən iddiaçı quru yemək və lazımi silahla təmin edilməklə döyüş əməliyyatları rayonuna göndərilmişdir, 29 nömrəli, xx.xx.N1-ci il tarixli, N nömrəli, xx.xx.N2-ci il tarixli əmrlərinə əsasən döyüş əməliyyatları rayonundan qayıtmış iddiaçı qazan təminatına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.N4-cü il tarixli əmrinə əsasən iddiaçı 5 gün müddətinə Gəncə-Qazax şəhərlərinə ezam edilmişdir, 50 nömrəli, xx.xx.N4cü il tarixli əmrinə əsasən iddiaçı N mart N4-cü ildən hərbi hissəyə qayıtmış hesab edilmişdir, 4 nömrəli, xx.xx.N4-cü il tarixli əmrə əsasən iddiaçı həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilmiş hesab edilmiş və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin N nömrəli arayışına əsasən iddiaçı həmin hərbi hissədə xidmət etmiş, qanunsuz erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, aprel N4-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə qədər N nömrəli hərbi hissədə xidmət etmişdir X1 88 nömrəli, xx.xx.N2-ci il tarixli arayışına əsasən həmin ittifaq Azərbaycanın erməni qanunsuz birləşmələrindən müdafiə edilməsi üçün batalyon yaratmış və buna görə iddiaçının əmək haqqı saxlanılmaqla işdən azad edilməsi iddiaçının işlədiyi müəssisədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məlumatından məlum olur ki, vətəndaş İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək N nömrəli, xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumatın olmasına dair məlumat aşkar edilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyətinə gəldikdə isə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “müharibə veteranı statusunun verilməsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. İddia tələbini təmin edən birinci instansiya öz mövqeyini belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin mart-may N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması əsas gətirilərək iddiaçının həmin hərbi hissələrdə xidmət etməsi barədə məlumatların mövcud olmaması barədə cavabdehin dəlilləri əsaslı qəbul edilə bilməz. Belə ki, iddiaçı inzibati orqanın sənədlərinin saxlanmasına, kargüzarlığının qanunvericiliyin tələblərinə aparılıb-aparılmamasına görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan onun xidmət və qanuni ehtiyata buraxılması barədə məlumatın olmamasına istinad edir. Beləliklə, iş üzrə müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 4/2-2571 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr N2-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin 10-24 mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu da onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması kimi qəbul edilə bilməz. Odur ki, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin qanuni əsaslarla tərxis olunması halı iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işdə cavabdehin imtinası qanuni olub, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Bu vaxt Məhkəmə kollegiyası oxşar işlərlə bağlı mövcud məhkəmə təcrübəsini də nəzərə alır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5934/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5934/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-390/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-390/2023
13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver