Məhkəmə qərarları › İş №2-1(103)-3905/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3905/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3905/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərarından cavabdeh Bakı Dövlət Universiteti” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxılır. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı “bərpa olunma” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini qanunsuz sayılmaqla İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddianın dəqiqləşdirilməsi barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini ləğv etməklə İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, BDU-nun Biologiya faktüləsinin Elmi Şurasının 19 dekabr 2016-cı il tarixli 03 saylı protokoluna əsasən mikrobologiya ixtisası üzrə 2414,01. fəlsəfə doktoru elmi adını almaq üçün kafedranın qiyabi doktorant kimi qəbul edilmiş və bu barədə müvafiq mövzu təqdim edilmişdir. Lakin sonradan 2018-2019-cu il tarixli tədris ilinin attestasiyadan keçmədiyinə, fakültə ilə əlaqə saxlamadığına və təhsil haqqı borcunu ödəmədiyinə görə xx.xx.2019-cu il tarixində univeristet doktorantları siyahısından xaric edilmişdir.Lakin sonradan iddiaçı müvafiq olaraq, doktorantura üzrə təhsilini davam etdirmək üçün müraciət etəsə də, müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3.30-cu bəndində göstərilmişdir ki, doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərarı ilə İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı Əmr ləğv edilmiş və İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilərək bərpa olunması qərara alınmışdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, soradan iddiaçının nümayəndəsi (vəkili) iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019cu il tarixli, 3/1236 saylı əmrini qanunsuz sayılmaqla İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) iddianın dəqiqləşdirilməsi barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrini ləğv etməklə İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa olunması öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərardadı ilə iddia tələbi “Bakı Dövlət Universiteti tərəfindən İddiaçı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli, 3/1236 saylı əmrinin qanunsuz sayılmaqla İddiaçı təhsil aldığı Bakı Dövlət Universitetinin “Mikrobiologiya” ixtisası üzrə doktorantlar siyahısına daxil edilməklə bərpa edilməsi öhdəliyinin Bakı Dövlət Universitetinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mübahisələndirdiyi İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019-cu il tarixli hər hansı əmr mövcud olmamış, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərarı ilə həmin əmrin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli olması qənaətinə gələrkən nəzərə alır ki, təkcə məhkəmə qərarında mübahisələndirilən əmrin tarixi düzgün göstərilməməklə və məzmununun nədən ibarət olması açıqlanmaması ilə prosessual pozuntuya yol verilməmiş, həmçinin, iddiaçının tələbi də qeyri-müəyyən olmuşdur. Belə ki, yuxarıda istinad edildiyi kimi, iddiaçının vəkilinin (nümayəndəsi) bir neçə dəfə tələbini dəqiqləşdirməyə prosessual imkan olsa da iddiaçının mübahisələndirdiyi İddiaçı Bakı Dövlət Universitetindən doktorantlar siyahısından xaric edilməsi barədə xx.xx.2019cu il tarixli hər hansı əmr mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, həmçinin yuxarıda sadalananlarla əlaqədar prosessual hüquq normaları pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-6862/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və sair tələbi üzrə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar