Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3906/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Üçüncü şəxsin vəkili Vəkil qıznın iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 saylı 10 iyun 2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən əmlakın adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-145/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin İddiaçı adına (mülkiyyət hüquqü üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-145/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin sözügedən qərarı qanuni qüvvəsini almış, icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Ərizəçi Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)- 145/2022 saylı qərarının ləğv edilməsi, iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, qeyd edilən qərar onun hüquq və mənafeyinə toxunduğu üçün o, bu iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs kimi işə cəlb edilməlidir. Belə ki, qərarda sözügedən Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan fərdi yaşayış evi mərhum ataları X9 tərəfindən ona, yəni Maraqlı şəxs və digərlərinə miras əmlak kimi qalmışdır. Nəzərə çatdırır ki, vərəsələrin dairəsi Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat işi olmuşdur. Bundan əlavə məhkəmə məlum qərarının əsaslandırcı hissəsində qeyd edilir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X4 vərəsələri X5, X2, X1, X3, Maraqlı şəxs onlara mərhum X4 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq сəmі 285.200 (iki yüz səksən beş min iki yüz) manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 manatın X14, X10, X6, X11, Maraqlı şəxs aid edilməsi və həmin məbləğin müştərək qaydada onlardan tutularaq "MBA LTD” MMCyə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, 4369- 90219/2017- 5-1 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə borclu X4 mülkiyyətində olan Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanının üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin 084/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin bazar dəyəri 73.200 (yetmiş üç min iki yüz) manat müəyyən edilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, İddiaçı təklifi qəbul etmişdir.. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 48.8 kv.m olan hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab edilir. Bu normanın tələbində İcra Şöbəsi tərəfindən ünvanlanmış icra məktubu kimi bir anlayış mövcud deyil. Yuxarıda sadalanan qanunvericiliyin normasından göründüyü kimi, iddiaçının mübahisəli mənzilə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənədi mövcud deyil. Bu səbəbdən də, onun mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Bundan əlavə bildirirlər ki, vərəsə Maraqlı şəxs cavabdehlər "X8" MMC, İddiaçı və "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi və qiymətləndirmə rəyinin ləğv olunması” tələbinə dair mülki iş digər məhkəmənin icraatında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 2(102)-55/22 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4002/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 saylı 10 iyun 2025-ci il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardın əsaslandırıcı hissəsində cəmi 1 abzasdan ibarət cümlə ilə məsələyə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisədə ərizəçi Tağıyeva Nadir qızının hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən ərizə əsassız hesab edilməli və təmin edilməməlidir. O məhkəmə qərarında qeyd edilən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə miras əmlak üzrə qanuni vərəsəsidir. Məhkəmədə işə axılan zaman vərəsə kimi onun qanuni maraqları və mənafeyi nəzərə alınaraq iştirakı təmin edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iştirak etməmə səbəi barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkili apellyasiya şikayətinin məzmununa uyğun hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizəçinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etdi. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iş üzrə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-145/2022 saylı 10 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının: - 52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması üçün əsaslar mövcud deyildir. Belə ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa, həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Hazırki işdə isə qəbul edilmiş qərar ərizəçilərin marağını pozsa belə, onların qanunla qorunan maraqlarının pozuntusundan söhbət gedə bilməz. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X4 vərəsələri X5, X2, X1, X3, Maraqlı şəxs onlara mərhum X4 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 (iki yüz səksən beş min iki yüz) manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 manatın X14, X10, X6, X11, Maraqlı şəxs aid edilməsi və həmin məbləğin müştərək qaydada onlardan tutularaq "xxxx" MMCyə ödənilməsi qət edilmişdir. Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 90219/2017-5-1 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2016 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı başlanılmış 90219/2017-5-1 saylı icra işi təqdim edilmişdir. Təqdim edilmiş icra işində olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi ryaon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, 4369-90219/2017-5-1 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə borclu X4 mülkiyyətində olan Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanının üzərinə həbs qoyulmuşdur. "Sərraf-M” MMC-nin 084/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin bazar dəyəri 73.200 (yetmiş üç min iki yüz) manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, İddiaçı təklifi qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Abay döngəsi, ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 48.8 kv.m olan hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Nəsimi rayon İcra Şöbəsinin “qiymətləndiricinin dəvət edilməsi barədə” qərarından borclu X14 tərəfindən şikayət verilsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə şikayəti təmin edilməmişdir Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçinin marağını pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz. Buna münasibətdə ilkin olaraq qeyd edilməlidir ki, hazırkı halda ərizəçi öz ərizəsində məhkəmənin qeyd edilən qərarının ləğv edilərək işə onun iştirakı ilə yenidən baxılmalı olmasını qeyd etsə də, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onların hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını, pozulmanın əhəmiyyətini öz ərizəsində əsaslandırmamış, sadəcə olaraq sözügedən yaşayış sahəsi üzrə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsas hesab edildiyini, bu normanın tələbində İcra Şöbəsi tərəfindən ünvanlanmış icra məktubu kimi bir anlayışın mövcud olmadığına və qiymətləndirmə rəyinin ləğv edildiyinə istinad etmişdir ki, məhkəmə ərizəçinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının ərizəsindəki dəlillərə artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş və məhkəmələr tərəfindən qeyd edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1ci maddəsinə əsasən həmin əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, tələbkar (hazırki iş üzrə iddiaçı) İddiaçı təklifi qəbul etmişdir. İcra Şöbəsi tərəfindən müvafiq məktubla bu barədə cavabdehə məlumat verilmişdir. İddiaçı sözügedən əmlakı qanuni qüvvəsini almış məhkəmə qərarının icrası mərhələsində əldə etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra tədbirlərindən biri də borcluya məxsus əmlakın tələbkara təklif edilməsidir. Hazırki halda da borcluya məxsus əmlak məhkəmə qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya təklif edilmiş və iddiaçı təklifi qəbul etmişdir. Həmin əmlak daşınmaz əmlak olduğundan və daşınmaz əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğundan cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, inzibati iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak borc tələbinə dair iş üzrə məhkəmə qətnaməsinin əsasında verilmiş icra işi zamanı tələbkara təklif edilmişdir. Hansı ki, həmin mülki iş üzrə hazırki ərizəçi Maraqlı şəxs da mərhum borclunun vərəsəsi kimi məhkəmə proseslərində iştirak etmişdir. Belə olan təqdirdə məhkəmə işin yuxarıda qeyd edilən hallarını ərizəçinin dəlilləri ilə birgə araşdıraraq, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımalı olmayıb, maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədini daşımalı olduğundan, hazırki mübahisədə isə ərizəçi Maraqlı şəxs hüquqlarının və qanunla qorunan maraqlarının pozulması və ya əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən ərizə əsassız hesab edilməklə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hazırkı iddia tələbi üzrə qəbul edəcəyi qərarın X7 və qeyrilərinin maraqlarına toxunmasına dəlalət edən hallar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 saylı 10 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 saylı 10 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev