Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3907/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə “Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına izah verilməsi” barədə iddiaçının ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5122/2022 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, onun 2002-2017-ci illərdə qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2002- xx.xx.2017-ci illərdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli, 2- 1(112)-5122/2022 nömrəli qərara izah verilməsini, yenidən hesablamanın qulluq stajına görə əmək pensiyasına əlavələrin də yenidən hesablanmaqla məbləğinin azaldılmasının nəzərdə tutub-tutmadığının izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən pensiyasının yenidən hesablandığı bildirilsə də, heç bir artım olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5122/2022 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin qərarına aşağıdakı kimi izah verilmişdir: “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına izah verilsin ki, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanması dedikdə, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması başa düşülür və bu yenidən hesablama qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin miqdarda azaldılmasını nəzərdə tutmur.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Halbuki, həmin maddəyə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda, və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavərin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Qanunla nəzərdə tutulan yenidən hesablanma hallarına isə qulluq əlavəsi ödənilən şəxslərin dövlət məvacibindəki (təminat xərcliyindəki) sonrakı artımlar, eləcə də onların əmək pensiyalarının Qanunun 37.3.1-ci və 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmalar aiddir. Buna görə də, xx.xx.2023-cü il tarixədək Qanunun 37.3.1-ci və 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 29.2-ci maddəinin tələbləri nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə Qanunun 29.2-ci madəsinin ləğvini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, bu dəyişiklik sadəcə hesablanma qaydasındandır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qurbanova apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı isə onunla razılaşmamış, pensiya kapitalına uyğun əmək pensiyasının yenidən hesablanıb artırılmasının qanunauyğun olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddaları tətbiq olunur. MPM-in 230-cu maddəsinin tələbində isə göstərilir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilən hallardan görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra 2006-2017-ci illərdə işləmiş pensiya kapitalı toplamış, fərdi hesabının sığorta hissəsində toplanmış həmin pensiya kapitalı nəzərə alınmaqla cavabdehə müraciət etsə də sonuncu xx.xx.2021-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə ona imtina cavabı verdikdən sonra, həmin imtinadan narazı qalan iddiaçının müvafiq iddia tələbi məhkəmənin qərarı ilə Əmək pensiyaları haqqında Qanunun 9.6 və 37.3.1-ci və Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plunmunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 fevral 2022-ci il tarixli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.5ci bəndinə istinadən hesab etmişdir ki, iddiaçının xx.xx.2002-xx.xx.2017-ci illərdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Ümumiyyətlə, məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları qanunvericiliyi ilə şəxsin istər vəzifə maaşında yüksəlişinə görə, istər indeksasiya, istərsə də fərdi hesabının sığorta hissəsində toplamış pensiya kapitalı ilə əlaqədar əmək pensiyası yenidən hesablanması – ona ödənilən pensiyanın müvafiq qaydada artırılmasını ehtiva edir. Ən azından, “Əmək pensiyaları haqqında” Qanunun aşağıda qeyd olunan maddələrinin mənası bunu deməyə əsas verir: 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. 6.3. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. 9.6-cı maddəsinin redaksiyasına əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesblana bilər. 37.3.1-ci maddəsinin redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin – Əmək pensiyaları haqqında Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda, və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavərin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablandığını mübahisələndirən dəlilləri tamamilə yanlış, əhəmiyyətsiz və hüquqa ziddir. MPM-in 230.3-cü maddəsinə istinadən, qərarın artıq icra olunduğuna istinadən, qərara izah verilməsinin əsassız olduğunu mübahisələndirən dəlillərinə gəldikdə isə, məhkəmənin qərarının qanunvericiliyə zidd icrası həmin qərarın icra olunması anlamını verə bilməz. Əksinə, məhkəmə qərarının icra olunmamasıdır ki, bu da Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyayası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5122/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə də, qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5122/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.