Məhkəmə qərarları › İş №2-1(103)-3908/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3908/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3908/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına “iş yerində bədbəxt hadisə ilə bağlı işçiyə əmək qabiliyyətinin itirilməsinə görə ödənilən müavinət məbləğinin iddiaçının gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X18 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X10 və X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “iş yerində bədbəxt hadisə ilə bağlı işçiyə əmək qabiliyyətinin itirilməsinə görə ödənilən müavinət məbləğinin iddiaçının gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7520/2024 saylı 29 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən X3 xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsi bağlamış işçi – X5 əməkdaşı ƏMQ və QŞİA üzrə gecə növbə supervayzeri vəzifəsində çalışırdı. X5 09 dekabr 2022-ci il tarixində saat 08:00-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanında yerləşən “Bakı Ağırlaşdırıcılar” zavoduna işə gəlmişdir. Soyunub - geyinmə otağında iş paltarlarını geyindikdən sonra sahə rəisi X23 işçilərə, o cümlədən T.Məmmədquliyevə görəcəyi işlərlə bağlı tapşırıqlar vermişdir. Həmin günü görüləcək işlərin xüsusiyyətlərinə uyğun olaraq sahə rəisi N.Qarayev əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat keçdikdən sonra işçilər imzaları ilə həmin təlimatın keçirildiyini təsdiq etmişlər. Tapşırığa əsasən T.Məmmədquliyev, mexanik X9 və "xxxx" MMC-nin avtokran operatoru X15 üstü açıq konteynerin içinə müxtəlif avadanlıqların yüklənməsi işlərini yerinə yetirməliydilər. T.Məmmədquliyev və Z.Nərimanov izahatlarında saat 08:00-dan 13:30-dək avtokran operatoru N.Hacıyevlə birlikdə işlədiklərini və həmin dövr ərzində sahə rəisi N.Qarayevin 3-4 dəfə konteynerin yaxınlığına gələrək görülən işlərə nəzarət etdiyini bildirmişlər. Həmçinin sahə rəisi N.Qarayev izahatında həmin gün tez-tez T.Məmmədquliyevin və Z.Nərimanovun işlədiyi konteynerin yanına gələrək görülən işlərə nəzarət etdiyini, habelə konteynerin içində şaquli vəziyyətdə göydən yük asılan zaman işçilərin konteynerin içərisində olmadığını qeyd etmişdir. Konteynerin giriş-çıxışı bir cüt qapıdan ibarət olmuş və yükləmə işləri aparılan zaman avtokran operatoru N.Hacıyev konteynerin içini görə bilmədiyindən yükün yerləşdirilməsi konteynerin giriş-çıxış qapısından çöldə dayanmış Z.Nərimanovdan aldığı əl hərəkətləri ilə işarələrə əsasən icra edirmiş. T.Məmmədquliyev isə dəmir çərçivə konteynerə avtokran vasitəsi ilə endirildikdən sonra təxminən konteynerin döşəməsindən 15-20 sm yuxarıda şaquli vəziyyətdə göydə asılmış olan vaxt həmin yükün konteynerin mərkəzinə yerləşdirilməsi işlərini icra edirmiş. Qaydalara əsasən, yüklənmiş konteyner daşınan zaman dəmir yükün konteynerin içində stabil qalması üçün həmin dəmir yükün əvvəlcədən altına taxta döşənməlidir. Bu formada 1-ci yükləmə işi tamamlanmış və saat 13:30 radələrində növbəti yüklənmə işi konteynerin içində aparılan zaman T.Məmmədquliyev dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə T.Məmmədquliyevin sağ əlini və sol ayağını zədələmişdir. Hadisəni görən iş yoldaşı Z.Nərimanov dərhal avtokran operatoru N.Hacıyevə “dayan” işarəsi vermiş və dəmir çərçivə konteynerin döşəməsinə endirildikdən sonra o, T.Məmmədquliyevə yaxınlaşmışdır. T.Məmmədquliyev sağ əlində və sol ayağında ağrılar olduğunu iş yoldaşına bildirmişdir. Daha sonra iş yoldaşının köməyi ilə T.Məmmədquliyev təhlükəsiz əraziyə aparılmış və həmin yerə gəlmiş sahə rəisi N.Qarayev dərhal ona ilkin tibbi yardım göstərmiş və T.Məmmədquliyevi iddiaçıya məxsus nəqliyyat vasitəsi ilə “Yasamal Hospital” xəstəxanasına aparmışdır. Orada T.Məmmədquliyev müvafiq tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılmışdır. “Yasamal Hospital” xəstəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda T.Məmmədquliyev “Sağ bilək çıxığı, sol ayaq pəncəsi sınıqlı çıxığı və kompartman sindromu” diaqnozilə xəsarət aldığı qeyd edilmişdir. X20 Xidmətinin əmri əsasında yaradılmış Təhqiqat Komissiyasının tərtib etdiyi təhqiqat aktının 4-cü bəndində bədbəxt hadisənin səbəbləri qeyd edilmişdir. Təhqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsinə səbəb məhz zərərçəkən şəxsin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, əmək müqaviləsinin 3.1.20-ci bəndinin ( iş prosesində texniki təhlükəsizliyə cavabdehlik daşımaq) və 3.1.14-cü bəndinin (KSƏTƏM (keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) bütün norma və qaydalara riayət edir və personalın da buna riayət etməsinə Ərizəni imzalayan şəxs haqqında məlumat: nəzarət edir) üzrə vəzifə təlimatlarına riayət edilməməsi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməkdaşı, ƏMQ və QŞİA üzrə gecə növbə supervayzerində çalışan X1 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı qanunvericiliklə tələb edilən müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 3-17-1/2-26722/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli məktubla müavinəti ödəməkdən imtina etmişdir. “Sosial Sığorta haqqında” Qanunun 4-cü maddəsinə əsasən: “əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən edilmiş dövr üçün)” sosial sığorta hadisəsi hesab edilir. Qanunun 6-cı maddəsinin tələblərinə əsasən sosial sığorta hadisəsi baş verdikdə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)” ödənilir. Qanunun 16-cı maddəsinin tələblərinə əsasən: “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən: “Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir”. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən “İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamə”nin 107-ci maddəsinin tələblərinə əsasən: “Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.” Cavabdeh müavinəti verməkdən imtina etməsini X20 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən tərtib edilən Təhqiqat aktına və həmin akt əsasında yazılmış İZ aktına, eləcə də X20 Xidmətinin 29 yanvar 2024-cü il tarixli məktubuna istinad edərək hadisənin iddiaçının (işəgötürənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirildiyini və bu səbəbdən müavinəti ödəməkdən imtina etməsi tamamilə qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndində “İşəgötürən”in anlayışı verilmişdir. Həmin maddənin tələblərinə əsasən “İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir”. Hazırki işdə işəgötürən "xxxx" MMC-nin Baş direktoru işəgötürəndir. Nə Təhqiqat aktında, nə də İZ aktında "xxxx" MMC-nin Baş direktoru bədbəxt hadisənin baş verməsində təqsiri sübut edilməmiş və belə bir təqsirin olması ümumiyyətlə qeyd edilməmişdir. Hadisənin baş verməsinin əsas səbəbi məhz zərərçəkənin və onun iş yoldaşlarının əmək müqaviləsinin və vəzifə təlmatlarının tələblərini yerinə yetirməməsidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7520/2024 saylı 29 avqust 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın 16-cı bəndində göstərmişdir ki, “Həmçinin, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Qeyd olunan qanunvericilik normalarında gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi barədə müddəalar nəzərdə tutulmamışdır”. Birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi də anlaşılmazdır. Belə ki, iddianın mahiyyəti sosial sığorta ödənişi olan müavinətin cavabdeh tərəfindən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən iddiaçının əməkdaşı Teymur Məmmədquliyevə müavinət ödənilməməsi səbəbi ilə iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, T.Məmmədquliyevin maddi sıxıntı içərisində qoymamaq üçün ödənilməli olan müavinət məbləğini T.Məmmədquliyevə ödəmiş, daha sonra ödənilmiş məbləği cavabdehdən tələb etmişdir. T.Məmmədquliyevə ödənilmiş məbləğin cavabdehdən tələb edilməsi iddianın mümkünsüzlüyünə səbəb olmadığı kimi, həmin məbləğ həcmində iddiaçının gələcəkdə cavabdehə ödənişlərdə nəzərə alınması da iddianı mümkünsüz hesab edilməsinə əsas ola bilməz. İstinad edilən qanunun maddələrində əks olunan tələblərdən də göründüyü kimi, sosial sığorta haqqını ödəmək iddiaçının, sosial ödəniş olan əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün müavinətin ödənilməsi də cavabdehin vəzifəsidir. Beləliklə, cavabdehin əvəzinə iddiaçı tərəfindən sosial müavinət ödənişi həyata keçirildiyi üçün iddiaçı həmin məbləği cavabdehdən reqress qaydada tələb edə bilər. Cavabdeh tərəfindən müavinət məbləğinin geri qaytarılması və ya müavinət məbləği həcmində sığorta haqqının əvəzləşdirilməsi isə ödənilmiş müavinət məbləğinin reqress qaydada geri tələb edilməsinin üsuludur. İnzibati məhkəmə ən pis halda iddiaçıya iddiada dəqiqləşdirmə verməsini tələb etməli idi. Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, 7520/2024 nömrəli iş üzrə iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olubolmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindən görünür ki, onun tələbi gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlıdır. Lakin hal-hazırda məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Buna görə də cavabdeh iddiaçının hal-hazırkı tələbinə cavab verməli deyil. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci Fəslinin 3-cü paraqrafına əsasən, qarşılıqlı tələblərin əvəzləşdirilməsi öhdəliyə xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Belə ki, halhazırda iddiaçının iddia tələbinin əsasını məhz tələblərin əvəzləşdirilməsi təşkil edir. Məcəllənin 545.0.6-cı maddəsinə əsasən əgər tələb, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Göründüyü kimi, hal-hazırkı iddia tələbi ilə bağlı olaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən gələcəkdə ödənilməsi nəzərdə tutulan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının ödədiyi müavinət məbləği ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının iddia tələbi həmçinin ona görə mümkün sayılmamalıdır ki, Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 29 aprel 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olubolmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindən görünür ki, onun tələbi gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlıdır. Lakin hal-hazırda məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Buna görə də cavabdeh iddiaçının hal-hazırkı tələbinə cavab verməli deyil. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci Fəslinin 3-cü paraqrafına əsasən, qarşılıqlı tələblərin əvəzləşdirilməsi öhdəliyə xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Belə ki, halhazırda iddiaçının iddia tələbinin əsasını məhz tələblərin əvəzləşdirilməsi təşkil edir. Məcəllənin 545.0.6-cı maddəsinə əsasən əgər tələb, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Göründüyü kimi, hal-hazırkı iddia tələbi ilə bağlı olaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən gələcəkdə ödənilməsi nəzərdə tutulan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının ödədiyi müavinət məbləği ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının iddia tələbi həmçinin ona görə mümkün sayılmamalıdır ki, Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 29 aprel 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqınıödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. İnzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallardır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1 -ci maddəsi) əməl olunmalıdır. Beləliklə, aydın olur ki, hal-hazırkı iş üzrə İddiaçı ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Hal-hazırkı baxılan inzibati iş üzrə cavabdah inzibati orqanın bununla bağlı səlahiyyəti yoxdur. Həmçinin qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Cavabdehin nümayəndələri X21 və X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərardadının elan edilməsi Azərbaycan Respublikası İPMnin 75.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı AZƏRİ M- İ DRİLLİNG FLUİDS” MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı tələbi “iddiaçı tərəfindən X3 xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edildiyindən hazırda iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibətlərindən əmələ gələn hər hansı mübahisənin mövcud olmadığına və qanunvericilik normalarında gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi barədə müddəaların nəzərdə tutulmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, iddiaçının həmin iddianı qaldırmaqda hüquqi marağı mövcud olmalı, iddia hüquq və azadlıqların pozuntusuna dair sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş, xx.xx.2024-cü il tarixdə 3-17-1/1-4644/2024 nömrə ilə qeydiyyata alınmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı xx.xx.2024-cü il tarixli 105/1 nömrəli müraciətinə yenidən baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş sığortaolunan X4 (SSN: **********292) aid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cı il tarixədək olan dövrləri əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri qanunvericiliyə uyğun emal edilərək əsaslı səbəb göstərilməklə geri qaytarılmışdır. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4-cü və 6-cı maddələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığoıta hadisəsi hesab olunur və sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir. Qanunun 16-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 107-ci hissəsinə əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Məcəllənin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Müavinət sənədlərinə baxış keçirilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verdiyi və həmin bədbəxt hadisənin istehsalatla əlaqəli olduğu aşkar olunmuşdur. Növbəti haqqhesab cədvəlinə tərəfinizdən əlavə edilmiş Nazirlik yanında X20 Xidmətinin (bundan sonra - Xidmət) təhqiqat aktında baş vermiş hadisədə "xxxx" MMC-nin supervayzeri X1 ehtiyatsızlığı ilə yanaşı həmin MMC-nin sahə rəisi X17 və mexaniki X6 cavabdehliyi müəyyən olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaolunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsi məqsədilə Fond tərəfindən Xidmətə xx.xx.2023-cü il tarixdə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli cavab məktubunda Xidmət tərəfindən sözügedən hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığortaolunana əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi bütün dövr üçün hesablanmış müavinət məbləği sığortaedənin vəsaiti hesabına ödənilməlidir. Hazırda iddiaçının tələbi “iddiaçı tərəfindən X3 xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsi” barədədir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir; 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir; 6-cı bəndinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir; 107-ci bəndinə əsasən protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş X20 Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli xidməti məktubunun məzmunundan görünür ki, Sığortaolunan X1 (SSN **********292) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. (Müraciətdə T. Məmmədquliyev sığortaedən “Azəri M-l Drilling Fluids" MMC (VÖE.N. **********: SUN. **********1) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş aşağıdakı cədvələ uyğun olaraq qeyd olunan əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinin Filial tərəfindən ödənilməmə səbəbinin rəsmi şəkildə təqdim edilməsini xahiş etmiş və Əmək qabiliyyəti olmaması vərəqəsinin seriya və nömrəsi Əmək qabiliyyəti olmaması vərəqəsinin aid edildiyi dövrün başlama və bitmə tarixi SN 00***-******* xx.xx.2022-xx.xx.2023, SN 00008 -0276268 xx.xx.2023-xx.xx.2023, SN 00***-******* xx.xx.2023-xx.xx.2023. Təhqiqat aktındakı məlumatlara əsasən Komissiya tərəfindən bədbəxt hadisənin təhqiqatının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparıldığı məlum olmuşdur. Müvafiq Təhqiqat aktında bədbəxt hadisənin sığortaolunan T.Məmmədquliyevin "xxxx" MMC-nin Qaradağ rayonu, Lökbatan qəsəbəsi 'Ağırlaşdırıcılar zavodunun” ərazisində Lökbatan bazası, QMA emalatxanasının önündə yerləşən, dəmir yolunun yanındakı TİE və QM avadanlıqlarının saxlandığı ərazidə üstu açıq konteynerin içində işləyərkən konteynerin döşəməsindən təxminən 15-20 sm yuxarıda şaquli vəziyyətdə göydə asılmış dəmir çərçivəni (yüklü) konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin yükün yırğalanaraq künc hissəsi ilə onun sağ əlinə və sol ayağına dəyməsi nəticəsində baş verdiyi qeyd edilmişdir. Komissiyanın təhqiqat aktının "əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” bölməsinə əsasən "Azəri M-l Drilling Fluids” MMC-nin supervayzeri X2 ehtiyatsızlığı, həmin MMC-nin sahə rəisi X17 və mexaniki X6 cavabdehliyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: - əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; - binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini və s. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən işəgötürən işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olmasına baxmayaraq iddiaçı tərəfindən qanunun tələblərinə əməl edilmədiyi müəyyən olunmuş və nəticədə işçinin əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Hazırki vəziyyətdə iddiaçı həmin bədbəxt hadisənin baş verməsi nəticəsində işçisinə 14 gündən artıq ödədiyi müavinətin müəssisənin gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsini tələb edir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, qanunun tələbinə görə, iddiaçı şirkət işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olmuşdur, iş yerində işçilərin əməyin mühafizəsi normalarını və qaydalarını düzgün yerinə yetirməməsi işəgötürənin məsuliyyət sferasına aid edilir. Belə olan halda iddiaçı şirkət iş yerində baş vermiş bədbəxt hadisə ilə bağlı işçiyə 14 gündən artıq ödədiyi müavinətin onun deyil, cavabdeh qurum tərəfindən ödənilməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçı işçiyə 14 gündən artıq müddət üçün müvafiq müavinətin tərəfindən ödənildiyinə istinad edərək həmin müavinət məbləğlərinin ona qaytarılmasını deyil, gələcəkdə müəssisə tərəfindən ödəniləcək ödənişlərlə əvəzləşdirilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, iddiaçının istinad etdiyi hal- müəssisənin işçiyə 14 gündən artıq müddət üçün müavinətin ödənilməsi ilə bağlı cavabdeh qurumun hər hansı tapşırıq verməsi və həmin pul vəsaiti iddiaçı trəəfindən ödəniləcəyi təqdirdə onun qaytarılacağına vəd verməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, belə sübut iş materiallarında mövcud olsaydı belə, iddiaçı ödədiyi müavinətin ona qaytarılmasında yalnız tələbi əsaslı olacağı təqdirdə haqlı olardı. Hazırki vəziyyətdə isə bu kimi halların mövcudluğu təsdiqini tapmır. Bundan başqa, iddiaçının işçisinə 14 gündən artıq müddət üçün ödədiyi müavinətin onun gələcəkdə ödəyəcəyi ödənişlərlə əvəzləşdirilməsi barədə tələbi həm qeyri-müəyyən, həm də gələcəkdə bu barədə məhkəmə qərarının icrasız qalıb, kağız parçasına çevirə bilər. Nəzərə alınmalıdır ki, iddiaçının müəssisə olaraq hansı müddətə fəaliyyət göstərəcyi və cavabdeh quruma adı çəkilən ödənişləri ödəyəcəyi bəlli deyildir. Bununla bağlı məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçı hazırki işdə subyektiv hüququnun mövcudluğunu, hüquqlarının məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində pozulduğunu sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7520/2024 saylı 29 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7520/2024 saylı 29 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar