Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3909/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 nömrəli, xx.xx.2007-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, həmin iclasda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin payçısı olması təsdiq edilmişdir .
2. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş arayışdan görünür ki, mənzilin pay dəyəri iddiaçı tərəfindən ödənilmişdir.
3. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-35/2- 2901/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kv.m sahəsi olan 81 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 25 may 2007-ci ildə ŞAKİR MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kvm sahəsi olan 81 saylı mənzili almışdır. Bununla bağlı maliyyə arayışını və Şakir MTK-nin üzvlərinin ümumi iclasının qərarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (hətta ASAN Xidmətdə fəaliyyyət göstərən filiallarına) təqdim etsə də, onlar sənədi qəbul etməkdən imtina etmişlər. Əsas onu gətirmişlər ki, həmin binanın istismara icazə sənədi olmalıdır. Hazırkı iddia ərizəsinə 6 ədəd həmin binada yaşayan qonşuların çıxarışlarını əlavə edir. Həmin çıxarışlardan görünür ki, eyni binada yaşadığı qonşular çıxarış alıb, hüquqları dövlət qeydiyyatına alındığı halda iddiaçının hüquqları dövlət qeydiyyatına alınmır. Həmin binada yalnız çıxarış alanlara aid hissədə binanın istismarına icazə verilir, digər hissədə yox. Halbuki, iddiaçının da mənzili eyni binanın tərkib hissəsi olduğu üçün ona da çıxarış verilməli idi. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, ona 08 iyun 2023-cü il tarixdə çatan, cavabdehin 01 iyun 2023-cü il tarixli, 3-21-3-02/2-Ə-0902/04-8/2023 saylı məktubu ilə iddiaçının mülkiyyət hüququ o əsasla qeydiyyata alınmamışdır ki, iddiaçı binanın istismara icazə verilməsi sənədini təqdim etməmişdir. Halbuki, həmin sənəd birincisi iddiaçıda yoxdur, ikincisi həmin sənədi iddiaçı deyil, MTK və ya istismara icazə verən qurum təqdim etməlidir, üçüncüsü eyni binada olan qonşularına çıxarış verildiyi halda ona nə üçün çıxarış verilməməsini cavabdeh izah etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mübahisəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən istinad olunan bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin iş üzrə tətbiqi yolveriməzdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması nəticəsində əldə olunmuş sənədlərə əsasən, müəyyən edilmişdir ki, iddiaçı digər mənzillərə münasibətdə qeydiyyatın aparılması üçün əsas olmuş hüquqi əsaslara bərabər sənədlərə malik deyildir, bu isə digər şəxslərə münasibətdə fərqli hüquqi vəziyyətdə olan iddiaçıya münasibətdə bərabərlik və inzibatibati orqanların inzibati praktikasına fiziki şəxslərin etimadının qanunla qorunması prinsipinin tətbiqini istisna etməkdədir. Eyni zamandam məhkəmə əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin mövcud olmadığı da məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması ilə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə əsas verən hüquqmüəyyənedici sənədlər və hüquqi əsaslar aşkar edilməmişdir. İşin qeyd olunan faktiki hallarına qanunvericilik normalarının tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Buna görə də, hesab edirik ki, cavabdehin imtinası qanunsuz və əsassız omaqla, yanaşı həm də ədalətsizdir. Qeyd edtmək lazımdır ki, iddiaçı digər sakinlərlə orada uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etdiyini bildirmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;.
15. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu:
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.2 İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1 Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
21. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. İşin apellyasiya araşdırması zamanı cavabdehə müvafiq sorğu göndərilmişdir. 23.Sorğuya cavab məktubunda Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən qeyd olunan ünvanda 2 ədəd çoxmənzilli yaşayış binasının mövcud olduğunu bildirmiş və həmin binaların tərkibində dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış sahələrinə dair məlumatları cədvəl formasında və bir neçə əmlaka dair arxiv sənədlərini təqdim etmişdir. İş materiallarında göstərilən siyahıya əsasən həmin binaların birində 23 nəfər, digərində isə 8 nəfərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyatı həyata keçirilmişdir.
24. İş materialında olan MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10, mənzil 6 X7 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2-1627/2005 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsi, xx.xx.2005-ci il tarixli qərardadı və xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında aparılmışdır. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 10, mənzil 60 X1 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2- 1138/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi və xx.xx.2006-cı il tarixli qərardadı əsasında aparılmışdır. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10, mənzil 32 X2 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2-1076/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında aparılmışdır. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 111 X4 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2- 310/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında aparılmışdır. Yəni iddiaçının iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi inzibati orqanın təcrübəsinə və etimad hüququna münasibətdə nəzərə alınmalıdır ki, qeyd olunan çıxarışlar mülki işlər üzrə məhkəmə qətnamələri əsasında tərtib edilmiş, inzibati orqanın inzibati icraat çərçivəsində həyata keçirdiyi inzibati praktika mövcud olmamışdır. Həmçinin qeyd olunan mənzillərin hər birinə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən orderlərin tərtib edildiyi aşkar edilmişdir.
25. Həmçinin, "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 nömrəli, xx.xx.2007-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, həmin iclasda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş arayışdan görünür ki, mənzilin pay dəyəri iddiaçı tərəfindən ödənilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin faktiki halları üzrə isə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında yerləşən yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”si olmadığı halda, inzibati orqanın həmin bina üzrə digər mənzillərə çıxarış verilməsi ilə əhatə olunan hərəkətlərinə vətəndaşın etimad hüququnun qorunması məhkəmə kollegiyası tərəfindən müdafiə edilə bilməz .
27. İddiaçının mənzilin payçısı olmasını təsdiq edın protokol və ödəniş barədə arayış qanunlamüəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, hər hansı başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmin protokol və arayış hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində iddiaçının etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etdirmişdir.
28. Hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin təmin olunmalıdır.
29. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 saylı qərarda qeyd edilmişdir ki, inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə inzibati orqan tərəfindən aparılmış inzibati icraat yuxarıda qeyd olunan normaların və prinsiplərin tələblərinə uyğun olmayaraq aparılmış, natamam icraatın nəticəsində iddiaçıya imtina məktubu verilmişdir və nəticədə İPM-nin 12.1-ci maddəsi baxımından işin halları ətraflı araşdırılmalıdır. İşə baxan aşağı instansiya məhkəməsi tərəfindən İPM-nin 12.1-ci maddəsinin tələbinə əsasən araşdırma aparılsa da, bu araşdırma iş üzrə yekun nəticəyə gələ bilmək üçün kifayət deyildir.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalı və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kv.m sahəsi olan 81 saylı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kv.m sahəsi olan 81 saylı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.