Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3909/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3030/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Təqaüd təyinatının mümkün olmaması haqqında xx.xx.2023-cü tarixli, 3-17-1/1-2-307943/2023 saylı qərarın, Sosial Ödənişlərin təyinatı üzrə X23 ödəmə üzrə xx.xx.2024-cü il tarixli, 15781 saylı qərarın, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 15781/**********5 saylı qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən Sosial Ödənişlərin Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş təqaüdün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X7 ilə 22 fevral 1985-ci ildə 9 nömrə ilə rəsmi nikahı qeydə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin baş Klinik Hospitalının arayışından görünür ki, N nömrəli hərbi hissənin leytenantı X11 xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunmuşdur. N saylı Hərbi Hissə komandirinin 120 nömrəli Əmrindən görünür ki, X8 taqım komandiri kimi xidməti vəzifələrini yerinə yetirərəkən həlak olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 006298 nömrəli vəsiqənin surətindən görünür ki, o şəhid ailəsidir. Ölüm haqqında şəhadətnamədən görünür ki, həyat yoldaşı X8 xx.xx.1995-ci ildə kəllə beyin travması ilə vəfat etmişdir. Azərbaycan Respublikası Hərbi Komisarlığının arayışından görünür ki, Müdafiə Nazirliyinin xətti ilə Şəhid həyat yoldaşı X4 həyat yoldaşı kimi şəhidlər üçün təyin edilmiş pensiya alır. 2023-cü ilin mart ayınadək qanunla müəyyən edilmiş miqdarda Prezident təqaüdü almışdır. Prezident təqaüdünün verilməsi 2023-cü ilin mart ayından dayandırılmışdır. Belə olan halda təqaüdün bərpa edilməsi üçün ƏƏSMN-nə müraciət etmişdir. Cavabdehin 17 aprel 2024-cü il tarxli məktubu ilə Prezident təqaüdünün bərpa edilmsindən imtina edilmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-112-Q734238/23 saylı məktubunda mərhum həyat yoldaşı X2 "şəhid” adının verilmədiyi göstərilmişdir. Ancaq, həmin imtina məktubundan da göründüyü kimi xx.xx.2009-cu ildən ona şəhid ailələrinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verilməsindən imtinası əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3090/2024 saylı qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixədək davam etdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-M-15001/2023 saylı məktubuna əsasən mərhum X8 xx.xx.1995-ci il tarixdə X24 təmir edərkən yaralanmış, xx.xx.1995-ci il tarixdə müalicə olunduğu hərbi hospitalda vajal elmişdir. Belə ki, M.Məhərrəmov döyüş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar vəfat etmədiyindən ona "şahid" statusu verilməmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Q-734238/2023 saylı məktubuna əsasən mərhum leytenant M.Məhərrəmova "şahid", ailəsinə isə "şəhid ailəsi" statusu verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-43-90/2-2182/2024 saylı məktubunda Xidmətin Ağdam rayon şöbəsinin uçot sənədlərində mərhum M.Məhərrəmovun "şəhid" statusu verilmiş hərbi qulluqçu kimi qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2009-ci il tarixdən xx.xx.2023-ci tarixədək şəhid ailəsi üzvləri üçün Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3090/2024 saylı qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)-3030/2025 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2023-cü tarixli, 3-17- 1/1-2-307943/2023 saylı, xx.xx.2024-cü il tarixli, 15781/**********5 saylı və xx.xx.2024-cü il tarixli, 15781 saylı qərarlarının ləğv edilməsi, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2023cü il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-M-15001/2023 saylı məktubuna əsasən mərhum X8 xx.xx.1995-ci il tarixdə X24 təmir edərkən yaralanmış, xx.xx.1995-ci il tarixdə müalicə olunduğu hərbi hospitalda vəfat etmişdir. Belə ki, M.Məhərrəmov döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar vəfat etmədiyindən ona “şəhid” statusu verilməmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Q-734238/2023 saylı məktubuna əsasən mərhum leytenant M.Məhərrəmova “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilmədiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək şəhid ailəsi üzvləri üçün Prezident təqaüdü ödənişi üzrə artıq ödəmə müəyyən olunmuşdur. İddiaçı şəhid ailəsi üçün ödənilən Prezident təqaüdünün ödənişi mərhum M.Məhərrəmovun “şəhid” statusunun olması faktı öz təsdiqini tapmadığı üçün xx.xx.2023cü il tarixindən dayandırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Q-734238/2023 saylı məktubunda mərhum M.Məhərrəmova Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən “şəhid”, ailəsinə “şəhid ailəsi” statusu verilmədiyi bildirilmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 14/6495 saylı məktubunda Şəxsi Heyət Baş Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən mərhum M.Məhərrəmova “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilmədiyi qeyd edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, “cavabdehin istinad etdiyi məktub kimi, eyni qurum tərəfindən verilmiş bir digər məktubda - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7156/24 saylı məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-14/2-6320/24 saylı məktubunda göstərilmişdir ki, mərhum M.Məhərrəmovun şəhid hesab olunmasını təsdiq etmək üçün təqdim edilən dəlil və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, ona şəhid adının verilməsinə əsas olmuş müvafiq sənədlər mötəbər hesab olunmalıdır”. Məhkəmənin yuxarıdakı mövqeyinə münasibətdə bildirilir ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində qeyd edilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7156/24 saylı məktubunda bildirilir ki, mərhumun həlak olmasından 29 il müddət keçməsi həmin hadisənin baş vermə şəraitinin müəyyən edilməsi, habelə iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin əldə edilməsini mümkünsüz edir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv rəisinin xx.xx.2024-cü il tarixli, 3125 saylı məktubuna əsasən xx.xx.1996-cı il tarixli 0422 saylı əmrin verilməsinə əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyindən məhv edildiyi, bu səbəblə də, mərhumun şəhid hesab olunmasını təsdiq etmək üçün təqdim edilən sənədlərin əksi sübut olunmadığından mötəbər hesab edilməli olduğu qeyd edilmişdir. Yəni Arxiv sənədləri mövcud olarkən mərhumun “şəhid” statusunun olmaması, döyüş maşınını təmir edərkən yaralanması və s. barədə kifayət qədər məlumatlar var idi. Sadəcə bugünkü tarixə həmin sənədlər saxlanılma müddəti bitdiyindən məhv edilmiş və buna görə də mərhumun “şəhid” statusunun olmamasını sübut edən sənədlər artıq təqdim edilə bilinmədiyi üçün Müdafiə Nazirliyi təqdim edilmiş digər sənədlərin mötəbər hesab edilməli olduğunu qeyd etmişdir. Lakin məhkəmə xx.xx.2024-cü il tarixli məktub təqdim edilən tarixədək mərhumun “şəhid” statusunun olmaması ilə bağlı verilmiş digər mötəbər sənədlərə münasibət bildirməmiş, sadəcə sənədlər məhv edildikdən sonra verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən iddianı təmin etmiş, beləliklə də, qanunun tələblərini pozaraq işin tam, hərtərəfli və obyektiv araşdırmamışdır. xx.xx.2024-cü il tarixli cavab məktubu verilən tarixədək eyni qurum tərəfindən mərhumun “şəhid” statusunun olmaması ilə bağlı Mərkəzi Filiala və məhkəməyə bir çox məktub ünvanlanmışdır. Yəni Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixinə iddiaçı ilə bağlı sənədləri məhv etmiş olsa da, həmin sənədlərin məhv edildiyi tarixədək, yəni onların hələ də mövcud olduqları tarixlərdə verilmiş sorğulara cavablarda birmənalı olaraq mərhumun “şəhid” statusunun olmadığı bildirilirdi. Göründüyü kimi, Müdafiə Nazirliyinin “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə istinad etməsinin səbəbi sadəcə olaraq həmin sənədlərin arxivdə saxlanılma müddətinin başa çatması və həmin tarixdə artıq məhv edilməsi ilə əlaqədar olaraq digər sənədlərin mötəbər hesab olunmalı olduğu ilə bağlı qanunvericiliyin tələblərini nəzərə çatdırmasıdır. Ölüm hadisəsinin baş verməsindən 29 ildən artıq müddət keçdiyindən sənədlərin məhv edilməsi, həmin hadisənin baş vermə şəraitinin müəyyən edilməsinin mümkünsüzlüyü təbii haldır. Bir daha aydın olur ki, xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7156/24 saylı məktubda da nəzərə çatdırılan məqam bundan ibarətdir. Lakin bu fakt özlüyündə mərhumun “şəhid” statusunun olmasını təsdiq etmir. Halbuki, mərhumun “şəhid” statusunun olmaması ilə bağlı kifayət qədər sübutlar mövcuddur. Məhkəmə Müdafiə Nazirliyinin yuxarıda adıçəkilən arayışına istinad edib şəxsin “şəhid” statusunun olduğu qənaətinə gəlir, bu zaman məhkəmə həmin məktubdan öncə eyni qurum tərəfindən şəxsin “şəhid” statusunun olmaması barədə verilmiş digər sənədləri də nəzərə almalı idi. Belə ki, şəxsin “şəhid” statusunun olmadığına dair verilmiş məktublar arxiv sənədlərinin saxlanıldığı dövrdə verilmiş, lakin məhkəmə həmin mötəbər sübutlara yox, sənədlərin arxivdə saxlanılmaması və artıq məhv edilməsi barədə məktuba əsaslanmışdır. Digər tərəfdən mərhum M.Məhərrəmov Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar vəfat etməmişdir. Belə ki, iş materiallarından məlum olur ki, mərhum X24 təmir edərkən yaralanmışdır. Qeyd olunan fakt mərhumun xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Bildirilir ki, iddiaçı ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 892 saylı arayışa istinad edərək qeyd edir ki, sözügedən arayışa əsasən mərhum “şəhid”, ailəsi isə “şəhid ailəsi” hesab edilir. Lakin Xidmətin xx.xx.2024-cü il tarixli, 3-43-90/2-2182/2024-cü il saylı məktubunda XidmətinAğdamrayon şöbəsinin uçot sənədlərində mərhum M.Məhərrəmovun “şəhid” statusu verilmiş hərbi qulluqçu kimi qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Göründüyü kimi Xidmətin xx.xx.2024-cü il tarixli, 3-43-90/2-2182/2024-cü il saylı məktubu ilə müəyyən olunur ki, yuxarı inzibati orqan (Xidmət) tərəfindən onun tabeliyində olan Ağdam rayon şöbəsinin əvvəl verdiyi xx.xx.2021-ci il tarixli 892 saylı arayış təkzib edilir. Yəni arayışın hüquqi qüvvəsinin olması onu vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən inkar edilmişdir. Məhkəmə qərarında qeyd edilən digər bir hal bundan ibarətdir ki, “iddiaçıya sonuncu dəfə SXA-nın xx.xx.2021-ci il tarixində şəhid ailəsi üzvü vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 892 saylı Arayışına əsasən verilmiş, iddiaçı şəhid ailəsi üzvü kimi qəbul olunmuş, ona bu barədə səlahiyyətli qurum - Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü statusunu təsdiq edən vəsiqə verilmiş, həmin şəhid ailəsi üzvü olması barədə inzibati akt ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmişdir. İddiaçı şəhid ailəsi üzvü vəsiqəsindən irəli gələn bir sıra təminatlarla, o cümlədən 2009-cu ildən prezident təqaüdü ilə təmin edilmiş, qeyd edilən müddət çəçivəsində iddiaçının şəhid ailəsi üzvü olması mübahisələndirilməmiş, cavabdeh orqan ona vəsiqə əsasında təqaüd ödəməkdə davam etmiş və yalnız 2023-cü ildə Müdafiə Nazirliyinə sorğu verərək şəxsin şəhid olmaması faktına istinad edərək iddiaçının təqaüdün dayandırmış və artıq ödənilmiş təqaüd məbləği hesablamışdır”. İddiaçıya “şəhid ailəsi” vəsiqəsi verilməsinə əsas olmuş sənəd iddiaçının təqdim etdiyi Xidmətin Ağdam rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 892 saylı arayış olmuşdur. İddiaçıya 2021-ci il tarixində SXA tərəfindən “şəhid ailəsi” vəsiqəsi verildikdən 2 il sonra, yəni 2023-cü il tarixində Müdafiə Nazirliyinin məktubuna əsasən mərhum M.Məhərrəmovun “şəhid”, ailəsinin isə “şəhid ailəsi” statusu olmadığı aşkar edilmişdir. Yəni iddiaçıya digər qurum tərəfindən “şəhid ailəsi” vəsiqəsi verilən zaman təqaüdün dayandırılmasına səbəb olan hallar Mərkəzi Filiala məlum deyildi. Eyni zamanda məhkəmə iddiaçının “şəhid ailəsi üzvü” vəsiqəsindən irəli gələn bir sıra təminatlarla, o cümlədən 2009-cu ildən prezident təqaüdü ilə təmin edildiyinə istinad etmişdir. Lakin iş materiallarından da aydın olur ki, iddiaçıya təqaüd təyin edildikdən 12 il sonra, yəni xx.xx.2021-ci il tarixində “şəhid ailəsi” vəsiqəsi verilmişdir. Yəni, iddiaçı həmin vəsiqəni alana qədər artıq şəhid ailəsi üzvünün təminatlarından istifadə edir, təqaüd ödənişini alırdı. Göründüyü kimi iddiaçıya təqaüd təyin edilməsinin səbəbi “şəhid ailəsi üzvü” vəsiqəsi olmamışdır. Eyni qurum tərəfindən daha sonra təqdim edilmiş məktublarda mərhumun “şəhid”, ailəsinin isə “şəhid ailəsi” hesab edilmədiyi bildirilmişdir. İş materiallarından, müvafiq qurumlardan daxil olmuş məktublardan da göründüyü kimi mərhumun “şəhid” statusunun olmaması ilə bağlı kifayət qədər sübutlar mövcud olmasına baxmayaraq məhkəmə həmin sübutları nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq məhkəməyə bildirdi ki, iddiaçı statusdan doğan ödənişləri 2009-cu ildən 2023-cü ilə qədər alıb. 2009-cu ildən ödənilmə Hərbi Komissarlığın sənədi əsasında olub. ... Həmin sənəddə şəxsin Müdafiə Nazirliyinin xəttilə pensiya aldığı və ərinin vəzifələrini yerinə yetirərkən həlak olduğu yazılıb. 2023-cü ildə seçmə üsulu ilə pensiya və təqaüd işləri monitorinq araşdırması zamanı müəyyən olunmuşdur. ... Əslində qanunda birbaşa göstərilib ki, Müdafiə Nazirliyinin və Səfərbərliyin arayışlarına əsasən təyinat aparılır. Lakin şəhid statusunu verən qurum onlar deyil, şəhid statusunu Müdafiə Nazirliyi və Səfərbərlik şəhid statusunun olduğunu deyirsə, inzibati orqan ona uyğun digər sənədlərlə bərabər təqaüd təyin edib. Lakin şəhid statusu hal-hazırda olmadığından şəhid ailəsi təqaüdü necə verilə bilər. ... Ümumi araşdırma zamanı, sorğuya cavab olaraq müəyyən olunmuşdur. Ümumiyyətlə, şəhid statusu döyüş tapşırığını yerinə yetirən zaman həlak olan şəxslərə verilir. Lakin mərhum döyüş maşınını təmir edərkən vəfat etmişdir. ... Ən son Müdafiə Nazirliyinin cavabında qeyd olunmuşdur ki, 29 il ötüb və mötəbər hesab olunub. Ən son verilən cavab 2024-2025-ci illərdə verilən cavablardır. Yəni ondan əvvəlki cavablarda şəhid statusunun olmadığı qeyd edilib. Belə hesab edirəm ki, həmin sənədlər mövcud olduğu vaxt o sorğuya cavab veriblər ki, şəhid statusu yoxdur. 2025-ci il də ona görə ki, müddət bitdiyinə görə məhv olunub. Məhkəmə iclasında iştirak edən oddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti vaxtilə Müdafiə Nazirliyinin tabeçiliyində olub. 2012-ci ildə Azərbaycan Respublikası Baş Hərbi Komissarlığı ləğv edilmiş, yerində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yaradılanda ayrıca struktur qurum oldu və Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarıldı. Bütün arxiv sənədləri, hansı ki bu vaxt şəhid Məhərrəmovun və digərlərinin Hərbi Komissarlıq vasitəsilə Səfərbərliyə cəlb edildiyi dövrdə verdiyi şəxslərin adları siyahıdan çıxarıldı. O vaxt Əmək və Əhalini Sosial Müdaifəsi Nazirliyi bu məlumatları bildiyi halda qərəzli 3000 şəhid statusu ilə bağlı imtiyazları ləğv etdi. Müdafiə Nazirliyində bildirlər ki, X6 onların siyahısında yoxdur. Səbəb ondan ibarətdir ki, 2012-ci ilə qədərki arxiv məlumatları ancaq Hərbi Komissarlıqlarda saxlanılırdı və orada olan arxiv məlumatları Müdafiə Nazirliyinə təqdim edilmədiyi üçün şəxsə şəhid statusunu verilmir. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi də şəhid statusunun olmadığını iddia edərək imtiyazları ləğv edir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi şəhid statusu ilə bağlı siyahı istəyirdilər. Nə vadar etmişdir ki, bununla bağlı siyahı da istəyirlər. 2009-cu ildə Hərbi Komissarlığın Ağdam rayon şöbəsi tərəfindən verilmiş arayış mötəbər hesab olunur, 2023-cü ildə isə qeyri-mötəbər hesab etmələri heç anlaşılan deyil. Müdafiə Nazirliyinin əmri də var, həmin əmrin arxiv məlumatları da məhv edilib. Qeyd edilən əmrin kiril qrafikası ilə surəti də məhkəməyə təqdim edilib. Qeyd edirlər ki, mərhum döyüş maşınının təmir edərkən vəfat etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, onun hansı şəraitdə baş verməsini, yəni döyüş tapşırığı və ya başqa halda baş verməsini müəyyən etmək mümkün deyil. Apellyasiya şikayətində göstərilən dəlillər əsasızdır. Rayon Hərbi Komissarlıqlarının verdiyi sənədlər də Müdafiə Nazirliyinin adından verilmiş sənədlər hesab olunur. Hərbi komissarlıq da 2012-ci ilə qədər Müdafiə Nazirliyinin tabeçiliyində olub. 2012-ci ildən müstəqil quruma çevrilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - 006298 saylı Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı vəsiqə xx.xx.2021-ci il tarixdən verilmişdir. Vəsiqəni təqdim edən şəxsin AR Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - İV-ЖГ seriyalı, 419813 saylı Ölüm haqqında Şəhadətnamədə göstərilmişdir ki, X8 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 12 nömrəsi ilə qeyd edilmişdir. - İİİ-ЖГ seriyalı, 402794 saylı Nikahın bağlanması haqqında Şəhadətnamədə göstərilmişdir ki, X8 və İddiaçı arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə xx.xx.1985-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş 6554 saylı arayışda göstərilmişdir ki, N saylı hərbi hissənin leytenantı X8 xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olunmuşdur. Diaqnoz: Açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzilməsidir. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1995-ci il üçün 3 saylı “Stasionar xəstələrin qeydiyyatı” kitabının 1864-cü sayındakı qeyd. - Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2004-cü il tarixli, 47597 saylı arayışda göstərilmişdir ki, şəhid, baş leytenant X8 hərbi vəzifəsinin yerinə yetirərkən xx.xx.1995-ci il tarixdə həlak olmuşdur. Həyat yoldaşı İddiaçı ailə başçısını itirdiyinə görə Müdafiə Nazirliyi xətti ilə pensiya alır. - Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli, 3-36-3/2- 2529/2024 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsində olan məlumata əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 33, Politexnik texnikumunun 1 saylı yataqxanasında faktiki olaraq məskunlaşmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 3-43-90/2-2182/2024 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.1996-cı il tarixli 1365 saylı bildirişinə əsasən, mərhum M.A.Məhərrəmov Azərbaycan Respublikası Silahlı Qüvvələrində "leytenant" hərbi rütbəsində xidmət keçmişdir. Xidmətin Ağdam rayon şöbəsinin uçot sənədlərində mərhum M.A.Məhərrəmov “şəhid” statusu verilmiş hərbi qulluqçu kimi qeydiyyatdan keçmir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Q- 73xx/xx/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 892 saylı arayışında mərhum M.Məhərrəmovun "şəhid", ailəsinin isə "şəhid ailəsi" hesab edilməsi ilə bağlı bildirirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 4.1-ci bəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Əlavə olaraq bildirirəm ki, mərhum leytenant X5 Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən "şəhid", ailəsinə isə "şəhid ailəsi" statusu verilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-43/2-1350/2023 saylı məktubunda göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Müdafiə Nazirliyindən göndərilmiş "1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş zabit və gizirlərin (miçmanların) siyahısı"na və N saylı hərbi hissənin xx.xx.1996-cı il tarixli 1365 nömrəli bildirişinə əsasən, mərhum M.A.Məhərrəmov Azərbaycan Respublikası Silahlı Qüvvələrində "leytenant" hərbi rütbəsində xidmət keçmişdir. - Binəqədi rayon qeydiyyat şöbəsi tərəfidən verilmiş xx.xx.2021-ci il tarixli 051Q- 1205/69 saylı arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası, Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş İddiaçı ailə vəziyyətini muəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.1995-ci ildən xx.xx.2021-ci ilədək "Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemi Üzrə yoxlanılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X8 ilə Ağdam rayon qeydiyyat şöbəsində xx.xx.1985-ci il tarixdə 09 saylı aktia nikahı və X3 Ağdam rayonu Qeydiyyat şöbəsində xx.xx.1995-ci ildə 12 saylı aktla ölümü qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X22 təyinatı üzrə xx.xx.2021-ci il tarixli, 15781/**********5 saylı Qərarına əsasən İddiaçı şəhidin həyat yoldaşı olduğuna görə "Şəhid ailəsinə Prezident təqaüdü" təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-M- 10061/2023 saylı məktubunda göstərilmişdir ki, M.A.Məhərrəmov N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu dövrdə, xx.xx.1995-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı X24 təmir edərkən yaralandığı üçün müalicə məqsədi ilə hərbi hospitala göndərilmiş, səhhətinin ağırlaşması ilə əlaqədar 27.03 1995-ci il tarixdə Bakı Mərkəz Hərbi Hospitalına aparılmış və xx.xx.1995-ci il tarixdə orada vəfat etmişdir. Hadisənin mərhumun həmin anda döyuş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirməsi ilə əlaqədar olmadığını nəzərə alaraq, ona şəhid adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 892 saylı arayışda göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, onun mərhum həyat yoldaşı X8 xx.xx.1995-ci il tarixdə öz vəzifə borcunu yerinə yetirən zaman yaralandığı üçun, müalicə məqsədi ilə Bakı MHH-na aparılmış və xx.xx.1995-ci il tarixdə şəhid olmuşdur. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1995-ci il tarixdən X9 "Şəhid" onun ailəsi "Şəhid ailəsi" hesab edilir. Əsas: N saylı hərbi hissənin 27.04 1996-cı il tarixli 1366 saylı bildirişi ölüm haqqında şəhadətnamədir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2- 7156/24 saylı məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-6320/24 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 12 aprel 1996-cı il tarixli 0422 saylı əmrinin arxiv çıxarışından, N saylı hərbi hissənin N aprel 1996-cı il tarixli 1365 saylı bildirişindən, Azərbaycan Respublikası Hərbi Komissarının 10 may 1999-cu il tarixli, 3E-47597 saylı arayışından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 25 oktyabr 2021-ci il tarixli 006298 saylı vəsiqəsinin surətlərindən mərhum M.Məhərrəmovun 23 mart 1995-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən PDMnın təmiri zamanı yaralanaraq 2 aprel 1995-ci il tarixdə həlak olması, onun şəhid hesab edilməklə, ailəsinə şəhid ailəsi statusunun və müvafiq təqaüdün verildiyi görünür. Mərhum M.Məhərrəmovun həlak olmasından 29 il müddət keçməsi həmin hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi, habelə iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin əldə edilməsini mümkünsüz edir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv rəisinin 4 noyabr 2024-cü il tarixli, 3125 saylı məktubuna əsasən, Azərbaycan Respublikası müdafiə nazirinin 12 aprel 1996-cı il tarixli, 0422 saylı əmrin verilməsinə əsas olmuş sənədlərin saxlama müddətinin bitdiyinə görə qanunamüvafiq qaydada məhv edilmişdir. Mərhum M.Məhərrəmovun şəhid hesab olunmasını təsdiq etmək üçün təqdim edilən dəlil və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, ona şəhid adının verilməsinə əsas olmuş müvafiq sənədlər mötəbər hesab olunmalıdır. - xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7954/24 saylı məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 14/6495 saylı “Mərhum leytenant X5 şəhid adının verilməsinin araşdırılması haqqında” məktubunda göstərilmişdir ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum leytenant X5 Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən "şəhid", ailəsinə isə "şəhid ailəsi" statusu verilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X23 ödəmə üzrə xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Z307943/2023 saylı Qərarına əsasən AR Müdafiə Nazirliyinin göndərdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən mərhum leytenant X5 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusu verilmədiyi qeyd olunduğuna görə təqaüdün verilməsi dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə xx.xx.2024-cü il tarixli, 15781/**********5 saylı Qərarına əsasən vətəndaş İddiaçı ******* saylı ərizə ilə xx.xx.2009cu il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Q-734238/2023 saylı arayışına əsasən mərhum leytenant X5 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusu verilmədiyi qeyd olunduğuna görə təqaüdün verilməsi qanunvericilik baxımından mümkün hesab edilmir. Artıqvermə səbəbi: AR MN-nin xx.xx.2023-cü il tartixli 3-25-1/2-Q734238/2023 saylı məktubu, artıqvermə dövrü: xx.xx.2009-xx.xx.2023-cü illər. Artıq ödənilmiş təqaüd məbləği 41731.84 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X23 ödəmə üzrə xx.xx.2023-cü il tarixli, 15781 saylı Qərarına əsasən tutulmanın səbəbi: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göndərdiyi məktuba əsasən, tutulma dövrü: xx.xx.2009xx.xx.2023-cü illər. Artıq vermə məbləği: 41731.84 manatdır. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, X7 N saylı hərbi hissənin leytenantı xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunmuş, müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 0422 saylı əmri ilə PDM-nın təmiri zamanı yaralanaraq 2 aprel 1995-ci il tarixdə həlak olması səbəbi ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı X7 ilə nikahda olmuş və iddiaçıya sonuncunun ölümündən sonra sonuncu dəfə 006298 nömrəli xx.xx.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı ailə başçısını itirdiyinə görə Müdafiə Nazirliyi xətti ilə pensiya almışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmiş və iddiaçıya da xx.xx.2009-cu il tarixindən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və təqaüdün ödənişi ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Cavabdehin qeyd edilən təqaüdün ödənilməsinindən imtinasının əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-Q-734238/2023 saylı məktubuna əsasən mərhum X5 "şəhid" adı verilməmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq inzibati orqanın mövqeyi ilə razılaşmamışdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndinə əsasən, aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X10 Xidmətində, X12 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X10 Xidmətinin, X12 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X10 Xidməti, X12 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilməsi qərara lınmış və müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir; hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, hərbi qulluqçu olmuş şəhidin şəhid ailəsi üzvü statusu şəhidin xidmət keçdiyi müvafiq qurumun arayışı, mülki şəhidlərə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanının verdiyi arayışla təsdiq olunur və həmin arayış əsasında şəhid ailəsi üzvünə şəhid ailəsi üzvü olması barədə vəsiqə verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdeh mərhumun şəhid statusunda olmadığını əsas gətirərək iddiaçıya şəhid ailəsi üzvü üçün təqaüdün verilməsindən imtina edir. Cavabdehin qeyd etdiyi dəlil tək təqaüdün deyil, ümumiyyətlə mərhumun şəhid, iddiaçının isə şəhid ailəsi üzvü hesab olunmaması barədə irəli sürdüyü dəlildir. Halbuki, iş materiallarından görünür ki, iddiaçıya sonuncu dəfə SXA-nin xx.xx.2021-ci il tarixdə şəhid ailəsi üzvü vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 892 saylı Arayışına əsasən verilmiş, iddiaçı şəhid ailəsi üzvü kimi qəbul olunmuş, ona bu barədə səlahiyyətli qurum - Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü statusunu təsdiq edən vəsiqə verilmiş, həmin şəhid ailəsi üzvü olması barədə inzibati akt ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmişdir. İddiaçı şəhid ailəsi üzvü vəsiqəsindən irəli gələn bir sıra təminatlarla, o cümlədən 2009-cu ildən prezident təqaüdü ilə təmin edilmiş, qeyd edilən müddət çəçivəsində iddiaçının şəhid ailəsi üzvü olması mübahisələndirilməmiş, cavabdeh orqan ona vəsiə əsasında təqaüd ödəməkdə davam etmiş və yalnız 2023-cü ildə Müdafiə nazirliyinə sorğu verərək şəxsin şəhid olmaması faktına istinad edərək iddiaçının təqaüdün dayandərmış və artıq ödənilmiş təqüd məbləği hesablamışdır. Halbuki, cavabdehin istinad etdiyi məktub kimi, eyni qurum tərəfindən verilmiş bir digər məktubda-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 25-4/2-7156/24 saylı məktubu ilə təqdim edilmiş Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-14/2-6320/24 saylı məktubunda göstərilmişdir ki, Mərhum M.Məhərrəmovun şəhid hesab olunmasını təsdiq etmək üçün təqdim edilən dəlil və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, ona şəhid adının verilməsinə əsas olmuş müvafiq sənədlər mötəbər hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(112)-3030/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3909/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3909/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver