Məhkəmə qərarları › İş №2-1(103)-391/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-391/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-391/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycab Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla) “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv/m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli İddiaçı məxsus olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı 3 (üç) otaqlı ümumi sahəsi 66,6 kv/m sahəsi olan mənzil DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin MH-0170701 saylı 24.09.2008-ci il tarixli “Çıxarış”ına əsasən onun mülkiyyətindədir. Cavabdehə 16.04.2018ci il tarixdə müraciət etmiş və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə istəmiş, bu zaman qanunla müəyyən edilmiş sənədləri ərizəsinə əlavə etmişdir. Məqsədinin gələcəkdə məişət obyekti kimi mülkiyyəti olan daşınmaz əmlakdan istifadə etmək olduğunu, daşınmaz əmlakda heç bir yenidən qurma və ya planlaşdırma işinin aparılmayacağı barəsində məlumat vermiş, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakdan istifadə edilərsə hər hansı bir formada digər mülkiyyətçilərin marağına zidd olmamasına və sair faktları məlum etmişdir. Buna baxmayaraq, 2 aya yaxın bir müddət kəçsə də cavabdeh müraciətini cavabsız qoymuşdur. Bu isə artıq İnzibati orqanın hərəkətsizliyidir və belə olan halda onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh Başçısının 662 saylı 22.10.2003-cü il tarixli Sərəncamının İ bəndində qeyd olunan həyət tərəfdə olan mövcud balkonun 10,8 kv.m ölçüdə tikilmiş hissəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyindən həmin ərazi dövlət mülkiyyətindədir. İddiaçının bu iddiası əsassızdır və təmin olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2-1(112)139/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı üç otaqlı, ümumi sahəsi 66,6 kv.m olan mənzil DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin MH-0170701 saylı 24.09.2008-ci il tarixli “Çıxarış”ına əsasən onun mülkiyyətindədir. Qeyd edilən mənzil onun mülkiyyətinə keçməmişdən əvvəl keçmiş mülkiyyətçi tərəfindən mənzilin A.M.Şərifzadə küçəsinə baxan iki pəncərəsi açılaraq qapı qoyulmuş və mənzilin həyətə baxan sahəsi 9,6 kv.m olan mövcud balkonu isə genişləndirilərək ümumi sahəsi 18,8 kv.m olmuşdur. Faktiki olaraq isə mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunaraq məişət obyekti olmuşdur. Mənzilin həmçinin daxilində də müəyyən yenidənqurma işi aparılmışdı. Lakin bunların heç birinə hüquqverici sənəd keçmiş mülkiyyətçi tərəfindən ona verilməmiş, lakin bildirilmişdi ki, bu işlərin hamısı müvafiq dövlət orqanları ilə razılaşdırılmışdır. Mənzil onun mülkiyyətinə keçəndən sonra tərəfindən heç bir yenidənqurma işi aparılmamışdır. Həqiqətən də mənzil onun mülkiyyətinə keçəndən sonra heç bir dövlət orqanı ona irad bildirməmişdir ki, burada qanunsuz tikinti, yenidənqurma işi aparılmış və küçəyə qeyriqanuni iki ədəd qapı açılmışdır. Buna baxmayaraq 2003-cü ildə o Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək mülkiyyətində olan mənzildə giriş qapısının açılması və əlavə tikinti aparılması ilə əlaqədar müvafiq sərəncam verilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh təşkil etdiyi Komissiya mənzilə tam baxış keçirmişlər. Bakı şəhəri Cavabdeh Başçısı 22 oktyabr 2003-cü il tarixli 662 saylı Sərəncamı ilə Şərifzadə küçəsi 134 saylı evin 57-ci mənzilində mövcud pəncərənin giriş qapısı və həyət tərəfdə olan mövcud balkonun 18,8 kv.m ölçüdə genişləndirilməsi faktını təsdiq edərək Sərəncamın icrasına nəzarəti Cavabdeh Təsərrüfat şöbəsinə həvalə etmişdir. Bundan sonra da qeyd edilən mənzil qeyri-yaşayış sahəsi kimi istifadə edilərək məişət obyekti olmuşdur və ona heç bir vaxt irad tutulmamışdır. Nəhayət, 2019-cu ilin may ayında Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı üç otaqlı, ümumi sahəsi 66,6 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam verilməsini xahiş etmişdir. Lakin iki ay müddətində ona heç bir cavab verilmədiyindən o iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülkiyyətində olan yaşayış sahəsinin (faktiki qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsi üçün tərəfindən ərizə, hüquqları müəyyənləşdirən sənəd təqdim edilmişdir. Mənzildə yenidənqurma işləri, mövcud balkonun genişləndirilməsi və küçə tərəfdə olan pəncərələrin yerinə qapıların qoyulması o mülkiyyətçi olmamışdan əvvəl həyata keçirildiyindən onun bununla əlaqədar texniki pasport almağı qeyri-mümkün olmuşdur. Digər tələb olunan sənəd - keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı yalnız İcra Hakimiyyəti orqanlarında olduğundan bunu təqdim etmək mümkün olmamışdır. Eyni zamanda, tərəfindən gələcəkdə heç bir yenidənqurma işləri həyata keçirilməyəcək. Məhkəmənin iddianı təmin etməməsi üçün əsas gətirdiyi amillərdən biri də mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsinin yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyinə dair müvafiq rəy olmasıdır. Lakin bu zaman məhkəmə nəzərdən qaçırmışdır ki, qeyd edilən mənzilin yerləşdiyi 134 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən bütün mənzillərin hamısının A.M.Şərifzadə küçəsinə açılan pəncərələri dəyişdirilərək qapı qoyulub məişət obyekti kimi istifadə olunur. Əksinə, əgər mənzilin yaşayış sahəsi kimi istifadə edilsə, bu binanın fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirər. Digər amillərdən biri də mənzilin həyət tərəfdə mövcud balkonun genişləndirilərək 18.8 kv.m olmasıdır ki, yenə də həmin binanın həyət tərəfində olan bütün balkonlara nəzər salanda məlum olur ki, birinci mərtəbədə yerləşən bütün balkonların hamısı eyni qaydada genişləndirilmişdir. Ən əsası isə budur ki, bu işlər ondan əvvəlki mülkiyyətçi tərəfindən həyata keçirilmişdir. Bu işlərin görülməsi nəticəsində dövlətin balansında olan torpaq sahəsinin zəbt edildiyini görən Cavabdeh hansı səbəbdən qeyri-qanuni tikinti aparılması ilə əlaqədar, heç kəsə irad tutmamış, əksinə verdiyi Sərəncam ilə bu faktı təsdiq etmişdir. İşin məhkəmə baxışı zamanı məhkəmə qərardadı ilə ekspertiza təyin edilmiş və keçirilmiş ekspertizanın 05 fevral 2020-ci il tarixli 25401 №-li rəyindən görünür ki, “Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 №-li, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus tikililərə giriş-çıxış yolu küçədən olduğunu (blokdan olan giriş çıxış yolunun bağlandığını) nəzərə alaraq həmin sahənin üzərində yerləşən digər mərtəbələrə gedişgəliş yoluna maneə yaratmadığı müəyyən olunur”. Lakin işə baxan məhkəmə ekspertizanın bu rəyini heç bir tutarlı dəlil gətirmədən şübhə altına almışdır. Yuxarıda iş üzrə toplanmış sübutlar və onların məzmunu geniş şərh edilmişdir. Lakin məhkəmə bu sübutların qiymətləndirilməsində prosessual pozuntulara vol vermişdir. İnzibati iş üzrə araşdırmalar və sübutların qiymətləndirilməsi qeyri-obyektiv, natamam, qərəzli və səthi aparılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxslərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 24.09.2008-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv/m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4099 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası, Bakı şəhəri, Cavabdeh Başçısının 22 oktyabr 2003-cü il tarixli 662 nömrəli sərəncamı ilə Şərifzadə küçəsi 134 saylı evin 57-ci mənzilində mövcud pəncərənin giriş qapısı və həyət tərəfdə olan mövcud balkonun 18,8 kv.m.ölçüdə genişləndirilməsi faktı təsdiq edilmişdir. Bakı şəhəri, Cavabdeh Başçısının aparatından İddiaçı ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər tam şəkildə təqdim edilmədiyindən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2019-cu il tarixli 2-1(81)- 2902/2019 saylı qərardadı ilə ekspertiza təyin edilmiş, 05 fevral 2020-ci il tarixli 25401 nömrəli Məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi müəyyən edilir. Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus tikililərə giriş-çıxış yolu küçədən olduğunu (blokdan olan giriş çıxış yolunun bağlandığı) nəzərə alaraq həmin sahənin üzərində yerləşən digər mərtəbələrə gediş-gəliş yoluna maneə yaratmadığı müəyyən olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazin İdarəsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq 08.01.2019-cu il tarixdə bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzil dövlət reyestrindən ümumi sahəsi 66.6m2 kimi qeydiyyatdan keçsə də, faktiki ümumi sahəsi 82.0 m2 istifadə olunmaqdadır, faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılıb, küçə istiqamətində 2 ədəd qapı açılmışdır. Bu səbəblərdən texniki pasportu tərtib etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 16.05.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmçinin sözügedən mənzilə yerində baxış keçirilərkən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Bundan başqa həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etdiyi mənzil ümumi sahəsi 66,6 kv.m olmaqla onun mülkiyyətindədir. Lakin iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq istifadədə olan sahə 82 kv.m təşkil edir, istifadə olunan digər sahələrə münasibətdə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, mənzilin daxilində yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun icra edilməmişdir. Bundan əlavə, keçirilən sahənin texniki təsviri göstərilməklə planının (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportun), keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı təqdim edilməmişdir. Həmçinin, şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna əsasən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsinin yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyinə dair müvafiq rəy təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0.18-ci maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifəsinə müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək aiddir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcələnin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı bu məcəllənin 25.1.3-25.1,6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasın, aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 23.1-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. İddiaçının mülkiyyətində olan mənzilin binanı birinci mərtəbəsində yerləşməsi mübahisə doğurmur və həmin sahə qeyri-yaşayış sahəsi kimi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsindədir. Bundan başqa, 05 fevral 2020-ci il tarixli 25401 nömrəli Məhkəmə ekspertizası rəyində də qeyd olunmuşdur ki, Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus tikililərə giriş-çıxış yolu küçədən olduğunu (blokdan olan giriş çıxış yolunun bağlandığı) nəzərə alaraq həmin sahənin üzərində yerləşən digər mərtəbələrə gediş-gəliş yoluna maneə yaratmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Texniki pasportun təqdim edilməməsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazin İdarəsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq 08.01.2019-cu il tarixdə bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzil dövlət reyestrindən ümumi sahəsi 66.6m2 kimi qeydiyyatdan keçsə də, faktiki ümumi sahəsi 82.0 m2 istifadə olunmaqdadır, faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılıb, küçə istiqamətində 2 ədəd qapı açılmışdır. Bu səbəblərdən texniki pasportu tərtib etmək mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsindən imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Apellyasiya baxışı zamanı Cavabdehnə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanmış, Cavabdeh tərəfindən sorğuya 27 yanvar 2022-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində İddiaçı mülkiyyətində olan 57 nömrəli mənzillə eyni sırada olan 16 saylı mənzilin yaşayış qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın təsdiq olunmuş surəti və digər sənədlərin surətləri təqdim olunmuşdur. Bakı şəhəri Cavabdeh 13 avqust 2018-ci il tarixli 208 saylı sərəncamı ilə ünvan 3 ünvanında vətəndaş X1 məxsus 16 saylı mənzildə aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri, qapının açılması və genişləndirilərək mənzilə əlavə edilmiş eyvan sahəsi nəzərə alınaraq, mövcud ölçülərdə, ümum sahəsi 81,99 kv.m olmaqla sənədləşdirilməsi və mənzilin həmin ölçülərdə qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş foto şəkillərdən də görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 nömrəli, 5 mərtəbəli binanın həyət tərəfində olan birinci mərtəbədə yerləşən bütün balkonların hamısı eyni qaydada genişləndirilmişdir. Azərbaycan Respublikası, Bakı şəhəri, Cavabdeh Başçısının 22.10.2003-cü il tarixli 662 nömrəli sərəncamı ilə Şərifzadə küçəsi 134 saylı evin 57-ci mənzilində mövcud pəncərənin giriş qapısı və həyət tərəfdə olan mövcud balkonun 18,8 kv.m.ölçüdə genişləndirilməsi faktı təsdiq edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv/m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1ci mərtəbəsində olan 66,6 kv/m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar