Məhkəmə qərarları › İş №2-1(103)-391/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-391/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-391/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X38 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı X22, X6, X11, X25, X26 və X33 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9977/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X22, X6, X11, X25, X26, X33 və X4 "xxxx" Bokt ASC-nin mülkiyyətində olan Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 18 saylı evin 94 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) iddia tələbi üzrə Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-242/2016 saylı qətnaməsi ilə cavabdehlər X22 və qeyrilərinə qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsinə dair idiası qismən təmin edilmişdir. Qətnamədən verilən apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 13500/2017 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Bu qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin müvafiq qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarının icrası məqsədi ilə girov predmeti olan əmlak Xətai rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarı ilə hərraca çıxarılmış, əmlak hərracda satılmadığı üçün tələbkar Banka təklif edilmişdir. BOKT tərəfindən əmlak mülkiyyətə götürülmüş və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən **********37-05101-093031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən əmlak "xxxx" BOKT ASC-nin adına rəsmiləşdirilmişdir. Buna əsasən ünvan 1 ünvanında yerləşən mənzil BOKT-un mülkiyyətinə verilmşdir. "xxxx" BOKT ASC tərəfindən xx.xx.2021-ci il tarixində Xətai rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət edilərək X10, X2, X5, X12, X13, X23 və X4 "xxxx" BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 18 saylı evin 94 saylı mənzildən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9977/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, X10, X2, X5, X12, X13, X23 və X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan 3-cü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində X3, X17, X7, X18 və X27 cavabdeh qismində qoymamışdır. Digər tərəfdən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Onların isə yaşayacaq yerləri yoxdur. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları : İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan sənədlər : - Bakı şəhəri, Xətai rayon məhkəməsinin 01 iyul 2016-cı il tarixli, 2(011)-242/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, X8 xx.xx.2014-cü il tarixli, 173/13/NF/PB saylı kredit müqaviləsi üzrə əsas borca görə 19098,87 manat, faiz borcuna görə 7061,81 manat, dəbbə puluna görə 5000 manat olmaqla cəmi 31160,68 manatın "xxxx" ASCnin xeyrinə tutulması, xx.xx.2014-cü il tarixli, 174/13/NF/PB saylı kredit müqaviləsi üzrə əsas borca görə 15000 manat, faiz borcuna görə 1235,02 manat, dəbbə puluna görə 3000 manat olmaqla cəmi 19235,02 manat borcun, dövlət rüsumuna görə 30 manatın "xxxx" ASC-nin xeyrində tutulması, X8 ipoteka predmetinin qiymətləndirilməsinə görə 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə, ekpertiza tədqiqatının dəyərinə görə 180 manatın dövlət nəfinə tutulması, X9 mülkiyyətində olan girov predmetləri 2 ədəd televizorun, 1 ədəd kondisiomerin, 1 ədəd soyuducunun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd mətbəx mebelinin, 2 yataq otağı dəstinin və 1 ədəd pioninonun açıq hərracdan satılaraq əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-13500/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC-nin (əvvəlki adı "xxxx" ASC) apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər X22 və X19 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-242/2016 saylı, 01 iyul 2016-cı il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən – kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzilə yönəldilməsi və iddianın təmin edilən kredit müqaviləsi üzrə tutmanın girov qoyulmuş B.Kərimova məxsus olan daşınar əşyalara yönəldilməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi “kredit müqaviləsi üzrə tutmanın girov qoyulmuş B.Kərimova məxsus olan daşınar əşyalara yönəldilməsi” hissəsində təmin edilməmiş, ilkin iddia tələbi kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin edilmiş, kredit müqaviləsi üzrə tutulacaq məbləğin cavabdeh X14 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC-yə (əvvəlki adı "xxxx" ASC) ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 (əlli iki min) manat müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzil açıq hərracdan satıldıqdan 1 ay ərzində cavabdehlər X10 və X9 çıxarılması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X15, tələbkarın nümayəndələri X28, X20, sahə müvəkkili X21, borclular X22, X19, hal şahidləri X37 və X29 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13500/2017 saylı, 26 dekabr 2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18-də yerləşən 94 nömrəli mənzil açıq hərracda satıldıqdan 1 ay ərzində cavabdehlər X22 və X11 mənzildən çıxmalıdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixə icra təyin olunmuş və aktda qeyd olunan şəxlərlə icra vərəqəsində qeyd oluan Xəati rayonu, N.Tusi küçəsi, ev 18, mənzil 94-ə gəlmişlər. Tələbkarda olan açarla mənzilin qapısı açılmışdır və borclu ilə tələbkar və digər şəxslərlə mənzilə baxış keçirilmişdir. Mənzildə olan əşyaların daşınması ilə bağlı təbəbkarla borclu razılığa gəlmişlər. Mənzildə olan əşyalar çıxarılaraq borclunun dediyi ünvana göndərilmişdir. Mənzildə borcluya məxsus əşylar çıxarılaraq mənzil boş halda tələbkarın nümayəndəsi Əliyev Sabitə təhvil verilmişdir. Giriş qapısının açarları tələbkarın nümayəndələrinə verilmişdir. İcra zamanı qanunazidd hadisə baş verməmişdir. - “Elektron notariat” X1 vasitəsiylə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın natorial qaydada təsdiq olunmuş çıxarışindan görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X6, xx.xx.1972-ci il təvəllüdlü X19, xx.xx.1975-ci il təvəllüdlü X22, xx.xx.1968-ci il təvəllüdlü X26, xx.xx.1994-cü il təvəllüdlü X25, xx.xx.1990-cı il təvəllüdlü X33 və xx.xx.2005-ci il təvəllüdlü X16 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X22 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18-də yerləşən 94 №-li mənzilin keçmiş mülkiyyətçisi olmuş, həmin mənzil kredit müqaviləsinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəsini alımış məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə tutulacaq məbləğin həmin mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, açıq hərracdan satıldıqdan 1 ay ərzində hazırki iş üzrə üçüncü şəxslər X10 və X9 qeyd olunan mənzildən çıxarılmaları qət edilmişdir. İcra sənədi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçının həmin mənzilə dair hazırda istifadə hüququ olmayan, lakin qeydiyyatda olan məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququ yuxarda qeyd olunan qanunvericilik normalarına əsasən yaranmışdır. 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətində bildirilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və onların isə yaşayacaq yerləri olmadığından iddiaçının qeydiyyatdan çıxarılma tələbinin təmin edilməsilə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxslərin mübahisəli mənzilə dair hər hansı hüquqları olmadığından və xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzildə sonuncunun razılığı olmadan qeydiyyata düşmək və ya qeydiyyatda qalmaq yuxarda qeyd olunan hüquq normalarına zidd olduğundan birinci instansiya məhkəməsi iddianın təmin edilməsilə düzgün nəticəyə gəlmiş və iddiaçının pozulmuş hüquqlarını bərpa etmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9977/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar