Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-391/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1761/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı ona vurulmuş ziyana görə həmin mənzilin real bazar qiymətinə uyğun olaraq, 150 000 (bir yüz əlli min) manat və onun 20 faizi miqdarında satınalma qiyməti də əlavə edilməklə, kompensasiyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 1979-ci ildən “Azərsənayetikinti” İstehsalat Birliyinin 4 nömrəli tikinti trestinin 42 nömrəli tikinti idarəsində işləmişdir. 1982-ci ildən mənzil növbəsində durmuşdur. xx.xx.1993-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə dair iddiaçıya 011870 saylı order verilmişdir. onunla yanaşı digər iş yoldaşlarına da həmin binadan mənzillər verilmişdir. Məlum hadisələrlə əlaqədar onlara məxsus mənzillərdə Füzuli rayonundan olan məcburi köçkünlər məskunlaşdığından onlar mənzillərində yerləşə bilməmişdir.İllərlə tərəfindən müxtəlif orqanlara çoxsaylı müraciətlər olunsa da, məcburi köçkünlərin vəziyyəti ilə əlaqədar müraciətlərin təmin edilməsi təxirə salınmışdır. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 2/12-11-32/512 saylı məktubuna əsasən FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommun layihə” institutunun mütəxəssisləri tərəfindən həmin binaya texniki baxışın nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən binanın mövcud texniki vəziyyəti qəzalı hesab edilmiş, buna görə həmin binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həmin binadan köçürülməsi təmin edilmiş və bina tam yararsız olduğundan sökülməsi nəzərdə tutulmuşdur. İddiaçı və digər order verilmiş ailələrə kompensasiya ödənilməsi məsələsinə baxılması barədə isə cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 04/09-11-32/461 saylı məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə ... habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı və onunla birlikdə diğər mülkiyyətçilərə məxsus mənzildə illər ərzində məcburi köçkünlər məskunlaşdığından heç biriminin adına çıxarış verilməmişdir. Mənzilə dair iddiaçının adına formal olaraq mülkiyyət hüququna dair müvafiq çıxarış olmasa da, adına orderin olması onun həmin mənzillə bağlı Konvensiyanın İ saylı Protokolunun 1- ci maddəsinin təsiri altına düşən mülkiyyət hüququmu təsdiq edərək, gələcəkdə mənzilə dair mülkiyyət hüququnun əldə olunması ilə bağlı “hüquqi gözləntii”nin və “mülki marağı”nın ifadə edir. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti iddiaya yazılı etirazını Bakı İnzibati Məhkəməsinə təqdim etmiş və göstərmişdir ki, vaxtı ilə 42 saylı Tİ-də işləmiş və mənzil növbəsinə götürülmüş bir sıra ailələrə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada yerləşməsi üçün 1993-1994-cü illər ərzində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında orderlər verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 1993-1994-cü illər ərzində orderlər verilməsinə baxmayaraq, əldə edilmiş məlumata görə orada 1992-1993-cü illər ərzində qaçqınlar və məcburi köçkünlər məskunlaşmışdır. Buna baxmayaraq həmin yataqxanaya dair bir sıra ailələrə 1993-1994cü illərdə orderlər verilmişdir. İddiaçı həmin otağa yerləşə bilməmiş və köçkün ailəsinin həmin otaqdan çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmamışdır. Belə ki, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. “Texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli Akta əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci ildə Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Yataqxananın kəskin qəzalı vəziyyətdə olması barədə qərar qəbul olunmasaydı qaçqın və məcburi köşkün ailələri hal-hazırda orada yaşamaqlarına davam edəcəkdilər. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018- 2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. İddiaçıların yataqxanaya sənədlərinin olması yataqxana söküləndən sonra müəyyən olunmuşdur. Hətta Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il tarixli xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin yaşayış üçün yaralı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasf'nın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati və digər binaların özəlləşdirilməsi 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Bundan əlavə, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlarda bir çoxlarının yaşamaqları üçün evlərinin olması və həmin yaşayış evlərinin təhvil verilməli olduqları qeyd olunsa da, həmin evlər təhvil verilməmiş və bu şəxslər 29 il ərzində həmin ünvanlarda yaşamağa davam etmiş və ya əlavə evlər tikmişlər. Bir çox şəxslər təkrar olaraq başqa yataqxanalarda otaqlar verilmişdir. Yataqxananın istismar müddətinin başa çatmasının və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirdiyini nəzərə alaraq, sökülmüş tikilinin yerində “Ümid-VQM" MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədə uyğun hesab edilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, sözügedən yataqxananın müəyyən mənzillərinə dair adlarına order yazılmış bir neçə şəxs məhkəmədə cavabdeh Rayon İcra Hakimiyyətinə iddia qaldıraraq, sökülmüş mənzillərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(112)- 5850/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən yataqxana binasındakı mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m. üzrə 460 manat məbləğində kompensasiyanın cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçılara ödənilməsi qərara alınmışdır. Göründüyü kimi sökülmüş mənzillərə görə kompensasiyanın miqdarı məhkəmə qərarında öz əksini tapmışdır. Əlavə olaraq bildirirəm ki, həmin yataqxananın digər mənzillərinə orderləri olan şəxslər yaşayış sahəsinin hər kv.m. görə 460 manat yardımı almışlar. Əlavə olaraq bildirirəm ki, mənzil üzərində iddiaçının hüquqları dövlət qeydiyyatından keçməmiş və həmin mənzil dövlət mənzil fonduna aiddir. Bu səbəbdən də, iddiaçı tərəfindən cavabdeh Rayon İcra Hakimiyyətinin üzərinə 150 000 min manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsi ilə dövlət büdcəsi qarşısında riskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın müəyyən hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və mənafelərinin qorunması ilə nəticələnməlidir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. “İddiaçı mənzil verilməsi barədə” Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamında iddiaçı ayrılmış mənzilin sahəsi 72 m2 olmuşdur ki, 150 000 manatı 72-yə vuranda hər kv.m. görə 2083 manat təşkil edir. Qəzalı vəziyyətdə olan, faktiki olaraq yaşamaq üçün yararlı olmayan bir yaşayış sahəsi üçün 150 000 manat məbləğində kompensasiyanın iddiaçı tərəfindən tələb olunması əsassızdır. AR İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi vətəndaş İddiaçı xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçıya order əsasında ayrılmış yaşayış sahəsinin hər kv.metri üçün Bakı İnzibati Məhkəməsinin 01.1 1.2022- ci il tarixli 2-1(112)-5850/2022 saylı qərarında öz əksini tapmış 460 manat məbləğində komensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia qismən edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü qərarında haqlı olaraq mülkiyyət hüququ ilə bağlı həm yerli, həm də beynəlxalq qanunvericiliyə istinad etsə də, həmin normaları hazırkı işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, mənzilinə dair adına formal olaraq mülkiyyət hüququna dair müvafiq çıxarış olmasa da, adına orderin olması onun həmin mənzillə bağlı Konvensiyanın1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşən mülkiyyət hüququnu təsdiq edərək, gələcəkdə mənzilə dair mülkiyyət hüququnun əldə olunması ilə bağlı “hüquqi gözləntisini” və “mülki marağını” ifadə edir. “Önəryıldız Türkiyəyə qarşı”, “Аxverdiyev Аzərbaycana qarşı” işlərində Avropa Məhkəməsi göstərmişdir ki,“mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkiledən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Ərizəçinin mülkiyyət hüququnun əldə olunmasına dair “hüquqi gözləntisi”, əmlakının “mülkiyyət” qismində tanınması üçün kifayət qədər “mülki marağa” malik olması yetərlidir və bu Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsirialtına düşür. Məhkəmə özü də onun mülkiyyət hüquqlarının pozulduğunu müəyyən etsə də, nədənsə ona kompensasiyanın ödənilməsi hissəsində ziddiyyətli nəticəyə gələrək, göstərmişdir ki, daşınmaz əmlaka görə kompensasiyanın məbləği müəyyən edilərkən, qeyd edilən əmlak üzərində mövcud olan hüquqlar da nəzərə alınmalı olduğundan və onun mülkiyyət hüquqları qeydə alınmadığından ona yalnız və yalnız həmin mənzilə istifadə hüququna görə kompensasiya ödənilə bilər. Halbuki uzun illər ərzində onun mənzilinə dair öz adına çıxarış ala bilməməyinin səbəbi də məhz məlum hadisələr olmuş, bir vətəndaş olaraq, onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması hesabına başqa vətəndaşın (məcburi köçkünün) mənzillə bağlı hüquqları qorunmuşdur. Halbuki həmin vətəndaşı mənzillə təmin etmək onun öhdəliyi olmamış, onun illərlə məlum vəziyyəti nəzərə alıb buna dözməkdən başqa çarəsi olmamış, hazırda isə onsuz da illərlə pozulan mülkiyyət hüquqları pozulmağa davam etməkdədir. Hazırkı iş üzrə məhkəmənin kompensasiyanın məbləğinin müəyyən edilməsinə dair təyin etdiyi ekspertiza qərardadında xüsusilə ekspert qarşısına “ona məxsus daşınmaz əmlakın (istifadə hüququ ilə) bazar dəyərinin neçə manat olmasını” qoymuşdur ki, bu halın özü də elə əvvəlcədən onun hüquqlarının pozulmasına yönəlmişdir. Çünki analoji mənzillərlə bağlı məhkəməyə internetdən çıxarıb təqdim etdikləri məlumatlardan belə mənzillərin orta qiymətinin elə onların iddia ərizələrində göstərdiyi 150 000 manat civarında olduğu müəyyən edilir. Məhkəmə, həmçinin mənzilə (order) verilərkən qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə istinad edərək göstərmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarəsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganəəsasdır. Halbuki “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüquqlarının ... dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsi ... dövlət tərəfindən tanınması vətəsdiq edilməsi barədə hüquqi aktdır və bu hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindəaparılır. Həmin Qanunun 8.0.8 və 8.0.11-ci bəndlərinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və yaictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin ... dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi məcburi köçkünlərə görə mənzillərinə dair adlarına çıxarışların verilməsi dayandırılmasaydı, onlar da rahat şəkildə orderləri təqdim edib öz adlarına mənzillərinə dair çıxarışlar alacaqdılar ki, bununla da mülkiyyət hüquqlarının formal olaraq tam rəsmiləşdirilməsi başa çatmış olacaqdı. Beləliklə, qeyd olunanlardan açıq-aşkar müəyyən olunduğu kimi məhkəmə tərəfindən onun mülkiyyət hüquqlarının pozulması ilə bağlı ona onun dəyərinin ədalətli ödənilməsi təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi, iddia tələbi qismən təmin olunsa da, cavabdeh tərəfindən qərar iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilməmiş, qərarı yalnız iddiaçı, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək apellyasiya şikayəti vermişdir, odur ki, məhkəmə kollegiyası yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə qərarını iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qiymətləndirmə haqqında” Qanun: Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə dair iddiaçıya xx.xx.1993-cü il tarixli 011870 saylı order verilmişdir. Lakin iddiaçıya məxsus mənzildə 1993-cü ildən məcburi köçkünlər məskunlaşmışdır. Həmin binanın qəzalı vəziyyətdə olması ilə bağlı olaraq məcburi köçkünlər həmin binadan köçürülmüşdür. Bununla bağlı olaraq iddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, order əsasında verilmiş mənzilə dair kompensasiya ödənilməsini tələb etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktub ilə cavab verərək qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 nömrəli yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə araşdırması nəticəsində qəzalı elan edilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış sakinlərin tam köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülməsi nəzərdə tutulmuşdur. ünvan 2 ünvanda yerləşən 3 nömrəli yataqxana binasının qəzalı elan edilməsi və yaşayışa yararsız olmasını nəzərə alaraq, 1990-1994-cü illər ərzində order verilmiş 23 ailəyə kompensasiya ödənilməsi məsələsinə baxılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə xx.xx.2021-ci il tarixdə məktubla müraciət olunmuşdur. Məhkəmə araşdırması zamanı digər sübutların da əlaqəli tədqiqi nəticəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentiyinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 avqust 2018-ci il tarixli Akta əsasən iddiaçının mənzilinin yerləşdiyi binanın yataqxana binası olması və qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Eyni zamanda mübahisəli mənzilin yerləşdiyi binanın faktiki olaraq söküldüyü aşkar edilmişdir. 011870 saylı orderdə tədqiq olunan mənzilin ümumi sahəsinin 72.0 kv.metr olduğu göstərilmişdir. Hazırda order əsasında iddiaçının istifadəsinə verilmiş mənzilin aid olduğu yataqxana binasının sökülməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya kompensasiyanın ödənilməli olması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən mübahisələndirilmir. Yuxarıda qeyd edildiyi kimi qərardan yalnız iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində apellyasiya şikayəti verilmişdir və hazırda mübahisəli məsələ ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər. Hazırkı iş üzrə iddiaçıya məxsus olan əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmənin 2-1(112)-1761/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən daşınmaz əmlakın (ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın bazar dəyəri neçə manat olmuşdur) real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd edilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460,0 manat məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). Qeyd olunur ki, yataqxana binaları yaşayış binası olmadığı, hər rayon üzrə çoxluq təşkil etmədiyindən, araşdırma Bakı şəhəri üzrə aparılmışdır. --24,0 kv.metr 11000 manat (1 kv.metr 460 manat)--- Tədqiq olunan mənzilin hər birinin ümumi sahəsinin 72.0 kv.metr təşkil etdiyini nəzərə alaraq, orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 33000.0 manat (460 x 72.0) məbləğində müəyyən olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, qərardadın sualı ilə bağlı, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən, iş üzrə İddiaçı istifadəsində olmuş, yataqxana binasında yerləşən 5 saylı mənzilin orta bazar qiyməti təqribən 33000,0 manat məbləğində müəyyən edilir. Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən, iş üzrə İddiaçı istifadəsində olmuş, yataqxana binasında yerləşən 5 saylı mənzilin orta bazar qiyməti təqribən 33000,0 manat dəyərində müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusu əsasında ünvan 2 ünvanda yerləşən yataqxananın sökülməsi ilə bağlı icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən (yataqxana binasının texniki vəziyyəti barədə akt, fotoşəkillərdən) də müəyyən edilir ki, sözügedən yataqxana qəzalı vəziyyətdə olmuşdur. Həmçinin, ünvan 4 ünvanında yerləşən yataqxana binasındakı mənzillərin sökülməsinə görə digər order sahiblərinə də məhkəmə qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən yaşayış sahələrinin hər kv.m üzrə 460 manat olmaqla birdəfəlik kompensasiyalar ödənilmişdir. İddiaçı isə apellyasiya şikayətində sözügedən daşınmaz əmlakın yerləşdiyi ünvanda eyni sahəli mənzillərə dair müxtəlif internet saytlarında gedən elanları diqqətə çatdıraraq, tutulan kompensasiyanın ədalətli olmadığını iddia edir. Məhkəmə kollegiyası isə işin hərtərəfli araşdırması nəticəsində belə qənaətdədir ki, iddiaçının order əsasında sahibliyinə verilmiş mənzil yataqxana mənzili olmuş, həmçinin, sözügedən yataqxana tam yararsız, qəzalı vəziyyətdə olmuşdur. Belə olan halda məhkəmə kollegiyası rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı 33000 (otuz üç min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq, İddiaçı ödənilməsini işin hallarına uyğun hesab edir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-391/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-391/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver