Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3910/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müddətsiz təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-581/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları aşağıdakılardan ibarətdir : «…İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış, xx.xx.2006-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2006-cı ildən 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar əlildir. xx.xx.2022-ci ildə tibb müəssisəsinin sonuncu göndərişi əsasında təkrar əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci ildə ona əlillik təyinatından imtina etməsi əsassız və qanunsuzdur. Belə ki, fasiləsiz olaraq 15 ildən çox əlildir, bu səbəbdən cavabdeh tərəfindən ona əlillik təyinatından imtina edilməsi ləğv edilməli və 2-ci dərəcə müddətsiz “Hərbi xidmət dövrü ilə əlaqədar əlaqədar” əlillik təyin edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ...” Cavabdeh iddiaya yazılı etirazında iddianın mümkün sayılmamamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mümkünlük şərtlərinə əməl edilməmiş, tələbi qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-581/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2016-cı ildə tarixində əlillik təyin edildikdən sonrakı növbəti qiymətləndirmə zamanı yəni, xx.xx.2021-ci il tarixində vətəndaşın eyni faiz dərəcəsi ilə əlilliyi müəyyən edildiyi halda ona müddətsiz əlillik təyin edilə bilərdi. Lakin hazırki vəziyyətdə müddətsiz əlilliyin təyin edilməsi mümkünsüzdür. Belə ki, aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı qüvvədə olan AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar DTSERA-da əyani müainə zamanı aşkar edilmədiyindən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirməklə yanaşı qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən əlilliyinin təyin edilməsini tələb etsə də həmin göndəriş üzrə iddia müddətini ötürmüşdür. İddia ərizəsində də bildirir ki, ona sonuncu göndəriş əsasında xx.xx.2022-ci il tarixdə ona əlillik təyinatından imtina edilmişdir. Odur ki, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi 2021ci ildə verilən göndəriş üzürə imtinadan sonra, 2022-ci ildə yeni göndəriş üzrə də ona imtina verildikdən sonra məhkəmədə iddia qaldırıldığını etiraf etmiş və hər bir halda, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarına əsasən də məhz, xronoloji ardıcıllıqla tədqiq olunduqda aşağıdakı hallar müəyyən olunur: - AR ƏƏSMN yanında Xətai rayon 2 saylı X4 Komissiyası (“TSEK”) tərəfindən xx.xx.2006cı il tarixli göndəriş qimətləndirilərək iddiaçıya bir il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmiş; - 4 və 6 saylı TSEK tərəfindən 2007-2016-cı illərdə iddiaçının həmin əlilliyi, hər dəfə bir il müddətinə, xx.xx.2016-cı il tarixədək təsdiqlənmiş; -daha sonra, ona xx.xx.2016-cı il tarixli elektron təyinat əsasında əsasında qimətləndirmə aparılaraq “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər =>İ67.4- Hipertenziv ensefalopatiya; Diaqnozun mətni: Hipertenziv ensefalopatiya.Vertebrobazilyar arterial sistem sindromu.Hipertoniya xəstəliyi İİ mərhələ. Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmə Meyar: 22.2. İkinci dərəcə əlillik = > DİGƏR: Hipertenziv ensefilopatiya.Vertebrobazilyar arterial sistem sindromu.” Diaqnozu ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. - həmin əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra, öncə tibb müəssisəsinin göndərişi əsasında iddiaçı TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə müayinə olunaraq ona ixtisaslaşdırılmış müəyinəyə ehtiyacıo olması əsası ilə imtin qərarı qəbul edilmiş, lakin iddiaçı tərəfindən həmin qərar mübahisələndirilməmiş, -daha sonra, xx.xx.2022-ci il tarixli 2749003AAFRQ №-li göndəriş əsasında TSEK tərəfindən qiymətləndirilmə aparılaraq ona əlillik təyin olunmasından imtina olunmuşdur. Konkret halda isə, iddiaçı cavabdehə qarşı iddia tələbində ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini tələb etmişdir. Halbuki, qeyd olunanlardan göründüyü kimi, o, bundan əvvəlki tibbi göndəriş zamanı cavabdehin imtina qərarını mübahisələndirməmiş, İPM-in 38-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddətini ötürmüşdür. İddia ərizəsində də iddiaçı, məhz, özü qeyd edir ki, sonuncu göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, həmin göndərişə cavabdeh tərəfindən baxılaraq əlillik təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh apellyasiya şikayətində imtinasına bəraət qazandıraraq mübahisələndirir ki, diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı - qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar DTSERA-da əyani müainə zamanı aşkar edilmədiyindən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sonuncu 2749003AAFRQ №-li xx.xx.2022-ci il tarixli göndəriş üzrə iddiaçıya qeyd olunan əsasla əlillik təyin olunmasından imtina olunması əsassızdır. Belə ki, iş materialarına əlavə olunmuş, xx.xx.2006-cı il tarixli 1152 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin surətinə əsasən müəyyən olunur ki, AR Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının qərarı ilə “Vertebro-bazilyar hövzənin xroniki qan dövranı çatışmazlığı nəticəsində İİ (ikinci) mərhələ dissirkulyator enssefalopatiya. Davamlı ağrı sindromu ilə müşayət olunan resediv verən xroniki boyun radikuliti, natamam remissiya mərhələsində. Neyrosirkulyator distoniya hipertenzi tip, cüzi dərəcədə ifadə olunan veqetativ-damar distoniyası. diaqnozu səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdı” səbəb əlaqəsi ilə şəhadətləndirilmişdir. İddiaçının yuxarıda qeyd olunan əlillik təyinatlarından da göründüyü kimi 2006-cı ildən bu tərəfə onun həmin xəstəliyi davam etmiş, mülalicələri effekt verməmiş və bu gün də həmin xəstəlik onda davam etməkdədir. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxsin T 522/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçı - G45-xroniki vertebrobazilyar hövzədə qan dövranının çatmamazlığı tez-tez təkrarlama koxleo vestibulyar paroksizmlərlə; İ67.4-dissirkulyator ensefalopatiya İİ mərhələ tez-tez təkrarlanan vegetativ damar krizləri ilə, G46-tez-tez təkrarlama koxlear vestibulyar paroksizmlərlə, İ67.8-xroniki baş beyinin qan dövranının çatmamazlığı ilə, M50.1-boyun radikulopatiyası kəskin kökcük ağrı sindromu ilə, M54.2-servikalgiya, İ10arterial hipertenziya; F48.0-kəskin astenonevrotik sindrom, M42-boyun fəqərələrinin osteoxondrozu davamlı ağrı sindromu ilə” əsas xəstəliyi, ağırlaşmaları və yanaşı xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən sonuncu xx.xx.2022-ci il tarixli göndərişin verildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci hissəsinin 2.2.9-cu bəndi nəzərədə tuturdu ki, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9) –ikinci dərəcə əlilliyin təyin olunması üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən 61-80 faiz aralığında (yəni İİ dərəcə əlillik vəziyyəti) ardıcıl olaraq 10 il müddətində müəyyən olunduqda əlillik müddətsiz verilir. Beləliklə də işin tədqiq olunan halları onu deməyə əsas verir ki, sonuncu – 2749003AAFRQ №-li xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Lakin iş materiallarından görünür ki, həmin göndərişə cavabdehin TSEK-sı tərəfindən baxılaraq, iddiaçıya onun anbardar (zirzəmidə) vəzifəsində işləməsi qeyri-mümkün olması” səbəbi ilə, əsassız olaraq əlilliyinin təyin olnmasından imtina olunmuşdur. Halbuki, qeyd olunan Qaydaların 2.4-cü bəndinin tləbinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, sonuncu 2749003AAFRQ №-li xx.xx.2022-ci il tarixli göndəriş üzrə təlil və qiymətləndirmə aparılsa da, son nəticədə, məhkəmə, səhvə yol verərək, bundan əvvəlki göndərişə uyğun olaraq, iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə etmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu vurğulayan hissəsində dəlilləri ilə razılaşmasa da, maddi və prossessual hüquq normalarının pozulması ilə bağlı olan dəlilləri hissəsində qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddiaçıya 2749003AAFRQ №-li xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında, hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin aralıq qərardadı ilə iddiaçının əlillik vəziyyətinə onun əyani müayinə olunmaqla baxılması ilə bağlı qəbul etdiyi 16 fevral 2024-cü il tarixli qərarında verilən qiymətlənndirmə, sonuncu göndəriş əsasında qəbul olunmuş qərar kimi, qəbul edilə və hazırkı iddianın predmetini təşkil edə bilməz. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 14, 68, 69, 70, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-581/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı, sonuncu 2749003AAFRQ №-li xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında - “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz, ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3910/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3910/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver